AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİl problemləRİ İnstitutu bakı Sənaye – Pedaqoji Kolleci

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 88.09 Kb.
tarix14.01.2017
ölçüsü88.09 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU

Bakı Sənaye – Pedaqoji Kolleci
İxtisas : 040105 Informatika müəllimliyi

İxtisas dərəcəsi: Subbakalavr

Təhsil müddəti : ümumi orta təhsil bazası üzrə 3 il 10 ay

tam orta təhsil bazası üzrə 2 il 10 ay


Fənnin kodu : İF.B15 Proqramlaşdırma dilləri
Proqramlaşdırma dilləri” fənni üzrə

TƏDRIS PROQRAMI



Əyani şöbə: 120 saat həcmində

O cümlədən: Nəzəri dərslər 75 saat

Seminar məşğələ 45 saat



Qiyabi şöbə: 40 saat həcmində

O cümlədən: Nəzəri dərslər 24 saat

Seminar məşğələ 16 saat



Азярбайcан Республикасы Тящсил Назирлийи Елmи - Mетодик шуранын “ _______________ ” бюлmясинин “ ___________ ” tарихли иcласынын гярары иля tясдиг едилmишдир.


BAKI 2010/2011 –ci il

c:\users\rena\pictures\мои сканированные изображения\сканирование0019.jpg

İzahat vərəqi

Müasir zəmanədə biz informasiya texnologiyaların sürətli inkişafının şahidiyik . Fərdi kompüterlərdən söz düşəndə, bu tendensiyalar daha gabarıq şəkildə özlərini biruzə verir. Fərdi kompüterlərə maraq daim artır və onların istifadə sahələri durmadan genişlənir.

Baxmayaraq ki, fərdi kompüterlərdə çoh sayda müxtəlif proqramlaşdırma dilləri istifadə olunur (Beyzik, Paskal, Zh++, Assembler və s.), Paskal dilinin istifadə olunması daha məqsədyönümlüdür. Paskal proqramlaşdırma dili Borland şirkəti tərəfindən yaradılmışdır və hazırda ən geniş yayılmış dildir.

Paskalın üstünlükləri kompilyatorun kiçik ölçüsüdür, proqramların sürətlə kompilya olunmasıdır və həmin proqram səviyyəsində dərhal səhvlərin olması haqqında xəbərdərlıq etməsi, geniş altproqramlar və əlavələr arxividir. Son olarag: Paskalın ən əsas üstünlüyü - yazmağa yeni başlayan proqramçılar üçün ən yaxşı öyrədici vəsait olmasıdır. Bu səbəbdəndə tələbələrimizdə proqramlaşdırma dilləri haqqında anlayış vermək və sadə proqramlar tərtib etmək bacarığlarını mənimsətmək üçün Paskal dilini öyrətmək daha məqsədyönümlüdür.

Bu proqramı yazmaqda məqsəd: tələbələrə sadə proqramlaşdırma dillərinin strukturunu, bu dillərdə müxtəlif məsələlərin həlli üçün sadə proqramlar tərtib etmək üsullarını aydınlaşdırmağdır. Pascal dili tədris üçün ideal dildir. Əslində Pascal dili məhz bu məqsəd üçün yaradılmışdır. Alqoritmləri öyrənərkən Pascal dilində proqram yazmaqla məsələləri həll etmək çox rahatdır.

Fənnin məqsədi , vəzifələri və tədris prosesindəki yeri.
Fənnin tədrisində məqsəd.

“Proqramlaşdırma dilləri” fənninin tədrisində məqsəd – proqramlaşma dillərinin quruluşunun əsas prinsiplərini və yüksək səviyyəli proqramlaşdırma dillərində proqramlaşmanı öyrənmək.

Proqram proqramlaşdırma dillərinin özəllikləri və xususiyyətləri, dilin quruluşu və proqramlaşdırma texnologiyaları, verilənlərin təsvir vasitələri, abstrakt verilənlər tipi, sinif və obyektlər,faylların emalı, paralel emal, mikroprosessor və makrogenerator, istifadəçinin qrafik interfeysi, siniflər və proqramlar kataloqu, proqramlaşdırma dillərinin standartı, assembler dillərinin ümumi xarakterizəsi: təyinatı,quruluşu və istifadəsi prinsipləri,dilin strukturu, əsas əmrlər qruppları, operatorları, əməliyyat sistemləri ilə qarşılıqlı əlaqə haqqında əsas məlumatları özündə cəmləşdirir.
Fənnin fəzifəsi.
1. Tələbələri proqramlaşdırma dillərinin quruluş prinsipləri ilə tanış etmək.

2. Tələbələrin təfəkkürünün inkişaf etdirilməsi.

3. Proqramlaşdırma üsullarını və vasitələrinin öyrənilməsi.

4. Proqramlaşdırma mühitini və / və ya proqramlaşdırma diliinin ən optimal variantını müəyyən etməyi öyrətmək.

5. Proqramlaşdırmanin mürəkkəbliyinin qiymətləndirilməsi üçün tələbələrin hazırlanması.
Fənnin tədrisi nəticəsində tələbələr bilməlidir:


  1. Dilin quruluşu prinsiplərini.

  2. Müxtəlif məsələlərin həlli üçün proqram və siniflər kataloqlarının imkanlarını bilmək.

  3. Proqramlaşdırma texnologiyalarının əsaslarını bilmək.

  4. Praktiki problemlərin həlli üçün yüksək səviyyəli dilərin, kitabxanaların, proqramlar və siniflərın müasir inkişaf alətlərindən istifadə edə bilmək.

  5. Muasir interfeysin proektləşdirməsi və həyata keçirtməsini bacarmağı.



Proqramın məzmunu



  1. Giriş: ( 4saat )

Fənnin öyrənilməsində məqsəd. Proqramlaşdırma dili anlayışı, növləri, istifadə sahələri, proqram abstraksiyası.





  1. Bölmə: Proqramlaşdırma dillərinin quruluşu və istifadəsinin ümumu əsasları. (8 saat )




  • Proqramlaşdırma dillərinin quruluşu və istifadələrinin ümumu əsasları.

  • Proqramlaşdırma dillərinin xususiyyətləri və özəllikləri.

  • Proqramlaşdırma dillərinin növləri və inkişaf tarixi.

  • Proqramlaşdırma dillərinin əsas anlayışları.


  1. Bölmə: Alqoritmlərin quruluşu. ( 20saat )




  • Alqoritm anlayışı, alqoritmlərin təsvir vasitələri.

  • Alqoritmlərin xassələri, tipləri.

  • Blok-sxemlərin tərtib edilməsi.

  • Standart funksyaların və riyazi ifadələrin alqoritmik dildə yazılışı gaydaları.

  • Xətti alqoritmlərin guruluşu. Şərti alqoritmlər, onların strukturu. Kvadrat tənliyinin həlli alqoritmi.

  • Dövri alqoritmlər, onların strukturu. Faktorialın hesablanması, integralın hesablanması alqoritmlərinin tərtibi.

  • Alqoritmik proqramlaşdırma dilləri (ümumi məlumat). Məsələnin düzgün qoyuluşu və kompüterdə həlli etapları. Translyator proqramları.




  • Praktiki məşgələ (17 saat)




  1. Xətti alqoritmləin tərtibi.

  2. Şərti alqoritmlərin qurulması.

  3. Kvadrat tənliyinin həlli alqoritmi.

  4. Max və min hesablanması.

  5. Dövri alqoritmlərin qurulması.

  6. Faktorialin hesablanmasi proqramı.

  7. İnteqralin hesablanmasi proqramı.

  8. Blok-sxemlərin qurulması.

4. Bölmə: Paskal alqoritmik proqramlaşdırma dilinin əsasları (43 saat).


  • Paskal alqoritmik proqramlaşdırma dilinin yaranma tarixi .

  • Paskal alqoritmik proqramlaşdırma dilinin konstruksyası, əsas elementləri.

  • Mənimsətmə (:=), daxiletmə (Read), xaricetmə (Write) operatorları.

  • Şərti operatorlar.

  • Tərkibli şərti operatorlar.

  • Dövri operatorlar. Parametrli dövri operatorlar.

  • IntegerReal tipli dəyişənlər.

  • Keçid operatoru.

  • Char simvol tipli dəyişənlər, mətnlər ilə işləmək.

  • Massivlər (array ), regulər tipli dəyişənlər .

  • Rekurent hesablamalar. Ikiölçülü massivlər, matrislər.

  • RecordSet tipli dəyişənlər .

  • Fayl anlayışı, (File).

  • Xarici fayllar. Standart mətn faylları (Input Output). Fayl proqramlarının tərtibi.

  • Standart prosedurlar (procedure), parametrsiz prosedurlar.

  • Parametr-dəyişən. Parametr-nəticə.

  • Standart funksyalar (function).




  • Praktiki məşgələ (28saat)




    1. Mənimsətmə (:=)operatoru.

    2. Daxiletmə (Read)operatoru.

    3. Xaricetmə (Write ) operatorları .

    4. Riyazi ifadələrin həlli proqramını tərtib etmək.

    5. Riyazi funksiyalarin qiymətini tapmaq.

    6. Kvadrat tənliyinin həlli proqramını tərtib etmək .

    7. Faktorialın hesablanması proqramını tərtib etmək .

    8. Integralın hesablanması proqramını tərtib etmək .

    9. Char simvol tipli dəyişənlər, mətinlər ilə işləmək .

    10. Massivlər (array ), regulyar tipli dəyişənlər .

    11. Rekurent hesablamalara aid proqramların tərtibi .

    12. Ikiölçülü massivlər, matrisalar ilə iş .

    13. Record tipli dəyişənlərə aid proqramların tərtib edilməsi .

    14. Fayllara aid proqramların tərtib edilməsi .



NÜMUNƏVİ MÖVZU PLANI




Bölmələrin adı

Saatlar

əyani

qiyabi

Cəmi

Mühazirə

Məşğələ

Cəmi

Mühazirə

Məşğələ

Giriş

4

4

-

2

2

-

Proqramlaşdırma dillərinin quruluşu və istifadəsinin ümumu əsasları.

8

8

-

4

4

-

Alqoritmlərin quruluşu .

37

20

17

14

8

6

Paskal alqoritmik proqramlaşdırma dilin əsasları.

71

43

28

20

10

10

Cəmi

120

75

45

40

24

16



ƏDƏBİYYAT



  1. В.Е. Алексеев «Практикум по программированию»-1993

  2. Г. Л. Семашко , А.И. Салтыков «Программирование на языке Паскаль

  3. С.А. Абрамов,Е.В. Зима «Начала программирования на языке Паскаль »

  4. Г.Л.Семашко, А.И. Салтыков «Программирование для всех »-1986

  5. А.Л.Бекренев, А.Н. Перкин «Твой друг Бейсик»-1989

  6. R.Ə.Əliiev,T.M.Əliiev,M.Ə. Salahlı “ Informatikanın və hesablama tehnikasının əsasları” .

  7. Мещеряков Р.В., Давыдова Е.М. Языки программирования: Учебник. – Томск.: В-Спектр.

  8. 2007. – 290с.

  1. Язык программирования Си: Пер. с англ./ Брайан В. Керниган, Деннис М. Ритчи; Пер. В.

  1. С. Штаркман. - 3-е изд., испр.. - СПб.: Невский Диалект, 2001. - 352 с.

  1. Программирование и основы алгоритмизации: Учебное пособие/ Владимир Григорьевич

  1. Давыдов. - М.: Высшая школа, 2003. - 448 с.

  1. Архитектура компьютера: Пер. с англ./ Эндрю Таненбаум; Пер. И. Ткачева. - 4-е изд.. -

  1. СПб.: Питер, 2002. – 698с.

  1. Программирование на языке высокого уровня: Учебное методическое пособие/ Валентин

  1. Михайлович Зюзьков, Н. Ю. Хабибулина; Министерство образования Российской

  2. Федерации, Томский государственный университет систем управления и

  3. радиоэлектроники, Кафедра компьютерных систем в управлении и проектировании. -

  4. Томск: ТМЦДО, 2003. - 132 с.

  1. Янг С. Алгоритмические языки реального времени: конструирование и разработка: Пер. с

  1. англ.- М. Мир, 1985.-400 с.

  1. Гради Буч. Объектно-ориентированный анализ и проектирование с примерами

  1. приложений на С++ / перевод с англ. И. Романовского и Ф. Андреева.- М: "Бином", СПб.:

  2. "Невский диалект". 558с.

  1. Себеста Р.У. Основные концепции языков программирования, 5-е изд.: Пер. с англ. - М.:

  1. Издательский дом "Вильямс", 2001. - 672 с., ил.

  1. Бен-Ари М. Языки программирования. Практический сравнительный анализ: Пер. с англ.

  1. – М.: Мир, 2000. – 366с., ил.

  1. Братко И. Программирование на языке Пролог для искусственного интеллекта: Пер. с

  1. англ. – М.: Мир, 1990. – 560с., ил.

  1. Брой М. Информатика. Вычислительные структуры и машинно-ориентированное

  1. программирование: В 4-х ч. Ч. 2./ Пер. с нем. – М.: Диалог-МИФИ, 1996 –224с.

  1. Брой М. Информатика. Основополагающее введение: В 4-х ч. Ч. 1./ Пер. с нем. – М.:

  1. Диалог-МИФИ, 1996 –229с.

  1. Брой М. Информатика. Структуры систем и системное программирование: В 4-х ч. Ч. 3./

  1. Пер. с нем. – М.: Диалог-МИФИ, 1996 –224с.

  1. Кнут Д. Искусство программирования: – М.: Наука. 1978. В 3-х томах.

  2. Котов В.Е., Сабельфельд В.К. Теория схем программ – М.: Наука. Гл. ред. физ.-мат. Лит.,

  1. 1991. – 248с.

Proqram girişdən və üç bölmədən ibarətdir:


1.Bölmədə: Proqramlaşdırma dilləri anlayışı, yaranma tarixi. Alqoritmik proqramlaşdırma dillərinin ümumi strukturu. Müasir proqramlaşdırma dilləri. C proqramlaşdırma dili. C++ dili. Perl dili. PHP dili. Java dili. Kompüterlərdə proqramın icrası, proqramın icra mərhələləri.

2.Bölmədə: Alqoritm anlaiyışı, alqoritmlərin təsvir vasitələri, xassələri və tipləri, blok-sxemlərin tərtibi, məsələnin düzgün goyulması və kompüterdə həlli etapları şərh edilir.

3.Bölmədə: Paskal alqoritmik proqramlaşdırma dilinin yaranma tarixi , dilin konstruksiyası, əsas elementləri, operatorları, müxtəlif məsələlərin həlli proqramlarını tərtib etmək üsulları haqqında şərh edilir.

Nəzəri mövzular praktiki məşğələlərlə möhkəmləndirilib.



Proqram 120 saatlıq həcmində materiyalı əhatə edir və mövcud tədris planına uyğun tərtib edilib.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə