Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci


Elektrik avadanlığının diaqnostikası



Yüklə 0,71 Mb.
səhifə47/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   52
Elektrik avadanlığının diaqnostikası

İstismar dövründə avtomobilin elekrtik avadanlığında (avtomobildə qoyulan enerji mənbələrinə və işlədicilərinə elektrik avadanlığı deyilir) müxtəlif xarakterli imtina və nasazlıqlar baş verir. Baş verəcək nasazlıqların qarşısını almaq üçün texniki qulluq və təmir işləri aparmaq lazım gəlir. Elektrik avadanlığında qüsurların olması avtomobilin güc və iqtisadi göstəricilərinə böyük təsir göstərir. Bu baxımdan elektrik avadanlığının texniki vəziyyətinin öyrənilməsində diaqnostikanın tətbiq edilməsi xüsusi əhəmiyyətə malikdir.

Elektrik avadanlığında baş verən imtina və nasazlıqların aradan qaldırılması ilə əlaqədar olaraq yerinə yetirilən iş həcmi TQ və CT-in ümumi həcminin 11...17% ni təşkil edir.

Elektrik avadanlığı elementlərinin işləmə qabiliyyəti birinci növbədə elektrik təchizatı sisteminin –elektrik enerjisi istehsal edən qida mənbələrinin (akkumulyator batareyası, düzləndiricisi və nizamlayıcı relesi olan generator) texniki vəziyyətindən asılıdır. Buna görə də elektrik avadanlığında texniki qulluq işlərininin aparılması enerji mənbələrinin işləmə qabiliyyətinin yoxlanmasından başlanılır.

Elektrik avadanlığında işıqlandırma cihazlarının texniki cəhətdən saz vəziyyətdə olmasının da avtomobilin məhsuldarlığına böyük təsiri var. Bu cihazlarda baş verən xarakterik nasazlıqlar lampalrın və qoruyucuların sıradan çıxmasıdır. Bunlarla yanaşı burada əsas ciddi nasazlıq faraların nizamlanmasının pozulmasıdır. Faraların nizamlanmasının pozulması o halda düzgün hesab edilir ki, yaxın işıqda işıqlanma məsafəsi 30 m, uzaq işıqda bu məsafə 100 m-dən az olmasın. Faraların qurulması xüsusi avadanlıqla (ekranı olan) təchiz edilmiş postda aparılır.

Elektrik avadanlığında diaqnostika prosesini təşkil edərkən nəzarət ölçü cihazlarının da (ampermetr, yağ təzyiqinin, su temperaturunun, yanacağın səviyyəsinin və s. göstəriciləri) texniki vəziyyətinin yoxlanılması nəzərdə tutulur. Hər hansı cihazda nasaz element (verici və ya qəbuedici) aşkar edildikdə o, dəyişdirilir. Vericilərin və qəbuledicilərin ayrılıqda texniki vəziyyəti etalon cihazlarla müqayisədə müəyyən edilir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin