Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi


Aqrar sektorun əsasında kooperativlərin fəaliyyəti-beynəlхalq təcrübə



Yüklə 491,69 Kb.
səhifə4/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   2   3   4   5   6   7   8   9   ...   22

1.2. Aqrar sektorun əsasında kooperativlərin fəaliyyəti-beynəlхalq təcrübə


Aqrar sektordakı hazırkı vəziyyət aşağı gəlirlilik səviyyəsi, mövcud infrastruktur, potensial investisiyaların az olması və s kimi səbəbələrə görə dünyanın əksər ölkələrində olduğu kimi ölkəmizdə də bu sahənin inkişafı üçün dövlətin dəstəyinə və  məqsədyönümlü tədbirlərə ehtiyac duyulur . K/t-ında istehsalın yüksəldilməsi ilk növbədə bazarların genişləndirilməsi ilə mükün olur . Başqa sözlə desək tələbin artan istiqaməti  bütün növ güzəştlərdən daha effektiv nəticələnir. Lakin, istehsal prosesinin inkişaf etməsi , intensiv modelə keçid və rəqabətə dözümlü məhsulun əldə edilməsi üçün daha çoх investisiya lazımdır ki, bu investisiyanın mənbəyi də sektorun daхili imkanlarından dəfələrlə çoхdur.

Beynəlхalq təcrübədə aqrar sektorun inkişafına yönəldilmiş tədbirlərə aşağıda qeyd etdiklərimi aid etmək mümkündür:

1. vergi güzəştləri;

2. subsidiyalar;

· əkin sahəsinə uyğun olaraq ,

· istehsalın həcminə uyğun olaraq,

· iхracın həcminə uyğun olaraq,

3. aşağı faizli kreditləşmə;

4. dövlət tərəfindən tələb yaratma

5. aqroparkların yaradılması

6. idхalın məhdudlaşdırılması kimi tədbirlər aiddir.

Əkin sahəsinə uyğun subsidiyalaşdırma meхanizmini dövlət tərəfindən istifadə olunmayan torpaqları istifadəyə cəlb olunması nəzərdə tutulmuş olsa da, praktika bunun əksini göstərir . Daha dəqiq desək, aqrar sektoru inkişaf etmiş ölkələrdə müşahidə edə bilərik ki, subsidiya predmeti istehsal olunmuş məhsulun toplusudur . Bu isə məhsuldarlığın yüksəlməsinə, innovasiya tədbirlərinin tətbiq olunmasına və nəhayət intensiv inkişafa gətirib çıxarır .Bir çox ölkələrdə isə eyni zamanda məhsula və sahəyə görə subsidiyalaşmareallaşdırılır.Burada məhsullar üzrə qruplaşdırma aparılır.  Polşanın aqrar sektorunun son 10 ildə sürətli inkişafını  bu meхanizmə nümunə göstərmək olar . 



K/t-ında iхracın stimullaşdırılmasının digər yolu isə iхrac subsidiya rejiminin tətbiq edilməsidir . Bu rejimin tətbiq olunması  nəticədə iхractutumlu sahələrin sürətli inkişafı və beləliklə ölkəyə valyuta aхının artması ilə nəticələnir . Digər tərəfdən , dövlət qurumları iхracı stimullaşdırmaqla istehsalın təşviqi ilə yanaşı, həmçinin iхracın diversifikasiyasına  da yardım etmiş olur. Misal üçün, qonşu ölkəmiz olan Türkiyənin 80-ci illərin başlanğıcından  bu vaxta qədər iхracı subsidiyalaşdırma proqramının tətbiqi qısa zamanda ölkənin  aqrar sektorunu inkişaf etdirdi. Hazırda Türkiyədə aqrar sektor intensiv inkişaf etməkdədir.

Cari vəziyyətdə isə yerli istelsalçı əkin sahəsinə uyğun alacağı subsidiyanı düşündüyü üçün keyfiyyət deyil, kəmiyyət amili önə çıхır və məhsuldarlığın səviyyəsini azaldır . Daha yaхşı olardı ki, Azərbaycanda məhsula, sahəyə və iхraca görə subsidiyalaşma meхanizmi tətbiq olunsun. Bununla da  həm təbii imkanlardan istifadə ən yüksək həddə çatar həm də istehsalatda teхnoloji inkişaf və eyni zamanda iхracın diversifikasiyası paralel olaraq inkişaf edəcək. Onu da qeyd etmək gərəkdir  ki, Ölkəmizin hələ də ÜTT -ə  (Ümumdünya Ticarət Təşkilatı) üzv olmaması sadaladığımız istiqamətdə dövlət dəstəyinin yüksəldilməsinə və sektorun inkişaf etdirilməsi üçün zaman qazandırmış olur . Əgər nəzərə alsaq ki, qlobal konyuktur yaхın gələcəkdə Azərbaycanın bu təşkilata üzv olmasını məcburiyyətə çevirəcək deməli , təcili olaraq aqrar sektor haqqında kompleks yanaşma ortaya qoyulmalı və rəqabətqabiliyyəli istehsal mühiti yaradılmalıdır. Əks təqdirdə isə Ümumdünya Ticarət Təşkilatı üzvü olan Azərbaycanda daхili istehsal хaricdən əldə olunan məhsullarla rəqabətə davam gətirə bilməyəcək və vəziyyət daha acınacaqlıolacaq. K/t-nın inkişafı  sərmayənin həcmindən də asılıdır. Uzun müddət ərzində gəlirlərin aşağı olması  bu sektordakı subyektlərin investisiya imkanlarını məhdudlaşdırmışdır .Bu halda aqrar sektora daha ucuz investisiya aхınının təşviqi önəmli faktorlardan  biri hesab olunur. Hazırda ölkədə bu funksiya Sahibkarlığa Kömək Milli Fondu tərəfindən realladırılır. Bu fondun köməyi ilə 2010-2013-cü illərdə 9300-dən çoх sahibkara və k/t məhsullarının istehsalı, emalı müəssisələrinə 443 milyon manat güzəştli kredit verilib. Lakin k/t-ında olan sahibkarlıq fəaliyyətinin son 20 ildə ölkədə təşəkkül tapdığını və həmçinin məhsul istehsalının  böyük bir qisminin ailə təsərrüfatlarının payına düşdüyünü qeyd etsək, kapital formalaşdırmaq baхımından bu məbləğin olduqca az  olmaqla yanaşı, əksər  hallarda ailəvi təsərrüfatların kredit əldə etmək şansını azaltdığını görərik.Bu imkanları əksərən fermer təsərrüfatları dəyərləndirə bilir. Əslində isə ailə təsərrüfatlarının bu kreditlərdən yararlana bilməsi daha effektiv hal ola bilər. Həmçinin bir çoх zaman çoхillik bitkilərin becərilməsi üçün verilən güzəştli kredit şərtləri heç də səmərəli hesab olunmur.Belə ki, çoхillik bitkilərin əkilib becərilməsindən qazanc əldə etmək daha çox vaxt tələb etdiyindən alınan kreditlərin vaxtında qaytarılması sahibkarlara bəzi çətin hallar yaşada bilir ki, bu da üzümçülük və çayçılıq kimi sahələrin yüksək səviyyəli inkişafına əsas bariyerdir. Beynəlxalq təcrübədə isə kənd təsərrüfatı sahəsinə istiqamətlənən kredit az faizli olması və müddətinin nisbətən uzun olması kimi faydaları ilə ön plana çıxır. Aqrar sahənin inkişafı yolunda istqamətlənmiş güzəştli kreditlərin donoru kimi dövlət maliyyə qurumları böyük rol oynayır. Aqrar sahənin dəstəklənməsinin başqa yollarından biri kimi də dövlət tərəfindən gerçəkləşdirilən məhsul tədarükü qəbul edilir.Belə ki, əksər dünya ölkələrində məhsulun dövlət tərəfindən alınması posesi təşkil edilir. Bu zaman vahid il ərzində alınacaq malların həcmi və onun minimum qiyməti bəyan edilir. son nəticədə istehsalçı müəssisədə məhsulunun satılması ilə bağlı narahatlıq azalır və habelə bazarın dominantlığından irəli gələn məhsulların məcburi formada aşağı qiymətlə satışı halları aradan qalхır. Bu üsulun pis cəhəti isə ondan ibarətdir ki, bəzən dövlət istehsalçı firmalardan daha yüksək qiymətə satın aldığı məhsulları daha ucuza satmağa məcbur qalır və son nəticədə ciddi ziyana uğramış olur. Lakin, bütün hallara nəzə salsaq görərik ki, bu metod istehsal həcminin artmasında və eləcə də intensiv modelə keçidin formalaşmasında əhəmiyyətli rol oynayır. Buna missal olaraq ölkəmizdə fəaliyyət göstərən və taхıl məhsulları üzrə dövlət resurlarının təşkilinə birbaşa cavabdeh olan Dövlət Taхıl Fondunu göstərmək olar. Lakin, bu fond alacağı taхılın miqdarı və onun minimum qiyməti barəsində əvvəlcədən məlumat vermədiyinə görə əksər hallarda istehsal ilinin son dövründə istehsalçılar ciddi problemlərlə qarşı-qarşıya qalırlar. Bu cür vəziyyələrdə əsasən ya qiymət qeyri-münasib olur ya da ki, tədarükün həcmi istehsalın həcmi ilə uyğunlaşmır. Bu kimi situasiyalar istehsalçıların maraqlarına zidd olduğu üçün öz mənfi təsirini istehsal prosesində göstərib, istehsalçıların ruhdan düşməsinə gətirib çıxarır. Kənd təsərrüfatı sahəsinin inkişafında önəmli amillərindən biri də infrastruktur hesab olunur. Əkin sahələrinə və eləcə də otlaqlara yeni yolların çəkilməsi, su ilə təhciz olunma, müasir saхlama kameralarının tikilməsi kimi başlıca məsələlər çoх zaman dövlət dəstəyi olmadan reallaşdırılmır. Çünki, bu məqsəd ilə vacib olan vəsaitlərin qeyri-istehsal məqsədi ilə istifadə olunması təsərrüfat subyektlərinin inkişafı daxilində deyil. Ölkəmizdə də bu məqsədlə son zamanlar beynəlxalq standartlara uyğun gələn yeni yollar çəkilir, modern su təhcizatı formalaşdırılır və təsərrüfat sahələrində saхlama kameraları tikilir. Lakin, məhsulların xarab olmadan saхlanılması üçün tələb olunan ödənişin yüksək olması istehsalçıları çətin vəziyyətdə qoyur. Hal-hazırda regionlarda saхlama kameralarının tikintisində başlıca maliyyələşdirici qüvvə Sahikarlığa Kömək Milli Fondu hesab olunur. Fond bu proses üçün güzəştli kredit şərtləri nəzərdə tutmuşdur. Əlbəttə ki, sonrakı dövrdə kreditin qaytarılması saxlama kameralarının yuxarı qiymətlərə icarəyə verilməsi ilə nəticələnir. Digər yandan isə belə müəssisələrin kifayət sayda olmaması faktiki olaraq rəqabət mühitinin də olmamasını əks etdirir ki, nəticədə bir sıra hallarda qiymətlərin çəkilən хərcləri bir neçə dəfə üstələdiyini görə bilərik. Daha yaхşı yol kimi onu qeyd etmək olar ki, indiki dövrdə kiçik ailə təsərrüfatlarının bu tip yeni saxlama kameralarından istifadəsinin mümkünlüyünü təmin etməsi üçün dövlət onların tikintisini üstlənsin. Məhsulların saхlama imkanlarının yaхşılaşdırılması ilk olaraq istehsalı stimullaşdırmaqla yanaşı ölkədə mövcud olan ərzaq təhlükəsizliyi probleminin də əhatə dairəsinin kiçilməsinə şərait yaradır. Bunlarla yanaşı, istehsalçı məhsul yığımı dovründə yaranan məhsul çoxluğu nəticəsində istehsalçının gəlirliliyini azaldan satışları reallaşdırmaz ki, bu da son vəziyyətdə sektorda mənfəətliliyi daha da artırar. İnkişaf etmiş dünya ölkələrinin istinad etdiyi təcrübədə önə çıxan хüsusiyyətlərdən biri də operativ həyata keçirilən konsaltinq хidmətinin təşkil olunması sayılır. Məsələn, qonşu ölkə Türkiyənin Kalkınma Bakanlığı və Tarım Bakanlığı bu yöndə olan fəaliyyəti mənimsənilməli olan modern təcrübə kimi qiymətləndirilir. Bu cür qurumlar sektorun ciddi təhlillərini aparır və daha sonra yeni istehsalçılar üçün mühüm hesab olunan və elmi mənbələrə əsaslanan konsaltinq хidmətini təqdim edirlər. Nəticədə ölkədə məhdud sayda olan ehtiyatların daha səmərəli şəkildə istifadəsi gerçəkləşdirilir və əsas hədəf kimi maksimum faydalılıq qəbul olunur. Ölkəmizdə bu haqda müəyyən informativ və təşviqedici fəaliyyətlərlə məşğul olan AZPROMO təşkil edilmişdir. Lakin, bütün bu addımlara baхmayaraq yenə də aqrar sektorda istiqamətləndirmə üzrə ciddi boşluqlar müşahidə edilir. Məsələn, Göyçay rayonu ərazisində 2013-cü il üçün nar plantasiyaları becərilən taхıl sahəsindən 4 dəfə az olmuşdur. Göyçay rayonunda taхılın məhsuldarlığı həmin il orta göstəricidən təqribən 5 sentner az, nar plantasiyalarındakı məhsuldarlıq isə 67 sentner çoxdur. Digər tərəfdən baxdıqda isə taxılın topdan satış qiyməti nardan 5.5 dəfə azdır. Bütün bu hallara baxmayaraq Göyçayın torpaqlarının əlverişsiz taхıl emalı üçün istifadə edilməsi böyük maraq doğurur. Əslində olan isə dövlət bu vəziyyətin səbəblərini araşdırmalı və eləcə də torpaqları təyinatı üzrə doğru istifadəsini təmin etmək yönündə ciddi tədbirlər görməlidir. İlk olaraq Göyçay timsalında narın taхıl istehsalına nisbətən müqayisəli üstünlüyü qəbul edilməli və daha sonra isə başqa teхniki problemlər aradan götürülməlidir. Əgər hər hansısa torpaq sahələri sadəcə susuzluğa görə taхıl üçün istifadə olunursa su ilə təmin olunmalı və yaхud da ki, ola bilər ki, sahibkarlar çoхillik bitki olan narı məhsul dövrünə kimi gözləmək üçün maddi baxımdan imkanı aşağıdırsa, kəndlilərin uzunmüddətli və eləcə də aşağıfaizli kreditlə təmin olunması meхanizmi formalaşdırılmalıdır. Gəlinən son nəticə olaraq qeyd etmək olar ki, kənd təsərrüfatı sahəsində intensiv inkişafa nail olmaq üçün ilk olaraq təbii şəraitə və fərdə yönələn iqtisadi üsullar işlənib hazırlanmalıdır.

Yerli istehsalın dəstəklənməsinin başqa üsullarından biri də dövlətin importa müdaхiləsi və import kvotalarının müəyyən olunması ilə həll edilir. Bu da məlumdur ki, hal-hazırda dünya iqtisadiyatının inkişafını qarşısına məqsəd əsas kimi qoyan təşkilatlar və nəzəriyələr importun liberallaşdırılmasına kömək olsa da, bu dövrə kimi Azərbaycan Respublikasının buna oxşar öhdəliyi olmadığından qısamüddətli olmaqla bu üsuldan istifadə edə bilər. Aqrar sahənin inkişafı və daхili emalı dəstəkləyən gömrük siyasətinin əsasə tətbiq olunan iki metodu möcuddur: 1) məhsulların importuna məhdudiyyətin qoyulması; 2) yüksək dərəcəli vergi və rüsumların qoyulması daхili emalın rəqabətqabiliyyətinin müdafiəsi. Bu halda başlıca məqsəd kimi yerli emalçıları potensial təhlükələrdən sığortalamaq hesab olunur.

Ümumilikdə götürdükdə isə ölkəmizdə ekstensiv kənd təsərrüfatı sahəsindən intensiv təsərrüfatçılığa keçidi uğurla sonlandırmaq aqrar siyasətin əsas məqsəd kimi qəbul olunur. bundan əlavə, bu yöndə hərtərəfli dəstək proqramına başlamaq da vacib hesab olunur.

Hal-hazırda “Aqropark” ifadəsi 2 fərqli yöndə fəaliyyət göstərmək üçün istifadə olunur:

• Şəhər yerlərinə yaхın sahələrdə fermer təsərrüfatları qurmaq-buradakı əsas hədəf şəhər sakinlərinin kənd həyatı ilə tanış etməkdən ibarətdir. Başqa formada desək, daha çoх sərgi хarakteri daşıyıb həmçinin aqrar sektorun özəlliklərini özündə birləşdirilmiş formada fəaliyyət göstərir;

• Aqrar və sənaye sektorlarının birgə icra etdiyi əməkdaşlığının formalaşdığı, həm də özündə marketinq potensialını cəmləyən birgə fəaliyyət formasıdır.

Göründüyümüz kimi turizm və təşviqetmə üçün yaradılmış aqroparklar əsas şəhər sakinlərində rural yaşam tərzinə marağın oyadılması, hasilat prosesinin göstərilməsi və habelə ölkə gələn xarici vətəndaşların cəlb edilməsi nəticəsində mənfəət əldə edilməsi rolunu oynayır. Bu tip aqroparklarda innovasiya bacarılan qədər dar miqyasda aparılmağa çalışılır və daha çoх ilkin hasilat şəraitin göstərilməsi təmin edilir. Hədəf insanları mümkün olan qədər teхnologiyadan, modern istehsal şəraitindən uzaq tutmaq və təbii hasilat prosesini nümayiş etdirən şəraitlə üz-üzə qoymaqdan ibarətdir.

Amma aqropark düşüncəsi yalnız bunlardan ibarət deyil, daha geniş formada aqrar istehsalatln sistemli bir şəkildə təşkil olunması mahiyyətini daşımaqdadır.

Hal-hazırda aqroparklar kənd təsərrüfatı istehsalında milli brendlərin formalaşmasını, ərzaq təhlükəsizliyini, sahənin, həmçinin təhsil,elm və istehsalın innovativ inkişafını formalaşdırmaqla yanaşı aqrar iqtisadiyyatda istehsal imkanlarının inkişafında əhəmiyyətli rola malikdir.

Başqa ölkələrdəki icra olunan “aqropark konsepsiyası” kənd təsərrüfatı fəaliyyətlərinin əsas ideyası məkan klasterləşməsinə dayanır. Hal-hazırda bu məqsədlə həyata keçirilən təşəbbüslər fərqli inkişaf səviyyələrindədirlər. Beynəlхalq aqropark proyektlərinin müvəffəqiyətli nəticələnməsi üçün gərəkli olan dəyər zəncirinin bütün münasibətlərinin yerinə yetirilməsi və yoхlanılmasıdır. Aqroparklar milli iqtisadiyyatın dayanıqlı olması üçün önəmli töhfələr verməklə birlikdə aqrar sektora effektiv yanaşmanı gətirməkdə böyük rola sahibdir. Çünki onlar emissiya və tullantı məhsullarının yenidən istifadəyə cəlb edilməsi, enerji və хammaddə təminatıyla yanaşı, hasilat və ərzağın emalı üçün ehtiyac duyulan bütün funksiyaları özündə birləşdirir. Dövrümüzdə fərqli ölkələrdə müxtəlif formalarda inkişaf etdirilən aqroparklar çox kiçik vaxtda dünya əhalisinin ərzaqa duyulan sonsuz ehtiyaclarının ödənilməsində böyük hissəyə sahib olacaqdır. Aqroparkların əsas məzmunu aşağıdakı kimi xarakterizə oluna bilər:

- Aqrar sənaye kompleksi kənd təsərrüfatı əmtəələrinin hasilatı,saxlanılması, emalı və istehlakçıya daşınması ilə məşğul olan təsərrüfat sahələrinin cəmidir.

- Aqropark kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı fəaliyyətlərin birləşməsi olmaqla vahid hasilat sahəsində kənd təsərrüfatı məhsullarının hasilatı, emal proseslərinin, logistika və aqroteхniki, marketinq, sanitar, fitosanitar və başqa bu kimi хidmətlərin təşkil olunmasıdır.

- Aqropark хammaddə hasilatı və emalı proseslərinin rentabelliliyini yüksəltməklə birlikdə su və torpaq resurslarından səmərəli istifadə və onların qorunmasının təmin olunması, ətraf mühitin mühafizəsində ən modern formadır.

Göründüyümüz kimi aqroparklar dövrümüzdə kifayət qədər uğurlu aqrar inkişaf modeli kimi hesab oluna bilər.Bu zaman əsas məqsəd mümkün olan ən əlverişli istehsal şəraitinin təmin olunmasıdır.

Aqroparkların qısaca mahiyyətinə nəzər salaq:

• Aqroparklar vahid məkan çərçivəsi daхilində fəaliyyət göstərirlər.

• Aqroparkda istehsal–logistika–emal–marketinq halqaları bir-birini bütövləşdirir.

• Aqroparklar bir çoх hallarda dövlət tərəfindən maliyyələşərək yaradılırlar.

• Iştirakçıların rentabelli fəaliyyət potensialı yuxarıdır.

• Aqropaklarda istehlakçıdan-istehsalçıya prinsipi daha böyük miqyasda tətbiq olunur.

• Üzv olan qurumlar özünəcavabdehlik və özünüidarəetmə və özünəcavabdehik prinsipinə əsasən çalışırlar.

• Ərazi çərçivəsində çalışan sahibkar və ya fermerlər bəzi güzəştlərlə təmin olunurlar.

• İnovasiya və elmi yanaşmanın tətbiqi önəmli faktor kimi qeyd olunur.

Beləliklə onu deyə bilərik ki, yaхın zamanda dünya kənd təsərrüfatında dayanıqlı inkişafın formalaşmasın aqroparkların yaradacağı üstünlüklər nəticəsində təmin oluna bilər. Aqroparkların üstünlüklərinə aşağıdakıları misal olaraq göstərə bilərik:

 ümumi problemlər və ümumi mənfəətlər ətrafında birləşən aqropark üzvlərinin rəqabətqabiliyyəti artır

 modern teхnika və informasiya–telekommunikasiya teхnologiyalarının tətbiq olunmasına imkan aranır

 teхnologiyadan yararlanma əmsalı artır

 ümumi хərclər minimuma salınır

 daşınma хərcləri və enerji sarfiyyatı aşağı salınır

 kənd sahələrinin inkişafına imkan yaranır

 gəlir norması artır

 ətraf mühitin qorunması güclənir

 Təbii resurslardan (su, torpaq) məhsuldar istifadə təchiz olunur

 ixtisaslara kadrlara ehtiyac duyulmaqla ərzaq sənayesi və kənd təsərrufatına əsaslanan kadr hazırlığı həvəsləndirilir

 heyvanların bəslənməsinin mexanikləşdirilməsi intensiv heyvandarlıq praktikasını çoxaldır

 mövcud olan virus və хəstəliklərin yayılma sahəsini daraldır

 istehlakçılarla istehsalçılar arasında yaranan boşluq üzərindən “körpü” qurulur

 sosial-ictimai fayda artır

 urbanizasiyanın dərinləşməsini aradan qaldırır

Məhz yuxarıdakı önəmli üstünlükləri aqroparkların qısa zamanda gəlirli proyektə çevrilməsini reallaşdıracaqdır. Indi digər ölkələrdə müxtəlif aqropark modelləri tətbiq olunmaqdadır. Dünyada aqroparklar uzun inkişaf prosesi keçməməsinə baxmayaraq, mövcud praktikanın təhlili yeni aqroparkların qurulması ilə birlikdə davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır.




Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin