Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİNİn akademiyasi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix06.01.2022
ölçüsü1,12 Mb.
#113705
1   2   3   4   5   6   7   8   9   ...   54
Azf-307607

 
3.
İntibah və maarifçilik dövrlərinin,  
XIX –XX 
əsrlərinsiyasi ideyaları 
 
Orta 
əsrlərdə  siyasi  fikrin  inkişafını  şərh edərkən burada 
Q
ərbdə  və  Şərqdə  siyasi  ideyaların  inkişaf  xüsusiyyətlərini 
aydınlaşdırmaq lazımdır.Şərqdə siyasi fikrin inkişafında islam dinin 
t
əsiri  qaçılmaz  bir  faktor  kimi  əks  olunmalıdır.  Əl-Fərabinin,  Əl-
Birunin
in, İbn Baccənin, İbn Sinanın, İbn Rüşdün, İbn Xəldunun və 
s. siyasi baxışları orta əsrlər islam Şərqində siyasi ideyaların inkişafı 
tarixind
ə  müstəsna  rol  oynamışdı.  Orta  əsrlərdə  Avropada siyasi 
fikrin  inkişafında  Foma  Akvinalının  siyasi  baxışları  özünəməxsus 


12 
yer  tutur.  Onun  siyasi  baxışları  xristian siyasi məfkurəsinin 
formalaşmasına ciddi təsir göstərmişdir.  
XV 
əsdən  başlayaraq  Qərb aləmində  baş  verən  bir  sıra 
d
əyişikliklər, yəni artıq müsəlman filosoflarının vasitəsilə antik irslə 
tanışlıq,  müsəlman alimlərinin elmi-fəlsəfi və  siyasibaxışlarının 
m
ənimsənilməsi və s. oyanış anlamında intibah dövrü adlandırılan 
bir  epoxanın  başlanmasına  səbəb oldu.O, dövrün ən  başlıca 
s
əciyyəsi dindən, kilsə  institundan  ayrılma,  sekulyarlaşma  prosesi 
olmuşdur.Yəni artıq təkcə iqtisadiyyat, elm, fəlsəfə, incəsənət deyil, 
siyas
ətdə  dindən  ayrılmağa  başlayırdı.  İntibah dövrünün ideya 
m
ərkəzində  insan dururdu.Bu dövrdə  insanın  idealı  isə  hərtərəfli 
inkişaf  etmiş  şəxsiyyət olmaq idi.Məsələn,  florensiyalı  rəssam və 
humanist Alberti arxitektura v
ə  təsviri incəsənətin nəzəriyyəçisi, 
mexanik, kartoqraf, riyaziyyat
çı,  etik,  estetik, filosof və  görkəmli 
pedaqoq idi.Bu dövrün nümay
əndələrinə  C.Piko della Mirandola, 
Botoçelli, Leonardo Da Vinçi,  N.Makiavellinin, J.Boden, Rafael, 
T.Mor, F.Bekon, T.Hobbsun, B.Spinoza
nın,  P.Qassed və  s.  kimi 
müt
əffəkirlər aiddir. 
İtalyan mütəfəkkiri Nikkolo Makiavellinin siyasi görüşləri 
dövrün siyasi fikrinin inki
şafına müsbət təsir göstərmişdi.  Onun 
dövl
ətin və hakimiyyətin təbiəti, dövlət idarəçiliyinin formaları, ha-
kimiyy
ətin güc vasitəsilə  idarə  olunması,  cəmiyyətdə  formalaşan 
xüsusi mülkiyy
ətin insanların həyat və fəaliyyətinə təsiri və s. kimi 
ba
xışları aktual olaraq qalmaqdadır. Həmçinin Jan Bodenin Fransa 
dövl
ət suverenliyi ideyasının irəli sürməsi, ingilis dövlət xadimi To-
mas Morun “Utopiya” 
əsərində  xüsusi mülkiyyətin ləğvi fikirləri, 
Frensis Bekonun c
əmiyyətin iqtisadi-siyasi inkişafında mərkəzləş-
miş  dövlətin  əhəmiyyəti kimi siyasi ideyaları  mühim  əhəmiyyətə 
malik idi. Eyni zamanda Tomas Hobbsun hakimiyy
ətin ictimai mü-
qavil
ə əsasında yaradılması fikri, xüsusi mülkiyyətin insanın xarak-
terin
ə təsiri haqqında, mütləq monarxiya tərəfdarı kimi düşüncələri, 
Pyer Qassedin ictimai müqavil
ə  nəzəriyyəsi, Benedik Spinozanın 


13 
dövl
ət və hakimiyyət haqqında siyasi baxışları Qərb siyasi təfəkkü-
rünün inki
şafına əhəmiyyətli dərəcə də müsbət təsir göstərmişdi. 
Qeyd ed
ək ki, maarifçilik ilk dəfə  olaraq Qərbi Avropa 
ölk
ələrində  kapitalizmin təşəkkülü dövründə  yaranmışdır.O, 
m
əzmunca  çox  geniş  olub,  ictimai,  siyasi,  hüquqi,  əxlaqi və  bədii 
ideyalar, 
baxışlar sistemindən ibarətdir. 
Ümumiyy
ətlə, maarifçilərin humanizminin əsas prinsipi 
bel
ədir ki, dövlətin bütün iqtisadi,  mədəni və  siyasi fəaliyyətinin 
əsasını  insana xidmət təşkil  etməlidir, yəni hər  şeydə  insan vasitə 
deyil, m
əqsəd  olmalıdır,  onun  getdikcə  artan tələbatı  hərtərəfli 
öd
ənilməlidir. Maarifçilərin nümayəndələrinə  XVII  əsr ingilis 
maarifçil
əri  Con Lokku, Corc Berkli və  David Yumu, XVIII  əsr 
fransız  maarifçiləri  Şarl  Lui  Monteskyeni,  Fransua-Mari Aruye 
Volteri, Deni Didronu, Klod Adrian Helvetsini,Jan Jak Russonu v
ə 
alman maarifçil
əri  Qotfrid Leybnitsi, QotfridLessinqi,  İohann 
Qotfrid Herderi, Georq Vilhelm Fridrix Hegeli
, İmmanuil Kantı və 
dig
ərlərini aid etmək olar.  Fərdi  azadlıq  və  burjua liberalizmi 
ideyalar
ının  müəllifi olan Con Lokk ilk dəfə  hakimiyyətin bölün-
m
əsi prinsipini irəli  sürmüşdür.  Konstitusiyalı  monarxiya  tərəfdarı 
olan Con Lokk xalqı hakimiyyətin mənbəyi hesab edirdi. XVIII əsr 
fransız  maarifçiləri olan Monteskye, Russo, Didro, Volter 
v
əHelvetsinin vətəndaşların hüquq və azadlıqları, dövlətin meydana 
g
əlməsi, onun mahiyyəti, hakimiyyətin bölgüsü, hökmdarla xalq 
arasında  münasibətlər və  s.  kimi  siyasi  ideyaları  fransız  siyasi 
t
əfəkkürünün  inkişafında  əsas  rol  oynamışdı.  Alman  maarifçiləri 
olan  İ.Kantın,  G.Hegelin  cəmiyyətdə  yaranan ziddiyyətlər,  ədalət-
sizliyi doğuran səbəblər, hakimiyyət formaları, dövlət, iqtisadiyyat, 
siyas
ət münasibətləri və  s.  haqqında  siyasi  ideyalarına  da  diqqət 
yetirilm
əlidir. Qeyd etdiyimiz mütəfəkkirlər alman siyasi  fikrinin 
inkişafına öz tövhələrini vermişlər. Son olaraq onu da qeyd etmək 
olar ki, maarifçilik ideoloji, f
əlsəfi cərəyan olmaqla bərabər, həm də 
siyasi c
ərəyan idi.  XIX-XX  əsrlərdə  Qərbdə  təşəkkül tapan siyasi 
ideyalara maarifçilik siyasi  c
ərəyanı  ilə  yanaşı  ekzistensiyalizmi, 


14 
praqmatizmi, h
əyat fəlsəfəsini, pozitivizmi, neopozitivizmi, frey-
dizm v
ə yeni freydizmi, personalizmi və s. aid etmək olar.  
Qeyd et
mək  lazımdır  ki,  XX  əsr  həyatın  bütün  sahələrində 
böhranlar əsridir. Müəyyən ictimai quruluşun əsaslarını dəyişdirən 
sosial  çevrilişlər  həyatın  ayrılmaz  əlamətinə  çevrilir.  Cəmiyyətin 
düşdüyü  iqtisadi  böhranlar  çox  vaxt  öz  həllini  açıq  antihumanizm 
formalarında  tapır.  Onların  içərisində  ən  dəhşətlisi-bütün  xalqları 
ümumdünya  faciəsi  ruhunu  hiss  etməyə  məcbur  edən  dünya 
müha
ribələri  olmuşdur.  Adama  elə  gəlir  ki,  militarizmin  dəhşətli 
təcrübəsini  dərk  etdikdən  sonra  insanlar  sosial  konfliktləri  müha-
ribələrdən  istifadə  etmədən  həll  edəcəkdir.  Lakin  hazırda  lokal 
müha
ribələr  kütləvi  xarakterli  hadisələrdir  və  bəşəriyyəti  yeni  bir 
ümumdünya yan
ğınına sürükləyə biləcək bir amildir. Bundan əlavə, 
yer  kürəsində  ekoloji  təhlükə  təsəvvüredilməz  sürətlə  irəliləyir. 
Elmi-texniki in
qilabi  nailiyyətlər  bəzən  xeyirdən  çox  şəri  doğuran 
mənbəyə çevrilir. Adamların həyat şəraitinin pisləşməsi, təbiətin öz 
təbii  xassələrini  getdikcə  daha  çox  itirməsi,  maddi  ehtiyatların 
tükənməsi  hər  bir  insanın  həyatında  özünün  təsirini  göstərir. 
Nəticədə insanların sağlamlığı təhlükə altına düşür, psixi vəziyyəti 
(indiki, həm də gələcək nəsillərin) pisləşir. Ona görə də XX əsr də 
«mədəniyyətin  böhranı»  anlayışı  cəmiyyətin  mənəvi  həyatına 
möhkəm daxil olmuşdur. Dəyərlərin yenidən qiymətləndirilməsi hər 
bir yeni nəslə xas olan hadisədir. Lakin XX əsrdə həyati qaydaları 
və  oriyentirlərin  transformasiyası  insan  və  onun  təbiəti  haqqında 
əbədi  təsəvvürlərin  təzədən  idraki  süzgəcdən  keçirilməsi  ilə 
müşayiət  olunur.  Sosial  və  təbii  qüsurların  aradan  qaldırılmasında 
elmə  bəslənilən  ümidlər  ruh  düşgünlüyü,  elmə  inamsızlıqla  əvəz 
olunmuşdur. XX əsr siyasi- fəlsəfi fikrinin spesifik cəhətlərdən biri 
də  odur ki,  fəlsəfi-siyasi  məktəb  və  cərəyanların  əksəriyyətinin 
marksizmə əks mövqedən çıxış etməsidir. Bunu onunla izah etmək 
olar ki, uzun illər marksizm (sonralar isə marksizm leninizm) prak-
tikada kommunizm idealla
rını reallaşdırmağa çalışan cəmiyyətin si-
ya
sət və ideologiyasının məhək daşı olmuşdur. Marksizmin fəlsəfi 


15 
prinsip
lərinin xüsusilə  dialektik  və  tarixi materializm prinsipləri- 
nin düzgün olma
dığını sübut etməyə cəhd edən bir çox fəlsəfi-siyasi 
cərəyanlar onun sübut  və  arqumentsiz  tənqidinə  üstünlük verirlər. 
Uzun il
lər  fəlsəfənin inkişafı  ancaq ideoloji qarşıdurma sahəsində 
də özünü göstərirdi. Həqiqi fəlsəfi problemləri həll etmək  əvəzinə 
tərəflər  bir-birinin  fəlsəfi konsepsiyalarında  zəif yerlər  və  səhvlər 
axtarmaql
a məşğul olurdular. Lakin bu zaman həqiqi fəlsəfi konsep-
siyalar yara
dılmasına meyl də güclənirdi. 
Ümumiyyətlə,  XX  əsr  fəlsəfəsi  müxtəlif  istiqamətlər  üzrə 
inkişaf  etmişdir.  Buraya  dini  fəlsəfənin  çoxsaylı  formaları, 
həmçinin pozitivizmin ən yeni növləri də daxildir. 
XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  elmin  rolunun  artması 
fəlsəfəyə  və  siyasətə  də  öz  təsirini  göstərmişdir.  Hətta  sayentizm 
(latınca: bilik, elm sözündədir) istiqaməti də meydana gəlmişdi ki, 
burada  da  fəlsəfənin  konkret  elmə  meyilli  olan  müəyyən  təfəkkür 
tipinə arxalanması irəli sürülürdü. 
Sayentizmin  tərəfdarları  pozitiv  elmlərə  (başlıca  olaraq 
təbiətşünaslığa) istiqamət götürərək fəlsəfədən ənənəvi dünyagörüşü 
problematikası çıxarmağı, fəlsəfənin tarixən qərarlaşmış predmetin-
dən  imtina  edilməsini,  ona  dəqiq  elmlər  tipindən  quruluş  verməyi 
planlaşdırırdılar.  Sayentizm  istiqamətinə  çox  vaxt  neopozitivizmi 
(analitik  fəlsəfəni),  «elm  fəlsəfəsini»,  strukturalizmi  aid  edirlər. 
Ümumi  fəlsəfi  sayentist  konsepsiyalarla  yanaşı,  müxtəlif  spesifik 
nəzəriyyələr  də  yayılmağa  başlamışdır.  Bunlar: «industrial», 
«postin
dustrial»,  «texnotron»,  «informasiya»  və  digər  ictimai 
quruluş tipologiyasına uyğun modellər əsasında təşkil olunmuşdur. 
Sayentist  fəlsəfi  təsəvvürlərin  işlənilməsində  ən  böyük  çətinlik 
metodologiya sahəsində özünü göstərmişdir. Belə aydın olurdu ki, 
nəzəri  bilikləri  tam  şəkildə  empirik  faktlara  müncər  etmək  qeyri-
mümkündür.  Sayentizm  praktikası  bir  daha  göstərdi  ki,  fəlsəfi 
problemləri tam şəkildə təcrid etmək olmaz.  
İkinci spesifik fəlsəfi konsepsiya antropoloji konsepsiya hesab 
olunur.  Bu  istiqamət  humanitar-antropoloji  sahənin  ön  plana  çıxa-


16 
rılması və antisayenizm meyillərinin güclənməsi ilə bağlı idi. Bu za-
man  «insani  məzmun»  başlıca  prinsip  elan  olunurdu.  Antropolo-
qizm çərçivəsində fəlsəfi antropologiya, həyat fəlsəfəsi, ekzistensia-
lizm,  personalizm  və  s.  cərəyanlar  formalaşmışdır.  Onların  fərqli 

susiyyətləri təkcə əqlə münasibətdə deyil, sırf fəlsəfi məzmunun 
for
malaşması  mexanizmində  xristianlıq  ilə  doğma  cəhətlərə  malik 
ol
masındadır. Bu istiqamətin tərəfdarlarını təbii elmi təfəkkürün və 
onun  normalarının  ümumiliyinin  qəbul  edilməməsi  birləşdirir.  Bu 
cərəyanların arasındakı sərhədlər demək olar ki, yoxdur. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin