III fəsil. Aqroparklar - aqrar sektorun müasir inkişaf modeli kimi.
3.1 Aqrar sektorun müasir inkişaf modeli kimi Aqroparklar
Aqro-parklar müxtəlif növlərdə: ixtisaslaşmış və qarışıq aqroparklar tipli çalışa bilər. Aqroparklar yaradılarkən əsas faktor fərqli sahələr və fəaliyyətlərin müxtəlif formalarda mövcud olmasıdır. Bununla da 4 müxtəlif aqropark modeli mövcuddur. Aqroparklar müxtəlif ölçülərdə ola bilər. Məsələn, Delta Park təqribən 40-100 ha, Yaşıl Park 30.000 ha ölçüsündə ola bilər. Delta Park Limana və ya daha çox hərəkətli yerlərə yaxın ərazidə qurulur. Burada sektorlararası: üzvi tullantı, gübrə, metan, istilik karbondioksid çevrilməsi təchiz olunur. Limanda yaradılması enerji baxımından önəmlidir. Burada insanların ən çox təsadüf edildiyi yer marketdir. Ərazidə çatdırılma çətinliyi olmadan hər gün satıcılara yeni məhsullar təklif etmək mümkündür. Ərazinin ən səmərəli şəkildə istifadəsi fəaliyyətlərin bir yerə cəmləşməsi ilə təmin edilir. Parkın təchiz edə bildiyi fəaliyyətlər: istixana, digər qapalı əkin növləri, protein istehsalı (ət, balıq və s.), ət istehsalı, kəsim yerləri, məhsulları son vəziyyətə gətirmə, tullantıları sinifləndirmə və geri çevrilmə, üzvi gübrə istehsalı, bioloji təmizləmə, dəstək olan fəaliyyətlər: paketləmə, depolama (saxlama) və s. Parkın limanda yerləşməsi və suya yaxın olması xammalın və eləcə də son əmtəələrin gəmilərlə daşına bilməsini təmin edir. Liman sahəsi həm də saxlama tankları və güc modulu kimi nəhəng quruluş bloklarının tikintisinə də uyğundur. Bitki və heyvan yetişdirmə sektoru daxilində boş sahələri olanlar uzun blokda yer alır. Bu daxili hissəyə lazım olan işıq və hava daxil olmasına səbəb olur. Bununla birlikdə heyvanların çölə çıxa bilməsinə görə açıq sahələr də mövcuddur. Balıqçılıq təsərrüfatları daha aşağı qatlarda hətta yarısından çoxu yerin altında qalacaq şəkildə inşa olunur. Ən üst qatlarda isə çoxlu günəş işığı tələb edən istixanalar yaradılır. Inşaat 1 km-dən uzun və təqribən 400 m enində, 20 m yüksəkliyindədir. Delta Park təsərrüfatları və istixanaları kənd ərazilərindən uzaqlaşdırıb yalnız vahid sahədə toplamağı bacarmışdır. Təsərrüfatlar, istixanalar və sənaye mərkəzləri artıq kənd ərazilərində yer almamalıdır. Bu cəsarət istəyən dizayn nə qədər uzun zamanda təsərrüfat sektoru üçün yaxşı bir imkan yaratsa da, hələ ki yoxlanılmayıb. İstehlakçılara heyvanların bir quruluşda toplanmasının heyvan hüquqlarına müvafiq olduğunu anlatmaq mürəkkəb olacaq. İstehlakçılar təsərrüfatın ənənəvi üsullarla həyata keçirilməsinin lazımlı olduğunu hesab edirlər. Lakin hazırda təsərrüfat əmtəələri böyük miqyaslı sənayelərdə hasil olunur. Bunun üçün park barəsində bilgiləndirmə və şüurlandırma önəm kəsb edir. Çoxlu sayda heyvanı bu növ quruluşda saxlamaq heyvanların həyatı baxımından risklidir. Bu yalnız onların çox yaxşı qayğısına baxmaq vasitəsilə təmin edilə bilər. Ancaq belə inkişaf etmiş sistemlər hələ ki ölkəmizdə mövcud deyildir.
Aqro İxtisas parkında təsərrüfatdakı xammal toplanaraq qida və qeyri-qida əmtəələrinə çevrilir. Bu xammal təsərrüfat sahələri ilə yanaşı ərazinin ətrafındakı bölgələrdən də əldə oluna bilər. Burada həm hasilata gedən maddələr, həm də yarım-fabrikat və son əmtəələr fərqli anbarlarda toplanır. Aqro İxtisas Parkı bir-biri ilə əlaqədə olmayan 3 sənaye bölməsindən ibarətdir:
- biorafinə fabriki,
- şəkər fabriki,
- alkoqol fabriki
Firmalar, servislər və s. üçün müştərək şəkildə uzun müddətli sövdələşmələr imzalanmışdır. Təsərrüfat yerlərinin yaxınlıqda yerləşməsi xüsusi olaraq tez xarab olan əmtəələrin hasilatına təsir edir.
Reaksiyalar
Məhsulların topdan təmin olunması xərc tələb edən bir işdir. Bu məqsədlə xammaddəni yox, aralıq məhsulu daşımaq daha məqsədyönlüdür. Buna görə başlanğıc məqsəd kompleksi tikmək deyil də, ucuz çatdırılma şəbəkələrini nəzərdən keçirmək gərəkdir. Beləliklə, istehsalın hər bir mərhələsinin ən gəlirli şəkildə yerinə yetirilməsi təmin olunmalıdır.
Əsas çətinlik könüllü və tutuma malik, eyni anda təşviq edəbiləcək şirkətlərin axtarılmasıdır. Bir çox müxtəlif xammal və son əmtəənin olması prosesləri daha da qarışır. Bunun üçün bəzi fabrik və ya fəaliyyətlərin firmalarla müştərək halda yerinə yetirilməsi işin asanlaşmasına yardımçı olur. Lakin bu işi edə biləcək firmaları tapmaq çox çətin prosesdir. Bu prosesi yalnız yerinə yetirəcək çox az firma mövcuddur. Bunun üçün də ortaq olub hər bir şeyi paylaşacaq firmalar tapmaq çox önəmlidir.
Limanda olması çox önəmli bir faktordur. Çünki yerli xammal ehtiyyatı və aralıq məhsul ilə təchiz etməkdən başqa beynəlxalq ticarətə də önəm verilməlidir.
Bu model 3 fabrik sayəsində formalaşmışdır. Bəs firmalardan biri mövcud anlaşmanı pozarsa? Belə vəziyyətlərə görə yaxşı təşəbbüskarın (inisiator) olması gərəkdir. Fermerlərin də kooperativ və ya fərdi şəkildə qoşulacağı vacib bir məsələdir.
Belə bir çalışmanın strateji plana dönüşülməsi önəmlidir. Aqropark inşa ediləcəyi sahənin iqtisadiyyatına əhəmiyyətli bir itələyici qüvvəyə çevriləcəkdir.