Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
Azf-307607

 
 
2. V
ətəndaş cəmiyyəti 
 
V
ətəndaş  cəmiyyəti  ideyası  Yeni  dövrün  ən mühüm siyasi 
ideyalarından  biridir.  XVII  əsrin  ortalarında  Avropada  meydana 
g
ələn “vətəndaş  cəmiyyəti”  anlayışı  müəyyən təkamülə  məruz 
qalmaqla, bir neç
ə konsepsiyanın və nöqteyi - nəzərin yaranmasını 
şərtləndirmişdir.  Lakin  o,  daim  “dövlət”  anlayışına  qarşı  duran 
fenomen kimin
əzərdən  keçirilmışdır.  Siyasi  fikirdə  vətəndaş 
c
əmiyyəti  anlayışına  aid  iki  başlıca  klassik  nəzəriyyə  mövcuddur: 
liberal doktrina v
ə marksist konsepsiya. Vətəndaş cəmiyyətinə aid 
liberal mövqeyin m
ənşəyi T.Hobbs və  C.Lokkun dövrünə  təsadüf 
edir. Onlar “v
ətəndaş  cəmiyyəti”  anlayışını  insan  cəmiyyətinin 
tarixini 
əks etdirmək,  insanın  təbii vəziyyətdən sivil həyata 
keçm
əsini ifadə etmək üçün işlətmişlər. Sivilizasiyanın, dövlətin nə 
olduğunu  bilməyən insan “vəhşi”, “təbii” vəziyyətində  ümumi 
qarşılıqlı  düşmənçilik və  müharibə,  hərcmərclik  şəraitində  inkişaf 
edir. Qeyd ed
ək ki, dövlətəqədərki vəziyyətdə cəmiyyət sivil ictimai 
-  siyasi qaydalara v
ə  vətəndaş  cəmiyyətinə  qarşı  qoyulur. 
C
əmiyyətin və insan həyatının təbii başlanğıcı kimi insanın təbiəti 
deyil, m
əhz sivillik, birsözlə, birgə yaşamaq üçün insanın müstəsna 
qabiliyy
ətinə  malik  olması  göstərilir. Vətəndaş  cəmiyyəti  insanın 
qidaya, paltara, m
ənzilə olan başlıca təlabatının ödənilməsinin şərti 
kimi t
əsdiqlənir. Dövlətlə  vətəndaş  cəmiyyəti  arasındakı 
münasib
ətlər ictimai müqaviləyəəsaslanırdı.  Dövlət və  vətəndaş 
c
əmiyyəti insanların başlıca təlabatının ödənilməsi və fərdin həyat 
f
əaliyyətinin təmin  olunması  üçün  birgə  şərait  yaratdıqları  üçün 
h
əmin münasibətlər mahiyyət etbarilə  sivil xarakter kəsb edirdi. 
Dövl
ət vətəndaşın  ayrılmazhüququnu  qoruyur  və  hakimiyyətin 


157 
köm
əyi  ilə  təbii  düşmənçiliyi məhdudlaşdırır, vətəndaş  cəmiyyəti 
is
ə  hakimiyyətin  hökmranlığının  qarşısını  alır.  Vətəndaş 
c
əmiyyətinə  aid  liberal  görüşlərdə  G.Hegelin  konsepsiyası  xüsusi 
yer  tutur. G.Hegel v
ətəndaş  cəmiyyətini etatist (ictimai həyatın 
bütün  sferalarına  dövlətin təzyiqi) mövqedən nəzərdən 
keçirmişdir.Ona görə, vətəndaş  cəmiyyəti  əməyin köməyi ilə  öz 
günd
əlik təlabatını  ödəyən fərdlərin məcmusudur. Vətəndaş 
c
əmiyyətinin əsasını xüsusi mülkiyyət təşkil edir. 
V
ətəndaş  cəmiyyəti  haqqında  spesifik  klassik  görüşlərdən 
dig
əri  marksist  konsepsiyadır.  Bu  konsepsiya  G.  Hegelin  tezisini 
t
əkzib edir. Marks vətəndaş  cəmiyyətini qlobal cəmiyyətin  əsası, 
f
ərdin həyat fəaliyyətini isə  tarixi inkişafın  həlledici amili hesab 
edirdi. O, v
ətəndaş  cəmiyyətini bilavasitə  istehsaldan  inkişaf  edən 
ictimai t
əşkilat  kimi  nəzərdən  keçirmişdir.  K.  Marks  kapitalizm 
şəraitində  vətəndaş  cəmiyyəti və  dövlət  arasında  ziddiyyətlərin 
aradan  qaldırılması  imkanlarını  yeni  tipli  cəmiyyətin-kommunizm 
yaranması ilə ( dövlətin olmadığı cəmiyyətlə ) əlaqələndirirdi. 
XX 
əsr vətəndaş cəmiyyəti haqqında konsepsiyaların başlıca 
müdd
əalarına  yeni  maraq  doğurdu.  İnsan  hüquqları,  şəxsi həyatın 
toxunulmazlığı,  azad  sahibkarlıq,  plüralizm, qanunçuluq,  aşkarlıq 
m
əhz bu qəbildəndir.  Əlbəttə, vətəndaş  cəmiyyətinə  aid yeni 
müdd
əaların  işlənib  hazırlanması  obyektiv  və  subyektiv xarakterli 
amill
ərlə  bağlıdır.  Bu  baxımdan  postindustrial  mərhələnin yeni 
sosial reallıqları və müəlliflərin ideoloji tərəfkeşliyi daha önəmlidir. 
V
ətəndaş cəmiyyəti sosial, iqtisadi, mədəni məkan formasında 
n
əzərə  çarpır  və  burada xüsusi mənafelərini  reallaşdıran  və  fərdi 
seçim ed
ən azad fərdlər  qarşılıqlı  fəaliyyət göstərirlər. Vətəndaş 
c
əmiyyəti və dövlət bir-birini tamamlayır. İlkin vətəndaş cəmiyyəti 
olmadan hüquqi demokratik c
əmiyyət qurmaq qeyri - mümkündür. 
V
ətəndaş  cəmiyyətini  hüquqşünaslıq, iqtisadi nəzəriyyə, tarix, 
f
əlsəfə  və  sosiologiya öyrənirsə, xüsusi əhəmiyyətli rol məhz 
politologiyaya m
əxsusdur. Politologiya vətəndaş  cəmiyyətinin 
siyasi v
ə  ictimai təsisatlarla,  bütövlükdə  dövlətlə, hakimiyyətin 


158 
federal v
ə  yerli  orqanları  ilə  qarşılıqlı  fəaliyyətinin xarakteri və 
formalarını  tədqiq edir. Vətəndaş  cəmiyyətini oyrənən elmlərin 
nailiyy
ətlərinə  əsaslanaraq, politologiyabu cəmiyyətin təşək- 
külünün s
əbəblərini və  şəraitini,  onun sturukturunu, təkamül 
istiqam
ətini öyrənir. Yəni politologiya vətəndaş cəmiyyətinin bütöv 
m
ənzərəsini yaradır. Vətəndaş cəmiyyətinin təşəkkülünü və şəraitini 
şərtləndirən xüsusi və  ümumi səbəblər çox olsa da, onun əsas üç 
başlıca  ümumi  səbəbini göstərmək olar. Birinci səbəb xüsusi 
mülkiyy
ətlə  bağlıdır.  Yəni  inkişaf  etmiş  demokratik  cəmiyyətdə 
əhalinin  əksəriyyəti xüsusi mülkiyyətçidir. Burada iri biznesin 
nümay
əndələri azsaylıdır.  Orta  siniflər kəmiyyət etibarilə  çoxluq 
t
əşkil edir. Məhz xüsusi mülkiyyət konkret firmaların çoxcəhətliyi 
il
ə vətəndaş cəmiyyətinin mövcudluğunu zərurətə çevirir. Vətəndaş 
c
əmiyyəti elə  mühitdir ki, müasir insan qanuni yolla öz təlabatını 
t
əmin edir, öz fəaliyyətini  inkişaf  etdirir,  qrup  halında 
t
ədbirlərin(nümayişlərin, aksiyaların) və  ictimai həmrəyliyin 
d
əyərini dərk edir. İkinci səbəb birinci səbəblə sıx bağlıdır. Burada 
əsas məsələ azad bazar iqtisadiyyatıdır. Qeyd edək ki, demokratik 
c
əmiyyət digər  azadlıqlarla  yanaşı,  öz  qanunları  üzrə  inkişaf  edən 
t
əsərrüfat sisteminə  də  malikdir. Ancaq qanunlara riayət etməklə 
sahibkarlıq  fəaliyyətini  uğurla  həyata keçirmək olar. Vətəndaş 
c
əmiyyətinin təşəkkülü və fəaliyyətinin zəruriliyinin üçüncü səbəbi 
ondan ibar
ətdir ki, demokratik cəmiyyət öz vətəndaşlarının 
m
ənafelərini və  təlabatlarını  maksimum  təmin etməlidir. O, 
demokratik c
əmiyyətin vətəndaşlarının  son  dərəcə  müxtəlif 
m
ənafelərinin  mövcudluğunu  ifadə  edir. Bu cəmiyyətin fəal 
h
əyatının  əsas  şərti  sosial  azadlıqdır, demokratik dövlət 
idar
əçiliyidir. Azadlıq vətəndaş cəmiyyətinin əsasıdır.Sosial azadlıq 
insanın cəmiyyətdə özünü reallaşdırması üçün imkan yaradır. Onun 
z
əruriliyi və  mövcudluğu  imkanı  haqqında  məsələnin nəzərdən 
keçirilm
əsi vətəndaş  cəmiyyətininsəciyyələndirilməsinə  əsas verir. 
V
ətəndaş cəmiyyətinin başlıca funksiyası cəmiyyətin maddi, sosial 
v
ə  mənəvi təlabatının  daha  çox  ödənilməsindən ibarətdir. Eyni 


159 
zamanda v
ətəndaş  cəmiyyəti dövlət çərçivəsindən kənarda və 
dövl
ətin qarışmadığı şəxsiyyətlərarası münasibətlərin məcmusunun 
inkişafını  özündə  təcəssüm etdirir. Vətəndaş  cəmiyyəti bütün 
ictimai sferalarda öz t
əşkilatları və birlikləri ilə təmsil olunur. Onun 
sturukturunu m
əhz bu təşkilatlar  və  birliklər səciyyələndirir. Bu 
özünü iqtisadi, sosial-siyasi v
ə mənəvi sferalarda göstərir. Vətəndaş 
c
əmiyyətinin sosial-siyasi sferası  özündə  aşağıdakıları  birləşdirir: 
ictimai-siyasi t
əşkilatlar  və  hərəkatlar,  vətəndaşların  ictimai 
f
əallığının  müxtəlif  formaları(mitinqlər,  yığıncaqlar,  nümayişlər, 
t
ətillər),  yaşayış  yerlərində  və  ya  əmək kollektivlərində  ictimai 
özünüidar
ə orqanları; qeyri-dövlət kütləvi informasiya vasitələri. 
V
ətəndaş  cəmiyyəti təşkilatlarının  xeyli  hissəsi  bir  sıra 
demokratik dövl
ətlərdə XX əsrin başlanğıcında təşəkkül tapmışdır. 
M
əsələn, 1906-cı ildə Amerika milli assosasiyası sosial reklamların 
köm
əyi  ilə  öz ölkəsinin  əhalisini  Niaqara  şəlaləsi naminə  enerji 
kompaniyasının  fəaliyyətinin çox zərərli nəticələrini aradan 
qaldırmağa  çağırdı.  Qeyd  edək ki,  ABŞ-da uzun müddət ictimai 
informasiya komit
əsifəaliyyət göstərmişdir.  Bu  qeyri  -  dövlət 
t
əşkilatının  vəzifəsi ölkədə  və  ondan kənarda  baş  verən hadisələr 
bar
ədə  obyektiv və  geniş  informasiyanı  təmin etməkdən ibarət 
olmuşdur. İkinci Dünya müharibəsi illərində komitə Reklam Şurası 
formasında  təşkil  edildi, onun məqsədi  faşist  Almaniyası  üzərində 
q
ələbə  əldə  etmək  üçün milləti səfərbər etməkdən ibarət  idi.  İndi 
Reklam  Şurası  SPİD-ə  qarşı  mübarizə, eləcə  də  savadsızlığa, 
uşaqlar  üzərində  zorakılığa  qarşı  mübarizə  kompaniyasına  başla-
mışdır.  Reklam  Şurasını  Amerikanın  işgüzar  dairələri maliy- 
y
ələşdirir.  Bu  şura  vətəndaş  cəmiyyəti təşkilatlarının  mühüm 
rolunu, h
əyat tərzinin təkmilləşdirilməsində  xidmətlərini  aydın 
şəkildə təsdiqləyir. Vətəndaş cəmiyyətinin mənəvi sferası fikir, söz 
azadlığını  təmin etməyə, vətəndaşların  öz  rəyini  açıq  şəkildə 
bildirm
ək üçün real  imkanlar  əldə  etməsinə,  yaradıcı  birliklərin 
müst
əqilliyini  reallaşdırmağa  istiqamətlənməlidir.  O,  insanların 
h
əyat tərzi, mənəviyyatı,  elmi  yaradıcılığı,  mənəvi cəhətdən 


160 
t
əkmilləşməsi ilə  bilavasitə  bağlıdır.  Vətəndaş  cəmiyyəti mənəvi 
sferada h
əm də  milli və  insani borcu yerinə  yetirən  çoxsaylı 
t
əşkilatlara  malikdir.  Onun  sturukturu  ictimai  sferalara  müvafiq 
olaraq t
əşəkkül  tapır  və  təkmilləşir.  Müasirdemokratik 
c
əmiyyətlərdə vətəndaş cəmiyyətinin sturukturu daha da təkmilləşir 
v
ə fəallıq istiqamətləri güclənir. 
Dövl
ətlə vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyəti ən mühüm 
m
əsələlərdən  biridir.  Bu  qarşılıqlı  fəaliyyət vətəndaş  cəmiyyətinin 
t
əzahürü ilə yaranır. Politologiya elmində uzun müddət “dövlət” və 
“v
ətəndaş  cəmiyyəti”  anlayışları  fərqləndirilməmişdir, onlar 
sinonim 
anlayışlar kimi işlədilmişdir. Qərb siyasi elmində vətəndaş 
c
əmiyyətinə  aid  iki  başlıca  mövqe  mövcuddur.  Birinci  mövqeyə 
gör
ə, vətəndaş  cəmiyyətidövlətə  və  onun hər  cür  formasına  qarşı 
çıxan  şəxsiyyətlərarasımünasibətlər məkanını  ifadə  edir. Vətəndaş 
c
əmiyyəti fərdlərin gündəlik təlabatının  reallaşdırılması  sferası 
olmaq etibaril
ə  şəxslərin bir-biri ilə  qarşılıqlı  fəaliyyətinin bütün 
tarixi kompleksini t
əcəssüm etdirən  sosial  universallıqdır.  İkinci 
mövqe t
ərəfdarları  isə  vətəndaş  cəmiyyətini Qərb mədəniyyətinin 
fenomeni, Q
ərb  sivilizasiyanın  mövcudluq  forması  kimi 
əsaslandırmağa  cəhd edirlər. Beləliklə,  vətəndaş  özünüdərketməsi 
müvafiq  sosial-m
ədəni  mühit  şəraitində  formalaşmışdır.  Azadlıq, 
mülkiyy
ət və  əməksevərlik kimi dəyərlərdə  öz  əksini tapan 
v
ətəndaş-  ların  demokratik  sərvət yönümü fərdlərin özünütəsdiq 
ist
əyində ifadə olunur. 
Müasir demokratik dövl
ətlərdə  praktiki olaraq, hakimiyyət 
sturukturları  sistemində  vətəndaş  cəmiyyəti təşkilatları  ilə  əlaqə 
yaratmaq üçün xüsusi orqanlar f
əaliyyət göstərirlər. Vətəndaş 
c
əmiyyətində  onu təşkil  edən təşkilatların  muxtar  xarakteri  və 
müst
əqilliyi heç də  o demək  deyildir  ki,  onların  fəaliyyətində 
xoşagəlməz hallar olmaya bilər. Buna görə də vətəndaş cəmiyyətini 
t
əşkil edən təşkilat və birliklər üzərində müxtəlif formada nəzarətin 
h
əyata keçirilməsi tamamilə  zəruri və  qanunauyğundur.  Belə 
formalardan biri dövl
ət və  ictimai təşkilatların nümayəndələrindən 


161 
ibar
ət birgə  orqanların  yaradılmasıdır.  Demokratik  rejim  dövlətlə 
v
ətəndaş  cəmiyyətinin  sıx  qarşılıqlı  fəaliyyətini nəzərdə  tutur. Bu, 
siyasi v
ə  iqtisadi sabitliyin əsasını  təşkil  edir.  Əlbəttə,  dövlət və 
v
ətəndaş  cəmiyyətinin  qarşıdurması  gözləniləndir, lakin bu 
azömürlüdür. 
Bel
əliklə,  vətəndaş  cəmiyyətinin  mövcud  olduğu  şəraitdə 
dövl
ət cəmiyyətdə müxtəlif qüvvələrin arasında kompromis yaradır. 
V
ətəndaş  cəmiyyətinin iqtisadi  əsasını  şəxsi mülkiyyət hüququ 
t
əşkil  edir.  Əks  təqdirdə  elə  bir  şərait  yaranır  ki,  hər bir vətəndaş 
dövl
ətə dövlətin diktə etdiyi şərtlərlə xidmət etməli olur.  
Buradan bel
ə  bir nəticə  çıxır  ki,  vətəndaş  cəmiyyətində 
müxt
əlif sosial, siyasi, mədəni, və  s. hərəkatlar, ittifaqlar, 
qruplar,bloklar,  partiyalar  azlıqların  mənafeini ifadə  edirlər. Onlar 
h
əm dövlət təşkilatları ola bilərlər, həm də müstəqil. Bu, ayrı-ayrı 
şəxslərə  demokratik cəmiyyətdə  özlərinin vətəndaş  hüquqlarını  və 
v
əzifələrini ifadə  etmək  imkanı  verir.  Bu  təşkilatların  fəaliyyətinə 
c
əlb olunmaqla siyasi qərarların  qəbul edilməsinə  təsir göstərmək 
olur. 
 
 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin