Yanıqlı xəstəyə təcili yardım:
Kiçik yanıqlar:
Ağrını aradan götürmək.
Yaranı sabunlu su və ya antiseptik məhlullarla təmizləmək.
Sarğı qoymaq.
İki gündən sonra müayinəyə çağırmaq.
B. Böyük yanıqlar:
Yanmış və yanmaqda olan bütün paltarları çıxartmaq.
Kifayət qədər tənəffüsü təmin etmək. Bir çox xəstədə maskayla 40% yaş oksigen kifayətdir. Əgər xəstədə respirator çatışmazlıq varsa, endotraxeal intubasiya edilir, əgər mümkündürsə, traxeotomiyadan uzaq durulmalıdır.
Damar yolunu açmaq. 20%-dən çox yanıqlarda kəsik aparıb seçdiyimiz bir yanıq məhlulu ilə sağaltmağa başlamaq.
Laborator müayinələr (hematokrit, hemoqlobin, leykosit, elektrolitlər, sidik cövhəri və s.), qan qrupu və s. təyini üçün əlavə qan götürmək.
Xəstənin anamnezini bilmək (yanığın yaranma səbəbi, allergiyalar, tetanusa qarşı immunizasiya olub-olmaması, əvvəl keçirdiyi xəstəliklər, əvvəllər istifadə etdiyi vacib dərmanlar).
Kateter qoymaq. Analiz üçün sidik götürmək (saatlıq sidik ifrazı, rəng və xüsusi çəkisini təyin etmək).
Yaranı təmizləmək:
Yaranı sabunlu su ilə yumaq,
Yaradakı nekrotik toxumaları və çirki uzaqlaşdırmaq,
Kimyəvi yanıqları bol miqdarda su ilə yumaq.
Yanığın dərinliyini və genişliyini hesablamaq,
Mümkündürsə xəstənin şəklini çəkmək,
Xəstənin çəkisini təyin etmək,
Yaraya qulluğu (təmizlik, sarğı) tamamla. Ətrafın yanıqlarında lazım gəldikdə dekompressiya kəsikləri (“releaving incision”) və eskaratomiya etmək,
Tetanusun profilaktikasına başlamaq,
Xəstəni izləmək:
Ağızdan qidalanmanı və su qəbulunu dayandırmaq,
Xəstənin bədəninə daxil olan və xaric olan mayenin miqdarını qeyd etmək,
Arterial təzyiq, nəbz, sidik ifrazı və mərkəzi venoz təzyiqinı hər saatdan bir izləmək,
Xəstəyə yataq rejimi təyin etmək,
Ağıza qulluğu təmin etmək,
Antibiotik, analgetik və vitamin müalicəsinə başlamaq,
Xəstə qusursa, nasoqastral zond qoymaq,
Xəstəyə oksigen vermək,
Mikrobioloji müayinə üçün yaradan material götürmək,
Maye təminatını yaxından müşahidə etmək,
Hematokrit və hemoqlobini hər gün, sidik cövhəri və elektrolitləri günaşırı müayinə etmək.
Dostları ilə paylaş: |