Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı


Kapitalın hərəkəti ilə bağlı əməliyyatlar



Yüklə 0,7 Mb.
səhifə17/59
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106151
1   ...   13   14   15   16   17   18   19   20   ...   59
Kapitalın hərəkəti ilə bağlı əməliyyatlar:

  • Birbaşa invesitisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə;

  • qiymətli kağızların əldə edilməsi;

  • torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr;

  • malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətdə ödəniş möhlətinin verilməsi və alınması;

  • müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətdə depozitə cəlb edilməsi;

  • cari valyuta əməliyyatları olmayan bütün digər valyuta əməliyyatları.

Qanuna uyğun olaraq valyuta əməliyyatlarının cari və kapitalın hərəkəti ilə bağlı əməliyyatlara bölünməsi əslində onların uçotunun da həmin bölgü əsasında aparılmasını ehtiva edir. Ancaq aşağıda görəcəyimiz kimi, MHBS 21 və MMUS 22 valyuta əməliyatlarını başqa cür təsnifləşdirir.

MHBS 21 və MMUS 22 valyuta əməliyyatını uçot məqsədləri üçün aşağıdakı kimi müəyyənləşdirir və təsnifləşdirir.

Valyuta əməliyyatı – xarici valyuta ilə həyata keçirilən və həmin valyuta ilə hesablaşmanın aparılmasını tələbə edən əməliyyatdır. Bu əməliyyat aşağıdakı hallarda yaranır:

(a) müəssisə, qiymətləri xarici valyuta ilə göstərilən malları və xidmətləri aldıqda, yaxud satdıqda;

(b) vəsaitləri borc verdiyi, yaxud borc götürdüyü zaman ödənilməli, yaxud alınmalı olan məbləğlər xarici valyuta ilə göstərildikdə; yaxud

(c) xarici valyuta ilə ifadə olunan hansısa başqa şəkildə aktiv əldə etdiyi, yaxud satdığı, yaxud öz boynuna öhdəlik götürdüyü, yaxud öhdəlikləri ödədiyi zaman.

Valyuta məzənnələrinin tətbiq edilməsi üçün balansın maddələri aşağıdakı iki əlamət üzrə təsnifləşdirilməlidir:

(a) pul maddələri üzrə;

(b) qeyri-pul maddələri üzrə.

Pul maddələri – valyuta vahidlərini təsbit edilmiş, yaxud müəyyən edilən miqdarda alınması hüquqlarıdır (yaxud ödənilməsi üzrə öhdəlikdir), başqa sözlə debitor və kreditor borclarıdır.

Xarici valyuta ilə pul maddələri aşağıdakı kimi təsnifləşdirilə bilər:


  • nağd pulla ödənilməli olan pensiyalar və digər müavinətlər;

  • pul formasında ödənilməli olan qiymətləndirilmiş öhdəliklər;

  • öhdəlik kimi tanına pul dividendləri;

  • nağd pulla, yaxud nağdsız qaydada pulla alınmalı olan faizlər, dividendlər;

  • nağd pulla, yaxud nağdsız qaydada daxil olası debitor borcları;

  • müəssisənin kassasında olan nağd pul vəsaitləri;

  • müəssisənin bank hesablarında olan nağd pul vəsaitləri;

  • təsbit olunmamış miqdarda pay alətlərinin alınması (yaxud təqdim olunması) üzrə kontraktların şərtlərinə əsasən alınmalı (yaxud təqdim olunmalı) olan ədalətli dəyərə bərabər təsbit edilmiş, yaxud müəyyən edilən miqdarda valyuta vahidləri və s.

Qeyri-pul maddələri aşağıdakı kimi təsnifləşdirilir:

  • malların və xidmətlərin dəyərinin əvvəlcədən ödənilməsi (məsələn, avans şəklində ödənilmiş icarə haqqı);

  • göndəriləcək malların, göndəriləcək xidmətlərin dəyərinin əvvəlcədən alınması (məsələn, avans şəklində alınmış icarə haqqı);

  • işgüzar reputasiya;

  • qeyri-maddi aktivlər;

  • torpaq, tikili və avadanlıqlar və digər uzunmüddətli aktivlər;

  • mal-material ehtiyatları;

  • qeyri-pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər.

MHBS 21 və MMUS 22 xarici valyuta ilə olan əməliyyatların, həmçinin pul maddələrinin, qeyri-pul maddələrinin qalıqlarının hansı mübadilə məzənnələri ilə əks etdirilməsi qaydalarını müəyyən etmişdir. Həmin qaydalar özlüyündə metodoloji prinsipləri, prosedurları ehtiva edir.

Bundan başqa, xarici valyuta ilə olan əməliyyatların funksional valyuta ilə əks etdirilməsi, xaricdə fəaliyyətin maliyyə hesabatının yenidən hesablanması, funksional valyutanın təqdimolunma valyutasına çevrilməsi zamanı yaranan informasiyanın açıqlanması da MHBS 21 və MMUS 22-nin başlıca tələblərindən biridir.

Həmin standartlara görə təşkilatlar maliyyə hesabatında aşağıdakı informasiyaları açıqlamalıdır:


  • mənfəət və zərərlər haqqında hesabat əks etdirilməli olan məzənnə fərqlərinin məbləğini;

  • kapitalın ayrıca komponentində tanınmış xalis məzənnə fərqlərini və həmin məzənnə fərqlərinin hesabat dövrünün əvvəlinə və sonuna olan məbləğlərini.

Təqdimolunma valyutası funksional valyutadan fərqləndikdə həmin fakt açıqlanmalı və funksoional valyutadan imtina olunub təqdimolunma valyuta­sından istifadə edilməsinin şərtləri və səbəbləri öz əksini tapmalıdır.

Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin, öhdəliklərin və maliyyə hesabatının digər elementlərinin (kapitalın, gəlirlərin və xərclərin), həmçinin baş vermiş əməliyyatların haqqında informasiya formalaşdırmağın ən başlıca məsələlərindən biri də müvafiq prinsiplərin, metodiki xarakterli qaydaların və prosedurların müəyyən edilməsi və praktiki tətbiqidir. Bizim yazdığımız dissertasiya işinə rəğmən, həmin prinsiplər, qayda və prosedurlar həm ümumi, həm də xüsusi xarakter daşıyır. Odur ki, həmin məsələləri növbəti paraqrafda nəzərdən keçirək.



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin