AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti TƏHSİl faküLTƏSİ



Yüklə 94.88 Kb.
tarix14.01.2017
ölçüsü94.88 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

XƏZƏR UNİVERSİTETİ
TƏHSİL FAKÜLTƏSİ

BİOLOJİ ELMLƏR DEPARTAMENTİ
MÜHƏNDİSLİK FAKÜLTƏSİ

ELEKTRONIKA, TELEKOMMUNIKASIYA VƏ RADIOTEXNIKA MÜHƏNDISLIYI DEPARTAMENTI


Introduction to Biomedical Engeenering

(Biotibbi mühəndisliyə giriş)
Kursun proqramı

(Fənn sillabusunun təxmini strukturu)


Tədris ili və semestri

2014 / 2015 Payız


Müəllimlər: MD, PhD Müşfiq Orucov

Rüstəm Əsgərov

PhD Nuru Səfərov

Razılaşdırılmışdır


Təsdiq edirəm


Mühəndislik və Tətbiqi Elmlər Fakültəsinin dekanı:

Professor Həsən Niknafs

Departament müdirləri:

MD, PhD Müşfiq Orucov

PhD Nuru Səfərov





Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Introduction to Biomedical Engineering

3 kredit



Departamentlər

Bioloji elmlər departamenti

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi departamenti



Proqram

Bakalavr

Tədris semestri

Payız, 2014/2015-ci tədris ili

Fənni tədris edən müəllimlər

Müşfiq Orucov, Rüstəm Əsgərov, Nuru Səfərov

E-mail

morujov@khazar.org, resgerov@khazar.org

nsafarov@khazar.org

Telefon

(+99412) 4211093, d/n. 214

Dərs otağı, dərs cədvəli

11, Məhsəti küç. (Neftçilər Kampusu). 203N;

Mühazirə: Bazar ertəsi, saat 16.40-18.00

Praktik məşğələ: Bazar ertəsi, saat 18.10-19.30


Məsləhət saatı

Cümə günü, saat 16.40-18.00

Prerekvizitlər

Yoxdur

Tədris dili

Azərbaycan dili

Fənnin növü

Məcburi seçmə

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərslik və dərs vəsaitləri:

1. Qasımov E.K. Sitologiya. Dərslik. Bakı, 2009, 277 səh.

2. Hüseynov B.M., Quliyev M.İ. Embriologiya. Dərs vəsaiti. Bakı, 2010, 158 səh.

3. Junqueira L.C., Carneiro J. Basic histology. Text & Atlas, 2005.

4. Şadlinski V.B., Hüseynova G.A. İnsan anatomiyası. Bakı, “Müəllim” nəşriyyatı, 2009, 240 səh.

5. Guyton A.C., Hall J.E. Textbook of medical physiology, 11th ed. Elsevier Saunders, 2006.

6. Həsənov Ə.B. Patoloji anatomiya. Dərslik. Bakı, “Elm” nəşriyyatı, 2003, 780 səh.

Əlavə vəsaitlər:

1. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası (3 cilddə). Bakı, “Müəllim”, 2011.

2. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası atlası. Bakı, “Müəllim” nəşriyyatı, 2012, 652 səh.

3. Qasımov E.K. Histologiya atlası. Bakı, 2010, 517 səh.

4. Qasımov E.K., Sultanova T.Ə., Orucov M.T. Histologiya (rənglə və öyrən). Bakı, 2007, 344 səh.

5. Abdullayev M., Abiyev H. Ümumi histologiya. Dərslik. Bakı, “Maarif” nəşriyyatı, 1975, 324 səh.

6. Məmmədov Y.C., Təqdisi C.H., İslamzadə F.İ. Patoloji fiziologiya. Bakı, “Maarif” nəşriyyatı, 1989, 752 səh.

7. Gartner L.P., Hiatt J.L. Color Textbook of Histology. Saunders, 2001.

8. Sadler T.W. Langman’s Medical Embryology. Lippincott Williams & Wilkins, 2004.

9. Kumar V., Abbas A.K., Aster C. Robbins Basic Pathology. 9th ed. Elsevier Saunders, 2013.

10. Biomedical Engineering: Bridging Medicine and Technology, W. Mark Saltzman (Cambridge Texts in Biomedical Engineering), 2009.


11. Introduction to Biomedical Engineering, Third Edition, John Enderle, Joseph Bronzino, 2011.

12. Introduction to Biomedical Engineering, Second Edition, Michael M. Domach, 2009.



Tədris metodları

Mühazirə

x

Laboratoriya məşğələsi

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Davamiyyət

Semestrin sonu

5

Fəallıq

Hər dərs

5

Yoxlama işi (Quiz)

Semestr müddətində

15

Referat

Semestr müddətində

10

Aralıq imtahan (yazılı)

Cədvəl üzrə

25

Son imtahan (yazılı)

Cədvəl üzrə

40

Yekun




100

Kursun təsviri

Bu kursun birinci hissəsi insan orqanizmini təşkil edən hüceyrə, toxuma, orqan və sistemlərin anatomik-fizioloji xüsusiyyətlərini, insan orqanizminin inkişafının əsas mərhələlərini, xəstəliklər haqqında ümumi məlumatı, hüceyrələrdə və toxularda baş verən tipik patoloji prosesləri əks etdirir. Kursun ikinci hissəsi biotibbi cihazların təyinatı, quruluşu, iş prinsipləri haqqında məlumatları əhatə edir.

Kursun məqsədi

Tələbələrə insan orqanizminin morfo-funksional xüsusiyyətlərini, patoloji proseslər zamanı orqanizmdə baş verən dəyişiklikləri və xəstəliklərin diaqnostikası və müalicəsində istifadə edilən biotibbi cihazların quruluş və işləmə prinsiplərini öyrətməkdir.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələrin nəyi bilməlidirlər:

1. İnsan hüceyrəsinin əsas struktur elemetlərinin quruluş və funksiyasını

2. İnsan orqanizminin əsas inkişaf qanunauyğuluqlarını

3. Orqanları təşkil edən toxumaların ümumi morfo-funksional xüsusiyyətlərini

4. İnsan orqanizminin sistemlər üzrə ümumi quruluş prinsiplərini

5. İnsan orqanizminin sistemlər üzrə ümumi funksional prinsiplərini

6. Tipik patoloji proseslərin morfoloji əsaslarını

7. Müxtəlif təyinatlı biotibbi cihazların quruluş prinsiplərini

8. Sadə quruluşlu biotibbi cihazlarda işləmə qaydalarını


Qaydalar (tədris siyasəti və davranış)

Dərsin təşkili


Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Laboratoriya məşğələləri zamanı müvafiq əyani vasitələrdən (anatomik modellər, mikroskoplar, tibbi cihazlar) istifadə ediləcəkdir. Bu zaman yeni mövzu daha ətraflı müzakirə ediləcək və tələbələrə praktik vərdişlər öyrədiləcəkdir. Hər bir laboratoriya dərsində tələbələrə əvvəlki mövzuya aid suallar veriləcək və semestrin sonunda nəticəyə əsasən tələbələrin fəallığı qiymətləndiriləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır. Semestrin əvvəlində tələbələrə fənnin müxtəlif bölmələrinə aid referat mövzuları tapşırılacaqdır. Tələbələr semestrin sona çatmasına ən azı 2 həftə qalmış bu referatları yazılı və təqdimat (ppt prezentasiya) şəklində müəllimə təhvil verməlidirlər.

Ümumi qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 25%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Gecikmə

Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.



Yoxlama işi (Quiz)

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır . Aralıq və yekun imtahanların mövzuları tələbələrə imtahandan öncə verilir. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.



Tələbənin kursu başa vurması

60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.



İmtahan qaydalarının pozuntuları

İmtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri, köçürmələr, imtahanın gedişini pozmaq və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur.



Dərslərdə davranış

Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.



Dərs zamanı mobil telefonlardan və digər elektronik cihazlardan istifadə qəti qadağandır!

MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN

Həftə

Tarix

(planlaşdırılmış)

Mövzular

Saatlar

İstinadlar

Mühazirə

Laborator məşğələ

1

15.09.2014

Sitologiya – bioloji və tibbi fənn kimi. Hüceyrənin əsas quruluş elementləri: orqanellər, sitoskelet, nüvə. Hüceyrənin həyat tsikli. Hüceyrənin bölünmə tipləri.

2




Qasımov E.K. Sitologiya, 2009

Mikroskopla tanışlıq. Sitodiaqnostikanın əsasları.




2




2

22.09.2014

Embriologiya – bioloji inkişafın bir hissəsi kimi. Cinsi hüceyrələr. Mayalanma. Rüşeym vərəqələri (ektoderma, mezoderma, endoderma) və onların differensiasiyası.

2




Hüseynov B.M.,

Quliyev M.İ. Embriologiya.

2010


Spermatozoidlər, yumurta hüceyrə, ziqot, balstula, qastrula və rüşeymin ox orqanları kompleksinə aid mikropreparatların nümayişi.




2




3

29.09.2014

Histologiya – toxumalar haqqında təlim. Toxumaların ümumi morfo-funksional xüsusiyyətləri. Epitel, birləşdirici, əzələ və sinir toxumaları.

2




Junqueira L.C.

Carneiro J.

Basic histology.

2005


Toxumalara aid mikropreparatların nümayişi.




2




4

08.10.2014

İnsan anatomiyası – insan orqanizminin quruluşu haqqında elm. Dayaq-hərəkət aparatı (sümüklər və bunların birləşmələri, əzələ sistemi). Daxili orqanlar (həzm, tənəffüs, sidik-cinsiyyət sistemləri). Dəri örtükləri sistemi. Endokrin sistem. Qanyaradıcı və immun sistemlər.

2




Şadlinski V.B.,

Hüseynova G.A.

2009


İnsan skeleti və daxili orqanlara aid anatomik modellərin nümayişi.




2




5

13.10.2014

İnsan anatomiyası – sinir sistemi, duyğu orqanları, ürək-damar sistemi.

2




Şadlinski V.B.,

Hüseynova G.A.

2009


Baş beyin, göz alması və ürəyə aid anatomik modellərin nümayişi.




2




6

20.10.2014

İnsan fiziologiyası – insan orqanizmini təşkil edən sistemlərin funksional xüsusiyyətləri. Sinir sistemi və duyğu orqanları, qan dövranları, həzmin fiziologiyası.

2




Guyton A.C.

Hall J.E.

Textbook of medical physiology. 2006


Sinir hüceyrələrində fəaliyyət potensialının təyini. Elektrokardioqrafiya.




2




7

27.10.2014

İnsan fiziologiyası – tənəffüsün, endokrin sistemin fiziologiyası. İmmunologiya haqqında anlayış.

2




Guyton A.C.

Hall J.E.

Textbook of medical physiology. 2006


Tənəffüs sisteminin, endokrin sistemin fiziologiyasına aid təcrübi məşğələ.




2




8

03.11.2014

Tibbi patologiya – insan orqanizmindəki xəstəliklər haqqında elm. Hüceyrə patologiyası. Histopatologiyanın əsasları. İltihab və regenerasiya haqqında məlumat. Neoplaziya. Ayrı-ayrı sistemlərdə baş verən patoloji proseslər haqqında qısa məlumat.

2




Həsənov Ə.B. Patoloji anatomiya.

2003


İltihab, displaziya və neoplastik proseslərə aid mikropreparatların nümayişi.




2










Aralıq imtahanı

9

17.11.2014

Biotibbi cihazlar 1.

2







Biotibbi cihazlar 1.




2




10

24.11.2014

Biotibbi cihazlar 2.

2







Biotibbi cihazlar 2.




2




11

01.12.2014

Biotibbi cihazlar 3.

2







Biotibbi cihazlar 3.




2




12

08.12.2014

Biotibbi cihazlar 4.

2







Biotibbi cihazlar 4.




2




13

15.12.2014

Biotibbi cihazlar 5.

2







Biotibbi cihazlar 5.




2




14

22.12.2014

Biotibbi cihazlar 6.

2







Biotibbi cihazlar 6.




2




15

29.12.2014

Biotibbi cihazlar 7.

2







Biotibbi cihazlar 7.




2










Final imtahanı












Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.

Dostları ilə paylaş:



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə