Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə189/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   185   186   187   188   189   190   191   192   ...   303
Bəd xassəli melanoma
Çox rast gəlinən şiş olmasa da, ABŞ-da hər 100.000 nəfərə 13 xəstəlik hadisəsi müşahidə olunur. Belə davam edərsə, xəstəlik Hockin limfomasını və ya birincili beyin şişini üstələyə bilər.

Dərinin piqmentasiyalı törəmələri açıq və tünd rəngli dərilərdə olduqca çox - 15% rast gəlinir. Bunların çoxu nevus hüceyrəli xaldır. Daha az rast gəlinənlər isə mavi nevus, “südlü kofe” ləkələri, yuvenil çil, birləşmiş nevus və xoşxassəli bir törəmə kimi qəbul edilən yuvenil melanomadır. Beləliklə, bütün nevusların şübhə ilə çıxarılması doğru deyil. Digər tərəfdən qara xərçəng də deyilən bədxassəli melanoma hallarının bəzi mənbələrə görə 25%-i, bəzilərinə görə isə 65%-i əvvəlcədən mövcud olan nevuslardan yaranır. Buna görə də piqmentli nevuslara nəzarət edilməsində maliqnizasiyanı düşündürən klinik əlamətlərin diqqətlə qiymətləndirilməsi lazımdır.

Dərinin piqmentli törəmələrinin qiymətləndirilməsində bir qrup vacib əlamətlər maliqnizasiyanın lehinə sayılır. Melanoma yetkinlik dövründən əvvəl müşahidə olunmur. Yuvenil melanoma təcrübəli patoloq anatomlar tərəfindən bədxassəli melanomadan differensasiya olunur. Bədxassəli melanomalar qadınlarda daha çox rast gəlinir. Yaşa görə rastgəlmə tezliyi 35-54 arası və 65-dən sonrakı yaş dövürlərində zirvəyə çatacaq şəkildədir. Nevusların tipi bədxassəli melanomanın inkişaf etmə ehtimalının müəyyən edilməsinə kömək edir. Mürəkkəb nevuslar intradermal nevuslardan daha çox hallarda bədxassəli melanomaya çevrilə bilər. Mavi nevus nadir hallarda maliqnizasiya edə bilir. Anadangəlmə kiçik tüklü nevuslarda maliqnizasiyaya rast gəlinmir. Piqmentli nəhəng nevuslarda 10-18% hallarda bədxassəli melanoma inkişaf etdiyi məlum olmuşdur. Ovuc içi, ayaq altı, dırnaq yatağı, genital nahiyə və selikli qişalardakı nevuslar digər nahiyələrdəkindən daha çox hallarda bədxassəli melanomaya çevrilirlər. Yayılması başlanğıcda limfogen, sonrakı mərhələlərdə isə hematogen yolla olur.

Melanomanın inkişafında travmalar da müəyyən rol oynayır. Yalın ayaqlı Afrikalı zəncilərdə ayaqaltında bədxassəli melanoma tez-tez rast gəlinir. Zəncilərdə ayaqaltı nahiyə digər nahiyələrə nisbətən daha az piqmentlidir. Digər tərəfdən onların ayaq pəncəsi altında piqmentli nevus inkişafı daha çoxdur. Amerika zəncilərdə də bu nahiyədə melanomanın rastgəlmə tezliyi yüksəkdir. Lakin, bunlarda travmanın əhəmiyyəti daha azdır.

Etioloji amillərə günəş işığı da aid edilir. Bədxassəli melanoma daha çox günəş işığına məruz qalan baş, boyun və qol kimi nahiyələrdə müşahidə olunur. Daha çox günəş şüasına məruz qalan Avstraliyada melanomalrın rastgəlmə tezliyi daha çoxdur. Bununla yanaşı, xüsusi anatomik nahiyələrdə də melanomanın rastgəlmə tezliyinin artması müşahidə olunur. Bu xüsusi sahələr günəş işığına məruz qalan sahələr deyil, qadınlarda ayaqlar, kişilərdə isə gövdədir. Baş, boyun və ya günəş işığına məruz qalan ətraflarda rastgəlmə tezliyinin artması müşahidə olunmur.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin