Nagah qara gələn düyün də gördün! [123, 104]
Sanki avizələr səpdikcə ziya
Zəncir çiçəyinin salxımlarıdır [123, 115].
Nümunə gətirdiyimiz bu bədii parçalardakı nədim, suç, nagah, avizə sözləri arxaizmlərdir. Çünki bu sözlərin hər birinin müasir dilimizdə ekvivalentləri vardır. Belə ki, müasir dilimizdə nədim sözünü həmsöhbət; suç sözünü günah; nagah sözünü qəflətən, birdən, vaxtsız; avizə sözünü isə çilçıraq, lüstr sözləri əvəz edir.
8.Bədii dildə sinonim cərgələr poetik sinonimlər vasitəsilə də zənginləşir. «Məlum olduğu üzrə, bədii üslubun poeziya və nəsr kimi böyük qollarının hər biri inkişaf etdikcə müəyyən sözlər məhdud bir dairədə işlənməyə başlayır. Belə ki, bir qrup sözlər klassik şeir dilində olduğu kimi müasir poetik əsərlərdə də istifadə edilir. Bu da təbiidir» [26,39]. Hər bir sənətkar,şair çalışır ki, mümkün qədər öz yaradcılığında elə söz və ifadələrdən istifadə etsin ki, burada poetik obrazlılıq, ifadəlilik, emosionallıq və ekspressiya güclü olsun. Bu da bədii dilin, üslubun daxili tələbindən meydana gəlir ki, sənətkar bu imkandan istifadə edir. Çünki əgər sənətkar gündəlik danışıq dilindəki sözlərdən çox istifadə etsə, daxilən keçirdiyi hissləri, istək və arzularını oxucuya çatdıra bilməz. Məhz buna görə də bədii dildə poetik sinonimlər meydana gəlir və bir daha şeir dilinin təsir gücünü, bədii gözəlliyini artırır. N.Xəzri yaradcılığından gətirdiyimiz nümunələrdən bunu aydın görə bilərik:
Dəyəndə gözümə o qız, o afət,
Qəlbimi dindirən lal baxışıdır.
Eşqimin sultanı - o gözəl qızı
Həm görmək istərəm, həm də görməmək [123, 13].
Durna qatarıdır - o zərif qaşlar
Payızda gedərkən məni də apar [123, 224].
Səma yerdən küsdü,
Yer göydən küsdü [124, 34].
Endi yerə Günəş - göylərin tacı [123, 98]
Sevgi vadilərində
Həqiqətlə yanaşı səslənir ağ yalan da [123, 145]
Ehmalca telləri oxşadım ki, mən
Pərişan söyüdlər saçıydı, sanki [124, 19]
Nümunələrdəki sinonimik cərgələr belədir: qız-afət/eşqin sultanı; zərif qaş-durna qatarı; göy-səma; günəş-göylərin tacı; böhtan-ağ yalan; saç-tel və s.Bu cərgələrdəki birinci sözlər ədəbi dilə, digərləri isə obrazlı, poetik dilə məxsus olan söz və ifadələrdir.
Məlumdur ki, sinonimlər bədii dildə daha geniş mənaya malikdir. Çünki bədii dildə üslubun tələbi ilə sinonim cərgələr ədəbi dil və funksional üslubi mənbələrdən qaynaqlanaraq genişlənir, zənginləşir.Sinonim cərgənin işlənmə məqamını A.V.Kalinin izah edərkən yazır: «Sinonimlərin bir tipi də müxtəlif üslublu sinonimlərdir. Eyni bir əşyanı, hərəkəti, əlaməti ifadə edən sözlərin müxtəlif üslubi rəngləri olur» [104, 79]. Məhz buna görə də dilçilikdə sinonimləri, əsasən, 2 cəhətə görə fərqləndirirlər:
1) ideoqrafik və ya semantik sinonimlər
2) üslubi və ya emosional-ekspressiv sinonimlər
Semantikasına görə fərqlənən sinonimlərə ideoqrafık sinonimlər də deyilir.
Qəlbdə yuva salmış dərd ki,ələm ki... [124, l32]
Nədir yaxın eldə,uzaq diyarda [124, 134]
Əzizdir öz yurdum,
torpağım mənim,
Mən ki vətən deyən təriqətdəyəm [124, l99].
Bu sinonim cərgədəki vətən-yurd-yuva-torpaq-el-diyar sinonim sözləri müxtəlif məna çalarları ifadə etsələr də, lakin ümumi bir mənanı, fikri bildirirlər.
Semantik və emosional-ekspressiv sinonimlərdən ibarət olan sinonimik cərgələr bədii ifadə vasitəsi kimi, əsasən, bədii yaradıcılıqda istifadə olunur. Bu cür sinonimik cərgələri hər bir yazıçı,şair öz yaradıcılığında üslubi zərurətlə əlaqədar seçib işlədir. Çünki məcazlar, frazeoloji birləşmələr, evfemizmlər,ümumxalq danışıq dili sözləri,alınma sözlər,dialektizmlər, poetik söz və ifadələr, arxaizm və köhnəlmiş sözlərdən əmələ gələn sinonimik cərgələr bədii-üslubi məqsədlə lazım olan sözün seçilib istifadə edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Bədii əsərlərin dilində mövzu, məqsəd və üslubla bağlı olaraq kontekstdaxili sinonimlər də əmələ gəlir. Bu cür sinonimlərin əmələ gəlməsi bədii dildə ona görə mümkündür ki, «sinonimik münasibətlərin və əlaqələrin məna sərhədləri burada ümumi dilə məxsus semantikasından fərqli olaraq qat - qat genişlənir» [26,46]. Bu hal o zaman meydana çıxır ki, əşya və hadisələri adlandıran hər hansı bir söz digər bir sözlə özünün leksik mənasına daxil olmayan ikinci dərəcəli əlamətinə görə yaxınlaşır və misrada sinonimlik təşkil edir. Lakin qeyd edək ki, bu sözlər kontekstdən ayrılıqda sinonimlikdən çıxır. Məsələn;
Sən kimin arzusu, məhəbbətisən? [123, 128]
Doludur yer üzü qəmlə, təlaşla,
Hələ deyilməmiş sözüm, ahım var [123, 166].
Söz ki, nə boyadır,
nə də ki, riya [124, 7].
Dedilər ki,yeri isti,rahətdir [124, 53].
Sanki kəpənəkdin parladın, uçdun
Budaq şaxələndi,yaşatdı səni [124, 80]
Yansın qəlbdə ulduz - çıraq [124, 153]
Bizi çulğamışdı
Dostları ilə paylaş: |