§ 2.10. Rəqəm süzgəcləri
İstənilən elektrik süzgəcindən keçən siqnal bir formadan başqa formaya çevrilir. Əgər çevrilən siqnal zamana görə dəyişən fasiləsiz siqnallardırsa, bu süzgəcə analoq süzgəc deyilir. Analoq süzgəclərin çıxışında alınan siqnalın parametri girişə verilən siqnalın parametrinə uyğun olmadıqda amplitud-tezlik xarakteristikasının mürəkkəb olmasına səbəb olur. Daha sadə şəkildə bu problemi rəqəmli süzgəc vasitəsilə aradan qaldırmaq olar, yəni bir siqnalın zəiflədilməsi və başqa tərkibli tezliklərin alınması üçün hesablama qurğularından istifadə olunur. rəqəmli süzgəclərin sadələşdirilmiş struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir:
Çıx.
Gir.
RAÇ
Hes.
ATS1
ATS2
ARÇ
İQ
ATS1 – alçaq tezlik süzgəci
ARÇ – analoq rəqəm çeviricisi
Hes – hesablayıcı qurğu
İQ – hesablayıcını idarə edən qurğu
RAÇ – rəqəm-analoq çeviricisi
ATS2 – aşağı tezlik süzgəci
Girişə verilən analoq siqnal alçaq tezlik süzgəcindən keçərək analoq-rəqəm çeviricisinə daxil olur: burada analoq siqnal rəqəmli siqnala çevrilir. Yəni bərabər zaman anlarında təkrarlanan impulslar ardıcıllığı şəklində hesablayıcıya ötürülür. Hesablayıcı idarəetmə qurğusu tərəfindən idarə olunur, rəqəmli siqnal rəqəm-analoq çeviricisinə daxil olur və burada yenidən analoq siqnala çevrilir. Sonra isə alçaq tezlik süzgəcinə ötürülür. Buradan keçərək çıxışa verilir.
Rəqəm süzgəcinin əsas üstünlüyü onun xarakteristikalarının tezdəyişməsinin mümkünlüyü, bu xarakteristikaların yüksək stabilliyi, çox aşağı tezliklərdə işləyə bilməsi, çox yığcam olması, yüksək etibarlığa malik olması və ucuz başa gəlməsidir.
BÖLMƏ 3.Paylanmış parametrli xətti sistemlər
Dostları ilə paylaş: |