Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə26/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   22   23   24   25   26   27   28   29   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Gənclik günahları yuyularsa da,

Qocalıq günahı yuyulan deyil [123,46-47]

Xəsis-səxavətdən,

Qəddar-ədalətdən,

Yaltaq-məharətdən

Danışan zaman



Vicdansız-vicdandan

İmansız-imandan

Amansız-amandan

Danışan zaman



Əxlaqsız-əxlaqdan,

Haqqı danan-haqdan,

Xalqı satan-xalqdan

Danışan zaman



Yalan-həqiqətdən,

Xain-sədaqətdən,

Qorxaq-cəsarətdən

Danışan zaman

Faciə içində sarsılar cahan! [123, 57]
Şair burada antonimlər vasitəsilə istər bizi əhatə edən ob­­­­yektiv aləm, istərsə də insanın daxili aləminə xas olan mə­nə­­­vi və estetik keyfiyyətlərinə görə bir-birindən fərqlənən xü­su­­siyyətləri səciyyələndirmişdir.

2. Şair antonim sözlər vasitəsilə insanların real həyatda mən­sub olduğu təbəqəni, onların cəmiyyətdə tutduğu ictimai və­­­ziyyətini, mövqeyini təzadlı şəkildə oxucuya çatdırır:

– Dünyanın ən böyük aqili kimdir?

Kim cavab vermirsə cahil sözünə! [123, 45]



Kişi dönüb arvad olur

Dişi dönüb erkək olur [123, 180].

Şairsə qəlbində illərin dərdi,

Şahın qəbri üstdə fatihə verdi [123, 232].

Varlılar keyf çəkir xanimanlarda,

Dilənçi çoxalır,

səxavət gedir [124, 18].



Qeyrətsizə can əzizdir,

qeyrətliyə ana torpaq

Vəzifəsiz müdrikə də,

vəzifəli nadana da vətən oldu [124, 93].

Məzluma verdiyi əziyyət üçün

Zalıma məhkəmə qurular bir gün [124, 96]

3. Poeziyada təsvir olunan obrazın daxili aləminin açıl­ma­sı,qəhrəmanın mənəvi alə­minin ziddiyyətli tərəflərinin açı­­­­lıb göstərilməsi üçün antonimlərdən istifadə edilir. «Müəyyən şə­ra­it­dən asılı olaraq obrazın psixoloji vəziyyəti kəskin, göz­lə­nilməz tə­zadlı bir şəkildə dəyişə bilir. Surətlərin daxilində möv­cud olan ziddiyyətləri aşkara çı­xar­maqda, qabarıq ver­mək­­də antonim söz­­­­­­­­­­­lər yüksək üslubi effektliyə malikdir» [103, 94].
Yaxşılara

mehribanam əzəldən,

Yaltaqlara,

paxıllara nifrətəm [124, 168].

Sən parlaq Günəşsən,

Mən solğun Ayam,

Ayam, yoxsa sönmüş

Bir çırağammı? [123, 202-203]

Sənsən dostum mənim,



düşmənim mənim,

İşığım da sənsən,

zülmətim də sən! [124, 202-203]

Bəzən şeirdə təsvir olunan obyektin daxilində olan zid­diyyətləri aydın və qabarıq şəkildə vermək üçün an­­­­­­tonimlər ardıcıl işlənərək qarşılaşdırılır. N.Xəzrinin «Təzadlar» şeiri bu­­na misal ola bilər:


Dərəyəm,

Təpəyəm

Atəşəm, suyam.

Zülmətlər,

İşıqlar

Ürəyimdədir.

Mən yaşıd qardaşam

Qocayla,

Gənclə.

Nifrət məhəbbətlə,

Kədər sevinclə

Baş-başa


Uyuyur

Mənim sinəmdə.

Həm yerin,

Həm göyün

məğrur səsiyəm,

Məndə səhər doğur,



Gecə yaşayır [119, 66-67].
4. Sənətkar təsvir etdiyi obrazın qəlb çırpıntılarını, arzu və istəklərini, duyğularını təsirli ifadə etmək üçün anto­nim­lərdən istifadə edir. N.Xəzrinin «İkilikdə» şeiri buna bariz nü­­­­­­­­­­­­­munədir:

Gəl bölək dünyanı ikilikdə biz,



Dərə mənə düşsün,

Dağı sən götür.

Qalsın yer üzündə qoşa izimiz,



Qara mənə düşsün,


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin