Tədqiqat işinin məqsəd və vəzifələri. Tədqiqatın məqsədi sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsinin nəzəri aspektlərini araşdıraraq və sahibkarlığa sosial-iqtisadi amillərin təsirini qiymətləndirərək sahibkarlıq fəaliyyəti ilə sosial-iqtisadi proseslər arasında əlaqənin təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış nəzəri-metodoloji müddəaların və praktiki tövsiyələrin işlənib hazırlanmasından ibarətdir.
Tədqiqat işində nəzərdə tutulan məqsədin reallaşdırılmasını təmin etmək üçün aşağıdakı vəzifələr müəyyən edilmişdir:
- qarşılıqlı sosial-iqtisadi münasibətlər sistemində sahibkarlığın rolu və yerinin müəyyən edilməsi;
-sosial-iqtisadi proseslərlə sahibkarlıq arasında funksional bağlılığın araşdırılması;
- ölkənin sosial-iqtisadi inkişafı məqsədilə sahibkarlıq subyektlərinədövlətin təsir mexanizminin öyrənilməklə ümumiləşdirilməsi;
- sahibkarlıq vəsosial-iqtisadi proseslər arasında qarşılıqlı əlaqəni təhlil etməklə onların rolu və yerinin müəyyən edilməsi;
- sahibkarlığın maliyyə-büdcə prosesləri ilə əlaqəsinin hazırkı vəziyyətini və inkişaf meyllərini sistemli şəkildə təhlil etmək və qiymətləndirmək;
-sahibkarlıqla sosial-iqtisadi proseslər arasında əlaqələri təkmilləşdirməklə bağlı elmi əhəmiyyət daşıyan müvafiq təkliflər işləyiib hazırlamaq.
Tədqiqat obyekti. Tədqiqat obyekti olaraq ölkədə sahibkarlıqla sosial-iqtisadi proseslər arasında əlaqələr müəyyən edilmişdir.
Tədqiqat predmeti. Tədqiqat predmeti kimi sahibkarlıqla sosial-iqtisadi proseslər arasında münasibətlər və müasir iqtisadi şəraitdə onları təkmilləşdirmək isteqamətləri müəyyən edlmişdir.
Dissetasiyanın nəzəri-metodoloji əsasında xarici və yerli iqtisadçı alimlər tərəfindən işlənib hazırlanmış sahibkarlığın inkişafı problemlərinə dair son illərdə dərc olunmuş nəzəri-təcrübi elmi əsərlər, ölkənin normativ-hüquqi aktları dayanır. Tədqiqatda məntiqi ümumiləşdirmə və qruplaşdırma, müqayisə, statistik təhlil, şəxsi müşahidə, dinamika və s. metodlarından istifadə olunmuşdur.
Tədqiqatın informasiya bazasının əsasında sahibkarlıq fəaliyyəti, eləcə də onun sosial-iqtisadi proseslərlə əlaqənin təkmilləşdirilməsi ilə bağlı ədəbiyyat, müvafiq idarəetmə orqanlarının məlumatlarından istifadə edilmişdir.
Dissetasiyanın elmi yeniliyinə aşağıdakılar aiddir:
- qarşılıqlı sosial-iqtisadi münasibətlər sistemində sahibkarlığın formalaşması və inkişafının konseptual əsasları tədqiq edilmişdir;
- sosial-iqtisadi proseslərlə sahibkarlıq arasında funksional bağlılıq tədqiq edilməklə, onun Azərbaycan reallığında effektiv tətbiqi ilə bağlı müvafiq təklif və tövsiyələr işlənib hazırlanmışdır;
- ölkənin sosial-iqtisadi inkişafı məqsədilə sahibkarlıq subyektlərinə dövlətin təsir mexanizmi tədqiq edilərək, onların konkret şəraitdə tətbiqi imkanları nəzərə alınmaqla, sistemləşdirilmişdir;
- qlobal maliyyə böhranı şəraitində sahibkarlığın maliyyə-büdcə prosesləri ilə əlaqəsinin mövcud vəziyyəti və inkişaf meylləri təhlil edilərək qiymətləndirilmişdir;
- Azərbaycanda sahibkarlığın xarici iqtisadi proseslərlə əlaqəsinin formalaşması xüsusiyyətləri üzə çıxarılaraq qiymətləndirilmişdir;
- sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqəsinin təkmilləşdirilməsi üzrə dövlət siyasətinin prioritet istiqamətləri əsaslandırılmışdır.
İşin təcrübəvi əhəmiyyəti. Tədqiqat işinin nəticələri sahibkarlığın sosial-iqtisadi proseslərlə əlaqələndirilməsi mexanizminin təkmilləşdirilməsinə yönəldilmişdir. Bu cür əlaqələndirilmə mexanizmindən sahibkarlıq subyektlərinin və dövlətin əsas idarəetmə orqanlarının praktiki fəaliyyətindəistifadə oluna bilər.
İşin strukturu. Tədqiqat işinin strukturu giriş, üç fəsil, nəticə və təkliflərdən ibarət olmaqla, ədəbiyyat siyahısı ilə birlikdə kompüter yazısında – səhifə olmaqla özündə 15 cədvəli, 6 sxemi, 4 qrafiki əhatə edir.
Dostları ilə paylaş: |