Azərbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ


İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ



Yüklə 1,62 Mb.
səhifə16/31
tarix17.06.2018
ölçüsü1,62 Mb.
#53954
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ


Maddə 261. İcraata xitam verilmə əsasları

261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:

261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə;

261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə әlaqәdar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə;

261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;

261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;

261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;

261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;

261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;

261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.

Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri

262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Fəsil 21

MƏHKƏMƏ QƏRARDADLARI


Maddə 263. Qərardadın çıxarılması qaydası

263.1. İş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır.

263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır.

263.3. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur.

263.4. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər.

263.5. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir.

263.6. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.

Maddə 264. Qərardadın məzmunu

264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir:

264.0.1. qərardadın çıxarılma vaxtı və yeri;

264.0.2. qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və məhkəmənin iclas katibi;

264.0.3. işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb;

264.0.4. qərardadın hansı məsələ barədə çıxarılması;

264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi;

264.0.6. baxılan məsələ üzrə nəticə;

264.0.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti.

Maddə 265. Məhkəmənin xüsusi qərardadları KM

265.1. Məhkəmə mübahisəyə baxarkən, hüquqi şəxsin, dövlət, yerli özünüidarə orqanının və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ hüquqi aktların pozulduğunu aşkar etdikdə, xüsusi qərardad çıxarmağa haqlıdır.

265.2. Xüsusi qərardadlar müvafiq hüquqi şəxslərə, vəzifəli şəxslərə, dövlət və yerli özünüidarə orqanlarına və digər orqanlara, fiziki şəxslərə göndərilir. Onlar gördükləri tədbirlər barədə 1 ay müddətində məhkəməyə məlumat verməlidirlər.

265.3. Görülmüş tədbirlər barədə məlumat verilmədiyi halda, təqsirkar vəzifəli şəxslər müəyyən olunmuş yüz on manatadək cərimə oluna bilərlər.

Cərimənin qoyulması müvafiq vəzifəli şəxsi məhkəmənin xüsusi qərardadına əsasən görülmüş tədbirlər haqqında məlumat vermək vəzifəsindən azad etmir.

265.4. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

265.5. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir.

265.6. Prokuror cinayət işinin başlanmasını istisna edən halları aşkar etməzsə, məhkəmənin xüsusi qərardadı üzrə cinayət işi başlamaqdan imtina etməyə haqlı deyildir. Bu məsələ üzrə əsaslandırılmış qərar qəbul edən prokuror, həmin qərarı xüsusi qərardadı çıxarmış məhkəməyə göndərir. Məhkəmə prokurorun qərarı ilə razılaşmadığı halda, zəruri təsir tədbirləri görülməsi məqsədi ilə, yuxarı prokurorun diqqətini aşağı prokurorun qərarının qanunsuzluğuna və ya əsassızlığına yönəldə bilər. [132]

Maddə 266. Məhkəmə qərardadının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi [133]

266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir.[134]

266.2. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir. [135]

Maddə 267. Qərardadlardan şikayət verilməsi

267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.

267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

Maddə 268. Şikayətin verilmə müddəti

268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.[136]

268.2. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Maddə 269. Şikayətə baxılması

269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır.

269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Fəsil 22


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin