AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci



Yüklə 78,22 Kb.
tarix17.01.2017
ölçüsü78,22 Kb.
#486
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ

Təsdiq edirəm:

Bİ və TK-nın tədris işləri üzrə

direktor müavini:



“12.06.2014-ci il”

Orta ixtisas təhsilli mütəxəssis hazırlığı üçün

Azərbaycan dili və nitq mədəniyyəti” fənninin

PROQRAMI

(120 saat)

Ana dili və ədəbiyyat” fənn birləşməsinin

iclasında müzakirə edilərək bəyənilmişdir.

Protokol № 9 12.06.2014

Fənn birləşməsinin sədri: Şeydayeva B.İ

BAKI – 2014

Tərtib edən : Əkbərova. G.V.

Rəyçilər : Həmzəyeva. Z.

F.B.S.Şeydayeva. B.





İZAHAT VƏRƏQİ

“Azərbaycan dili və nitq mədəniyyəti” fənninin öyrənilməsi orta ixtisas təhsili sistemində XXI əsrin birinci onilliyinin sonunda həyata keçirilməyə başlanılmışdır. Müasir mərhələdə bu fənnin qarşısında Azərbaycan dilçiliyini deyil, dilini öyrətmək vəzifəsi qoyulmuş və o, nitq mədəniyyəti ilə əlaqələndirilmışdir.

Məlumdur ki, nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik(orfoepik, orfoqrafik), leksik və qrammatik qayda-qanunlarını bilmək və nitq prosesində onlara əməl etmək zəruridir.

Nitq mədəniyyətini natiqliklə eyniləşdirmək olmaz. Natiqlik də rəssamlıq, şairlik kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ədəbi dilə sahib olmağın özü nitq mədəniyyətinə yiyələnmədə həlledici məqamdır.Gözəl nitq hər bir kəsin ümumi mədəniyyətinin göstəricilərindən biridir. Gözəl nitq üçün iki əsas şərt tələb olunur : dilin ifadə imkanlarının genişliyi və danışanın yüksək hazırlığı.

Bu fənnin mövcud tədris proqramına “Azərbaycan dili haqqında”, “Nitq mədəniyyəti haqqında”, “Ritorika”,”Fonetika”, “Leksikologiya”, “Morfologiya”, “Sintaksis, “Nitqdə üslub və üslubiyyat məsələsi”, “Nitq etiketləri” bölmələri, habelə 120 saatlıq tədris-tematik plan və ədəbiyyat siyahısı verilir.

Mövzular və onların məzmunu

1.Dil ünsiyyət vasitəsidir.

Dil ictimai hadisədir.Azərbaycan dili haqqında ümumi məlumat.Azərbaycan dili türk dillərindən biridir.Azərbaycan dilinin inkişaf mərhələləri.Azərbaycan dili dövlət dilidir.



2.Nitq mədəniyyəti
Nitqin mahiyyəti. Nitqin növləri : şifahi və yazılı nitq; monoloji və dioloji nitq; daxili və zahiri nitq.Nitqin növlərinin xarakterik xüsusiyyətləri.
3.Ritorika

Natiqlik sənəti haqqında elmin nitq mədəniyyətindəki yeri. Ritorikanın tarixinə dair. Qərbdə, Şərqdə və Azərbaycanda ritorikanın inkişafı. Ritorikanın digər elmlərlə əlaqəsi : ritorika və dilçilik, ritorika və tarix, ritorika və ədəbiyyatşünaslıq və s.



4.Natiqlik sənətinin sahələri
İctimai-siyasi natiqlik: prezidentlərin nitqi;

Akademik natiqlik : ali məktəblərdə mühazirə oxumaq,elmi rəy və s.

Məhkəmə natiqliyi : prokurorun ittiham nitqi və s.

Məişət natiqliyi : masa arxası təbrik nitqi və s.

Hərbi natiqlik : hərbi and və s.
5.Mədəni nitqə verilən tələblər
Mükəmməl natiq nitqinin əsas keyfiyyətləri: düzgünlük,aydınlıq,məntiqilik,yığcamlıq, səlislik, zənginlik, canlılıq, ahəngdarlıq, sadəlik, dəqiqlik, anlaşıqlıq, inandıra bilmək


6. Nitq mədəniyyətinin dil normaları

Fonetik norma : sözün ədəbi dildə bir variantda tələffüz olunması və yazılması. Leksik norma : hər bir sözün öz yerində işlənməsi,nitqdə sinonimlərdən istifadə. Qrammatik norma :nitq prosesində sözlər və cümlələr arasındakı əlaqənin düzgün qurulması. Fonetik, leksik və qrammatik normaların yazılı və şifahi nitqdəki rolu.



7.Fonetikanın ümumi problemləri.

Fonetika dilçiliyin əhəmiyyətli bölməsi kimi.Fonem anlayışı.Azərbaycan dilində saitlər sistemi(vokalizm),samitlər sistemi(konsonantizm).Fonetika səsin ictimai mahiyyətini,səslərin dəyişməsi qanunlarını,vurğu, intonasiya,heca,fonetik hadisələri(assimilyasiya, dissimilyasiya,metateza,proteza,eliziya),qanunları(ahəng qanunu,cingiltiləşmə qanunu)öyrənir.



8.Leksikologiya.

Dilin leksik tərkibini öyrənən dilçilik şöbəsi kimi.Frazeologiya və leksikoqrafiya leksikologiyanın tərkib hissəsi kimi: frazeoloji vahidlərin əmələ gəlməsi,istifadə yolları.Lüğətçilik və tarixi,lüğətlərin növləri. Söz və mahiyyəti. Söz dilin əsas vahididir. Sözün leksik və qrammatik mənası. Dilin öz milli bazası-lüğət fondu, dilin milli bazası əsasında zənginləşən lüğət tərkibi. Sözlərin məna qrupların(metafora,metonimiya,sinekdoxa və s.) ,üslubi layların(vulqarizmlər, evfemizmlər,disfemizmlər, jarqonlar, loru sözlər və s.)lüğət tərkibində mövqeyi.



9.Morfologiya.

Morfologiya qrammatikanın bir hissəsidir.Morfologiya bütün nitq hissələrini əhatə edir.Qrammatik kateqoriya anlayışı:bütün nitq hissələrini əhatə edən ümumi qrammatik kateqoriyalar(kəmiyyət,xəbərlik); bir nitq hissəsinin xüsusi qrammatik əlamətini əhatə edən xüsusi qrammmatik kateqoriyalar(hal,mənsubiyyət,dərəcə,inkarlıq,təsirlik,zaman,növ )




10.Sintaksis.

Sintaksis qrammatikanın bir şöbəsi kimi.Söz birləşməsi və cümlə sintaksisin əsas tədqiqat obyektidir. Söz birləşməsi qrammatik kateqoriyadır. Cümlə dilin ən böyük, bitmiş fikir ifadə edən nitq vahididir. Cümlə üzvləri və onların ifadə vasitələri. Sadə və mürəkkəb cümlə anlayışı. Sadə cümlənin növləri : təktərkibli,cüttərkibli. Mürəkkəb cümlə strukturu: tabesiz və tabeli mürəkkəb cümlə




11. Nitqdə üslub məsələsi. Nitqdə funksional üslubların yeri

Bədii üslub : bədii üslubda obrazlılıq. Nitqdə bədii üslubdan istifadə. Elmi üslub :elmi üslubun janrları. Nitqdə terminlərdən istifadə. Publisistik üslub : şifahi və yazılı formaları. Məişət üslubu : nitqin sərbəstliyi, təbiiliyi, yığcamlılığı.Məişət üslubunda orfoepik normaların əsas olması. Rəsmi kargüzarlıq üslubu : sənəd növləri :akt, arayış, annotasiya, ərizə, protokol, əmr, töhmət, xəbərdarlıq, hesabat, izahat və s. üzərində praktik işin təşkili. Epistolyar üslub : məktublaşma. Məktub yazışmanın ən qədim növü kimi. Məktub yazılı, monoloji, daxili nitq nümunəsi kimi.



12. Danışıq etikası və müraciət formaları

Danışıq etikası, eşitmə və dinləmə mədəniyyəti.Söhbətəqoşulma və verilən sualları cavablandırma qaydaları. Danışarkən nitq etiketlərindən istifadə. Nitqdə mimika və jestin yeri.



Fənnin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması



Mövzular




1

Azərbaycan dili haqqında ümumi məlumat. Dilimiz müstəqillik şəraitində.

2

2

Dilin mahiyyəti: dilin ictimailiyi, dilin funksiyaları.

2

3

Nitq mədəniyyəti müstəqil bir fənn kimi.

2

4

Ritorika.

2

5

Nitq mədəniyyətinin məqsəd və vəzifələri.

2

6

Azərbaycanda ritorika.Azərbaycan ritorları.

2

7

Nitqin növləri : şifahi və yazılı.

2

8

Monoloji və dioloji nitq.

2

9

Monoloji nitqin növləri: çıxış,mühazirə,məruzə və s.

2

10

Daxili və zahiri nitq.

2

11

Natiqlik sənətinin sahələri.

2

12

Nitqin keyfiyyətləri.

2

13

Nitq mədəniyyətinin dil normaları.

2

14

Dil və nitqin münasibəti.

2

15

Ritorikanın digər elmlərlə əlaqəsi.

2

16

Fonetikanın ümumi problemləri. Fonetikanın növləri.

2

17

Azərbaycan dilinin saitlər və samitlər sistemi.

2

18

Fonetik hadisələr və qanunlar.

2

19

Heca, vurğu, intonasiya.

2

20

Yazı.

2

21

Orfoqrafiya və orfoepiya.

2

22

Leksikologiya.

2

23

Frazeologiya.

2

24

Leksikoqrafiya.

2

25

Sözün mahiyyəti : sözün məna və keyfiyyətləri. Sözün funksiyaları.

2

26

Əsl Azərbaycan sözləri və alınma sözlər.

2

27

Neologizmlər, arxaizmlər, ümumişlək və ümimişlək olmayan sözlər.

2

28

Lüğət fondu və lüğət tərkibi.

2

29

Lüğət tərkibindəki sözlərin üslubi layları.

2

30

Lüğət tərkibindəki sözlərin məna qrupları.

2

31

Morfologiya qrammatikanın hissəsi kimi.Sözün morfoloji quruluşu.Kök və şəkilçi.

2

32

Sözün leksik və qrammatik qrupları : nitq hissələri.

2

33

Qrammatik kateqoriya anlayışı: ümumi qrammatik kateqoriyalar.

2

34

Xüsusi qrammatik kateqoriyalar.

2

35

Qrammatik əlaqə vasitələri.

2

36

Köməkçi sözlər.

2

37

Sintaksis mövzusu.

2

38

Sintaktik əlaqələr.

2

39

Söz birləşmələri.

2

40

Cümlə.Cümlənin əlamətləri.Cümlənin məqsəd və intonasiyaya görə növləri.

2

41

Cümlə üzvləri və nitq hissələri.

2

42

Cümlə üzvlərinin iştirakına görə sadə cümlənin növləri.

2

43

Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər.

2

44

Mürəkkəb cümlə.Tabesiz mürəkkəb cümlə.

2

45

Tabeli mürəkkəb cümlə.

2

46

Nitqdə üslub və üslubiyyat məsələsi.

2

47

Azərbaycan dilinin funksional üslubları. Fərdi üslub.

2

48

Bədii üslub.

2

49

Elmi üslub.

2

50

Publisistik üslub.

2

51

Rəsmi- kargüzarlıq üslub.

2

52

Epistolyar üslub. Məktublaşma.

2

53

Məişət üslubu (nitqin sərbəstliyi, təbiiliyi, yığcamlığı).

2

54

Üslubi fiqurlar (anafora,epifora, antiteza).

2

55

Ünsiyyət üslubu (etiketləri).

2

56

Danışıq etikası.Eşitmə, dinləmə, debat mədəniyyəti.

2

57

Şifahi nitqdə istifadə olunan vasitələr (tembr,intonasiya,jest,mimika).

2

58

Nitqin mədəni və qeyri mədəni halları.

2

59

Nitqin tərzi (vasitəli və vasitəsiz nitq).

2

60

Şair və mütəfəkkirlərin söz-kəlam-dil-nitq haqqında mülahizələri.

2

Ədəbiyyat siyahısı

  1. Abdullayev A.A. Nitq mədəniyyəti və natiqlik sənəti, Bakı,1973

  2. Abdullayev N.Ə. Məmmədov Z.T. Nitq mədəniyyətinin əsasları, Bakı, 2010

  3. Babayev A.M. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2008

  4. Azərbaycan nitq mədəniyyəti problemləri, Bakı, 1988

  5. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili, I-II cildlər, Bakı, 1985, 2003

  6. Məmmədov M. Ana dili və nitq mədəniyyəti məsələləri. Bakı. 2004

Yüklə 78,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin