Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   38   39   40   41   42   43   44   45   ...   54
Azf-307607

 
 
2.
Siyasi şüur anlayışı 
 
Siyasi şüurun məzmununun müəyyənləşdirilməsi yalnız sosial 
m
ənafelər  meyarı  ilə  məhdudlaşmır.  Siyasi  şüurun  öyrənilməsinin 
mühüm funksional istiqam
əti həm  də  onun nəzəri-ideoloji 
formalarını  tədqiq  olunmasında  təzahür edir. O, bütün sosial 
qurumların  və  təbəqələrin dövlətə  münasibətlərini, sosial qruplar 
arasındakı  qarşılıqlı  münasibətlər  sferasını  əhatə  edir.  Siyasi  şüur 
insanın  bütün  hissi  və  nəzəri, dəyərli və  normativ rasional və 
şüuraltı  təsəvvürlərinin məcmusunu  əks etdirən  ən ümumi 
kateqoriyadır. Eləcə də o, insanın siyasi sturukturlarla münasibətini 
ifad
ə edir. Siyasi şüur elə idealları, normaları və görüşləri əks etdirir 
ki, o, m
əhz bunlarla istiqamətlənir və  onlardan hakimiyyət 
mexanizmin
ə  uyğunlaşmaq  üçün  istifadə  edir. Eyni zamanda o, 
özün
ə  xas  olan  funksiyaları  siyasətdə  yerinə  yetirir. Məzmununa 
gör
ə,  siyasi  şüur  ictimai  həyatın  siyasi  sferasının  bütün  təsisatlı 
olmayan konponentl
ərini  əks etdirir. Müasir elmdə  siyasi  şüurun 
m
əzmunu ilə  bağlı  iki  başlıca  konseptual  yanaşma  mövcuddur. 
Birinci mövqeyin-
biheviorçu yanaşmasının tərəfdarları siyasi şüuru 
insanın rasional təfəkkürünün forması kimi araşdırırlar. Siyasi şüur 
insanın  təfəkkürünü siyasətdə  qaydaya salan mənəvi hadisə  kimi 
s
əciyyələndirilir. 
İkinci  mövqe  aksioloji  yanaşma  isə  siyasi  şüuru  sosial 
t
əfəkkürün müəyyən səviyyəsinə daxil edir.Bu mövqeyə görə, siyasi 
şüura həm də müxtəlif adi, ümumbəşəri görüşlər və insani dəyərlər 


138 
aiddir,  lakin  siyasi  şüurun  mahiyyəti  insanların  qabiliyyəti və 
onların  qurup  mənafelərinin  müəyyənləşdirilməsi iləbunları  digər 
qurup t
əlabatları ilə müqayisə etməklə, həmçinin bu mənafelərin və 
t
əlabatların  reallaşdırılması  üçün  dövlətin istifadə  etdiyi üsul və 
vasit
ələrlə şərtlənir. 
C
əmiyyətin  siyasi  şüurunda  insanların  praktiki  fəaliyyəti ilə 
bu f
əaliyyətin sosial şəraiti arasındakı nisbət öz əksini tapır. Siyasi 
şüur  məhz dövlət hakimiyyətinin mahiyyətini dərk etmək təlabatı 
kimi meydana g
əlmişdir.  Dövlət hakimiyyəti isə  ilk növbədə
müxt
əlif  sosial  qrupların  mənafelərini ifadə  edir. Eyni zamanda 
siyasi  şüur  dövləthakimiyyətinə  münasibətdə  sosial  qrupların 
f
əaliyyətini istiqaməti və ictimai münasibətlərini əks etdirir. İqtisadi 
v
ə  sosial mənafelərin bilavasitə  belə  şərtlənməsi  siyasi  şüurun 
spesifikliyini  doğurur  və  bu zəmində  xüsusi siyasi mənafelər 
formalaşır.  Siyasi  şüur  ictimai  şüurun  digər tərəflərinə  nisbətən 
iqtisadibazisl
ə daha sıx bağlıdır.Siyasi ədəbiyyatda siyasi şüurun iki 
formasının-adi-praktiki (siyasi psixologiya) və  ideoloji-nəzəri 
(siyasi  ideologiya)  mövcudluğu  qeyd  olunur.Siyasi  şüurun  digər 
mühüm komponenti siyasi d
əyərlər və  mülahizələrdir.Bu 
komponent vasit
əsilə  şəxsiyyət və  ya ictimai qruplar siyasi 
gerç
əkliyə öz münasibətlərini bildirirlər. O, birmənalı təzahür etmir 
v
ə iki başlıca səviyyədə (psixoloji və ideoloji) üzə çıxa bilər. 
Psixoloji s
əviyyədə dəyərlər və mülahizələr siyasət haqqında 
emosional-
hissi formada çıxış edir və siyasi hadisə və halların hissi 
d
ərkedilməsilə tamamlanır, onlara münasibətdə hiss, əhval-ruhiyyə 
v
ə  emosiyada ifadə  olunur. Bu səviyyədə  dəyər və  mülahizələr 
siyasi hadis
ələrin dərkedilməsi ilə müsbət, mənfi və neytral şəkildə 
ifad
ə edə bilər. 
İdeoloji səviyyədə dəyərlər və mülahizələr mücərrəd xarakter 
k
əsb edir və siyasi məqsədlər, eləcə də görüşlər sistemi formasında 
üz
ə  çıxır.  Bu  səviyyədə  dəyərlər və  mülahizələr nəzəri biliklər və 
t
əsəvvürlər əsasında formalaşır. 


139 
Siyas
ətin mühüm amili kimi çıxış edən siyasi şüur cəmiyyətin 
siyasi sisteminin f
əaliyyətini, siyasi proseslərin istiqamətlənməsini, 
siyasi f
əaliyyətin xarakterlərini və  insanların  davranışını 
əhəmiyyətli dərəcədə  müəyyənləşdirir. Siyasi  şüur,  ictimai  şüurun 
xüsusi formasıdır. O, insanların siyasi gerçəkliyə münasibətini ifadə 
ed
ən  görüşlərin, məqsədlərin və  dəyərlərin məcmusu  kimi  çıxış 
edir. 
Siyasi m
ədəniyyətlə sıx bağlı olan siyasi şüurun əsasını siyasi 
gerç
əklliyə aid biliklər təşkil edir. 
Siyasi  şüurun  sturukturuna  qnoseoloji  (koqnitiv),  aksioloji, 
sosioloji (funksional), ideal v
ə psixoloji elementlər daxildir. 
 
 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin