Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə23/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   19   20   21   22   23   24   25   26   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Antonimlər

Dilimizin lüğət tərkibində özünəməxsus rolu olan, sino­nim­­­lərlə əks qütbdə duran leksik vahidlərdən biri də an­to­nim­­­­­­lərdir.



«Antonimləri təşkil edən sözlər müxtəlif fonetik tər­ki­­bə malik olur. Müqayisə və qarşılaşdırma yolu ilə aşkar edi­­lən müxtəlif təzadlı hadisələr, obyektiv aləmin bütün zid­­­­­­­­­­­­diyyətli cəhətləri əksmənalı anlayışlar silsiləsini təşkil edən antonimlər vasitəsilə şərh edilir.Antonimlər əks qü­tb­­­­­­­­də duran leksik ifadə vasitələridir» [23,37].

Antonim sözlər insanı əhatə edən əksliklərin qar­şı­laş­dı­rıl­­­ması yolu ilə əmələ gəlir.Lakin qeyd etmək lazımdır ki, dil­­­­­­­­­­də olan bütün sözlərin antonimi yoxdur. Çünki həqiqətən də dil­də elə məfhumlar vardır ki, onların əks mənaları ol­mur. Mə­­­­­­­­­sələn, stol, stul, dəftər, kitab, qələm və s. kimi sözlərin ək­si yoxdur.

Bununla yanaşı, Azərbaycan dilində bir qrup sözlərin an­­­­­­­­tonimi vardır. Bunlar əlamət, keyfiyyət və xüsüsiyyət an­la­yı­­şı [ağ-qara, təzə-köhnə, acı-şirin, cavan-qoca],vaxt anlayışı [gecə-gündüz, səhər-axşam, yay-qış], məkan anlayışı [aşağı-yu­­­xarı, içəri-bayır, ön-arxa], ölçü və kəmiyyət [uzun-qısa, bö­yük-kiçik, iri-xırda], hal-hərəkət, vəziyyət mənalarını [ağla­maq-gülmək, oturmaq-durmaq, ölü-diri, şad-qəmgin] bil­di­rən sözlərdən əmələ gələn antonimlər eyni hadisələr cərgəsinə aid olan təzadlı anlayışları əks etdirir. Ona görə də, R.C.Mə­hər­­­rəmovanın antonimlərə verdiyi tərif daha dolğun və əha­tə­lidir. «Antonimlərə çox vaxt bir-birinə zidd fikirləri, an­la­yış­­ları bildirən sözlərin yanaşı işlədilməsindən əmələ gələn söz­lər kimi tərif verilir ki, bu bizcə dəqiq deyil. Antonimlər zidd mənalar, anlayışlar deyil, əksinə, eyni mə­na­nın, eyni an­la­­­yışın müxtəlif əks cəhətlərini qarşı­laş­dırma yolu ilə bildirən sözlərdir. Məsələn, yaxşı-pis, ağır-yüngül, təzə-köhnə, sağ-sol antonimlərini alaq: Bunlar zidd anlayışlar deyil, eyni məna­nın,eyni keyfiyyətin müxtəlif,əks cəhətlərini bildirir» [65,210].

Antonimlərin yaranma tarixinə nəzər saldıqda, deyə bi­lə­rik ki, onlar dilin inkişafının ilkin dövrlərindən yaran­mış­dır. Çünki cəmiyyətdə «ağıllı» insan meydana gələndən sonra o, ətrafındakı əşya və hadisələri dərk edərək yaxşını pisdən, böyüyü kiçikdən, yeri göydən, gecəni gündüzdən və s.­­ fərq­­­lən­­dirməyə başlamışdır. Bunu əfsanələr, nağıllar, das­tanlar, ba­yatılar, frazeoloji - idiomatik tərkiblərin təzadlar əsasında ya­ranmasından da aydın görürük. Xalqın yaratdığı hikmət xə­­zinəsi olan atalar sözlərinin və sərrast, dərin mənalı xalq mə­­səllərinin əksəriyyəti təzadlıdır. Bir çox şair və ya­zı­çı­la­rı­mız kimi N.Xəzri də öz poeziyasında xalq yara­dıcılığına bi­ga­nə qalmamışdır:


Bu bir həqiqətdir düşüb dillərə:

İgid bir yol ölər, qorxaq min kərə [123, 90]

Namərd eləməyin qovaraq mərdi [123, 23]

Əgər başqasına sən quyu qazsan



Özün düşəcəksən gec, ya tez ora! [123, 217]

Zadəganlar harınlaşır,



Toxun acdan xəbəri yox,

görmüsənmi? [124, 62]

Yerində danışmaq

bəlkə qələbə!

Yersiz susmaq isə

məğlubiyyətdır! [124, 75]

Məzluma verdiyi əziyyət üçün

Zalıma məhkəmə qurular bir gün

Həqiqət acıdır-fəqət dərmandır,

Yalan şirindirsə-əfi ilandır [124, 96]

Onunçün yaltaqlar qorxaqlar təki

Bir gündə min dəfə ölüb - dirilər [124, 128].
Leksik kateqoriya kimi antonimlər ziddiyyət, təzad mə­na­­­sını ifadə edir. Bu xüsusiyyət antonim sözlərin leksik mə­na­sından irəli gəlir və onların daxili ruhunu təşkil edir. Gün­də­­lik nitqimizdə antonimlərdən istifadə etdiyimiz üçün on­lara xas olan ziddiyyət və təzad da həmişə özünü göstərir. H.Xoum yazır: «Təzad nə həddən çox tez, nə də həddən çox ləng olmalıdır. Çünki qarşılaşdırma ləng olarsa, ziddiyyət uzun zaman kəsiyində zəifləyər, əksinə tez olanda isə emo­si­ya­­lar tam gücü ilə ifadə edilə bilməz» [117,204]. Bununla əla­qə­dar A.N.Qvozdyevin fikri də maraqlıdır: «Bu və ya digər və­ziyyəti qiymətləndirərkən biz, adətən, onun müsbət və ya mən­fi olub-olmamasını öyrənməyə çalışırıq və bunun üçün on­ları bir-birinə zidd olan cərgədə qarşılaşdırırıq» [97,38].

Əşya və hadisələrin bir-birindən fərqləndirilərək qiymət­lən­­dirilməsi xüsusiyyəti antonimlər üçün səciyyəvidir. Bu da on­ların bədii ədəbiyyatda geniş şəkildə işlənməsinə səbəb olur. Tə­sirli üslubi xarakterə malik olan antonimlər nitqi daha canlı və obrazlı edir. Antonimlər əşya və hadisələr haqqında olan an­la­yışları, əlamət və keyfiyyəti təzadlı şəkildə müqayisə et­məklə on­lar haqqında canlı təsəvvür oyadaraq, dinləyiciyə və oxucuya güc­lü təsir göstərir. Məsələn;
Gah susur, gah dinir

gah uçur illər

Üfüqdə nur yanır,

Nur sönür bəzən [123,58-59]

Bu gün yerə, göyə meydan oxuyur

Gah isti, gah soyuq küləklər əsir [123, 60]




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin