141
ları arasında danışıqlıqlar yolu ilə həll edilməsi nəzərdə tutu-
lurdu. 1975-ci ilin yanvarında BMT baş katibinin vasitəçiliyi
ilə icmalararası danışıqlar başlandı. 1975-ci ilin fevralında türk
icmasının rəhbərləri Kiprin türk qoşunları tərəfindən tutulmuş
hissəsində Kipr türk dövləti yarandığını elan etdilər. 1976-cı
ildə R.Denktaş həmin dövlətin prezidenti seçildi. 1983-cü il
noyabırın 14-də bu dövlət Şimali Kipr Türk Cümhuriyyəti
adlandırıldı. BMT Təhlükəsizlik Şurası türk icmasının qərarını
hüquqi qüvvəsi olmayan qərar adlandırdı.
70-ci illərdə beynəlxalq enerji böhranı nəticəsində neft və
neft məhsullarının çox sürətlə artması Türkiyə iqtisadiyya-
tından da yan keçmədi. Türkiyədə iqtisadi çətinliklər qarşısında
qaldı. Həm də aydın oldu ki, ölkədə yaradılmış iqtisadi istehsal
infrastrukturunun daxili imkanlara əsaslanmaq zəminində fəa-
liyyəti mümkün deyildir. Ona görə ki, Türkiyə enerji ehti-
yatlarının çox böyük hissəsini neft idxalı hesabına ödəyirdi və
özünün daxili enerji mənbələri kifayət qədər az idi. Birdən-birə
neft və neft məhsullarının qiymətinin artması ölkə iqtisadiy-
yatını böhran həddinə gətirib çıxartdı. Yaranmış şəraitdə
Türkiyə öz iqtisadi inkişaf kursuna korrektələr etməyə başladı
və bununla da sonrakı illərdə ölkənin inkişaf strategiyasının
ilkin təməlləri qoyuldu.
12 sentyabr 1980-ci ildə Türkiyədə hərbi çevriliş oldu.
Kenan Evrenin başçılıq etdiyi Milli Təhlukəsizlik Şurasının
hakimiyyəti öz üzərinə götürməsi Türkiyənin tarixində yeni bir
mərhələnin başlanğıcı oldu. Hərbi çevriliş nəticəsində siyasi
Dostları ilə paylaş: