Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki avrasiya universiteti “Dünya ədəbiyyatı 2”



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix28.05.2022
ölçüsü1,92 Mb.
#116370
1   ...   9   10   11   12   13   14   15   16   17
Dünya ədəbiyyatı 2 sillabus

“Dünya ədəbiyyatı 2” fənni üzrə tədris materialının müvəffəqiyyətlə mənimsənilməsi
üçün hər bir təhsilalan sistematik olaraq mühazirə materialları, tövsiyyə olunan ədəbiyyat,
fənn üzrə ev tapşırıqları, yoxlama yazı tapşırıqları, sərbəst yaradıcılıq işlərinə aid mövzular
və s. ilə təmin olunmalı, həmçinin seminar dərslərində aktiv iştirak etməlidirlər.
Təhsil prosesinin sonunda tələbə fənn üzrə qazandığı bilik və bacarıqlara uyğun
səriştələrə malik olmaqla iqtisadiyyat yönümlü fəaliyyət sahəsində müstəqil işləyə bilməli və
təhsilini ömür boyu davam etdirməyi bacarmalıdır.
13.Təhsilalanların biliklərinin qiymətləndirilməsi
və balların verilmə qaydaları
AKTS tələblərinə, həmçinin tədrisın əyani (ənənəvi) və ya distant (onlayn) formada
təşkili Qaydalarına əsasan hər bir təhsilalanın fənn üzrə toplaya biləcəyi balların ümumi
miqdarı 100-ə bərabərdir: İlk 50 bal semestr müddətində cari qiymətləndirmənin (CQN)
(DM - dərsə münasibəti, ictimai fəaliyyəti və əxlaqi davranışı (10 bal), SN – seminar və ya
praktiki dərslərin nəticələri (20 bal), Aİ – aralıq imtahanları (kollokviumlar) üzrə (10 bal),
SYİ – sərbəst yaradıcılıq işləri üzrə) (10 bal); digər 50 bal isə aralıq qiymətləndirmənin
(AQN) ( semestr imtahanı zamanı bilik və bacarıqların qiymətləndirilməsinin) nəticələrinə
görə müəyyən edilir.
13.1 Fənn üzrə qiymətləndirmə üsulları
“Dünya ədəbiyyatı 2” fənninin tədrisi prosesində təhsilalanların qazandıqları bilik və
bacarıqlarının daha şəffaf, tələbə yönümlü yanaşma prinsipində qiymətləndirilməsi üçün
aşağıdakı üsullardan istifadə oluna bilər:
- yoxlama yazı tapşırıqları;
- şifahi təqdimatlar;
- açıq müzakirələr;
- frontal sorğular;
- yazılı esse və təqdimatlar;
- bilik və bacarıqlara dair yazılı testlər;
- kompüter əsaslı testlər;
- qrup şəklində və özünü qiymətləndirmə;
- müstəqil çalışmalar həlli;
- ev tapşırıqları;
- diskussiya;
- şifahi sorğular və s.
Fənnin tədrisi prosesində təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan


14
üsullar, konkret müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsilalanın fənn üzrə əldə
etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə
imkan verməlidir. Təhsilalanların təlim nəticələrinin qiymətləndirilməsi prosesində
müəllimlər aydın, şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistik prinsiplərini rəhbər
tutmaqla təhsilalanlara təhsillərinin bütün aspektlərini və qiymətləndirmə prosesini aydın
şəkildə müzakirə etmək imkanı verməlidirlər

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin