24
instinktdir. Nitşe öz fəlsəfəsini «həyatın müdafiə instinkti»
adlandırmışdır. Başqa sözlə, O, həmin fəlsəfəni antixristian fəlsəfəsi
də adlandırırdı. Nəhayət, beşincisi, Nitşenin antixristianlığı öz
mahiyyətinə görə hər cür asılılığa, əyriliyə, köləliyə qarşı
çevrilmişdir. Məlum olduğu kimi, «Zərdüşt belə söyləmişdir»
əsərində Allahın öldüyünü elan etmişdir. Nəyə görə? İnsan heç bir
avtoritetdən asılı olmamalıdır. Allahın ölümünün dərk edilməsi azad
əql, azad ruh və «azad ölüm» üçün, onların haqqında ideyaların
formalaşması üçün zəruridir. Həmin əsərin bir fəsli belə də adlanır
«Azad ölüm haqqında». Lakin azad həyat və azad ölüm hər bir
adama müyəssər olan deyildir bunlar yalnız fövqəlinsana xas olan
şeydir. Nitşeyə görə, bəşəriyyət öz yollarıyla gedən saysız insan
kütlələrindən ibarətdir. Bu kütlələrin və bu yürüşün heç bir planı,
heç bir məqsədi yoxdur. Əgər bir məna deyilən şey varsa, o da
onların içində vaxtaşırı zühür edən ayrı-ayrı qeyri-adi fəlsəfələrin
varlığıdır. Lakin bu fərdlərin gördüyünü və düşündüyünü başqaları
görüb düşünə bilmədiyindən, ətraf mühit və cəmiyyət onlara
düşmən kəsilir, onları tənhalığa, aclıq və səfalətə məhkum edir.
Xalqların həyatında heç bir tərəqqi olmur və son nəticədə həyatı ac
və kədərli bir sonluq gözləyir. Haçansa lap yaxın zamanlarda hələ
azad olan Qərb xalqlarını və sivilizasiyasını irəlidə qarşısıalınmaz
şəkildə yaxınlaşan köləlik totalitarizm gözləyir.
İnsan öz əzəli instiktlərinə qayıtmalı, xeyir və şərin nə oldu-
ğunu bilməyən güclü, təbii, azad fərdlərə çevrilməlidir. Əks
təqdirdə bəşəriyyəti ümumi bir cırlaşma və qum zərrəcikləri kimi
bir-bi
rilərinin eyni olmaq kimi kədərli, bəhrəsiz, cılız bir sonluq
gözləyir.
Ümumiyyətlə, Nitşenin həyat fəlsəfəsi həyatdan ayrı düşmüş
rasionalizmin tənqidinə, həmçinin mənəviyyatsızlığın tənqidinə,
həyatın əxlaqsızlığına, ikiüzlüyə, avamlığa qarşı çevrilmişdir.
Dostları ilə paylaş: