Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,75 Mb.
səhifə2/6
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#7327
1   2   3   4   5   6

Birmənalı şəkildə demək olar ki, milli sahibkarlığın normal fəaliyyətini təmin edən start kapitalının formalaşdırılması da keçid dövrünün başa çatmasında az əhəmiyyətli rol oynamır. Son illərdə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu bu sahədə tam aydınlıq yaratmağa imkan verir2016-cı ilin ilkin nəticələrinə görə olkə iqtisadiyyatina təxminən 12mld. dollara yaxın investisiya qoyulmuşdur ki , onunda 8mld. dolları xarici ,4mld. dollara yaxını isə milli investisiya olmuşdur.
1.2 Milli iqtisаdiyyаtın dünyа iqtisаdiyyаtınа inteqrаsiyаsı.

Keçid dövrünün ilkin mərhələsində dünyaya qovuşma istiqamətində atılan ilkin addım olkə iqtisadiyyatının flaqmanı olan neft sektoruna xarici ölkələrin neft koorparasiyalarının cəlb edilməsi olmuşdur. Olkə iqtisadiyyatına investisiya cəlb olunmasının mühüm şərtlərindən biri investisiya cəlb olunan plkədə siyasi sabitliyin olmasıdır.Ümumimilli lider H.Ə.Əliyevin yenidən hakimiyyətə dönüşü ölkədə xarici investorların qoruya biləcək səviyyədə siyasi sabitlik formalaşmışdır. Xarici sərmayələrin qorunmasının hüquqi bazası yaradılmışdır. Sonralar neft sektorunun inkişafına cəlb olunan xarici investisiyalar bütövlükdə milli iqtisadi inkişafımızda əvəzsiz rol oynamışdır. Bu günlərdə yeni qaz yataqlarının kəşfi və istismarı xarici şirkətlərin və dövlətlərin xüsusi ilə diqqət mərkəzində və marağındadır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bu və ya digər iqtisadi təşkilat və qurumlarla milli mənafeyinə uyğun səmərəli əməkdaşlıq edir və əksəriyyətində iqtisadi faydalanmaq prinsipinə uyğun təmsil olunur.

Müasir dövrdə Azərbaycan iqtisadiyyatının elmi tədqiqatçıları hesab edirlər ki ,dünyanın nüfuzlu neft şirkətlərinin Azərbaycan iqtisadiyyatına qoyduğu iri həcmili investisiya ölkəmizin regionun və dünyanın güclü dövlətlərindən birinə çevrilməsində əvəzsiz rol oynamışdır.

Iqtisadi inkişafın milli problemlərinin həllində ən böyük maneələrdən biri də dünyada baş verən sosial iqtisadi hadisələrin təsirinə milli iqtisadiyatların məruz qalmasıdır. Müasir dövrdə dünya iqtisadiyyatında baş verən iqtisadi böhran və bu böhranın uzun müddət davam etməsi milli iqtisadiyyatların formalaşması və inkişafına, dünya iqtisadiyatına inteqrasiyasına şox ciddi mənfi təsir edən amillərdən hesab olunur. Çox gümanki kapitalın tarixən öz təbiətinə xas olmayan sosial problemlərin həlli öz üzərinə götürməsi cəhdi onun özünü saxlama və qoruma instinqtini zəiflədir. Beynəlxalq əlaqələrin ən həssas nöqtəsi olan maliyyə münasibətlərinə sarsıdıcı zərbə vurdu. Dünya iqtisadiyyatında maliyyə böhranı ilə başlayan böhran sonradan qlobal xarakter alaraq dunya ölkələrinin əksəriyyətinin iqtisadiyyatını əhatə etdi. Belə bir şəraitdə subyekt (Antiböhran tədbiri həyata keçirən dövlət qurumu və ya şəxs) obyektiv iqtisadi inkişaf qanunlarının yol verdiyi hədd daxilində iqtisadiyyata təsir göstərərək maliyyə resusrlarından Milli məqsədlərin reallaşmasına səmərəli istifadə mexanizmi yaratmağa çalışırlar.

Ölkə Prezidenti İ.H.Əliyevın qaz yataqlarının geniş istismara cəlb olunmadığı bir şəraitdə qaz idxalının dayandırılması haqqında sərancam imzalamışdır. Nəticədə əhalinin qazla təhcizatında heç bir problem yaranmamış vəkifayət dərəcədə dönərli valyutaya qənaət edilmişdir, (2,5-3 mlrd . ABŞ dolları məbləğində vəsaitə qənaət olunmuş Azərbaycan artıq iri həcmli qaz ixracatcıdır), “Ümid” yatağının istismara cəlb edilməsi qaz ixracatında çox böyük xüsusi çəkiyə malik olacaq .

Milli bank sektorunda qeyri –sabitliyin mövcudluğu üzündən həmin dövrdə maliyyə vəsaitləri xarici banklarda saxlanırdı.Ölkə iqtisadiyyatının davamlı iqtisadi inkişafa keçməsi ilə bank sektorundakı dayanıqlılıq xarici banklardakı vəsaitlərin əhəmiyyətli hissəsinin ölkə banklarına gətirilməsinə şərait yaratdı. Artıq Azərbaycanda Respublikasının Prezidenti bu vəsaitlərin ölkə banklarında yerləşdirilməsinə göstəriş verdi. Sərbəstləşdirilmiş maliyyə vəsaitlərindən, neft fondunda cəmləşdirilmiş vəsaitdən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və iri məssisələrin göstəeic ilərinin pisləşməsinə yol verməmək nəzərdə tutulmuşdur.

Müstəqilliyini bərpa etmiş və milli iqtisadiyytını formalaşdırmağa başlayan hər bir dövlət o, cümlədəndə Azərbaycan milli problərinin həllində dünya maliyyə təşkilatlarından fərqli formada faydalanırlar. Müasir şəraitdə büynəlxalq maliyyə qurumları və təşkilatları imkanlarının nisbətən məhdudluğu şəraitində daxili resursların çevik hərəkətə gətirilməsinə üstünlük verilməlidir.

Azərbaycan Respublikasında bu maliyyə mənbələrinin optimal və səmərəli əlaqələndirilməsi kifayyət dərəcədə çox ciddi problemlərin həllinə əlverişli şərait yaratmışdir.

1.Xüsusi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə artıq bir sıra çox ciddi problemlərin həllinə nail olunmuşdur ki bununda nəticəsindəenerji ,ərzaq,nəqliyyat,və bütövlükdə iqtisadi təhlükəsizlik demək olar ki təmin edilmişdir.

Keçid dövrünün ilkin mərhələsindən başlayaraq keçid dövrünü yaşayan hər bir ölkənin cümlədəndə Azəebaycan Respublikasının qаrşısındа durаn ən mühüm vəzifələrdən biri оnun dünyа iqtisаdiyyаtınа inteqrаsiyа etməsi, dünyа təsərrüfаtının müstəqil subyektinə çevrilməsi məsələləridir. Müstəqillik əldə edən hər bir ölkə iqtisаdiyyаtını dünyа iqtisаdiyyаtınа istiqаmətləndirməklə оndаn ondan milli mənafeinə uyğun fаydаlаnmаq imkаnı əldə edir. Milli iqtisаdiyyаtlаrа nisbətən kifаyət dərəcədə üstünlüklərə mаlik оlаn dünyа təsərrüfаtı milli təsərrüfatların dünya bazrından faydalamasın şərait yaradırdı.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrqsiyasi milli iqtisadiyyatımızın inkişafına əlverişli şərait yaratmaqla yanaşı ölkəmizin dünyada tanınmasına və nüfuzunun yüksəlməsinə də səbəb olmuşdur.

Suverenliyin əsas şərtlərindən biri kimi şıxış edən ümum milli təhlükəsizliyin tərkib hissəsi olan iqtisadi təhlükəsizlik iqtisadi müstəqilliyimizi gücləndirməklə yanaşı dünyada ölkəmizizin nüfuzunu da yüksəldir.

Azərbaycanın beynəlxalq dünya iqtisadi sisteminə etibarlı partnyor kimi inteqrasiyası onun xarici iqtisadi strategiyasının və taktikasının optimal parametrlərinin təyin edilməsini, bu strategiyanın ölkənin sosial-iqtisadi, siyasi, milli inkişaf səviyyəsi ilə düzgün əlaqələndirilməsini ön plana çəkirdi və artıq reallıqda bu özünü əks etdirməkdədir. Bu siysi iqtisadi inteqrasiyanın kamilliyi mükəmməlliyi Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi, ərazi bütövlüyünün bərpa edilməsi və qorunması, siyasi və milli müstəqillik əldə edilməsi və s. kimi siyasi prioritetlərin reallaşdırılmasından müəyyənedici və əhəmiyətli dərəcə aslıdır.

Azərbaycan respublikasınınÖlkəmizdə müstəqil xarici itisadi fəaliyyətin formalaşmasını şərti olaraq iki mərhələyə bölmək olar:


  1. Müstəqillik elan olunadək ittifaq respublikası kimi Azərbaycanın xarici iqtisadi əlaqələri. Bu dövrdə xarici iqtisadi əlaqələrin sərbəst olmaması ilə səciyyələnirdi.

  2. Suvernliyini bərpa etmiş Azərbaycan respublikasının xarici iqtisadi əlaqələri. Tam sərbəstliyi ilə səciyyələnir.

Müstəqillik elan olunadək ölkənin xarici iqtisadi əlaqələri bütövlüklə mərkəzi dövlət hakimiyyətin inhisarında olmuş, xarici iqtisadi əlaqələrdə heç bir sərbəstliyə malik olmamsı, həmin səviyyədən idarə edilmiş və uzun onilliklər ərzində SSRİ iqtisadiyyatında sənaye-xammal əlavəsi kimi fəaliyyət göstərmişdir və milli maraqlar diqqətdən kənarda qalmışdır və iqtisadiyyata xas komplekslik səciyyəvi olmamışdır.

Müstəqillyini bərpa etməklə əldə Azərbaycan sadəcə Sovet imperiyasından yox, eyni zamanada mərkəzi totalitar Sovet rejimindən, ütopik kommunist ideologiyasından və hərbi sənaye kompleksinə xidmət edən iktisadi strukturadan qurtulmalı idi və bu proses nə qədər tez həyata kiçirilərdisə bir o,qədərdə arzu olunan nəticəyə çatmaq mümkün olqrdı. Bundan sonra Azərbaycan respublikasının xarici iqtisadi əlaqələrinin həm istiqamətliliyi, həm də kəmiyyət xarakteristikası əsaslı şəkilkdə yeniləşdi, xarici ticarətinin dimnamikasında müsbət meyllər müşahidə olundu və demək olar, sıfır səviyyəsindən başlayan idxal-ixrac əməliyyatlarının həcmi 2010-cü ildə 20 milyard ABŞ dollarına çatdı və bu dinamika yüksələrək 2014-cü ildə 35mld. civarında oldu. Müfəssəl məlumat üçün xarici ticarət əlaqələrində müşahidə olunan inkişafın dinamikasının üç mərhələ üzrə təhlilinə nəzər yetirək.I-ci mərhələ kimi xarakterizə olunan 1991-1994 cü illər ilkin dövr və asasən xarici ticarət əlaqələrinin yarandığı formalaşdığı dövr kimi xarakterizə olunur. SSRİ-nin dağılması ilə bir çox fabrik və zavodlarda müəsisələrdə istehsalın dayandırılması vəya aşağı səviyyədə qalması, digər respublikala xarici iqtisadi əlaqələrdəki bazar payının itirilməsi, mərkəzdən təmin olunan subvensiyaların kəsilməsi, inflasiyanın yüksək olması, böyük həcmili maliyyə vəsaiti məbləğində mənfu saldonun üçahidə olundu. Fikrimizcə, buna səbəb əvvəlki dövrlərdə iqtisadi prossesdə müşahidə edilən iqtisadi böhranın kəskinləşməsi, milli istehsal strukturlarının tənəzzülü, daxili tələbatının əsasən xarici mənbələr hesabına ödənilməsinə keçid oldu və təbii ki bu proseslərin tavam etməsi iqtisadiyyatın iflasına gətirib çıxarardı. Çox ciddi tədbirlər nəticəsində bu iflasdan qaçmaq mümkün oldu.



II Mərhələ kimi xarakterizə 1995-98-ci illəri əhatə edir və keçid dövrünün ilk mərhələsi kimi xarakterizə olunur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə birlikdə respublikanın iqtisadi, siyasi və sosial həyatında önəmli dəyişikliklər olmuşdur. Bu tarixdən etibarən çox ciddi sosial-iqtisadi islahatların həyata keçirilməsi sürətlənmişdir. Həmin dövrdə iqtisadi prossesdə hakim tənəzzül gedişatını dayandırmağa yönəldilmiş iqtisadi islahatlar proqramı və stratejik iqtisadi inkişaf yolunu müəyyən edən modellər hazırlanmışdır. İqtisadiyyatda sərbəst bazarın yaradılması, dövlət müküyyətinin dövlətsizləşdirilməsi və özəlləşdirilməsinin həyata keçirilməsi ,onların əsasında sahibkarlığın inkişafının stimullaşdırılması,gömürük xidmətinin təşklilinin həyata keçirilməsi zəruzətə çevrilmişdir.Ölkə iqtisadiyyatda sərbəst bazarın formalaşdırılması sahəsində ikin addımların atılması və müəyyən nəticələrin əldə edilməsi inflyasiyanın yumşaldılmasın bazr mexanizminin elementlərinin hərəkətə gətirilməsinə şərait yaradırdı.Bazar iqtisadiyyatının formalaşdırılması şərtlərinin təmin edilməyə çalışılması,bazar mexanizminin zəifdə olsa hərəkətə gətirilməsi, qiymətlərin, xarici ticarətin və valyuta məzənnəsinin libarallaşdırılması məqsədilə aparılmış fəaliyyətlər nəticəsində inflyasiya əhəmiyyətli dərəcədə aşağı düşmüş, büdcə kəsirləri minimuma endirilmişdir.1 Bu mərhələdə makroiqtisadi göstərilərdə mütəmadi yüksəlmə müşahidə olunmuş, 1998-ci ildə 1995-ci ilə nəzərən ÜDM 84.1%, sənaye 95.7% və xarici ticarət dövriyyəsi 28.9% artmışdır.2 1995-1998-ci illər ərzində xarici ticarət saldosu mütəmadi artmışdır. Xarici ticarətin bu mərhələdəki vəziyyətinin müfəssəl təhlili üçün illər üzrə dinamikaya nəzər yetirək.Son illər xarici ticarət saldosunda kəsir müşahidə olunmaqdadır.
Cədvəl 1.1.Yaxın və uzaq xarici ölkələr üzrə idxal və ixracin

xüsusi çəkisinin dinamikasi (%)


İLLƏR

Uzaq xarici ölkələr

MDB ölkələri

İdxal

İxrac

İdxal

İxrac

2000

68,0

86,5

32,0

13,5

2001

68.9

90.3

31,1

9,7

2002

60.9

88.8

39,1

11,2

2003

67.6

87.1

32,4

12,9

2004

65,8

83,0

34,2

17,0

2005

65,6

79,2

34,4

20,8

2009

88,1

29,1

29,8

7,7

2015

78

95

22

5

Müqayisədə 1995-ci ildə xarici ticarət dövriyyəsinin kəsrinin 4 dəfə azalması, 30.5 ABŞ dolları təşkil etməsi, əsasən siyasi səbəblərlə şərtlənmişdi. Çeçenistanda aparılan hərbi əməliyyatlar ölkəmizin keçmiş ittifaqa daxil olan respublikalarla xarici iqtisadi əlaqələrinə çox ciddi təsir göstərmişdir. Azərbaycanın şimala çıxış dəhlizi bağlanmış ənənənəvi xarici ticarət partnyorlarımızla əməkdaşlıqda yaranan bu ciddi problem xarici ticarət saldomuzda da öz təsirini göstərmişdir. Belə ki, rəqəmlərdən də göründüyü kimi, saldonun bu cür dəyişməsi əsasən idxalın azalması (110,2 mln. ABŞ dolları) hesabına baş vermişdir. Xarici ticarət dövriyyəsində uzaq xarici ölkələrlə müqayisədə MDB ölkələrinin xüsusi çəkisinin azalması meylinin məhz bu dövrdən başlayaraq müşahidə edilməsi də təsadüfi deyildir.

Xarici iqtisadi əlaqələrin inkişafının III Mərhələsi kimi səciyyələnən 1999-cu ildən sonrakı dövrü əhatə edir.Artıq xarici iqtisadi fəaliyyətin formalaşmasınin üçüncü mərhələsi milli iqtisadi inkişfın bir sıra səciyyəvi cəhətlərini özündə əks etdirir. Milli iqtisadiyyatda makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın nəzarət altına alınması nəticəsində onun kifayət dərəcədə yumşaldılması da xarici iqtisadi fəaliyyətə təsirsiz ötüşməmişdir. Bu dövrdə iqtisadi artımın davam etdirilməsi, əldə olunan inkişaf səviyyəsinə görə iqtisadi siyasətin sosial yönünün gücləndirilməsi, sosial rəfah səviyyəsinin artırılması, buna görə energetika sahəsindən əldə etdiyi gəlirin digər sektorlara yönəldilməsi reallaşdırılması hədəflənən önəmli məqsədlər olaraq qiymətləndirilir. (yəqinki gələcəkdə 2014-cü ildən sonrakı dövrü tədqiq etməıyə zərurət yaranacaq) Bu dövrdə ÜDM 2.5 dəfə, sənaye istehsalı 1.1 dəfə və xarici ticarət 3.9 dəfə artmışdır (1995-ci ilə nisbətən 2002-ci ilin göstəricələri). Ayrıca bu dövr xarici ticarət əlaqələrini inkişafı kimi xarakterizə olunur. Bu mərhələdə respublikanın bir çox inteqrasiya birliklərilə münasibəti sürətlənmiş, xarici ticarət tərəfdaşlarının sayı artmışdır. Xarici ticarət əməliyyatlarında müşahidə olunan müsbət meyllərin təhlili üçün xarici ticarətin bu dövrdəki illər üzrə dinamikasına nəzər yetirək.

1999-cu ildə idxalın artması nəticəsində xarici ticarət dövrüyyəsinin mənfi saldosu nəzərəçarpacaq dərəcədə azalmışdır. Xarici ticarət dövriyyəsinin mənfi saldosunun 364.1 mln. ABŞ dolları (77%) azalaraq 106.7 mln. ABŞ dolları təşkil etməsinin səbəbi isə əsasən ixracın artımı (323.5 mln. ABŞ dolları) və idxalın azalması (40.6 mln. ABŞ dolları) hesabına baş vermişdir. Artıq xarici ticarət dövrüyyəsi müsbət saldo ilə səciyyələnməyə başladı.

Xarici ticarət əməliyyatlarının 75,4% -i uzaq xarici ölkələrlə, 24,6% - i MDB ölkələri ilə aparılmışdır. Ticarət əməliyyatlarının 80% -i aşağıdakı ölkələrlə aparılmışdır: İtaliya, Rusiya, Fransa, Türkiyə, Qazaxıstan, ABŞ, İsrail, Türkmənistan, Almaniya, İspaniya, Gürcüstan, Böyük Britaniya, Ukrayna, İran. İxracın böyük hissəsi (89,4%) neft və neft məhsullarının, idxalın çox hissəsi isə maşın və mexanizmlərin, mineral məhsulların, elektrotexniki avadanlığın payına düşmüşdür.

Son illərdə Azərbaycan respublikasında həyata keçirilən xarici ticarət siyasətinin bir sıra momentlərinin sistemli təhlilini verərək bu qənaətə gəlmək olarki düşünülmüş xarici iqtisadi siyasət nəticə etibarı ilə məqsədə nail olmağa imkan yaratmışdır.

Azərbaycanda dövlət müstəqilliyi bərqərar olduqdan sonra milli valyutanın məzənnəsinin suni şəkildə aşağı salınması və yaxud bəzən bahalı pul siysətinə üstünlük verilməsi nəticəsində idxal bahalaşmış, ixrac isə ucuzlaşmışdır. Beləliklə, inkişaf etmiş qərb ölkələrindən fərqli olaraq respublikanın xarici ticarət siyasətində idxalın məhdudlaşdırılması deyil, ixracın idarə edilməsi meyli müşahidə edilir. Bu gün qarşıda duran mühüm vəzifələrdən biri də son dövrlər milli valyata ilə bağlı baş verən xoşa gəlməz halların aradan qaldırılmasıdır.

Milli qtisadi inkişafımızda kifayyət dərəcədə müəyyənedici pol oynayan xam neft ixracı olkənin təbii resurs üstünlüyündən irəli gəlir və üəyyən müddətdən sonra iqtisadi inkişafın mütərəqqi forması kimi xarakterizə oluna bulmir.Mütərəqqi iqtisadi quruluş daha çox rəqabət qabiliyyətli məsullar istehsal edən məhsulların mövcudluğu şəraitində mümkündür. rəqabət qabiliyyətli məhsul ölkənin dünyaya çıxışında müəyyəedici rol oynayır inteqrasiyanın səmərililik göstəricilərindən biri kimi çıxış edir. Prossesə bütöv bir kompleksin tərkib hissəsi kimi yanaşmaq və onu bütövlükdə iqtisadi sistem çərçivəsində həll etmək lazımdır.3



  • Qəbul olunmuş strateyi planlara uyğun olaraq rəqabətqabiliyyətli məhsullar istehsalının stimullaşdırılması iləyanaşı idxalı əvəzləyən məhsullarında istehsalının stimullaşdırılması zəruridir;

  • daxili istehsalı stimullaşdırmaq , idxalın obyektiv tələbat həcminin tapılması;

  • idxal əvəzedici sahələrin inkişaf imkanları və perspektivlərinin araşdırılması;

  • xarici maliyyə-kredit resurslarının respublikaya səmərili cəlb olunması;

  • iqtisadi təhlükəsizlik konsepsiyasının təkmilləşdirilməsi və reallaşdırılması;

  • səmərəli inteqrasiya proseslərinin tənzim edilməsi və s

Respubklikanın ixrac iqtisadi əlaqələrinin strukturuna diqqət etsək görərik ki, bu prossesdə neft məhsulları, yun və s. kimi xammal yönümlü məhsullar üstünlük təşkil edir. Hətta ixracatın içərisində ən önəmli yeri 85-90%-lik nisbətlə neft və neft məhsulları tutur. Bu, əsas olaraq xam neftin idxalından qaynaqlanır. Belə ki, neft və neft məhsullarının ümümixracda yeri 1998-ci ildə 64.4%, 1999-cu ildə 75.4%, 2000-ci ildə 84% və 2001-ci ildə 91% olmuşdur. İxracda belə böyük çəkinin mövcudiyyəti Azərbaycan iqtisadiyyatını neftin qiymətindən son dərəcə asılı hala gətirmişdir. Belə halda isə neft qiymətlərindəki ani dəyişmə dövlət büdcəsinə təsir edərək uzunmüddətli xarici borc və faiz ödəmələrinin artmasına səbəb ola bilər.Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlarının strateji yol xəritəsinə uyğun olaraq aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsidi uyğundur:

  • Ölkəmiz üçün ənənəvi fəaliyyət sahəsi ,kənd təsərrüfatı diqqət mərkəzində saxlanılmalıdır.İxracatda onun payınlın artırılması məqsədi ilə onun özünün inkişafını stimullaşdırılan mınbələr çevik hərəkətə gətirilməlidir.Bu zaman fermer təsərrüfatlarına üstünlük verilməlidir..

  • Dünyada mövcud olan şoxsaylı təsərrüfatçılıq modellərdən istifadı etməklə, öz şəraitinə müvafiq Azərbaycan modelləri tapmaqda, kiçik müəssisələrdə xalq istehllakı malları təyinatlı məhsulların istehsalı satışına şərait yaratmalı və maliyyə yardımları göstərməlidir.Çox yaxçı ki bu cür tədbilər Milli iqtisadiyyat perspüektivləri yol xəritisində nəzərdə tutulub.Respublikada xalçaçılığın istehsalına xüsusi diqqət yetirilməlidir. Bunun üçün bütün imkanlar mövcuddur. Belə ki, respublikamız bu imkanlardan istifadə ilə xalça istehsalı və ixracı üzrə ilk yerlərdən birinə çıxa bilər.

  • Yol xəritəsində nəzərdə tutulduğu kimi neft-maşınqayırma avadanlığı istehsalını modernləşdirmək, beləcə neft istehsalı və emalı üzrə ən nəhəng dövlətlərə ixrac etmək lazımdır.Doğrudur bu sahədə bəzi problemlər hələdə qalmaqdadır.

Bu vəya digər şəkildə ixracın stimulaşdırılması ilə respublikamız aşağıdakılara nail ola bilər:4

    • İxracı genişləndirməklə maların ölkə xaricinə yeridilməsinə nail olur və bununla milli iqtisadiyyatın inkişafına və iqtisadi hüdudlarının genişləndirmə imkanı yaranır.

    • Rəqabətqabiliyyətliliyi inkişaf etdirməklə ixrac təmayülü iqtiasadiyyatı dinamikləşdirir və ixraca yeni keyfiyyət elementləri daxil edir.

    • İxracın genişləndirilməsi istehsalı da demonopolizələşdirir, yəni öz mallarına diqtə edən dövlət və inhisarçını yox edir, insaharçılığın məhdudldşdırılması iqtisadi inkişafın əsas amillərindən birinə çevrilir.

Ümumiyyətlə, hazırda respublikanın iqtisadiyyatının qarşısında duran mühüm problemlərdən strateyı yol xəritəsində nəzərdə tutulduğu kimi ixracın və idxalın strukturunun təkmilləşdirilməsinə nail olmaqdır.Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlarının strateji yol xəritəsində bu məsələlər xüsusi ilə diqqət mərkəzində saxlanılır. Bütün bunları nəzərə alaraq Azərbaycanda həyata keçirilən xarici ticarət və struktur siyasəti idxal və ixracın quruluşunun təkmilləşdirilməsinə yönəldilməlidir. Bunun üçün aşağıdakı məsələlər təkmilləşdirilməlidir:

  • Ticarət siyasətinin inzibati qanunauyğunluğunun hüquqi normativ bazası. Məhdudlaşdırıçı məqsəd səviyyələri reqlamentləşdirilir (lisenziyaların verilməsi, yəni texnologiyanın alınması).

  • İqtisadi inkişafın mövcud səviyyəsinə uyğun olaraq beynəlxalq arenada ölkələrarası hesablaşmaların təkmilləşməsinə ehtiyac var..

Göstərilən amillərin milli iqtisadi inkişafın mövcud səviyyəsinə uyğun olaraq hər bir ölkənin iqtisadi inkisaf səviyyəsinə uyğun təkmilləşdirilməsi xarici iqtisadi əlaqələrin milli mənafeyimizə uyğun inkişafına əlverişli şərait yaradacaq.

1.3. Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyinin təmin edilməsinin nəzəri və

praktiki aspekti

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərində göstərilir ki, Azərbaycan iqtisadiyyatının dərindən və faktlara əsaslanan 360 dərəcəli diaqnostiqası milli iqtisadiyyatın təhlükələrinin də təhlilini şərtləndirir.

“İqtisadi təhlükəsizlik” anlayışı konyukturalı xarakter daşımır. Bu anlayış müasir cəmiyyətin həyatına daxil olmuş, bir çox ölkələrin xarici və daxili siyasətlərinin ayrılmaz tərkib hissələrinə çevrilmişdir.

Iqtisadi təhlükəsizliyin mahiyyəti “inkişaf” və “dözümlülük” anlayışları arasındakı əlaqəni də aydınlaşdlrmağı şərtləndirir.İnkişaf – iqtisadi təhlükəsizliyin əsas komponentlərindəndir. Əgər iqtisadiyyat inkişaf etmirsə, onda yaşamaq imkanları aşağı düşəcək, xarici və daxili təhlükələrlə mübarizə aparmaq qabiliyyəti azalacaqdır. Davamlılıq və təhlükəsizlik iqtisadiyyatın vacib və vahid sistemi kimi onun əsas xarakteristikasıdır. Onları qarşı-qarşıya qoymaq lazım deyil, çünki onların hər biri iqtisadiyyatın bugünkü vəziyyətini fərqli xarakterizə edirlər.

Təhlükəsizlik – xarici və daxili təhlükələr şəraitində, həmçinin proqnozlaşdırılmayan və az ehtimal olunan amillərin fəaliyyətini inkişaf və obyektin yaşamaq imkanı nöqteyi-nəzərindən əlaqələr sistemindəki vəziyyətini xarakterizə edir.

İqtisadi sistem nə qədər dözümlü, istehsal ilə maliyyə-bank kapitalı arasındakı əlaqələr geniş olarsa, iqtisadiyyat bir o qədər fəaldır, yəni onun təhlükəsizliyinin qiymətləndirilməsi kifayət qədər yüksəkdir. Sistemin komponentləri arasındakı əlaqə və proporsionallıq pozulsa, onda iqtisadiyyat təhlükəsizlik vəziyyətindən təhlükəli vəziyyətə düşür.

Bizim fikirimizcə, iqtisadi təhlükəsizliyin ənənəvi göstəriciləriaşağıdakılardır: 1.Həyat səviyyəsi və keyfiyyəti, 2.İnflyasiyanın tempi, 3.İşsizlik norması, 4.İqtisadi artım, 5.Büdcə kəsirliyi, 6.Dövlət borcu, 7.Dünya iqtisadiyyatına qovuşmaq səviyyəsi, 8.Qızıl-valyuta ehtiyatlarının səviyyəsi, 9.Gizli iqtisadiyyatın fəaliyyəti miqyası ilə yanaşı daha çox bu günkü real gerçəkliyi nəzərə almaqla bu problemin səciyyəvi cəhətlərini və təzahür formalarını özündə əks etdirən göstəricilərinin araşdırılması məqsədəuyğundur.İqtisadi təhlükəsizlik həmdə iqtisadiyyatın güclü və zəif tərəflərinin qiymətləndirilməsi zamanı da diqqət mərkəzində saxlanılmalıdır.

İnzibat-amirlik iqtisadi sistemindən bazar iqtisadiyyatına keçən hər bir ölkədə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün çox ciddi quruluş dəyişikliklərinin həyata keçirilməsi zəruridir . İqtisadiyyat mülkiyyət baxımından iki böyük bölməyə, özəl və dövlət bölməsinə ayrılır. Doğrudur, kifayət dərəcədə prespektivli mülkiyyət formalarından hesab olunan bələdiyyə mülkiyyəti də inkişaf etməkdədir. Müstəqilliyimizin ilk illərində dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin 30%- nin dövlətin sərəncamında saxlanılması,70%-nin isə özəl sektorda formalaşdırılması nəzərdə tutulmuşdur. Bu vəzifə dövlət proqramlarında nəzərdə tutulduğu müddətdə reallaşdırılmışdır. 2014-cü təsərrüfat ilinin nəticələrinə görə ÜDM-nin 83%- dən çoxu özəl sektorda istehsal olunmuşdur.

Azərbaycanda əhalinin kənd və şəhər yerlərində məskunlaşmasında təxmini bir bərabərlik var. Kənd əhalisi kənd təsərrüfatı müəssisələrinin əmlakının əvəzsiz (pulsuz) özəlləşdirilməsi nəticəsində torpağın və digər kənd təsərrüfatı istehsal vasitələrinin mülkiyyətçısınə çevrilmişlər. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının demək olar ki, hamısı özəl sektorda istehsal olunur. Kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də xüsusi çəkisinin 6% təşkil etməsinə baxmayaraq (sovet dönəmində 30%) ölkə əhalisinin ərzaq təhlukıizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Sovet dönəmində əlçatmaz hesab olunan 1 mln. ton taxıl istehsalına 1997-ci ildə nail olunmuşdur. Artıq, ölkəmizdə 2014-cü ildə 800 min. ha əkin sahəsində 2,6 mln. ton taxıl istehsal olunmuşdur. Taxıl əkin sahələrinin 1mln. ha-ya çatdırılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatında özəl mülkiyyət münasibətlərinin inkişafı nəticəsində ölkə əhalisinin əsas ərzaq məhsullarına (çörək, ət, ət məhsulları, süd, süd məhsulları, meyvə-tərəvəz, bostan məhsulları və s.) olan tələbatının əhəmiyyətli hissəsi,80-85%-i daxili istehsal hesabına ödənilir. Ölkə rəhbərliyi tərəfindən məqsədli proqramların, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlət proqramlarının qəbul edilməsi və reallaşdırılması, sahibkarlığın inkişaf etdirilməsinin öncül istiqamətinin müəyyənləşdirilməsi, aqrar bölməyə dövlət büdcəsində nəzərdə tutulan dövlət dəstəyi iqtisadi təhlükəsizliyin mühüm tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynamaqdadır. Dövlət malik olduğu iqtisadi və inzibati resurslardan da səmərəli istifadə edərək daxili bazarı qorumaqla aqrar sahibkarlığı inkişaf etdirərək ərzaq təhlükəsizliyinin təmin edilməsinə əlverişli şərait yaradır. Burada hüququ təminatın yaradılması və təkmilləşdirilməsi də az əhəmiyyətli rol oynamır.

Sosilizmdə dövründə Azərbaycan iqtisadiyyatı SSRİ xalq təsərrüfatı kompleksinin bir elementi olduğundan çox bəsit bir struktura malik idi. Neft, neft-qaz və neft-kimya sənayesinin iqtisadiyyatda çox böyük xüsusi çəkisi var idi. İstehsalın 50%-ə yaxını, ixracın daha çox hissəsi onun payına düşürdü. Müstəqilliyimizin ilk illərində qarşıda duran mühüm vəzifələrdən biri milli iqtisadiyyatı formalaşdıra və inkişaf etdirə bilən, dünya iqtisadiyyatına inteqrasiyanı şərtləndirən əvvəldə qeyd etdiyimiz kimi iqtisadiyyatda quruluş dəyişikliklərini həyata keçirilməsindən ibarət olub. Bu quruluş dəyişikliləri neft sənayesini inkişaf etdirməklə yanaşı iqtisadiyyatın bu sahədən asılılığının aradan qaldırılmasına yönəldilməlidir.

Doğrudur, müstəqillik illərimizdə də sovet dğnəmində olduğu kimi uzun müddət istehsal və ixracda neft sektoru dominant rol oynamışdır. Ulu öndər H.Ə.Əliyev dünyanın aparıcı neft şirkətlərini Azərbaycan neft sənayesi müəssisələri ilə birgə işləmələrə cəlb etməklə (neft konraktları) Azərbaycan neft sənayesinin inkişafına yeni nəfəs verilmişdir. Respublikamıza yeni texnologiyalar gətirilmiş, nəticədə yeni neft yataqlarını kəşf etmək və istismara vermək mümkün olmuşdur. Neft hasilatı təxminən 12-14 mln. tondan 50mln. tona çatdırılmışdır.Doğrudur son dövrlər enmə müşahidə olunur. Yeni texnoloji biliyə malik neft sənayesi işçiləri formalaşmışdır. Azərbaycanın Avropaya inteqrasiyasının gücləndirən neft boru kəməri çəkilmiş, şaxələndirilmiş qaz kəmərlərinin çəkilməsi (qaz ehtiyatlarımız 2,6 trilyon kub metr dəyərləndirilir) gündəmdə olan məsələlərdəndir. Ölkəyə külli miqdarda valyuta gəlmişdir. Bu valyutalardan istifadənin səmərəliliyini təmin etmək məqsədi ilə Neft fondu yaradılmışdır.Ölkəyə gətirilən neft gəlirləri bu fondda cəmləşdirilmişdir. Hal-hazırda valyuta ehtiyatlarımız 40 mld. dollardan çox qiymətləndirilir. Bu valyuta ehtiyatları ümumi milli təhlükəsizliyimizin o, cümlədən də iqtisadi təhlükəsizliyimizin əsas maliyyə mənbəyi kimi çıxış etmişdir. Neft fondundan vəsaitləri neft sektorunun inkişafı ilə yanaşı qeyri- neft sektorunun inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, sosial infrastrukturun inkişaf etdirilməsinə, insan kapitalının müasir tələblər səviyyəsində hazırlanmasına, büdcəyə transfer yolu ilə ümumi milli problemlərin həllinə istifadə olunur. 2016-cı ilin dövlət büdcəsinə də Neft Fondundan 6 mld. dollar civarında vəsaitin transfer olunması proqnozlaşdırılır. Strateji məqsədlər üçün sərbəstləşdirilmiş pul vəsaitləri bilavasitə milli mənfelərə uyğun olaraq səmərəli itifadə olunması mühüm əhəmiyyət kəsb edir.

Bugün Azərbaycan iqtisadiyyatında quruluş dəyişikliyi baxımından gündəmdə olan mühüm məsələlərdən ən mühümü qeyri- neft sektorunun üstün inkişaf etdirilməsi, neftdən asılılığı minimuma endirməkdən ibarərtdir. 2015-ci ilin III kvartalının nəticələrinə görə ÜDM-də qeyri-neft sektorunun payı 70% -i ötüb keçmişdir, qeyri-neft sektorunda artım 7% , bütövlükdə iqtisadiyyatda artım isə 4% təşkil etmişdir. Dünya bazarında neftin qiymətinin 2 dəfədən çox aşağı düşməsinə və Respublikamızda onun hasilatının azalmasına baxmayaraq ixracatımızın əhəmiyyətli hissəsi (90%- dən çoxu) yenə də neft sektorunun payına düşür.

Milli iqtisadiyyatın strateji yol xəritəsinə uyğun olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə yanaşı bu sahədə ixrac yönümlü məhsulların istehalının təçkil edilməsi strateji istiqamət olmaqla yanaşı iqtisadiyyatının rəqabətə dözümlülüyünün və milli iqtisadiyatın iqtisadi təhlukəsizliyinin təmin edilməsinin mühüm amillərindən birinə çevriləcək.

Ölkəmizdə nəqliyyat sektorunun inkişaf etdirilməsi, Qədim “İpək yolunun” bərpası, Neft-qaz boru kəməri şəbəkələrinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir işinin başa çatdırılması, Azərbaycanın Asiyanı Avropaya birləşdirən nəqliyyat dəhlizi rolu oynaması nəqliyyat sektorunun ÜDM-də payını artırmaqla ümumi iqtisadi inkişafa təkan verəcək.

Milli iqtisadiyyatın strateji yol xəritəsinə uyğun olaraq İnkişaf etdirilməsi prespektivli hesab olunan qeyri-neft sektorunun struktur sahələrindən biri də turizmdir. Azərbaycanın təbii-coğrafi şəraiti imkan verir ki, ilin bütün fəsillərində yay-qış turizmi təşkil edilsin. Turizmin təşkili ayrı-ayrı insanların fərdi təşəbbüsü şəklində deyil dövlət proqramlarına uyğun həyata keçirilməlidir.

Nədənsə son vaxtlar xəzər sahili turizmi şəbəkələrinin yaradılması və inkişaf etdirilməsi sahəsində dövlət proqramı diqqətdən kənarda qalıb.Xəzəryanı turizm şəbəkələrinin müasir tələblər səviyyəsində yenidən qurulması və inkişaf etdirilməsi ölkədə turizmin inkişafında əhəmiyyətli rol oynaya bilər. Təbii ki, milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyinə real təsir göstərən amillərədən biri də ölkənin xarici dövlət borcudur. Bu gün iqtisadi ədəbiyyatda xarici dövlət borcunun ölkənin ÜDM-nə nisbətinin təhlükəliliyinin kəmiyyət müəyyənliyi haqqında yekdil fikir yoxdur. Hətta bəzi ölkələrin xarici borcları onların ÜDM-ə bərabər bir səviyyədədir. Azərbaycan Respublikasının prezidenti cənab İ.H.Əliyev 2015-ci ildə bir sıra mötəbər tədbirlərdə çıxışlarında qeyd etmişdir ki, Azərbaycan Respublkasının xarici dövlət borcu ölkənin ÜDM-nin 10 faizindən bir az çoxdur. Bu borcu qısa bir müddətdə mənim bir sərəncamımla (İ.H.Əliyev) ödəmək mümkündür. Lakin, xarici dövlət borcu beynəlxalq maliyyə qurumları, digər ölkə və təşkilatlarla səmərəli əməkdaşlığın bir forması olduğundan Azərbaycan Respublikası da bu mexanizmdən öz real gerçəkliyinə və tələbatına uyğun istifadəni məqsədəuyğun hesab edir.

Yol xəritəsində nəzərdə tutulduğu kimi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi də iqtisadi təhlükəsizliyi təmin edən amillərdən hesb oluna bilər. Davos beynəlxalq forumunda qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatı rəqabətə dözümlülüyünə görə 38-ci yerdədir.

Dünyada kifayət dərəcədə inteqrasiya birlikləri var. Bu inteqrasiya birlikləri müxtəlif xarakterlidir: siyasi, hərbi, iqtisadi. Bu və ya digər beynəlxalq birliklərə inteqrasiya edən hər bir ölkə ilk öncə milli maraqlarını, hərbi-siaysi maraqlarını, bütövlükdə milli təhlükəsizliyini nəzərə almalıdır. Balanslaşdırılmış siyasət yeritməklə bir neçə birlikdə təmsil olunmaq da istisna deyil. Azərbaycan resbuplikası MDB, Avropa İttifaqının müxtəlif qurumları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və digər qurumlarda təmsil olunmaqla bir sıra ciddi təhlükəsizlik problemlərini həll etməyə nail olmaq mümkündür.

Azərbaycan Respublikasının Dünya ticarət təşkilatında(ÜTT) üzvülüyü də iqtisadi təhlükəsizliyin mühüm tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayardı.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə təsir imkanına malik olan amillərdən biri kimi investisiyalar da diqqəti cəlb edir. Azərbaycan artıq investisiya idxal edən bir ölkədən investisiya ixrac edən bir ölkəyə çevrilib. Ölkəmiz bir sıra iqtisadi layhiələrin investoru kimi çıxış etmək öhdəliyini öz üzərinə götürmüşdür.Azərbaycan Respublikasının prezidenti, cənab İ.H.Əliyev xüsusi ilə iri həcmli kapital qoyuluşu tələb edən TANAP və TAP layihələrinin əsas investoru olmaq təşəbbüsü ilə cıxış etmişdi. Müstəqillik illərimizdə Respublika iqtisadiyyatına təxminən 200 mld. ABŞ dolları civarında investisiya qoyulmuşdur. Ilk dövrlər investisiyaların ümumi həcmində xarici investisiyalar üstünlük təşkil edirdisə də 2007-ci ildən başlayaraq daxili investisiyaların daha çox xüsusi çəkiyə malik olması müşahidə olunur. 2014-cü ildə Azərbaycan iqtisadiyyatına bütövlükdə 27 mld. dollarlıq investisiya qoyulmuşdur ki, onun da təxminən 65-70%-i daxili investisiyanın payına düşmüşdür. Doğrudur, hələlik daxılı invstisiyaların əhəmiyyətli hissəsi dövlətin payına düşür. Strateji istiqamət isə özəl sektorunun investisiya imkanlarının genişləndirilməsinə istiqamətlənib. Ölkədə sahibkarlığın bütün formalarının inkişafına əlverişli şərait yaradılmasını dövlətin bir öhdəlik olaraq öz üzərinə götürməsi özəl sektorun investisiya imkanlarının yüksəlməsinə gətirib çıxaracaq.

İnvestisiyanın təsir imkanlarnı araşdırarkən sərmayə qoyulan sahələrin ÜDM-də xüsusi çəkisi də diqqət mərkəzində saxlanılmalıdır. Sərmayə qoyuluşu həmin sahənin məhsul və xidmətinin ÜDM-də xüsusi çəkisinin artımı ilə müşahidə olunmalıdır. Əks təqdirdə investisiyadan istifadənin səmərəliliyi aşağı düşə bilər. Bu məsələlərə aydınlıq gətirmək üçün aşağıda göstərilən şəkil 1 və şəkil 2-yə diqqət verək.

Şəkil 2.



Şəkil 1 və 2 dən göründüyü kimi iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu ilə onların ÜDM-də xüsusi çəkisi arasında nisbi uyğunluq var.

Məsələn,2013-cü ildə iqtisadiyata qoyulan investisiyanın 42%-i sənayenin, 3,2 %-i kənd təsərrüfatının, 1,1% -i rabitənin payına düşmüşdür. 2013-cü ildə ÜDM-də sənaye 46,3 %, informasiya və rabitə 1,8%, kənd, meşə təsərrüfatı və balıqçılıq 5,3 % xüsusi çəkiyə malik olmuşdur.

Bəzi sahələrdə ölkə iqtisadiyyatına investisiya qoyuluşlarında uyğunsuzluqlqr müşahidə olunur. Bu uyğunsuzluqlar özünü daha çox investisiya çox qoyulan sahələrin UDM-ki, az payında özünü qabarıq şəkildə göstərir. Nəqliyyat və anbar təsərrüfatının 2013-cü ildə ÜDM-də payı 4,8 % olduğu halda, ümumi investisiyanın 20 %-i bu sahəyə cəlb olunmuşdur. Doğrudur gələcəkdə nəqliyyat sektorunun inkişafı ilə onun ÜDM-də xüsusi çəkisinin artacağı gözlənilir.

İqtisadi təhlükəsizliyin təmin edilməsinin mühüm şərtlərindən biri də milli valyutanın (manatın) dönərli xarici valyutalara (dollar, avro) nisbətinin sabit saxlanılmasıdır.2015-ci ildən başlayaraq bu sahədə yaranan çox ciddi problemlərin həlli üçün hökümət tərəfindən konkret qabaqlayıcı tədbirlər planı işlənib hazılanır. Milli valyutanın dönərli xarici valyutalara nisbətinin sabit saxlanılması inflyasiyanın tənzimlənməsinə şərait yaratmaqla milli istehsalı stimullaşdırır və gəlirlərin artımı fonunda əhalinin alıcılıq qabiliyyətini yuksəldir. Ölkəmizdə 2015-ci ildə baş verən devalvasiya milli valyutanın 30-35% qiymətdən düşməsi ilə nəticələndi. Doğrudur bu proses gözlənilən idi. Uzun müddət inzibati yolla manatın xarici donərli valyutalara sabit nisbətinin saxlanılması mümkünsüzdür. Mərkəzi Bankın rəhbərlərinin hesablamalarına gorə son dövrlərdə manatın sabit kursunun saxlanılması üçün hər il 2 mld. ABŞ dolları xərclənirdi. Son illər ölkəyə xarici valyuta daxil olmalarının nəzərə carpacaq dərəcədə aşağı düşməsi (neft gəlirlərinin azalması) bu prosesi mümükünsüz etdi, devalvasiya obyektiv zərurətə cevrildi. Təbii ki, devalvasiyanın təkrarlanmaması üçün dövlət tərəfindən qabaqlayıcı tədbirlər həyata kecirilir. Valyuta səbətinə iki dönərli valyuta, dollar və avro daxil edilmişdir ki, bu da manatın dollardan asılığını zəiflədir. Bank sektorlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görulur, qeyri-neft sektoru inkişaf etdirilir.

Tədqiqat işində diqqətlə araşdırılan məsələlərdən biri də ölkə əhalisinin həyat səviyyəsinin diqqət mərkəzində saxlanılmasıdır.Dünya iqtisadi böhranının təsiri altında son illır ölkə iqtisadiyyatında baş verən geriləmələrin vətəndaşların həyat səviyyəsinə mənfi təsirini minumuma endirmək məqsədi ilə ciddi qabaqlayıcı tədbirlərin görülməsi iqtisadi gerçəklikdən irəli gələn zərurətdir.Ölkəmizdə 2016-cı ildə qəbul edilən bir sırs strateji sənədlər bilavasitə digər çox ciddi problemlərl\ə yanaşı xalqın həyat səviyyəsi probleminin də həllinə istiqamətlənmişdir. Həyat səviyyəsini müəyyən edən əsas amillərindən olan məşğulluğun səviyyəsinin yuksəldilməsi (işsizlik təxminən 5% təşkil edir), yoxsulluğun minumuma endirilməsi (5% səviyyəsindədir),2016-cı ildə 100 min yeni iş yeri açılmışdır ki bu da ölkədə sosial iqtisadi siyasətin müvəffəqiyyətlə reallaşmasından xəbər verir, inflyasiyanın bir rəqəmli həddə olması, büdcə təşkilatlarında calışanların orta aylıq əmək haqqınin artıq425 manatdan 520 manata çatdırılması təhlükəsizliyin bu gostəricilərinin Azərbaycan iqtisadiyyatının inkişafının qanuna uyğun nəticəsi kimi təhlükəlilik həddindən çox uzaq olduğunu gostərir.

Beləliklə, milli təhlükəsizliyin o, cümlədən də iqtisadi təhlükəsizliyin təmin edilməsində Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələr dünya ölkələrinin inkişafı ilə müqayisədə geriliyə yol verməmək, karbohidrogen ehtiyatlardan movcud asılılığı aradan qaldirmaqla orta və uzunmüddətli prespektivə dünya iqtisadiyyatının xammal əlavəsinə, texnoloji “autsayderə” çevrilmək təhlükəsinin qarşısının alınması, texnoloji parklar şəbəkəsinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsinin diqqət mərkəzində saxlanılmasından ibarət olmalıdır. Bu qabaqlayıcı tədbirlər Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqaməıtlərində öz əksini tapmışdır. Həmçinin qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabliyyətliliyini yüksəltmək və onun innovasiyalı inkişafını təmin etmək qarşıda duran əsas vəzifələrdən hesab olunur. Ən-ənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsasları yaradılmalıdır, insan kapitalının inkişafı önə çəkilməlidir.Bu məqsədlə kadrların hazırlanmasına və yenidən hazırlanmasına,elmin inkişafına ayrılan vəsait iqtisadi inkişafın yol verdiyi hədd daxilində artırılması milli mənafe baxımından məqsədəuyğundur. Bunlar isə müasir şəraitdə iqtisadi təhlükəsizliyin təmin edilməsinin zəmini kimi çıxış edir.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin