Yanıqda inkişaf edən ağırlaşmalar. Mədə-bağırsaq ağırlaşmaları: Kurlinq xorası. Etiologiyası dəqiq məlum olmasa da, yanıqlı xəstələrdə 35% hallarda rast gəlinir və əksər hallarda sepsislə birlikdə olur. Yanığın üçüncü günü meydana çıxır. Mədə-bağırsaq qanaxması və perforasiyası kimi klinik simptomlar müşahidə olunur. Müalicədə xora qanaxmasının qarşısı alınır (qan transfuziyası, soyuq su lavajı). Cərrahi olaraq vaqotomiya və piloroplastika, yaxud vaqotomiya və rezeksiya tətbiq olunur. Cərrahi müalicə 50% hallarda effektli olur. Antiasidlər, o cümlədən proton pompası blokatorları istifadə oluna bilər.
Xolesistit (daşsız). Öd yollarına bakteriyaların hematogen yayılması nəticəsində inkişaf edir. Sarılıqda sağ qabırğaaltı nahiyədə ağrı və hərarət müşahidə olunur. Nadir rast gəlinir. Müalicəsi xolesistektomiya və xolesistostomiyadır.
Qaraciyər ağırlaşmaları - nadir rast gəlinir. Yanıqla bağlı hemodinamik dəyişikliklərlə əlaqəlidir. Eləcə də, hiperalimentasiya tətbiq olunan xəstələrdə müşahidə oluna bilər. Transfuzion hepatit də başqa bir səbəbdən yaranır. Hepatomeqaliya, sarılıq və qaraciyər fermentlərində dəyişiklik müşahidə olunur. Qüvvətləndirici müalicə aparılır. Səbəb hiperalimentasiya olduqda, aradan qaldırılır və ya azaldılır.