Azərbaycan respubliкasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti faкüLTƏ: «Uçot-iqtisad»


Borc və səhm kapitalı arasındakı fərq



Yüklə 94,46 Kb.
səhifə5/29
tarix10.01.2022
ölçüsü94,46 Kb.
#108627
1   2   3   4   5   6   7   8   9   ...   29
Borc və səhm kapitalı arasındakı fərq. Borc kapitalının dəyəri səhm kapitalının dəyərindən adətən aşağı olur. Çünki borca görə ödənilən faiz vergi tutumuna aid olan məbləğdən çıxılır. Beləliklə, daha böyük borclarla yüksək risk əlaqələnir. Müəssisələr faizi ödəmək və borcu qaytarmaq imkanını itirə bilir.

İnvestisiya qoyuluşunda iki başlıca xarici maliyyələşmə mənbəyi :

a) Borc kapitalını; b) Səhm kapitalını araşdırmaq lazım gəlir. Hər iki mənbə dörd müxtəlif istiqamətdən : a)uzunmüddətli ssudalardan ; b) lizinqlərdən (uzunmüddətli icarədən) ; c) istiqrazlardan ; d) səhmlərdən qidalanır.

Borc kapitalı. Borc kapitalının özünün müəyyən üstünlüklərinə baxmayaraq, əsaslı bir çatışmamazlığı vardır ki, bu da yüksək risk dərəcəsidir. Kapital cəlb etmək üçün səhmlərinin satışını həyata keçirərkən iri müəssisə divident ödəyə bilməsi üçün bir neçə il çətinliklə fəaliyyət göstərir. Lakin istiqrazlar və ssudalar üzrə borc öhdəliklərini yerinə yetirmək qabiliyyəti olmayanlar kreditorların təkidi ilə özünün iflasını bəyan edir.

İnvestisiya qoyuluşunun borc kapitalı kimi xarici maliyyələşmə mənbəyi haqqında da əsaslı izahat vermək üçün borc kapitalını xarakterizə etmək lazımdır. Burada 5 şərtin : gəlirlərə qarşı tələbi, aktivlərə qarşı tələbi, ödəniş şərtlərini, vergi rejimini və rəhbərliyə təsirin xarakteristikasını vermək lazımdır.



Səhm kapitalı. Geri qaytarılan borc kapitalından fərqli olaraq kompaniyanın səhm kapitalı mülkiyyət kimi bir çox payların birliyindən yaranır. Səhmdar cəmiyyətləri səhm buraxaraq vəsaitləri özünə cəlb etməklə müəssisələrin mülkiyyətçilərini miqdarca artırır. Hər bir investor cəmiyyətdə payçı mülkiyyətçisi olur. Bir tərəfdən divident formasında mənfəətinin bölüşdürülməsinin iştirakçısına çevrilir, digər tərəfdən alındığı qiymətə nisbətən səhmlərin daha yüksək qiymətə satışı hesabına artan gəlirlər formasında kapitalını genişləndirir. Kiçik səhmdar cəmiyyətlərindən xüsusi kapitalın mənbəyi kimi adətən bir şəxs və ya məhdud sayda investorlar çıxış edir. Belə müəssisələrin sahibləri investisiya kimi vəsaitlərin əsas hissəsini özləri qoya bilər. Şərikliklə (yoldaşlıq) yaradılan firma isə həmin halda pay vəsaitləri ilə özünə yeni şəriklər cəlb edə bilər. Maliyyələşdirməyə tələbat bir neçə adamın imkanından çox olan daha iri müəssisələr üçün cəlbetmək üsulu səhmləşdirmə olur. Yəni bir çox fərdi investorlara açıq bazarda səhmlərin satışıdır.


Yüklə 94,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin