3.Si
yasi şüurun ideoloji komponenti
Siyasi şüurda ideologiya mühüm yer tutur. Şəxsiyyət və
ictimai qruplar praktiki f
əaliyyətlərində ideoloji məqsədləri,
prinsipl
əri, doktrinaları başlıca siyasi dəyər kimi qiymətləndirirlər,
çünki ideoloji d
əyərlər xeyli dərəcədə onların siyasi səylərini
mü
əyyənləşdirir. Siyasi ideologiya siyasi şüurun daha təsirli forması
olmaqla, dövl
ətin və digər vacib hakimiyyət təsisatlarının
f
əaliyyətini istiqamətləndirir və cəmiyyətin bütövlüyünü təmin edir.
İdeologiya terminini elmi dövriyyəyə ilk dəfə fransız tədqiqatçı
filosofu Antuan Destyut deTrasi b
əxş etmişdir. O, istər XVIII əsrin
sonunda yazdığı “Düşünmək qabiliyyəti haqqında etüdlər” əsrində,
ist
ərsə də dörd cilddən ibarət “İdeologiyanın ünsürləri” adlı əsərində
ideologiyanı “ideyaların təşəkkülü və insan təfəkkürünün qanunları
haqqında elm” kimi əsaslandırmağa cəhd etmişdir. Maarifçilik
dövründ
ə təşəkkül tapan siyasi ideologiya arzu edilən ideal
c
əmiyyət haqqında təsəvvürləri əks etdirirdi. Müasir elmdə
ideologiya termininin şərhində müxtəlif mövqelər nəzərə çarpır.
T.Pars
ons ideologiyanı geniş tutumlu anlayış kimi şərh edərək, ona
funksional yanaşma kontekstində diqqət yetirir.
140
İdeologiyaya direktiv (göstəriş) xarakterli münasibət
marksizm
ə məxsusdur. Marksizmdə ideologiya sinfin köklü
m
ənafeyinin ifadəsi kimi vurğulanır. İdeologiyaya kulturoloji
yanaşma isə onun mədəniyyət kontekstində araşdırılmasıdır və
ideologiyanı sonuncunun mühüm elementi kimi nəzərdən keçirir.
Bu m
əsələlər M.Veberin, K.Manheymin, E.Dürkheymin əsərlərində
əsaslandırılır. İdeologiya siyasi ideyaların, görüşlərin, dəyər və
m
əqsədlərin məcmuunun sistemləşdirilmiş növü, həmçinin fərdi və
el
əcə də ictimai şüurun tərkib hissəsi olmaqla bu konteksdə siyasi
ideologiya kimi çıxış edir. Siyasi ideologiya siyasi xarakterli
ideyalar vasit
əsilə hakimiyyət münasibətləri sistemi və cəmiyyətin
siyasi quruluşu barədə təsəvvürləri birbaşa əks etdirir. İdeologiya
özünd
ə kütləvi emosiyanı, hazırlıq və həmrəylik hissini, sosial
əhval-ruhiyyəni əks etdirir. Siyasi ideologiyanın hakimiyyət
sferasında rolu onun ictimai şüura yiyələnməsinin xarakterindən
asılıdır. Siyasi ideologiyanın başlıca funksiyalarına sərvət yönümü,
s
əfərbəredici, inteqrativ, dayandırıcı-məhdudlaşdırıcı, iştirakçılıq və
proqnozlaşdırma, aksioloji, müəyyən sosial qrupların mənafeyini
ifad
əsi, müdafiəsi və s. daxildir. Siyasi ideologiyanın bu
funksiyaları, onları siyasi şüurun digər formalarından (məsələn,
siyasi psixologiyadan) f
ərqləndirən iki xüsusiyyət sayəsində: total
əhəmiyyətə (qloballığa) idealı olmaq və normativlik əsasında yerinə
yetirilir. İdeologiya və siyasətin nisbəti məsələsi ciddi nəzəri və
praktiki problemdir. Eyni zamanda siyasi ideologiyanın köməyi ilə
insanların dünyagörüşü təşəkkül taparaq inkişaf edir, siyasi dəyərlər
v
ə sərvət yönümü formalaşır. İdeologiya qrup halında olan və
ictimai m
ənafelərin ifadəsini təmin edən siyasi və ictimai
t
əşkilatların aləti kimi nəzərə çarpır, ideoloji birləşmə isə ağır həyati
sınaqlarda özünü böyük yaradıcı qüvvə kimi sübut etmişdir. Bir
m
əqamıda qeyd etmək lazımdır ki, total siyasətin total
ideologiyalaşması təhlükəlidir, belə halda cəmiyyətin siyasi həyatı
özünün bütün çoxc
əhətli təzahürlərində vahid ideoloji doktrina
əsasında nəzərə çarpır. Həmçinin ideologiya sosial qrupların siyasi
141
reallığa münasibətini müəyyənləşdirir, eləcə də cəmiyyətin siyasi
inkişafının prinsipial istiqamətini əsaslandırır. Siyasi tarix
yüzillikl
ər ərzində xeyli ideoloji doktrinaların təzahürü və
t
ənəzzülünü nümayiş etdirmişdir. Dini və milliideologiya, anarxizm
v
ə tyermondializm, ekologizm və xristian-demokratik ideologiyalar
qüdr
ətli siyasi hərəkatları istiqamətləndirmişlər. Onların əhatə
dair
əsi çox genişdir, özündə həm mötədil (mülayim), eləcə də
radikal, ekstremist ideya-siyasi c
ərəyanları birləşdirir. Siyasi
ideologiyanın “sol” və “sağ” cərəyanlara ayrılması da mümkündür.
Müasi
r dövrün başlıca siyasi-ideoloji cərəyanlarına liberalizm-
neoliberalizm, mühafiz
əkarlıq-neomühafizəkarlıq,
marksizm
(kommunist v
ə sosialist ideo- logiyası), sosial-demokratiya, faşizm
aid edil
ə bilər.
Liberalizm ideyası antik dövrün mütəfəkkirləri sayılan
Demokrit v
ə Lukretsi Karr tərəfindən irəli sürülmüşdür.O, müstəqil
ideoloji c
ərəyan olmaq etibarilə XVII-XVIII əsrlərin sonunda ingilis
maarifçil
əri C.Lokk, T.Hobbs, C.Mill və A.Smitin siyasi fəlsəfəsi
əsasında formalaşdırılmışdır. Şəxsiyyətin azadlığının insanın başlıca
hüququ elan edilm
əsi,eləcə də onun mülkiyyət sistemi ilə
əlaqələndirilməsi bu baxımdan diqqəti cəlb edir. Liberalizm öz
konsepsiyasının əsasının azad rəqabət idealından, sərbəst bazar
münasib
ətlərindən və sahibkarlıqdan ibarət olduğunu elan etdi. Bu
dünyagörüşün əsasını universal şəxsi azadlıq idealı ilə əlaqədar olan
f
ərdiyyətçilik,humanizm və rasionalizm, insanın şəxsi dəyəri və
xüsusi mülkiyy
ətdən özgələşməmək, azad bazar və rəqabət təşkil
edir. Hazırda klassik liberalizm öz əsassızlığını büruzə vermiş və
neoliberalizm
forması kəsb etmişdir. Neoliberalizmi yeni tarixi
formanı məhz iqtisadiyyatda dövlət idarəçiliyinin güclənməsi və
sosial m
əqsədlərin rolunun artması doğurmuşdur. Neoliberalların
siyasi proqramında idarə edənlərlə idarə olunanların konsensusa
g
əlməsi, kütlələrin siyasi prosesdə iştirakının zəruriliyi, idarəetmə
q
ərarlarını qəbulu qaydalarının demokratikləşməsi ideyası başlıca
yer tutur.
142
Siyasi ideologiyalardan biri d
ə XVIII əsrin sonunda təşəkkül
tapan mühafiz
əkarlıqdır. Bu termini həmin dövrdə ilk dəfə işlədən
F.Şatobrian olmuşdur. Mühafizəkarlığın dünyagörüşü bütöv sistem
olmaq etibaril
ə ənənəvi, əxlaqi və maddi dəyərlərə istinad edən
c
əmiyyətin təsdiqlənməsinə əsaslanır.
Mühafiz
əkarlıq ideyasını təşkiledən ən mühüm cəhətlər dini
dünyagörüşünə yönələn irrasionalizm, milli dəyərlərlə bağlı olan
ənənəviçilik və tarixi həyat tərzidir. İkili mənəvi hadisə olan
mühafiz
əkarlıq bir tərəfdən müəyyənedici inersiya ədalət və adətlə
bağlı olan psixoloji durum, təfəkkür tərzi, müəyyən həyati
temperament,
əvvəlki idarəetmə sisteminə üstünlük verən
köhn
əpərəst şüur sistemidir (məzmun və məqsədlərindən asılı
olmayaraq), dig
ər tərəfdən isə siyasətdə və bütövlükdə həyatda
müvafiq davranış modelidir, öz fəlsəfi əsasları ilə səciyyələnən
xüsusi ideoloji mövqedir. O, özünd
ə siyasi iştirakçılığa dövlətə,
sosial qaydalara v
ə siyasi fəaliyyətə, partiyalara, ittifaqlara müəyyən
münasib
ət prinsiplərini birləşdirir, mövcud qaydaları qoruyub
saxlamağa cəhd edir. Mühafizəkarlığın mənəvi ataları İ.De Mestr,
Z.De Bonald, E.Berk, sonralar X.Kortes, R.Pil, O.Bismark v
ə
başqaları sosial qaydaları şüurlu surətdə yenidən təşkil etmək
haqqında fikrin qeyri-təbiiliyini təsdiqlənməyə cəhd etmişlər.
Mühafiz
əkar ideoloqların fikrincə, siyasi qaydaların əsasını
kompromis
ə əsaslanan tədrici islahat təşkil edir. Hazırkı dövrdə
mühafiz
əkarlıq dünyadakı dəyişikliklərlə uyğunlaşır. XX əsrin 70-
ci ill
ərinin birinci yarısından etibarən mühafizəkarlıq
neomühafiz
əkarlıq simasında çıxış etməyə başlayır. Onun tanınmış
nümay
əndələri İ.Kristol, N.Podqorets, D.Bell, Z.Bjezinski və
başqaları hesab olunur. Neomühafizəkarlıq vətəndaşla dövlətin
qarşılıqlı əxlaqi məsuliyyətini və onların qarşılıqlı yardımını,
hüquqa hörm
ət edilməsini, həddən artıq demokratiyaya qeyri-inamı,
dövl
ət qaydalarını möhkəmliyinə əsasla- nan ailə və dini mənəvi
üstünlüyünü, sosial sabitliyi c
əmiyyət üçün başlıca şərt hesab edir.
Onun siyasi m
əqsədini, oriyentasiyasını praqmatizmfərqləndirir.
143
Müasir dövrün
başlıca siyasi ideoloji cərəyanlarından biri
marksizmdir,y
əni kommunnist və sosialist ideologiyasıdır.
Sosializm ideyası dünyaya çoxdan məlum olsa da, bu ideyanın
n
əzəri cəhətdən rəsmiləşməsi yalnız XIX əsrin ortalarında reallaşdı.
H
əmin dövrdə yaranan marksist (kommunist) ideologiyası yetkin
olmayan kapitalizmin k
əskin sinfi ziddiyyətləri şəraitində təşəkkül
tapmışdır. Marksizmin siyasi proqramı özündə hakimiyyət
münasib
ətlərinin və mülkiyyət münasibətlərinin inqilabla
d
əyişdirilməsi tələblərini təcəssüm etdirir, bu dəyişikliklərə
kommunist partiyası tərəfindən rəhbərlik edilməsi zərurətini elan
edir, keçid dövründ
ə proletariat diktaturası dövlətinin yaradılması
v
ə onun böyüyərək ümumxalq dövlətinə çevrilməsi ideyasını irəli
sürür. Burada insanların ümumi bərabərliyi başlıcakommunist idealı
kimi çıxış edir. Qeyd edək ki, marksizmin bəzi konseptual
müdd
əları praktikada kifayət qədər təsdiqlənmədi. Belə ki, nəticə
etibaril
ə bu ideologiyanın müasir dünyaya təsiri xeyli dərəcədə
z
əiflədi.
Müasir dövrd
ə sosial-demokratiya ideologiyası daha geniş
yayılmışdır. XX əsrdə sosial-demokratiya ideologiyası ictimai şüura
daha çox t
əsir göstərən ideologiya olmuşdur. Sosialist
ideologiyasının qolu olan sosial-demokratiyaBirinci Dünya
müharib
əsini və Rusiyadakı bolşevik inqilabını xüsusi tənqidi
s
əviyyədə qiymətləndirməyə cəhd etmişdir. Müasir sosial-
demokratiya plüralist dünyagörüşünə (marksizmə, yenikantçılığa,
t
ənqidi rasionalizmə və s.) əsaslanaraq azadlıq, ədalət və həmrəylik
ideyasını müdafiə edir. Sosial demokratların siyasi proqramı özündə
ictimai islahat, sosial mütt
əfiqlik,hüquqi dövlət, sosial oriyentasiyalı
qarışıq iqtisadiyyat, siyasi plüralizm və demokratiya tələblərini əks
etdirir. Onların ideologiyasının əhəmiyyətli komponenti əxlaqi
d
əyərlər sistemindən və siyasi fəaliyyətin etik stimulundan ibarətdir.
Sosialdemokratların “demokratik sosializm”modelinin həyata
keçiril
ə bilməməsi “ümumi rifah dövləti” ideyasının reallaşması
ç
ətinlikləri ilə bağlıdır.
144
N
əhayət, müasir dövrün başlıca siyasi- ideoloji
c
ərəyanlarından biri də faşizmdir. Bu ideologiya XX əsrin 20-ci
ill
ərində yaranmışdır. Faşizm termini latın dilində fasio, italiyanca
is
ə fassismo sözlərindən götürülmüş, dəstə, birləşmə mənasını ifadə
edir. Bu ideologiyanın banisi İtaliya sosialistlərinin sol qanadının
keçmiş lideri B.Mussolini hesab olunur. Onun nəzəriyyəsi Platonun,
Hegelin elitar n
əzəriyyələrinə əsaslanmaqla, mahiyyət etibarilə son
d
ərəcə millətçilik, dövlətin “sonsuz iradəsi” və onu idarə edən
siyasil
ərin elitarlığı mövqeyindən çıxış edir və bu mövqeyin
t
əbliğinə istiqamətlənir. Faşizm ideologiyasının növlərindən biri
Hitlerin (Şiklqruberin) nasional-sosializmidir. Alman nasional-
sosializmi (milli sosializmi) İtaliya faşizmi ilə sovet kommuni-
zminin b
əzi cəhətlərini özündə birləşdirir. Bu faşist ideologiyasının
əsasını irqi, etnik, sinfi, yerliçilik münasibətləri təşkil edir. Hazırda
faşizm ideologiyası müxtəlif cərəyanlar formasında təzahür edir.
Hazırkı şəraitdə dünyanın siyasi həyatına təsir göstərən həmin
c
ərəyanlardan biri ekstremist ideologiyadır. Məhz belə şəraitdə
antikonstitusiya istiqam
ətli, cəmiyyətin sabitliyinə
v
ə
t
əhlükəsizliyinə qorxu yaradan siyasi təşkilatlar və hərəkatlar
meydana çıxır. Hazırda ultrasağ (sağ ekstremist) ideya-siyasi
c
ərəyanı dünyada ciddi ictimai təhlükə yaradır. Bunlara faşizm,
nasizm (neonasizm) aiddir. Onlar praktikada siyasi terrorizm
ə,
zorakılığa, totalitar metodlara, ictimai həyata nəzarət olunmasına,
milli zülm
ə, soyqırıma və müharibələrə gətirib çıxarır. Bundan
f
ərqli olaraq, ultrasol (sol ekstremist) ideologiya isə təcili inqilab,
radikalsosial-
siyasi çevriliş, volyuntarizm və siyasi dözümsüzlük
ideyasını fəaliyyət proqramının əsası kimi qəbul edir. Eyni zamanda
onların sırasına anarxizmin müxtəlif cərəyanlarını trotskisizmi və
neotrotskisizmi(dünya inqilabı ideyalarını), o cümlədən siyasi
terrorizm
ə meylli olan “yeni solları” aid etmək olar.
Dostları ilə paylaş: |