Azərbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ



Yüklə 1,62 Mb.
səhifə4/31
tarix17.06.2018
ölçüsü1,62 Mb.
#53954
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31

MƏHKƏMƏ AİDDİYYƏTİ [17]


Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti

24.1. Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir.

24.2. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.[18]

Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti

25.1. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.[19]

25.2. Ümumi məhkəmələr bu Məcəllənin 24—29-cu fəsillərində göstərilən xüsusi iddia icraatı işlərinə baxırlar. [20]

25.3. Ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar.

25.4. Ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Maddə 26. Mübahisələrin inzibati-iqtisadi məhkəmələrə aidiyyəti[21]

26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. [22]

26.2. İnzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir:[23]

26.2.1. qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr;[24]

26.2.2. müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr;

26.2.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və ya digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr;

26.2.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr;

26.2.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) silinmiş pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr; [25]

26.2.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr;

26.2.7. hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr;

26.2.8. vergi ödəmələri barədə mübahisələr.

26.3. İnzibati-iqtisadi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər.[26]



Maddə 27. Mübahisələrin beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə aidiyyəti

Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair İqtisad Məhkəməsi Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri, həmçinin, xarici hüquqi şəxslərin, xarici investisiyalı hüquqi şəxslərin, beynəlxalq hüquqi şəxslərin, sahibkarlıq fəaliyyətini həyata keçirən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ona aid olan mübahisələrə baxır. [27]

Maddə 28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin iştirak etdiyi işlərin aidiyyəti

Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.

Maddə 29. Mübahisənin münsiflər məhkəməsinə verilməsi

Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər.

Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti

Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.[28]

Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi

31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi

32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. [29]

32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.

32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. [30]

32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. [31]

32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir.

32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. [32]

Fəsil 4


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin