Qarışıq (Multi) Parklar
Dizayn (quruluş) prinsipləri
Multi parkların əsas əhəmiyyət kəsb edən cəhəti buradakı parkların yüksək səviyyədə təşkil olunmasıdır. Bunun səbəbi hasilat bölməsinin yanında meşələr, istirahət üçün təşkil olunmuş sahələr və yaşayış yeri kimi sosial fəaliyyətlərin olmasındadır. Bu təsərrüfatın əsas önəmi fermer təsərrüfatlarının yaxın formada yerləşməsidir.
Parkın təchiz etdiyi fəaliyyətlər aşağıdakılardır:
Açıq və qapalı halda qurulan fermer təsərrüfatları
tərəvəz hasilatı
meşəçilik
enerji istehsalı
təsərrüfat turizmi
Bu quruluşun əsas hədəfi xüsusən çox az fəaliyyət gerçəkləşən kənd yerlərində çox məqsədyönlü bir bölüm yaratmaqdır.Bölgənin şimalında yaşıl rəngdə olan bufer (tampon) sahə təşkil olunmuşdur.Bu yaradılan bölgədə və cənubdakı yerlərdə heyvandarlığa əngəl yaradılmış və bütün fermalar vahid bir cəm halında toplanmışdır.Gübrə hasilatı da mərkəzdə yer tutur.
Gübrə hasil olunaraq həyata keçirilən böyük ölçüdə enerji istehsalı araşdırılmalıdır. Bu zaman enerji qiymətləri hesablanmalıdır.
Bu quruluşun hədəfi sahibkarla kəndli arasında güclü əlaqə yaratmaqdır.
Bu quruluşda fermalar bir mərkəzdə toplanmışdır.Bununla belə fermaların daşınması gərəkdir.
Seçilən bölmə yerinə başqa bölmələri seçə bilərlər.
Bu təsərrüfatın ən önəmli hissəsi kənd təsərrüfatı turizmidir.
Multi aqropark — bir neçə tip kənd təsərrüfatı əmtəələrinin hasilatı, emalı və məhsulların marketinqi ilə bağlı fəaliyyətlər vahid istehsal mərkəzində, vahid ərazidə birləşdirilmiş təsərrüfatçılıq subyektidir.Qarışıq aqroparklarda heyvandarlıq məhsulları ilə yanaşı bitkiçilik məhsullarının da istehsalı, həmçinin onların emalı, məhsulların marketinqi, logistika, digər xidmət sahələrinə əsasən lazımlı olan fəaliyyətləri bir mərkəzdə yer tutan təsərrüfatçılıq subyektində bölünməlidir.Belə aqroparklar subyektlərində qapalı hasilat–emal silsiləsinin yaradılması və tullantısız texnologiyaların reallaşması üsulu ilə həm ərzaq təhlükəsizliyinə imkanlar vermək, həm də ətraf mühitin mühafizəsini həyata keçirmək olar.
Multi aqroparklar ixtisaslaşmış aqroparklarla nisbətdə təşkilati strukturu ilə birlikdə təsərrüfatçılıq fəaliyyətləri və idarəetmə aspektindən daha genişdir və qarışıqdır.Onlar fərqli məhsulların hasilatını, daha sonra isə bu əmtəələrin emalı zamanı əldə olunan başqa məhsulların satışını reallaşdırırlar.Bu da öz növbəsində bazara daha çox məhsulun daxil olmasına imkan yaradır.Buna görə də Azərbaycanda aqroparkların qurulması zamanı regionlar seçilərkən həm ixtisaslaşmış, həm də qarışıq məhsul ortaya çıxarılmasına fikir verilməlidir.Çünki elə regionlarımız mövcuddur ki, burada ərazi vahid məhsula əsasən ixtisaslaşıb.Deməli bu yerlərdə ixtisaslaşmış aqropark qurulmalıdır.Lakin bəzi bölgələrimiz də mövcuddur ki, burada ərazi birdən çox məhsul üzrə ixtisaslaşıb və burada qarışıq aqroparkların təşkil etmək daha münasib hesab edilir.Bunun üçün də multi aqroparkların qurulması üçün geniş tədqiqatlar və iqtisadi hesablamalar gerçəkləşdirilməlidir ki, Azərbaycan mühitində qarışıq aqroparkların əlverişli forması təyin olunsun.Aran İqtisadi Rayonu qarışıq aqroparkların qurulması üşün daha münasibdir.Məsələn İmişli, Yevlax, Bərdə, və başqa bu kimi bölgələrdə bitkiçilik və heyvandarlıq məhsullarının hasilatı və emalı üzrə aqroparkların formalaşması məqsədəuyğun sayıla bilər.
Aqrar sektorda təkmilləşmiş inkişaf modellərindən bilinən və ilk dəfə 1998-ci ildə Hollandiyada əsası qoyulan aqroparklar qısa inkişaf dövründə uğurlu nəticə olaraq qiymətləndirilmişdir ki, buna görə də 2014-cü ildən başlayaraq ölkəmizin müхtəlif regionlarında dövlətin təşkilatçılığı və maliyyə dəstəyi sayəsində aqroparklar inşa edilməkdədir. Şəmkir rayonunda yerləşən “Şəmkir Aqroparkı” 543 ha sahəyə malikdir. Aqroparkda qurulan modern istiхana kompleksi, meyvə və tərəvəz emalı zavodları, soyuducu anbarlar, satış yerləri, şitillik, tinglik və məhsuldar bağçılıq təsərrüfatları, logistika və aqroservis mərkəzi, mehmanxana, elmi tədqiqat, həmçinin innovasiyalar mərkəzi yaradılmışdır. “Şəmkir Aqroparkı”nı su ilə təmini məqsədilə Şəmkir çayı üzərində Dəryaçanın yaradılması region üçün də vacib rol oynayır. Hal-hazırda “Şəmkir Aqroparkı” proyekti daxilində ola biləcək investisiya şəraiti, innovativ-teхnoloji ideyaların insanlara yayılmasını təşkil etməklə potensial sərmayeçiləri aqroparkın fəaliyyətinə maraq oyadır. Burada kənd təsərrüfatı ilə məşğul olan əhalinin istehsal etdikləri məhsulların tez xarab olmaması üçün 21000 tonluq soyuducu anbar, çeşidləmə və qablaşdırma şöbələri aktivdir. Qeyd etmək lazımdır ki, “Şəmkir Aqroparkı” ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətləri arasında gələcək birgə çalışma barəsində anlaşma imzalanmışdır. Şəmkir rayonunun əlverişli iqtisadi-coğrafi yerdə məskunlaşması, məhsulların хarici bazara çıхarılmasına imkan yaradır. Burada çalışan Elmi Araşdırmalar və İnnovasiya Mərkəzi isə fermerlərə daimi olaraq dünya bazarında təzahür edən dəyişikliklər və innovasiyalarla əlaqədar informasiya verəcək. Həmçinin, fermerlərin İsveçrə, Almaniya, İtaliya, Fransada və İsraildə hazırlanan yüksək keyfiyyətli gübrə və pestisidlər ilə təchiz olunması da nəzərdə tutulub. “Şəmkir Aqroparkı”nın əsas böyümə mahiyyətinə aşağıdakılar daхildir:
- vahid brend kimi hərəkət etmək,
- yeni texnologiyanın tətbiqi,
- хarici bazarlara rahat çıхa bilmə imkanları,
- səmərəliliyin artırılması,
- vahid standartlara cavab vermə,
- vahid iхrac pəncərəsinin formalaşması.
Hal-hazırda “Şəmkir Aqroparkı” proyekti daxilində ola biləcək investisiya şəraiti, innovativ-teхnoloji ideyaların insanlara yayılmasını təşkil etməklə potensial sərmayeçiləri aqroparkın fəaliyyətinə maraq oyadır.
Indiki halda Respublikamızda Yalama və Mingəçevirdə “Aqroparklar” inşa olunur ki, bunlar da gələcək dövrlərdə ölkə iqtisadiyyatına müsbət effekt göstərməklə birlikdə, əhalinin ərzaq təhlükəsizliyi aspektindən də mühüm rola sahib olacaqdır. Burada hazırlaşmanın birinci mərhələsi baş tutur. Yerli və əcnəbi investorların cəlb edilməsi üçün tədbirlər planı hazırlanır və güzəştlərin həyata keçirilməsi proqnozlaşdırılır.
Aqroparkda çalışan sahibkarlar orada istifadəyə veriləcək Aqroaptekin, İnnovasiyalar və Teхnologiyalar Mərkəzinin, Logistik Mərkəzin imkanlarından yararlana biləcəklər. Bundan əlavə aqroparkda hasil olunan məhsulların хarici bazarlarda çıхışını reallaşdırmaq üçün gərəkli beynəlхalq sertifikatların alınması təklifi nəzərdə tutulmuşdur.
“Şəmkir Aqropark”-ın başqa üstün cəhəti isə burada yaradılan emal müəssisələrinin fermerlərin yetişdirdiyi hər bir kənd təsərrüfatı məhsullarını alması hesab olunur. Bu vaxt keyfiyyət əsas götürülmür. Habelə yerli əhali üçün Aqroparkda mövcud olan digər imkanlardan-fərqli məhsulların becərilməsində tövsiyyələrin verilməsi, daha məhsuldar, yüksək keyfiyyətli şitillərin əldə edilməsi və s. sahələrdə bəhrələnmək şəraiti qurulacaq. Bununla da Aqroparkın fəaliyyət göstərməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərməklə yanaşı region əhalisinin sosial rifahının yaxşılaşmasına səbəb olacaq.
Dostları ilə paylaş: |