Cədvəl 9. ABS logistik analiz üsulunun tətbiq cədvəli.
Kateqoriya
|
Məhsul adları
|
Satış payı %-lə
|
A
|
Ət məhsulları,
Süd məhsulları,
Un məhsulları,
Meyvə-tərəvəz məhsulları
Çay və qənnadı
məhsulları,
|
70 % +
|
B
|
Kəklik otu,
Vələmir,
Sarı kök,
Sarımsaq və s.
|
10 % +
|
S
|
Çuğundur,
İt burnu və s.
|
5 % +
|
Mənbə. Prof.Dr.M.Çancı, Prof.Dr.M.Erdal, “Lojistik Yönetimi”, 2009, səh.93 Müəllif tərəfindən tərtib edilmişdir
ABS logistik üsulu vasitəsilə ifadə edilən yuxarıdakı cədvəldən aydın olur ki, adları qeyd olunan bazarlarda daha iri satış payına malik olan məhsulların istehsal həcminin artırılaraq ixrac olunması, xarici bazara daha potensiallı məhsul ixrac olunmasında ən məntiqli və seçilmiş məhsullar qismində ifadə etmək olar. Bütün bunlarla yanaşı onu da nəzərdə saxlamaq lazımdır ki, bu məhsullar daha çox gəlirli sahəyə aid olduqları ilə bərabər, daha keyfiyyətli, ucuz və bir sözlə istehlakçıları razı salan və davamlı rəqabət qabiliyətli məhsulların istehsalına nail olunmalıdır.
3.2. Kənd təsərrüfatı məhsullarının satış qabiliyyətli olması üçün zəruri olan marketinq strategiyaları
Bazar iqtisadiyyatı döründə, bütün istehsalçıların ilkin istehsaldan tutmuş, son istehlakçıyadək olan mərhələlərdə baş verə biləcək maneələri əvvəlcədən analiz edib, həmin risklərə qarşı adekvat tədbirlər görülməsinin kökündə, logistika qanunları ilə yanaşı marketing konsepsiyalarının da öz payı var. Əvvəkli yarımfəsildə hazır məhsulların daşınmasının, saxlanmasının və s. nüansların səmərəli şəkildə təşkil olunmasında logistik prinsiplərə ehtiyac duyurduqsa, hazır məhsulların ilk istehsaldan bazardakı mövqeyinə və son istehlakçıya çatdırılmasına qədər olan mərhələləri, effektiv şəkildə aşılması üçün marketinq elminin konsepsiyaları əvəz edilməzdir. Belə ki, kifayət qədər potensiala sahib şirkətlər, istehsal etdiyi məhsulların istehlakçıların gözləntilərinə, tələblərinə, ödəməyə hazır olduqları qiymətlərə və bazarda rəqib məhsullarla müqayisədə özünü sata bilmə qabiliyəti yüksək olan məhsullar istehsal etmələrində marketinq siyasətinin rolu əvəz olunmazdır. Marketinq siyasəti iki əsas məqsədə bağlıdır: strateji və taktiki.Strateji məqsədin əsas istiqamətləri istehlakçı yönümlü, istehlakçı tələbatlarının qarşılanması məqsədilə gəlir əldə olunması və daha təsir edici marketinq siyasətləri təşkil etməklə şirkətin davamlı inkişafına zəmin yaratmaqdır.Bir başqa deyilişlə strateji məqsədin əsas istiqaməti, alıcı və bazar tələblərinin dolğun ödənilməsi və bazarlarda fəaliyyət göstərən başqa obyektlərin maraqlarına xidmət göstərməklə gəlir əldə olunmasıdır. Strateji məqsədlərin təşkil olunmasını təmin edən məqsədlər taktiki məqsədlərə aiddir. Müəssisənin satış tutumunun artırılması, effektiv bazar mövqeyinin tutulması, istehsal xərclərinin minimuma endirilməsi və məhsulların mövqeləşdirilməsi və s. taktiki məqsədin prinsiplərinə daxildir. Marketinq elmi bir çox bölmələrə sahibdir ki, KTM-nın istehsalı və onların bazara daxil edilməsi zamanıbizim üçün zəruri olan bölmələri aşağıdakılardır.
Marketinqdə məhsul siyasəti;
İstehlakçı davranışları;
Beynəlxalq marketinq.
Dostları ilə paylaş: |