Cədvəl 2.5.2
Xarici törəmə şirkətin 01.31.2011 tarixinə yenidən hesablanmış aktivləri və öhdəliklərinin məbləği, min man.
Aktiv
|
Məzənnə
|
Funksional valyuta ilə məbləğ
|
Passiv
|
Məzənnə
|
Funksional valyuta ilə məbləğ
|
Torpaq, tikili və avadanlıqlar
|
1,10
|
1210,0
|
Səhmdar kapital
|
1,10
|
1320
|
Qeyri-maddi aktivlər
|
1,10
|
220,0
|
Pul öhdəlikləri
|
1,30
|
65,0
|
Ehtiyatlar
|
1,10
|
550,0
|
Qeyri-pul öhdəlikləri
|
1,10
|
660,0
|
Pul vəsaitləri
|
1,30
|
65,0
|
|
|
|
Yekunu
|
x
|
2045
|
Yekunu
|
x
|
2045
|
Əgər ana şirkət törəmə şirkətin xalis aktivlərində 100% deyil, daha aşağı, məsələn, 80% paya malikdirsə, onda məzənnə fərqlərindən yaranan fərqlər həmin paya uyğun olaraq ana şirkət ilə törəmə şirkət arasında bölüşdürülməlidir. Fərz edək ki, törəmə şirkətin xalis aktivlərinin məbləği 600 000 dol. təşkil edir, onda ana şirkətin xalis investisiyalarının payı 480 000 dol. (600 000 80% : 100) təşkil edəcəkdir. Tutaq ki, ilin əvvəlinə məzənnə 1 dol. / 1,20 man., ilin sonuna isə 1 dol. / 1,50 man. təşkil etmişdir. Valyuta məzənnəsinin dəyişilməsi nəticəsində məzənnə fərqi – (1,50 – 1,20) 600 000 dol. = 180 000 dol. Olacaqdır. Həmin məzənnə fərqində ana şirkətin payı – 144 000 dol. (180 000 0,8), törəmə şirkətin payı isə – 36 000 dol. (180 000 0,2) olacaqdır.
Əvvəlki misalda yalnız balans məlumatları əsasında yenidən hesablanma aparılmışdı, yəni həmin misalda əməliyyatlar yox idi. İndi isə qalıqlarla bərabər əməliyyatların da olduğu misalla xaricdə fəaliyyətin yenidən hesablanmasını, yaxud funksional valyuta ilə əks etdirilməsini nəzərdən keçirək.
Misal 2.5.2. Rusiya Federasiyasında yerləşən Azərbaycan şirkəti 2011-ci ildə Rusiya şirkətinin səhmlərinin 100%-ni almaqla xaricdə fəaliyyət əldə etmiş olur. Satınalma tarixinə məzənnə 1 dol. / 72 rub. təşkil etmişdir. Azərbaycan şirkətinin funksional valyutası dollardır, onun hesabat ili 31 dekabr 2011-ci ildir. Rusiya şirkəti 2100 min rubla avadanlıq əldə etmiş, onun faydalı istifadə müddəti 5 il, ləğvetmə dəyəri sıfır rubl təşkil edir. Aşağıda Rusiya şirkətinin hesabatı təqdim edilir. Şirkətin funksional valyutası – rubl, hesabatın təqdim olunma valyutası – dollardır.
Dostları ilə paylaş: |