Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,7 Mb.
səhifə22/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
Misal 1.3.4. 31 dekabr 2014-cü il tarixində «ABC» şirkəti xaricdə fəaliyyət üçün digər şirkətin işləyib hazırladığı patent hüququnu əldə etmişdir. Mü­qavilənin şərtlərinə görə, «ABC» şirkəti müqasilənin bağlandığı anda 300 000 dollar, üç ildən sonra daha 250 000 dollar ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə hüquqi xidmətin göstərilməsi məbləği – 14 000 dollar, patent hüququnun dövlət orqanlarından qeydiyyatdan keçməsi xərci – 800 dollar, diskontlaşdırma dərəcəsi – 10%. Hmin məlumatlar əsasında patent hüququ­nun ilkin dəyəri aşağıdakı kimi müəyyən olunacaqdır:

1. Patentin ilkin (tarixi) dəyəri:

- ödənilmiş pul vəsaitləri …………………… 300 000 dollar

- hüquqi xidmətin dəyəri …………………… 4000 dollar

- patent hüququnun qeydiyyatı xərcləri…….1400 dollar

- təxirə salınmış tədiyyənin (ödənişin)

diskontlaşdırılmış məbləği ………………….187 826 dollar

Yekun ………………………………………….492 966 dollar

Deməli, patentiv balansda tanınan ilkin dəyər 492 966 dollar təşkil edir.

2. Patentin əldə olunması, istifadə üçün hazır vəziyyətə gətirilməsi ilə əlaqədar ödənilmiş və ödənilməmiş məbləğlər:

- ödənilmiş pul vəsaitləri………………………300 000 dollar

- hüquqi xidmətin dəyəri ………………………4000 dollar

- patent hüququnun qeydiyyatı ……………….1400 dollar

- 3 ildən sonra ödəniləcək pul vəsaitləri ………250 000 dollar

Yekun …………………………………………..555 400 dollar

3. Patentin əldə olunması ilə əlaqədar ödənilmiş və ödənilməli olan məbləğ ilə patentin ilkin (tarixi) dəyəri arasındakı fərq-tədiyyənin ödənilmə müddə­tinin uzadılmasına görə hesablanmış faiz xərcidir və həmin xərc dövrü xərclərə aid edilir (555 400 – 492 966) ………………..6243 dollar.

Xarici valyuta ilə ifadə olunan qeyri-maddi aktiv ilkin qiymətləndirmədən sonra aşağıdakı qiymətlərdən biri ilə qiymətləndirilə bilər:

(a) yığılmış amortizasiya və qiymətdəndüşmədən olan zərər çıxılmaqla ilkin (tarixi) dəyərlə; yaxud

(b) yenidənqiymətləndirmə tarixinə yığılmış amortizasiya və qiymətdən­düşmədən olan zərər çıxılmaqla ədalətli dəyərlə.

Qeyri-maddi aktivin ədalətli dəyəri aktiv bazarda mövcud olan bazar qiymətləri ilə müəyyən oluna bilər. MHBS 38 və MMUS 12 aktiv bazar kimi elə bazarı nəzərdə tutur ki, həmin bazarda:

- eynicinsli mallar alınıb-satılır;

- sövdələşmə istəyində olan alıcı və satıcılar mövcuddur;

- qiymətlər əl çatandır, açıqdır.

Əgər müəssisə ikinci uçot modelini, yaxud qiymətləndirmə modelini seçirsə, onda yenidənqiymətləndirmə mütəmadi əsasda aparılmalı və yenidən­qiymətləndirmə obyektinin aid edildiyi qeyri-maddi aktivlərin bütün qrupu yenidən qiymətləndirilməlidir.

Yenidənqiymətləndirmə nəticəsində qeyri-maddi balans dəyəri artdıqda, həmin artım məbləği balans hesabatında, eyni zamanda kapitalda dəyişikliklər haqqında hesabatda yenidənqiymətləndirmə üzrə ehtiyat maddəsində əks etdirilməlidir, bir şərtlə ki, əvvəlki yenidənqiymətləndirmə zamanı balans dəyərinin aşağı düşməsi olmamışdır, əgər olmuşsa, onda hesabat dövründə yenidənqiymətləndirmədən yaranan artım keçən ilin yenidən qiymətləndir­məsindən yaranan zərərin ödənilməsinə silinəcəkdir. Yenidənqiymətləndirmə üzrə ehtiyat olmadıqda, yenidənqiymətləndirmədən olan zərər mənfəət və zərərlər haqqında hesabatda öz əksini tapacaqdır.

Misal 1.3.5. «ACC» şirkəti xaricdə biznes fəaliyyətini həyata keçirmək üçün kvota əldə edir, kvotanın dəyəri 98 000 dollar, digər xərclər 2000 dollar. Kvota 2013-cü ilin dekabrında ilkin dəyərlə balansa alınmışdır. Şirkət 31 dekabr 2014-cü il və 31 dekabr 2015-ci il tarixlərinə kvotanın yenidənqiymətləndirməsini aparmışdır:

31 dekabr 2014-cü ilə ədalətli dəyər – 90 000 dollar

31 dekabr 2015-ci ilə ədalətli dəyər – 80 000 dollar


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin