Cədvəl 8. VEN logistik analiz üsulunun tətbiq cədvəli.
VEN
|
İstehsalçı
|
İstehlakçı
|
Həyati vacib
|
Əmək resursları.
Əkin sahələrinin
mövcudluğu və sahəsinin
genişləndirilməsi.
|
Çörək.
|
Vacib
|
Müasir texniki
avadanlıqların və istehsal
vasitələrin təchizi.
Zəruri dərman
preparatlarının tətbiqi.
|
Makaron və digər
xəmir məhsulları.
|
Vacib olmayan
|
Əlavə insan resursları
|
Şirniyyat.
|
Mənbə. Prof.Dr.M.Çancı, Prof.Dr.M.Erdal, “Lojistik Yönetimi”, 2009, səh.93 Müəllif tərəfindən tərtib edilmişdir
Cədvələ nəzər saldıqda, un məhsullarında aid olan kifayət qədər həyati vacib, vacib və qeyri-vacib olan yeyinti məhsullarının mövcudluğunun şahidi oluruq. Göründüyü kimi qida məhsullarının bu çeşidinə aid olan məmulatlarda kifayət qədər satış potensiallı və istehlak qabiliyətli məhsullardır. Bu səbəbdən, adı çəkilən məhsulların istehsal həcminin artırılması, daxili tələbatın ödənilməsi və sonra isa kifayət qədər həcmdə ixracını təmin edərək ixrac problemini aradan qaldırmaq oduqca zəruri amildir. Aparılan araşdırma nəticəsində 2005, 2010, 2015 və 2018-ci illərdə, ət, süd və un məhsullarının qiymətlərinin müvafiq olaraq, ətin bir kiloqramının qiyməti-6 m, 7 m, 9 m və 10 m, südün bir litrinin qiyməti-0.5 m, 1.3 m, 1.5 m və 1.9 m, unun bir kiloqramının qiyməti isə-0.3 m, 0.35 m, 0.7 m və 1 m., təşkil etmişdir.
Şəkil 4.İxrac problemli kənd təsərrüfatı məhsullarının illər üzrə qiymət dinamikası.(AZN)
Mənbə: https://oxu.az/economy/195700 Müəllif tərəfindən tərtib edilmişdir.
Bu göstəriciləri qrafik şəkil vasitəsilə ifadə etdikdə, aydın şəkildə görürük ki, son 15 ildə adı çəkilən məhsulların qiymətlərində demək olar ki, çox ciddi şəkildə inflyasiya baş verib. Digər məhsullara nisbətdə isə ət məhsullarının qiyməti daha çox nəzərə çarpacaq dərəcədə artıb. Bu vəziyyəti iqtisadi şəkildə izah etsək, yəni, təklif artıqlığı baş verən zaman qiymət enmələri, tələb artıqlığı baş verən zaman isə qiymət artımları baş verir. Aşkar olunan vəziyyətdə isə biz, tələb artıqlığını, məhsul qıtlığını və istehlakçıların rifah itkisinin baş verdiyini praktiki şəkildə öyrənmiş oluruq. Belə vəziyyətin ilkin həll yolu isə, adı qeyd olunan məhsulların birinci növbədə istehsal həcminin artıtılması, bazarada istehlakçılar üçün rahatlıqla ödəməyə hazır olduqları bir dəyərin müəyyən edilməsi, bununla daxili bazar tələbinin effektiv şəkildə təmin olunması və bundan sonra, ölkəyə xarici valyuta və xüsusilə də, maliyə axının təmin edilməsi məqsədilə məhsulların yuxarıda qeyd olunan logistik üsulun tələbləri əsasında, sağlam ixrac əməliyyatlarının həyata keçirilməsi hazırki dövr üçün son dərəcə prioritet məsələdir.Paytaxt Bakı şəhərimizdə yerləşən Meyvəli, 3-cü mikrorayon bazarı və 8-ci kilometr bazarlarında apardığımız müşahidə və sorğu nəticəsində, bu bazarlarda satılan məhsulların ümumi satış göstəricisindəki payı araşdırılaraq və yuvarlaq qiymətləndirmə ilə aşağıdakı ABS logistik analiz cədvəlində əks etdirilib.
Dostları ilə paylaş: |