Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   37   38   39   40   41   42   43   44   ...   54
Azf-307607

V BÖLMƏ 
S
iyasi rejim, siyasi şüur,siyasi ideologiya və  
siyasi m
ədəniyyət 
 
1.Siyasi rejim anlayışı 
 
Siyasi rejim c
əmiyyətin siyasi həyatının şəraitini ifadə edir, bu 
v
ə ya digər ölkənin konkret tarixi inkişaf mərhələsinə xas olan mü-
hiti  s
əciyyələndirir. Müxtəlif mənafelərin inteqrasiyası, onların ha-
kimiyy
ət strukturlarında ifadəsi, siyasətin qarşılıqlı sosial fəaliyyəti-
nin t
ənzimlənməsi siyasi rejimin vasitəsilə həyata keçirilir.Latın di-
lind
ə  reqimen sözündən  əmələ  gələn və  idarəetmə  anlamını  ifadə 
ed
ən rejim anlayışı siyasi münasibətlərin vəziyyətini və xarakterini, 
c
əmiyyətin siyasisisteminin funksional parametrlərini müəyyənləş-
dirir. Siyasi rejim c
əmiyyətdə  hakimiyyətin həyata keçirilməsinin 
üsul v
ə metodlarının məcmusudur. Eyni zamanda o, özündə konkret 
tari
xi şəraitdə cəmiyyət daxilində siyasi qüvvələrin nisbətinin nəti-
c
əsi olan siyasi azadlığın vəziyyətini əks etdirir. Dünyanın hər bir 
ölk
əsində siyasi rejim siyasi hakimiyyətin real mənzərəsini əks etdi-
rir. Siyasi rejim mü
əyyən dövlət tipi üçün səciyyəvi olan siyasi mü-
nasib
ətlərin, dövlət hakimiyyətində  və  cəmiyyətdə  təşəkkül tapan 
münasib
ətlərin ideologiyasının,  hakim formasının,  siyasi mədəniy-
y
ətin vəziyyətinin  məcmusudur. Siyasi məqsədlər sistemi, ümumi 
doktrina, el
əcə də cəmiyyətin və dövlətin inkişafının forma və üsul-
la
rı siyasi rejimin xarakterindən asılıdır.  
Hakimiyy
ət rejimlərinin təsnifatına ilk cəhd antik  müəlliflər 
t
ərəfindən edilmişdir.Yunan mütəfəkkiri Platon dövlət idarəçiliyinin 
aşağdakı  tiplərini fərqləndirmişdir: aristokratiya (yaxşıların  haki-
miyy
əti), timokratiya  (şöhrətpərəstlərin hakimiyyəti),  oliqarxiya 
(çoxla
rının  hakimiyyəti), demokratiya (hamının  hakimiyyəti), tira-
niya (zora
kı hakimiyyət). Platona görə, təkamül gedişində demokra-
tiyadan sonra hökm
ən tiraniya gələcəkdir. Digər yunan mütəffəkiri 
Aristotel dövl
ət idarəçiliyinin altı  formasını  qeyd  etmiş  və  onları 


133 
müsb
ət və mənfi xüsusiyyətlərəmalik cütlüyə ayırmışdır: monarxiya 
-  tiraniya; aristokratiya  -  oliqarxiya; politiya-demokratiya. Aristok-
ratiya
nıarzu olunan dövlət quruluşu  hesab edən Aristotel cütlüyün 
ilk hiss
əsini müsbət, ikinci hissəsini isə mənfi idarəetmə tipi adlan-
dırmışdır.Hakimiyyət və idarəetmə tiplərinin təsnifatı və təhlili siya-
si fikir tarixind
ə digər görkəmli nümayəndələr tərəfindən də nəzər-
d
ən keçirilmişdir. N.Makiavelli, F.Bekon, T.Hobbs, B.Spinoza, 
Ş.Monteske və başqaları siyasi rejimin mahiyyətini və onu doğuran 
s
əbəb və şəraiti müəyyənləşdirmək üçün müxtəlif meyarlardan isti-
fad
ə etmişlər. 
Ha
zırda  “siyasi  rejim”  anlayışı  ilə  bağlı  iki  nöqteyi-nəzər 
mövcuddur.Onlardan biri siyasi-hüquqi v
ə  ya təsisatlı  mövqe  ilə 
bağlıdır,  digəri sosioloji metodla əlaqədardır.  Birinci  qrupa daxil 
olan, siyasi t
əhlilin təsisatlı istiqamətini təmsil edən amillər “rejim” 
anlayışını idarəetmə və ya dövlət quruluşu ilə eyniləşdirməyə meyl 
edirl
ər. 
İkinci  qrupa  daxil  olanların  fikrincə, cəmiyyət və  dövlət 
arasında  elə  əlaqələrə  birinci  dərəcəli  əhəmiyyət verilir ki, onlar, 
real sur
ətdə təşəkkül tapmışdır.Bu halda rejim yalnız hakimiyyətin 
(dövl
ət quruluşunun) forması vəancaq strukturu kimi deyil (ona xas 
olan siyasi irad
ənin  reallaşdırılması  metodları  ilə), həm  də  daha 
geniş əhəmiyyət kəsb edən aspektdə, yəni qarşılıqlı sosial və siyasi 
münasib
ətlərdə  uyğunluğa  malik  olan  anlayış  kimi  nəzərdən 
keçirilir. Siyasi elmd
ə  siyasi rejimin səciyyəvi  anlayışını  ilk 

əyyənləşdirənlərM.Dyüverje, Q.Lassuel , J.L.Kermon və 
başqaları olmuşdur. 
Siyasi  rejim c
əmiyyətin ümumi çərçivələrində  (struktur və 
müv
əqqəti xarakterli çərçivədə) fəaliyyət göstərən hakimiyyətin 

əyyən  strukturlarının  məcmusu olmaqla, onun sabitliyini 
qarşısına  məqsəd qoyur və  bunun üçün təşəkkül tapan sosial 
m
ənafelərə  və  spesifik metodlara  əsaslanır.  Bir  sözlə, siyasi rejim 
siyasi hakimiyy
ətin həyata keçirilməsi  metodlarının,  üsullarının, 
vasit
ələrinin məcmusudur.Siyasi rejimin dörd mühüm əlamətə 


134 
bölün
ən  xarakteri  vardır:  partiyaların  sayı;  açıq  müxalifətin 
mövcudluğu;  vətəndaşlarınsiyasi  azadlığının  səviyyəsi; azad 
seçkil
ərin mövcudluğu. 
Siyasi rejim anlayışından istifadə etməklə, cəmiyyətdə siyasi 
idar
əetmənin  hansı  metodlarla  həyata keçirilməsini bilmək olar. 
Siyasi rejiml
ərin demokratik, totalitar və  avtoritar növləri  vardır. 
Dem
okratik  siyasi  rejim  xalqın  hakimiyyətin mənbəyi kimi 
tanınması ilə bağlıdır və vətəndaşların siyasi həyatda geniş iştirakı 
v
ə  onların  siyasi  hüquq  və  azadlıqlarının  praktiki  reallaşması 
vasit
əsilə  hakimiyyət  strukturlarının  formalaşması  prosesini  təmin 
etm
əlidir. Nəhayət,  demokratik siyasi rejim xalq hakimiyyətini, 
başqa  sözlə,  bütün hakimiyyətin xalqa verilməsini, onun siyasi 
t
əsisatlara nəzarəti vasitəsilə  cəmiyyətin və  dövlətin real idarə 
olunması  imkanlarını  nəzərdə  tutur.Praktiki həyatda  əsil, “xalis” 
demokratiya (xalq hakimiyy
əti), hər şeydən əvvəl, real gerçəkliyin 
n
əzəri modelli, nümunəsi  kimi  çıxış  edir.  Cəmiyyətindemokratik 
t
əşkili  haqqında  nəzəri təsəvvürlər Aristotel, N.Makiavelli, 
T.Hobbs,  C.Lokk,  Ş.Monteske,  J.J.Russo,  T.Cefferson,  A.Tokvil, 
M.Veber v
ə başqalarının əsərlərində öz əksini tapmışdır. 
Totalitarizim antidemokratik rejimin (avtolitarizm, h
ərbi 
diktatura, istibdad idar
əçiliyi və s. ilə yanaşı) növlərindən biridir.Bu 
rejim dövl
ət tərəfindən cəmiyyətin və  hər  bir  insanın  həyat 
f
əaliyyətininbütün  sferalarının  tam  (total)  qaydada  sərt nizama 
salınması  və  zorakı  vasitələrləonların  üzərində  nəzarətin həyata 
keçirilm
əsidir.Total  rejim  şəraitində  dövlət hakimiyyəti məhdud 
insanlar qrupunun v
ə ya siyasi liderin, “rəhbərin” əlində cəmləşir və 
totalitarizml
ə avtoritarizmin tipoloji əlaqəsini üzə çıxarır. 
“Totalitarizm”  termini  latın  dilində  tam, bütövlük mənasını 
ifad
ə  edir.Bu  termini  siyasi  söz  ehtiyatına Benito Mussolini 
g
ətirmişdir.1923-cü  ilin  payizinda  İtaliyada  Mussolininin  başçılığı 
altında  “totalitar hakimiyyət” təşəkkül  tapdı.  Totalitarizmdə 
mülkiyy
ət bütövlükdə  dövlətə  məxsusdur və  ya ona sərt nəzarət 
edilir, bu is
ə  inhisarçı hakimiyyəti  doğurur,  istər-istəməz siyasətin 


135 
v
ə  hakimiyyətin vasitələri bir yerdə  birləşir  və  dövləti  ümumi 
m
əcburetmə hakimiyyətinə gətirib çıxarır.Bu rejim şəraitində fərdin 
iqtisadi  azadlığının  vacib  şərti hesab olunan vətəndaş  cəmiyyəti 
praktiki olaraq n
əzərə çarpmır.Ənənəvi istibdad rejimlərindən fərqli 
olaraq, total sistem mü
əyyən müddət idarə edənlərlə idarə olunanlar 
arasında  konsensusu  saxlayan  daxili  birliyi  ilə fərqlənir.  Beləliklə, 
c
əmiyyətin zor gücünə  dəyişdirilməsini nəzərdə  tutan inqilabi 
ideyalar totalitar dünyagörüşlərin əsasını təşkil edir. 
Avtotarizm ad
ətən  totalitarizmlə  demokratiya  arasında  aralıq 
v
əziyyətə  malik olan rejim tipi kimi səciyyələnir. Avtotarizmin 

əyyənləşdirilməsi üçün hakimiyyət və  cəmiyyətin münasibət-
l
ərinin xarakteri mahiyyətli  əhəmiyyət kəsb edir.Həmin münasibət 
inamdan çox m
əcburetmə  əsasında  təşəkkül  tapır.  Bu  rejim 
şəraitində  dəqiq  işlənib  hazırlanmış  rəhbər ideologiya mövcud 
deyildir. 
Avtotarizm siyasi t
əfəkkürdə, rəylərdə  və  hərəkətlərdə 
m
əhdud və  nəzarətdə  olan plüralizmə  yol verir, müxalifətin 
mövcudluğu  iləbarışır.  Cəmiyyət həyatının  müxtəlif  sferalarına 
r
əhbərlik bir o qədər  totallıq  kəsb etmir.Vətəndaş  cəmiyyətinin 
sosial-iqtisadi infrastruktura, istehsal, h
əmkarlar  ittifaqı,  təhsil 

əssisələri, kütləvi təşkilatlar,  kütləvi informasiya vasitələri 
üz
ərində  sərt məhdudlaşdırılan  nəzarət  yoxdur.Avtoritar rejim 
hakimiyy
ət  ugrundareal siyasi rəqabətə, cəmiyyət həyatının  ən 
mühüm m
əsələləri üzrə  qərarların  qəbul  olunmasında  əhalinin 
faktiki  iştirakına  sərt münasibət bəsləyir.  Bu  rejim  şəraitində 
şəxsiyyətin  hüququ,  azadlığı  təhrif olunur və  pozulur, seçki 
prosedurası  saxta,  zahiri  xarakter  daşıyır,  xalq  hakimiyyətdən 
uzaqlaşdırılır  və  onun  formalaşmasında  və  həyata keçirilməsində 
real sur
ətdə  iştirak  etmir.  İcraedici  hakimiyyət bütün arzuolunmaz 
terrorçu metodlarla müxalif
ətə  divan tutmaq üçün  bilavasitə 
zorakılıq tətbiq etmək imkanlarını daim saxlayır.Avtoritar rejimlər 
arasında  teokratik  rejimi  xüsusilə  fərqləndirmək olar. Teokratik 
rejimd
ə  ümumi hakimiyyət məhdud qrupun, müəyyən  tayfanın 


136 
əlində  cəmləşir,  idarəetmədə  həddən  artıq  mərkəzləşmə  həyata 
keçirilir  (M
əsələn,  İranda  Ayətolla Xomeyninin rejimi). Avtoritar 
rejimin ifrat ifad
əsinə  hərbi rejimlər-Çilidəki Pinoçet,  ərəb 
şərqiölkələrindəki vətandaş  diktaturaları  misal  ola  bilər. Bu 
rejiml
ərdə  birbaşa  zorakılığa  istiqamət  götürülür,  iqtisadiyatın 
h
ərbiləşdirilməsi baş verir, kütlələrdə fanatizmə sitayiş diqqəti cəlb 
edir. Avtoritar rejimin t
əsnifatına çoxcəhətli yanaşmaları və üs-üstə 
düşməyən nöqteyi-nəzərləri əsas götürərək, onun aşağdakı tiplərini 
qeyd etm
ək olar: mütləqiyyət-monarxiya, hərbi avtoritar (hərbi 
xunta), avtoritar-bürokratik v
ə inqilabi-populist ( geniş yayılan). Bu 
rejim c
əmiyyətin totalitarizmdən  demokratiyaya  keçid  şəraitində 
hakimiyy
ətin həyata keçirilməsinin zəruri tipidir, eləcə  dəinqilabi 
d
əyişikliklər dövründə  və  digər  ekstremal  şəraitlərdə, məsələn, 
müharib
ə, iqtisadi böhran, cinayətkarlıq və s. zamanı hakimiyyətin 
h
əyata keçirilməsidir.Bu  cür  şəraitdə  avtoritar hakimiyyət keçid 
dövrünün t
əlabatı  kimi  çıxış  edir  və  gələcəkdə  (meydana  çıxan 
ictimai probleml
ərin pozitiv həlli  zamanı)  demokratiyaya  tərəf 
transformasiya oluna bil
ər. Eyni zamanda avtoritar rejim bir qayda 
olaraq, siyasi qüvv
ələrin kəskin qütbləşməsi ilə  müşahidə  edilən 
ictimai  quruluşların  əvəz  olunması  zamanı  baş  verir.  Bu  zaman 
c
əmiyyətdə  baş  verən uzunmüddətli iqtisadi vəsiyasi  böhranın 
demokratik vasit
ələrlə  aradan  qaldırılması  mümkün  olmur. 
Avtoritar rejiml
ər əsasən XX əsrin ikinci yarısında Asiya, Afrika və 
Latın  Amerikasının  müstəmləkəçillikdən  xilas  olan  bir  sıra 
ölk
ələrində təşəkkül tapdı. 1953 - cü ildə keçmiş SSRİ - də Stalinin 
ölümünd
ən sonra totalitar rejimin avtoritar rejimə  çevrilməsi 
başlanır.  Totalitarizmdən avtoritarizmin fərqi burejimin 
m
əqsədlərini, tarixi vəzifələrini başa düşməklə bağlıdır.Totalitarizm 
bir qayda olaraq,  utopik ideyalarla 
əlaqədardır.  Məsələn, üçüncü 
“reyx
” min il yaşamağı nəzərdə tuturdu. Keçmiş sovet kommunist 
sistemi  d
ə  əbədi  mövcud  olacağını  bəyan edirdi. Avtoritar rejim 
c
əmiyyətin köklü, inqilabi surətdə yenidəndəyişdirilməsini qarşısına 


137 
m
əqsəd qoymur.Onun məqsədi konkret vəzifələri həyata 
keçirm
əkdən, ölkəni çətin vəziyyətdən xilas etməkdən ibarətdir. 
Bel
əliklə, antidemokratik rejimlər tarixən  öz  ömrünü  başa 
vurmuş  və  müxtəllif amillərin təsiri  altında  onların  demokratiya 
t
ərəfə təkamülü baş vermişdir. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin