Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,79 Mb.
səhifə31/43
tarix09.05.2022
ölçüsü0,79 Mb.
#115668
1   ...   27   28   29   30   31   32   33   34   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Ənənəvi müqayisə. Frazeoloji vahidlərin bir qrupu ən­ənə­­­­­­­vi müqayi­sədir. Ənənəvi müqayisə çox vaxt «kimi» qoş­ma­­sı, bənzətmə və müqayisə bildirən «elə», «elə bil», «sanki» mo­dal sözləri vasitəsilə formalaşır. «İsgəndər kimi sədd aç­maq»,»Mədaxili sel kimi axmaq»,»İlan kimi qabıq qoy­maq», «İt kimi peşman olmaq», «Şam kimi əri­mək», «Fər­­had kimi külüng çalmaq»,»Aya, günə dönmək»,»Ölüdən pis kökə düş­­­mək» və s. ifadələr ənənəvi müqa­yisədir.Bu tipli nümunələrə biz N.Xəz­ri­nin şeirlərində rast gəlirik:
Sanki günəş doğdu uzaq səhərdən

Elə bil gəlmişdi əfsanələrdən

Sanki o parlayan Dan ulduzuydu [123, 21].

Sanki göz yaşıdır axan ulduzlar

Sanki şillə kimi dəyir üzümə [123, 111].

Ömür tək beləcə əriyir gecə [123, 114].



Sısqa çay tək sən ümmana axar olsan [123, 163].

Dünyaya


Günəştək

nur yayan insan,

Vaxt olur

Üfüqdə


ulduz tək axır [123, 123].

Səhər əjdaha tək açıb ağzını

Axıb göz yaşı tək şeh kainatdan [123, 178].

Yuxu tək gəldi o, yuxu tək getdi [123, 176].

Mərdlərə söykənər Vətən dağ kimi [123, 90].

Elə boşaldı ki, sinəmdə ürək

İlham gəlməyəcək yenə qonaqtək [123, 132].


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin