Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 397,74 Kb.
səhifə1/6
tarix22.10.2017
ölçüsü397,74 Kb.
#10512
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Əlyazması hüququnda

MAQİSTRATURA MƏRKƏZİ

Mehdiyev Atatürk Seyfullah oğlunun

(MAGİSTRANTIN A.S.A)

Bank sistemində vergi və audit fəaaliyyətinin təşkili problemləri”

mövzusunda



MAQİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı 060403 “Maliyyə”

İxtisaslaşma “Vergi və vergiqoyma”

Elmi rəhbər: Magistr proqramının rəhbəri

dos. i.e.n. Sadıqov T.Ə. dos. i.e.n. Rzayev İ.



Kafedra müdiri:

i.e.d. Ələkbərov Ə.Ə.



BAKI -2016
M Ü N D Ə R İ C A T

Giriş ................................................................................................................. 3-6


Fəsil 1. Bankların fəaliyyətinin dövlət vergi tənzimlənməsinin metodoloji aspektləri


    1. Maliyyə-kredit təşkilatlarının fəaliyyətinin dövlət vergi tənzimlənməsinin

metodoloji əsasları ................................................................................ 7-13

    1. Kommersiya bankların fəaliyyətinin dövlət vergi tənzimlənməsinin metod və istiqamətləri ............................................................................................. 14-22

    2. Vergi münasibətlərinin subyekti kimi kommersiya banklarının

xarakteristikası ......................................................................................... 23-27

1.4. Kommersiya banklarında birbaşa vergilərin hesablanması

xüsusiyyətləri ........................................................................................... 28-36
Fəsil 2. Müasir şəraitdə kommersiya banklarında audit yoxlamasının təşkili metodikası

2.1. Auditin ümumi plan və keçiriləcək prosedurların hazırlanması

xüsusiyyətləri .......................................................................................... 37-41

2.2. Banklarda audit yoxlamasının aparılması metodikası............................. 42-48




Fəsil 3. Bankların dövlət vergi tənzimlənməsi mexanizmi və bank auditi prosedurlarının təkmilləşdirilməsi yolları
3.1. Kommersiya banklarının dövlət vergi tənzimlənməsi və

vergitutma sistemindəki problemləri........................................................ 49-52

3.2. Müasir şəraitdə kommersiya banklarının vergitutma mexanizminin

təkmilləşdirilməsi yolları........................................................................... 53-57

3.3. Bankların vergiyə cəlb edilməsi problemləri............................................. 58-61

3.4. Bank fəaliyyətinin vergi tənzimlənməsinin təkmilləşdirilməsi

yolları ....................................................................................................... 62-67
Nəticə................................................................................................................. 68- 72

İstifadə olunmuş ədəbiyyatların siyahısı......................................................... 73-74


Giriş

Mövzunun aktuallığı. Müasir dövrdə hər hansı bir ölkənin mövcudluğunun və inkişaf etməsinin əsas şərti odur ki, iqtisadiyyat dövlət tərəfindən tənzimlənsin. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi, ən əvvəl, onun başqa-başqa seqmentlərinə təsir etməsi ilə müəyyən olunur ki, bank sistemi, bank fəaliyyətidə bu cür seqmentlərdən biridir.

Müasir dünyada banklar ölkənin iqtisadiyyatında mühüm yerə malikdir. Onlar vasitəçilik funksiyasınıda yerinə yetirir. Fəaliyyətdə olan müəssisələr arasındakı bir sıra ödənişlərin həyata keçirirlər və bu zaman pul dövriyyəsində səmərəlik əldə olunur.

Bank sahəsində böhranın baş verməsi, banklarla yanaşı eyni zamannda onarın müştəriləri üçündə xüsusən təhlükəli haldır. İqtisadi artım halının müsbət olması üçün, sərmayə yatırımları əsasən real sektora yönləndirilməlidir, lakin normal inkişaf etmiş bank sistemi mövcud olmasa bu mümkün görünmür.

Aydındır ki, fəaliyyətdə olan kredit təşkilatlarının etibarlılığı, onların ödəniş tapşırıqlarının zamanında və daha tez həyata keçirilməsinə zəmanət vermə qabiliyyəti, iqtisadiyyatda mühüm yerə malik olan real sektorun kreditləşməsinin genişləndirilməsi və eyni zamanda qiymətli kağızlar bazarının inkişafıda, ölkədə iqtisadiyyatın formalaşması və inkişafının nəzəri və praktiki məslələrindən ən aktualı olan kommersiya fəaliyyətilə məşğul olan bankların vergiyə cəlb olunması qaydalarının təkmilləşdirilmə məsələsidə ön plana çəkilir.

Kommersiya fəaliyyətilə məşğul olan bankların vergiyə cəlb olunması problemlərinin tədqiq edilmə prosesində ölkəmizdə və iqdisadiyyatı inkişaf etmiş dövlətlərdəki kommersiya banklarının vergiyə cəlb olunmasının müqayisə edilməsi və təhlilinin aparılmasının gərəkliliyi ortaya çıxır. Bunu onunla əlaqələndirmək olar ki, ölkəmizdə olduğu kimi digər inkişaf etmiş dövlətlərdə də vergitutma bazasının formalaşması və bir neçə maliyyə institutlarına, eyni zamanda kommersiya banklarına bir ox xüsusi güzəştlərin verilməsi mövcuddur.
Göstərilən tədbirlərin zəruriliyi bir tərəfdən kommersiya banklarının vergiyə cəlb olunması xüsusi yanaşma tələb edən fəaliyyətlərinə xas olan prinsipial xüsusiyyətləri, digər tərəfdən isə bank sisteminin ölkə iqtisadiyyatında oynadığı rolla əlaqədardır. 

Qeyri-sabit maliyyə şəraitində banklar qarşısında xüsusi tələblər qoyulur. Kredit təşkilatlarının etibarlı dayanıqlı fəaliyyəti müəssisələr və onlarla büdcə arasında hesablaşmaların həyata keçirilməsinin mühüm şərtidir. 


Bank fəaliyyəti sahəsinin vergiyə cəlb olunması sisteminin təkmilləşdirilməsi prosesində yalnız kredit təşkilatlarının iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinə stimullaşdırılması və onların fəaliyyətinin stabilliyinin artırılması deyil, eyni zamanda bankların vergilərin ödənişindən yayınmaq imkanlarını məhdudlaşdırılması məsələləri həll olunmalıdır. 

Yuxarıda göstərilən səbəblərlə bağlı olaraq, həm dövlətin apardığı siyasət baxımından bankların həyata keirdiyi maliyyə əməliyyatlarının bir sıra əsas istiqamətlərinin inkişafının stimullaşdırılması, həm də effektiv olmayan bank əməliyyatlarının müəyyən edilməsi tədbirlərinin həyata keçirməyi mümkün edən üsul olaraq dövlət vergi tənzimlənməsi və bank auditinin əhəmiyyəti danılmazdır.



Mövzunun praktiki əhəmiyyəti. Müasir şəraitdə beynəlxalq təcrübələri əsas götürərək ölkəmizdə bank sektorunun vergiyə cəlb olunması problemlərini və bankların fəaliyyətinin vergi vasitəsilə tənzimlənməsi yollarının müəyyən olunması, dissertasiyanın praktiki və aktuallıq əhəmiyyətin təşkil edir.

Dissertassiyanın predmeti onun vəzifələri əsasında formalaşan müxtəlif məsələlərin nəzərdən keçirilməsi, həmçinin oxşar problemlər üzrə xarici və yerli alimlərin araşdırmaları prizmasından iqtisadiyyatın bank sektorunun vergitutma mexanizminin və bank auditinin aparılması metodikasının   öyrənilməsi, bu sahədə olan mövcud nöqsanların aradan götürülməsi və onların effekliliyinin artırılması üsullarının tədqiq olunmasıdır.



Dissertassiyanın məqsədi ölkəmizdə bankların vergiyə cəlb olunması zamanı ortaya çıxan problemlərin müəyyənləşdirilməsi və bank fəaliyyətinin vergi ilə tənzimlənməsinin necə təkmilləşdirilməsi yollarının xarakterizə edilməsidir.

Dissertassiyanın qarşısında duran vəzifələr kimi aşağıdakılar müəyyən edilmişdir:



  • iqtisadiyyatın bank sektorunun dövlət vergi tənzimlənməsinin nəzəri-metadaloji əsaslarının tədqiq edilməsi;

  • bankların fəaliyyətinin dövlət vergi tənzimlənməsi mexanizminin həyata keçirilməsi istiqamətlərinin araşdırılması;

  • kommersiya bankları tərəfindən birbaşa vergilərin hesablanması xüsusiyyətləri və mexanizminin müəyyən edilməsi;

  • kommersiya banklarının dövlət vergi tənzimlənməsi və vergitutma mexanizminin, həmçinin bank auditinin aparılması metodikasının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

  • bank auditinin səciyyəvi xüsusiyyətlərini müəyyən etmək;

  • daxili və kənar auditin aparılması ardıcıllığını göstərmək;

  • bank auditinin təşkili problemlərini müəyyən etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

  • kommersiya banklarının fəaliyyətinin auditinin aparılması mexanizminin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Tədqiqatın elmi yeniliyi. Dissertasiya işin həyata keçirərkən bir sıra çoxsaylı tədqiqatçıların fikirlərindən istifadə olunaraq kommersiya banklarının vergitutma sisteminin xüsusiyyətləri və bank sferasında audit yoxlamalarının necə aparılması qaydaları öyrənilmiş, ortaya çıxan problemlər araşdırılmış və bu problemlərin əsaslandırılmış həll yolları qeyd edilmişdir. 

Problemin öyrənilmə dərəcəsi. Banklarının vergiyə cəlb edilməsi problemləri müasir yerli və xarici mütəxəssislərin elmi əsərlərində öz öksini tapmışdır. Bank sistemi iştirakçılarının vergiyə cəlb edilməsinin nəzəri məsələləri və praktiki aspektləri ölkəmizin alimləri arasında Ə.Ə. Ələkbərov, D.A.Bağırov, A.F. Musayev, Y. Kəlbiyev, İ. Rzayev, T.Ə Sadıqov kimi alimlər məşğul olur.


Tədqiqatın informasiya mənbəyi. Dissertasiyada göstərilən bir sıra məsələlərin işıqlandırılmasında Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına, Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, Vergilər Nazirliyinin müvafiq təlimaylarına iqtisadi ədəbiyyata müraciət edilmişdir.
Tədqiqat işinin strukturu.
Tədqiqat işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatların siyahısından ibarət olmaqla 75 səhfə həcmindədir. 

Dissertasiyanın girişində mövzunun aktuallığı əsaslandırıldıqdan sonra, onun predmeti, tədqiqat işinin qatşısında duran məqsədlər, onların həyata keçirilməsi üçün qarşıda duran vəzifərlər müəyyən olunmuşdur.

Tədqiqat işinin birinci fəsli maliyyə-kredit təşkilatlarının fəaliyyətinin vergi tənzimlənməsinin nəzəri əsaslarının şərhinə həsr olunmuşdur. Göstərilən fəsildə əvvəlcə banklar fəaliyyətinin vergi tənzimlənməsinin nəzəri əsasları müəyyən edildikdən sonra, kredit təşkilatlarının fəaliyyətində dövlət və vergi tənzimlənməsinin metodları və istiqamətləri açıqlanıbdır. Növbəti parqrafda bank sisteminin subyekti kimi kommersiya banklarının səciyyəvi xüsusiyyətləri araşdırıldıqdan sonra, axrıncı paraqrafda onlar tərəfindən ödənilən əsas birbaşa vergi növü olan mənfəət vergisinin vergilərin hesablanması üzrə fərqli cəhətlər açıqlanmışdır. xüsusiyyətləri

Dissertasiyanın “Müasir şəraitdə kommersiya banklarında audit yoxlamasının təşkili metodikası” adlanan ikinci fəslində auditin ümumi plan və proqramının hazırlanması xüsusiyyətləri geniş formada şərh edildikdən sonra, kommersiya banklarında audit yoxlamasının aparılması metodikası və onun təşkili prinsipləri ətraflı formada açıqlanmışdır.

Dissertasiyanın axırıncı fəsli bank sahəsində vergiyə cəlb olunması və bank auditi prosedurları zamanı ortaya çıxan problemlər həsr edilibdir. Bu fəsilin ilk iki paraqrafında əvvəlcə kommersiya banklarının vergitutma mexanizmi problemləri və bu məsələlrin həll edilmə yolları müəyyənləşdirilmişdir. Fəslin sonnuncu parafı isə bank fəaliyyətinin vergi tənzimlənməsi yolları göstərilmişdir. 

Nəhayət dissertasiyanın yekununda aparılmış nəzəri araşdırmaların nəticələrinə əsaslanaraq kredit təşkilatlarında vergiyə cəlb olunma sisteminin təkminləşdirilməsi istiqamətləri üzrə müvafiq səmərəli həll yolları təklif olunmuşdur. 



Fəsil 1. Bankların fəaliyyətinin dövlət vergi tənzimlənməsinin metodoloji aspektləri
1.1. Maliyyə-kredit təşkilatlarının fəaliyyətinin dövlət vergi tənzimlənməsinin nəzəri əsasları
Bazar iqtisadiyyatı inkişafı nəticəsində, özlüyündə yaranan həll oluna bilməyən bir çox sosial-iqtisadi problemlər ortaya çıxmışdır. Ümumtəsərrüfat və sahə böhranları, pul tədavülündə olan pozuntular, işsizlik, dünya bazarlarında mövcud olan kəskin rəqabət dövlətin müdaxiləsini tələb edirdi. Hazırki şəraitdə iqtisadi və sosial sferada meydana gələn, problemin kəskinliyi səviyyəsindən asılı olaraq irəli gələn müxtəlif məsələləri dövlət tənzimlənməsi vasitəsilə həll edirlər. Buna məşğulluğun tənzimlənməsi, iqtisadi inkişafda stimullaşdırılma, sosial siyasəti, xarici iqtisadi tarazlığı, sahə və regional strukturlarda mütərəqqi hərəkətlərin mükafatlandırılma prosesini, misal olaraq göstərmək olar.

Ölkə iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsinin labüdlüyü bazar mexanizminin qeyri-təkmil olmasından irəli gəlir. Bazar iqtisadiyyatı sistemi tərəfdarlarının təsdiq etdiyi kimi tənzimləmə rəqabətin aradan qaldırılmasını stimullaşdırır (özünün başlıca nəzarət mexanizmini), gəlirləri qeyri-bərabər bölüşdürür, ictimai rifahı nəzərə almır, əhalinin məşğulluğunu və qiymətlərin stabil səviyyəsini tam təmin etməyə qadir deyil. Həm də bazar mexanizmi nə qədər qeyri-təkmil olarsa, dövlətin bazar proseslərinə tənzimləyici təsiri, özünü bir o qədər çox büruzə verməlidir. 



Dövlət tənzimlənməsi – dövlət tərəfindən müəyyən edilmiş məqsədlərə nail olunması məqsədi ilə cəmiyyət həyatının müxtəlif sferalarına məqsədyönlü müdaxilədir. Ölkə iqtisadiyyatımızın əsas xüsusiyyəti ondan ibarətdir ki, o keçid mərhələsindədir və bu səbəbdən dövlət tənzimlənməsi son dərəcə dəyərlidir. 

Müasir iqtisadi nəzəriyyə bazar iqtisadiyyatı şəraitində dövlətin üzərinə qoyula biləcək funksiyalar kimi aşağıdakıları qeyd edir: 



  • iqtisadi fəaliyyətin hüquqi cəhətdən təmin olunması; ideal bazar iqtisadiyyatı şəraitində istehsal olunması mümkün olmayan lazımi ictimai malların istehsalı, xidmətlərin göstərilməsi və işlərin görülməsi;

  • iqtisadi sistemin istismar xərclərinin minimallaşdırılması; rəqabətin antiinhisar tənzimlənməsi və inkişafı; pulla ifadə olunmayan, lakin bütün cəmiyyətə mənfi təsir edən kənar effektlərin təsirinin optimallaşdırılması;

  • dünya iqtisadiyyatında milli maraqların həyata keçirilməsi; cəmiyyətdə gəlirlərin yenidən bölüşdürülməsi;

  • məşğulluğun optimal səviyyəsinin saxlanması; regional sosial-iqtisadi siyasətin aparılması.

Yuxarıda sadalanan bütün funksiyaların praktiki olaraq həyata keçirilməsi pul-kredit və büdcə-maliyyə mexanizmlərindən istifadə olunması yolu ilə nail olunur. 

Pul-kredit mexanizminin köməkliyi ilə dövlət tənzimlənməsi dedikdə, sərbəst pullara olan tələbatın kəmiyyət və “kredit qiymətinin”– borc kapitalı və əmanət axımının miqyas, yəni kredit resurslarına olan tələbatın faiz dəyişməsi nəzərdə tutulur.

İqtisadi təsirin birbaşa alətlərinə məqsədli kreditləşdirmə, kredit axımlarının müəyyən edilməsi, faiz dərəcələrinin müəyyən edilmiş dərəcələri üzərində nəzarət aiddir. İqtisadi təsirin dolayı alətlərinə aiddir: minimal ehtiyat tələblərinin tənzimlənməsi, diskont siyasətinin (kreditlər üzrə uçot dərəcələrinin) tənzimlənməsi, xarici valyutanın alqı-satqısı, milli valyuta məzənnəsinin dəyişməsi, pulun dövriyyəyə emissiyası, dövlət qiymətli kağızlarının alqı-satqısı {6}. 

Hazırda müasir iqtisadiyyat elmi təsdiq edir ki, iqtisadiyyatın tənzimlənməsi prosesində bu mexanizmin ən çox istifadə olunmasına aşağıdakılar zəmin yaradır: 



  • effektiv alətlər və hüquqi infrastruktura;

  • sahibkarlıq psixologiyasının, yəni iqtisadi və hüquqi baxımdan təsərrüfat subyektlərinin kütləvi, məntiqi davranışının formalaşması;

  • müştəridən asılılıq dərəcəsinin çox olması;

  • inflyasiyanın aşağı və proqnozlaşdırılan göstəriciləri;

  • balanslaşdırılmış büdcə; tənzimlənmiş daxili dövlət borcu.

Qeyd olunduğu kimi, respublikamızda vəziyyət fərqli olduğu üçün büdcə-maliyyə mexanizminin aktiv tətbiq edilməsi tələb olunur. 
Büdcə-maliyyə mexanizmi vasitəsi ilə dövlət tənzimlənməsinə birinci, dövlətin maliyyə resurslarının formalaşması baxımından büdcə və büdcədənkənar fondlar, ikincisi dövlət qarşısında qoyulmuş məqsədlərə nail olunması üçün onların istifadəsi üzrə münasibətlər daxildir. Bu mexanizmin tərkib hissələrindən biri də vergilərdir. 

Dövlətin vergi tənzimləməsi həyata keçirməsi formaları aşağıdakılardır: 



  • vergi qanunvericiliyində düzəlişlər edilməsi;

  • vergitutma mexanizmini balanslaşdıran hüquqi aktlarda dəyi.ikliklər edilməsi,

Dövlət təsir istiqamətlərini müəyyən edərkən, əsas faktor olaraq hansı vergitutma metodlarından istifadə olunması və onun kredit təşkilatlarının fəaliyyət göstərməyinə necə təsir edəcəyinin təyin edilməsi, qarşıya çıxa biləcək əsas problemlərdəndir.

Dövlətin vergilər vasitəsilə maliyyə-kredit təşkilatlarının fəaliyyətinə təsir metodundan istifadə edərək və vergi sisteminin vasitəsilə kommersiya banklarında qarşıya qoyduğu prioritet məqsədlərin həyata keçirilməsi yollarını müəyyənləşdirir.

Bunula əlaqəli olaraq vergilər vasitəsilə, maliyyə-kredit təşkilatlarının fəaliyyətinə dövlətin təsirinin aşağıdakı metodlarından biri də yeni hazırlanan vergi qanunlarının işlənməsindən ibarət olan  qanunvericilikdir.  
Müvafiq metodun xüsusi vurğulanması iqtisadiyyatın inkişaf etməsi, eyni zamanda mülki və beynalxalq qanunvericilikdə dəyişiklər baş verir. Ayrıca olaraq iqtisadi mühitin dəyişməsi ilə əlaqədar bir sıra prioritet sahələrin dövlət tərəfindən tənzimlənmə zərurəti meydana çıxır. 

Bütün bu qeyd edilənlər isə ölkədə olan dəyişikliklərə müvafiq vergi hüququ sahəsində mütamadi düzəlişlərin edilməsi zərurətin yaradır. Qanunvericilikdə edilən bu korrektələr büdcə qarşısında vergi öhdəliklərinə vaxtında düzgün yerinə yetirilməsi sahəsinddə meydana gələn ziddiyyətlər nəticəsində yaranan problemlərin aradan qaldırılması proseslərində operativliyi və çevikliyi yaradır.


Qanunvericilik qaydasına uyğun olaraq, müxtəlif vergilərin tətbiqi və ləğvi vasitəsilə vergi sistemində həm dəyişiklik etmək, həm də məsələn, vergitutma obyektini və vergi dərəcəsi ilə manipulyasiya etməklə mümkündür.

Beləliklə, dövlətin vergilər vasitəsilə maliyyə-kredit təşkilatlarının fəaliyyətinə müdaxiləsi hərtərəfli əsaslandırılmalıdır, eyni zamanda maraqlı  tərəflərin prioritet maraqları nəzərə alınmalıdır.

Aparıcı iqtisadçıların fikrincə, məsrəflərin, istehsal resurslarının alış və malların satış qiymətinin artmasına, istehsal həcminin azalmasına, əməyə olan stimulun azalmasına səbəb olur. Son nəticədə vergi yükü artdıqca müəssisələrin və vətəndaşların sərəncamında olan mənfəətin, sərmayələrin və son nəticədə  təqdim olunan ictimai rifahın artmasına baxmayaraq, ümumilikdə ölkədə iqtisadiyyatının zəifləməsinə səbə olur. Eyni zamanda, vergilərin azaldılması zamanı əmanətlərin, mənfəətin, investisiyaların və uyğun olaraq ölkədə iqtisadi artımla yanaşı ümumi daxili məhsulun büdcə sistemində yenidən bölüşdürülən hissəsi azalır və dövlətin əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması imkanları məhdudlaşır. Belə olan halda isə bu siyasi vəziyyətin qeyri-sabitliyinə və cəmiyyətdə sosial gərginliyin artmasında özünü göstərəcək. 

Qeyd olunanlar universal xarakter daşımayan prinsiplərdir və ölkədə qeyd olunanların əsasında vergilərin artırılıb-azaldılmasının məqsədəuyğun olması barədə nəticəyə gəlmək olmaz.

Mikro səviyyədə vergi ağırlığı göstəricisi bəzən ümumi vergi ödənişlərinin ümumi daxili məhsula olaan nisbəti kimi müəyyən edilir. Büdcədənkənar ödənişlər də bəzən vergi ödənişlərinin tərkibinə daxil edilə bilər. Əlavə olaraq, həyata keçirilən büdcə ödənişlərinin tərkibinə dolayı vergilər son istehlakçılar tərəfindən ödənildiyi üçün   ƏDV, aksizlər, yol vergisinin də əlavə olmasının vacibliyi meydana çıxan məsələlərdəndir. Həmçinin vergi yükü göstəricisində məxrəcin yəni uyğun mövqenin təyin edilməsi üzrə fikirlər eynilik təşkil etmir. Bir qrup alimlər təklif edilir ki, satış pulundan başqa əlavə olunmuş dəyər və xalis mənfəət kimi iqtisadi göstəricilər vasitəsilə vergi yükünün hesablansın.

Düşünürük ki, birinci metod, yəni vergi ödənişlərinin ümumi gəlirə olan nisbət daha effektivdir. Hazırki şəraitdə balans mənfəətinin həcmi göstəricisi eyni nəticə verə bilməz, çünki sahibkarlar ümumi gəlir və faktiki balans mənfəətinin vergidən yayındırılmasında maraqlıdırlar. 

Ona görə də vergi yükü hesablamasında  müxtəlif üsullardan istifadə etməklə fərqli nəticələr əldə etmək mümkündür. Məsələn, büdcəyə köçürülən vergi ödənişlərinin məbləğini təmiz mənfəətə əlavə etsək o zaman belə nəticəyə gələ bilərik ki, müəssisələrin vergi öhdəliklərinin ümumi məbləği onların aldıqları ümumi gəlirdən çox olar. Bu qaydada hesablanan vergi yükü göstəricisində, büdcə vergi ödənişlərinin xərclərə aid olunmuş hissəsi nəzərdə tutulmur. 

Vergi ödəməsi həyata keirənlərə düşən vergi yükünün müəyyən olunmuş həddən (müəyyənləşdirilmiş səviyyədə vergi sisteminin effektivliyi azalır və nəticədə büdcə gəlirləri də aşağı azalır), yuxarı səviyyəyə qaldırılmasının mümkünsüzlüyü bu göstəriciləri təsdiqləmək məqsədilə tətbiq edilir.

Vergi dərəcəsi müəyyən bir həddə kimi artırıldıqda, istehsalın həcmində də bu artıma münasibətdə tədricən aşağı düşmə müşahidə olunması, vergi yükü göstəricisində və Laffer əyrisində də özün göstərir. Bu həddən sonra iqtisadi aktivlikdə aşağı enmə baş verir, kölgə iqtisadiyyatı ilə kapitalın yerdəyişməsi müşahidə olunur ki, bunun nəticəsində vergi bazasında azalma olur və büdcə gəlirləri aşağı düşür.

Lafferin nəzəriyyəsinin ümumi konsepsiyası bizim vəziyyətdə əsaslı şəkildə korrektura tələb edir ki, bu zaman Respublikamızın iqtisadi inkişafının şərtləri və subyektiv təsərrüfatçılıq psixologiyası nəzərə alınmalıdır. 


Əlavə olaraq, qeyd edilməlidir ki, Laffer nəzəriyyəsinin vergi qoyuluşu sahəsində və konkret vergi yığılma mexanizmindən, bunların birbirləriylə əlaqələrinin fərqindən asılılığı nələrdir. Bunun üçün də büdcə ili gəlirinin vergi qoyuluşunda orta dərəcədən yox, konkret göstərilən vergi dərəcəsindən asılı olduğu nümunəvi və təcrübəmizə uyğun bir təsəvvür yaradır. 

Lakin Laffer əyrisi vergi həddinin həcminin harada olması sualına cavab vermir. Dövlət bu həddi, hökumət tərəfindən qəbul olunmuş iqtisadi artım konsepsiyasına uyğun olaraq dövlətin bazar iqtisadiyyatına müdaxiləsinə yönəldilmiş vergitutma sahəsində həyata keçirilən tədbirlər sistemindən ibarət olan, vergi siyasətinin həyata keçirilməsi zamanı yalnız dövlət müəyyən edə bilər. Bu tədbirləri həyata keçirməklə dövlət iqtisadiyyata tənzimləyici təsir göstəri [10]

Düşünürük ki, həyata keçirilən vergi qoyuluşunun optimal dərəcəsini təyin etmək deyil, vergi qoyuluşu bazasını biznes mühitinin və gəlirlərin leqallaşması hesabına genişləndirmək məqsədəuyğundur.

Büdcə gəlirinin aşağı enməsinə Vergi yükünün bir qədər azalması səbəb ola bilər. Vergi yükünü hiss olunan qədər aşağı endirmək üçün, vergi daxilolmalarının artırılmaq mümkündür.

Dövlətin vergi tənzimlənməsi sahəsindəki konkret siyasəti bir çox amillərlə müəyyən olunur. Bunlardan ən əsası kimi üstünlük təşkil edən iqtisadi nəzəriyyəsini, dövlət xərclərinin həcmini, cari iqtisadi-siyasi vəziyyəti qeyd etmək olar. Məsələn, hazırkı dövrdə aparılan vergi islahatlarının mümkünlüyü qanunverici və icraedici dövlət orqanlarının razılaşdırılmış fəaliyyəti, eləcə də hətta vergi yükünün aşağı düşdüyü vəziyyətdə belə büdcə xərclərinin icra olunmasına imkan verən yaxşı iqtisadi vəziyyətlə şərtləndirilir.

Lakin, fikrimizcə vergilərin iqtisadiyyata tənzimləyici təsirinin həddən artıq şişirdilməsi təhlükəlidir. Hazırda bütün kütləvi informasiya vasitələrində iqtisadiyyatımızın inkişafı üçün əsas maneə vergi yükünün həddən artıq çox olması və vergi qanunvericiliyinin qeyri-sabit olması fikri geniş müzakirə olunur.

Bununla bərabər vergi yükü azaldığı halda vergi ödəyicilərinin vergiləri ödəməkdən az yayınacaqları ideyası irəli sürülür. Lakin, qeyd etmək istərdik ki, birinci respublikamızda vergi yükünün faktiki həcmi, sənaye cəhətdən inkişaf etmiş Qərb ölkələrində olduğundan çox deyil. Düzdür, burada söhbət büdcəyə faktiki ödənilmiş məbləğlərdən gedir, yəni vergi ödənişindən yayınma ilə əlaqədar ödənilməmiş məbləğlər nəzərə alınmır.

İkincisi, vergilərin azaldılması heç də o demək deyil ki, vergi ödəyiciləri vergi yükünün minimallaşdırması haqqında fikirləşməyəcəklər. Çünki istənilən müəssisə üçün vergilər xərcdir və bu səbəbdən təbii olaraq onun azaldılmasında maraqlıdır.




Yüklə 397,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin