2. ABŞ-da keyfiyyətin idarə edilməsi təcrübəsinin formalaşma mərhələləri
Amerika şirkətlərində çox müxtəlif keyfiyyəti idarəetmə metodları tətbiq olunur. Buna səbəb onlarda istehsal olunan məhsullalrın həcm və nomenklatura baxımdan geniş miqyasda dəyişməsi, təşkilati struktur tiplərinin, texnoloji proseslərin spesifikliyidir. Odur ki, ABŞ-da keyfiyyəti idarəetmə sistemlərinə ciddi tələblər qoyulur, belə sistemlərlə şirkətlərin özünəməxsusluğunun əlaqələndirilməsi bir zərurətə çevrilir. Keyfiyyətin idarə edilməsinin kompleks sistemləri bir qayda olaraq üç yarımsistemdən ibarətdir: icraedici, təminedici və nəzarət-idarəedici. Həmin yarımsistemlər birlikdə məhsulun təyinatından, istehlakçıların tələblərindən asılı olaraq şirkətin vahid siyasətini müəyyənləşdirməyə, məhsulun keyfiyyətinə məsul şəxsi təyin etməyə, keyfiyyət kriterlərinin müəyyənləşdirilməsinə və həmin kriterlərdən məhsulun parametrlərinin meyillənməsinin aradan qaldırılmasına istiqamətlənən tədbirlərin hazırlanmasına əsaslanan keyfiyyəti idarəetmə sistemini işləməyə imkan verir. ABŞ firma və şirkətlərində “Qüsurların qarşısını almaqla keyfiyyətin yaxşılaşdırılması”, “Sıfır defektlər” kimi adlandırılan keyfiyyəti idarəetmə metodları və proqromları, BIP (bezdefektnoe izqotovlenie produküii) Saratov sisteminin təcrübəsi də geniş tətbiq edilmişdir.
1940-50-ci illərdən başlayaraq aşağı keyfiyyətlə bağlı böyük xərclər ABŞ iqtisadiyyatı üçün ciddi problemə çevrildi. Tipik Amerika müəssisənin bütün cari xərclərinin 20-50%-i məhsulda qüsurların aşkar edilməsinə, aradan qaldırılmasına sərf edilirdi. Başqa şəkildə belə demək olar ki, müəssisənin işçilərinin dörddə biri prinsip etibarı ilə müəssisədə heç nə istehsal etmirdilər, onlar ancaq birinci dəfədən düzgün edilməyəni düzəldirdilər. Müəssisənin hüdudlarından kənara çıxan və bazara daxil olan qüsurlu məmulatların təmirinə və dəyişdirilməsimə sərf edilən xərclər də buna əlavə olunsa, aşağı keyfiyyət səviyyəsinə görə yekun xərclər istehasal xərclərinin 30 faizdən çoxunu təşkil edirdi. Odur ki, bir çox amerikalı mütəxəssislər aşağı keyfiyyəti əmək məhsuldarlığının yüksəldilməsində və məhsulun rəqabət qabiliyyətinin artırılmasında əsas maneə hesab edirdilər. Həmin dövrdə keyfiyyət probleminin həlli müxtəlif mühafizəkar tədbirlərdə axtarılırdı: ABŞ məhsullarını rəqiblərdən qoruyan tariflər, kvotalar, rüsumlar. Məhsulun keyfiyyətinin yüksəldilməsi məsələsi isə ikinci plana çəkilirdi. Ölkədə iş adamlarının tələbi ilə avtomobil, polad, məişət texnikası və s. istehsalçılarının müdafiə edilməsi üçün bir sıra tədbirlər həyata keçirildi. Hətta məhsulun keyfiyyəti əsas məqsəd hesab edilən ABŞ şirkətlərində keyfiyyətə istehlakçıların ehtiyaclarının ödənmə vasitəsi kimi yox, istehsal xərclərini azaltmaq vasitəsi kimi baxılırdı. Qeyd olunanlarla bərabər ABŞ-da daha təcrübəli fiirmalar başa düşürdü ki, ölkədə istehsal olunan malların keyfiyyətini aşağıdakılara diqqət yetirməklə yüksəltmək lazımdır:
• işçilərin motivasiyası;
• keyfiyyət dərnəkləri;
• nəzarətin statistik metodları;
• qulluqçuların və idarə edənlərin vəzifələrini daha dərindən dərk etmələri:
• keyfiyyətə məsrəflərin hesaba alınması;
• keyfiyyəti yüksəltmə proqramları;
• əməkdaşları maddi həvəsləndirmə.
1980-ci illərin əvvəllərində keyfiyyətin idarə edilməsi keyfiyyətin planlaşdırılması ilə bərabər tutulurdu. Bu zaman istehsal prosesində iştirak edən istehlakçılara az diqqət yetirilirdi – keyfiyyətin yüksəldilməsi planları firma daxilindəki ehtiyaclar nəzərə alınmadan həyata keçorilirdi. Belə keyfiyyətin idarə edilməsi prosesi plan yox, problem yaradırdı. Bir çox hallarda işçilərin öyrədilməsi bilavasitə iş yerlərində həyata keçirilirdi.
Həmin dövrdə ABŞ-da E.Deminqin iki kitabı nəşr olundu: “Keyfiyyət, məhsuldarlıq və rəqabətqabiliyyətlilik” və “Böhrandan çıxış”. Həmin monoqrafiyalarda Deminq fəlsəfəsi, məşhur “14 postulat” ümumi (total) keyfiyyətin (Total Quality) əsasını təşkil etdi. Bunların mahiyyəti belədir:
Fəaliyyətin daimi məqsədi məhsulun və xidmətlərin keyfiyyətinin yaxşılaşdlıvrılması olmalıdır.
Fəaliyyətin heç bir sferasında bircə qüsura da yol verilməməlidir.
Tədarükçülərdən göndərilən məhsul növlərinin keyfiyyətinə mövcüd statistik metodlardan istifadə edərək zəmanət tələb etmək.
Aşağı qiymətlər mövqeyindən məhsulun tədarükünə kontarktlar bağlamamaq.
Istehsalçı keyfiyyətlə bağlı problemləri üzə çıxarmalı və həll etməlidir.
Müəssisədə bütün işçilər maarifləndirilməlidir.
Yeni idarəetmə metodlarındlan istifadə etmək.
İşçilərdə səhvlərə görə qorxu məsuliyyətiniə yol verməmək.
Şöbələrin fəaliyyətində heç bir maneə olmamalıdır.
Işlərin təşkilində real fəaliyyətlə möhkəmləndirilməyən real çağırış və şüarlardan istifadə etməmək.
Işçilərdən heç birinin fəaliyyətini kəmiyyət normaları ilə qiymətləndirməmək.
Işçilərin öz ixtisaslaşmasına hörmət və fəxr hisslərini azaldan bütün səbəbləri aradan qaldırmaq.
Özünü maarifləndirməyə, təhsilin yüksəldilməsinə, öyrənməyə cəhdi mükafatlandırmaq.
Yuksək səviyyə rəhbərləri keyfiyyət sahəsində öz öhdəliklərini dəqiq müəyyənləşdirməlidirlər.
E.Deminqin bütün konsepsiyasının mahiyyətini üçbucaq şəklində göstərmək olar. Bu üçbucağın təpələri: bir komanda (8-9 postulatları); keyfiyyətə mübtəlalıq (tutulma) (1-6, 12-14 postulatları); KI-nə elmi yanaşma (7, 10-11 postulatları).
E.Deminq bir çox amerikalı firma menecerlərinə məxsus olan və keyfiyyət sahəsində müvəffəqiyyətsizliklərə səbəb olan beş «öldürücü» çatışmazlıqları göstərir:
1) daimi məqsədlərin olmaması;
2) qısa müddətdə qazanc götürməyə meyllik;
3) işçilərin iş keyfiyyətlərinin hər il qiymətləndirilməsi;
4) yuxarı həlqədə rəhbər işçilərin yüksək axıcılığı;
5) rəhbərliyin şübhəsiz (bəlli, aşkar) kəmiyyət göstəricilərinə meyl etməsi.
Amerikanın məşhur alimlərindən, keyfiyyət sahəsində tanınmış simalardan biri, Beynəlxalq Keyfiyyət Akademiyasının (BKA) akademiki, doktor C.Curan keyfiyyətə nəzarətdən keyfiyyətin idarə edilməsinə keçid ideyasını ilk dəfə olaraq irəli sürmüş, o cümlədən müəssisələrin idarə edilməsində Pareto prinsipindən istifadəni əsaslandırmışdır.Məşhur “keyfiyyət spiralı (buna “Curan spiralı”da deyilir) da onun tərəfindən işlənib hazırlandı.
Curanın bu spiralı (zamandankənar məkanın modeli) – keyfiyyətin idarə edilməsi üzrə fasiləsiz olaraq artan işlərin əsas mərhələlərini müəyyənləşdirir və özündən sonra bir çox modellərin yaranmasına xidmət edir.
C.Curan həmçinin, AQİ (Anmal Quality İmproverment) - “keyfiyyətin hər ilin yaxşılaşdırılması” konsepsiyasının müəllifi sayılır. O, hesab edir ki, keyfiyyətin yaxşılaşması – artıq keyfiyyət sahəsində əldə olunmuş, qazanılmış işlərin nəticələrinin yüksəlməsi və insanın daha rekord göstəriciləri müəyyənləşdirməyə can atması ilə əlaqədardır. Menecment fəlsəfəsində onun durmadan yaxşılaşması prinsipi nəzərdə tutulur.
C.Curan tərəfindən keyfiyyətin təminatına iqtisadi yanaşmanın əsasları dürüst və qısaca tərtib edilmişdir. Əgər Curanadək mütəxəssislərin dəyər təhlilindən istifadənin konkret növlərini işıqlandırırdılarsa, ilk dəfə o, kefiyyətin təmin edilməsinə çəkilən xərcləri siniflərə ayırdı; xərcləri dörd əsas kateqoriyaya böldü:
1. Nöqsanların üzə çıxarılmasına çəkilən xərclər;
2. Keyfiyyətin qiymətləndirilməsinə çəkilən xərclər;
3. Məhsulun daxildə istehsalı zamanı zay olması ilə əlaqədar çəkilən xərclərin ödənilməsi;
4. Məhsulun xarici amillərin təsiri nəticəsidə zay olması ilə əlaqədar çəkilən xərclərin qəbul edilməməsi.
1980-ci illər üçün keyfiyyəti yüksəltmək və qüsurları aşkar etmək vasitəsi kimi birbaşa iş yerlərində öyrədilmənin geniş tətbiqi xarakterikdir. Həmçinin tədarükçülər də öz personalına keyfiyyəti öyrətməyə cəhd edirdi. ABŞ-da keyfiyyət problemi artıq dərk olunurdu. Ölkədə həmin problemin həllinə zəmin yaradan ehtiyatlar, potensial, yüksək əmək haqqı alan rəhbəredici personal və s. mövcud idi. Yeni texnologiyalara və yeni məhsul növlərinin işlənməsinə böyük vəsait qoyuluşu, işçi personalla rəhbərlik arasında məhsulun və işin keyfiyyətinin yüksəldilməsinə ümumi maraqlar əsasında qurulan yeni münasibətlər ABŞ-da yeni texniki inqilab üçün ilkin şəraiti yaratdı.
ABŞ müəssisələri keyfiyyətin idarə edilməsinin təkmilləşdirilməsinə böyük ümid bəsləyirlər. Onların fikrincə bu, rəhbərliyin fəaliyyətində radikal dəyişikliyi, korporativ mədəniyyətə tam yenidən baxışı, ölkədə istehsal olunan məhsulların keyfiyyətinin fasiləsiz yüksəldilməsi yollarının axtarışı üçün bütün səviyyələrdə qüvvələrin səfərbərliyə alınmasını ifadə edir. Həmin dövrdə yeni ənənələrə ən çox müqavimət göstərən orta rəhbərlik pilləsi oldu. Onların əksəriyyəti belə düşünürdü ki, keyfiyyətli yanaşmaya əsaslanan idarəetmə siyasəti onların nüfuzuna, hətta vəzifə səlahiyyətlərinə təhlükəlidir. Bilavasitə istehsalatda çalışanlar isə, bir qayda olaraq, gördükləri işin keyfiyyətinə görə məsuliyyəti öz üzərinə götürməyə həmişə hazır olur.
Keyfiyyət sahəsində köklü dəyişikliklərin mərkəzində sifarişçilərin (istehlakçıların) tələblərinin dolğun ödənməsi durur. Fasiləsiz istehsal prosesində hər bir işçi özündən əvvəlki məhsulun istehlakçısıdır. Odur ki, hər bir işçinin qarşısında onun fəaliyyət keyfiyyətini növbəti işçini təmin etməli olması kimi məsələ durur. Qanunverici və icraedici hakimiyyət orqanlarının milli məhsulların keyfiyyətinin yüksəldilməsi məsələlərinə diqqəti artırması ölkənin iqtisadi inkişafında yeni bir hadisə oldu. “Keyfiyyət hər şeydən irəlidir” şüarının realizasiyası keyfiyyətin yüksəldilməsi sahəsində bütün ölkə miqyasında geniş tədbirlərin keçirilməsində başlıca məsələyə çevrilir. Bu şüar altında hər il Keyfiyyətə Nəzarət üzrə Amerika Cəmiyyətinin (KNAC) keyfiyyət aylığı keçirilir. ABŞ Konqresi Malkolm Boldric adına milli mükafat təsis etmişdir. Həmin mükafat 1987-ci ildə məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə nailiyyətlər qazanmış üç ən yaxşı firmaya verilir.
Bir çox inkişaf etmiş ölkələrdə keyfiyyətin idarə edilməsinə ayrıca firmanın qayğısı kimi yox, ümummilli problem kimi baxılır. ABŞ-nin təcrübəsinə əsasən dörd səviyyə ayırmaq olar ki, onlara əsasən keyfiyyətin idarə edilməsi üzrə təşkilatlar yaradılır:
• beynəlxalq (millətlərarası);
• milli (dövlət);
• sahə;
• ümumfirma.
Beynəlxalq səviyyədə Keyfiyyət üzrə Avropa Təşkilatı (KAT) fəaliyyət göstərir. Həmin təşkilat 1957-ci ildə yaradılmışdır. Həmin təşkilatla yanaşı keyfiyyət üzrə digər millətlərarası təşkilatlar da fəaliyyət göstəriri. Belə ki, NATO hərbi blokunda ABŞ normativ-texniki sənədlərinə əsaslanan hərbi məhsulların keyfiyyəti üzrə sənədlər sistemi tətbiq olunur.
Milli (dövlət) səviyyəsində keyfiyyət üzrə milli təşkilatlar fəaliyyət göstərir. Onların içərisində geniş fəaliyyət sferasına malik olanlardan biri yuxarıda adı çəkilən Keyfiyyətə Nəzarət üzrə Amerika Cəmiyyətidir. Keyfiyyətə Nəzarət üzrə Amerika Cəmiyyətinin tərkibinə iri ABŞ firmalarının, korporasiyalarının, elmi-tədqiqat təşkilatlarının nümayəndələri daxildir. KNAC-ın həm ABŞ-da, həm də xarici ölkələrdə şöbələri vardır. KNAC müəssisələrdə keyfiyyətin idarə edilməsi üzrə xidmətlərin təşkilati əsaslarını işləyib hazırlayır, keyfiyyətin idarə edilməsinin mütərəqqi metodlarının mənimsənilməsinə kömək edir, mütəxəssislərin öyrədilməsini təşkil edir, nəşr işlərini də həyata keçirir.
Sahə səviyyəsində bir sıra ölkələrdə müxtəlif fəaliyyət sahələrində keyfiyyəti təminetmə təcrübəsinin təhlili və ümumiləşdirilməsi sistemi fəaliyyət göstərir. Məsələn, ABŞ-da belə təşkilat dəniz və aviasiya texnikası üzrə fəliyyət göstərir.
Müxtəlif ölkələrin milli və iqtisadi xüsusiyyətlərə uyğun olaraq firma səviyyəsində keyfiyyətin idarə edilməsinə spesifik yanaşmalar formalaşmışdır. Onların arasında daha geniş tanınan amerikan (TQC-keyfiyyətin kompleks idarə edilməsi) və yapon (CWQC-firma çərçivəsində keyfiyyətin idarə edilməsi) konsepsiyalarıdır. Keyfiyyətin idarə edilməsinə amerikan yanaşması firmanın bütün fəaliyyət sahələrini əhatə edən keyfiyyəti idarəetmə sisteminin qurulmasına əsaslanmışdır. Həmin konsepsiyaya görə keyfiyyət probleminin həll edilməsi məhsulun keyfiyyətinin təhlilinə ixtisaslaşan və ancaq nəzarət üzrə mütəxəssislərlə keyfiyyət nəzarət funksiyasını yerinə yetirən xüsusi inzibati bölmənin əsas vəzifəsidir.
Firmadaxili idarəetmənin yapon və amerikan konsepsiyalarının müqayisəli təhlili göstərir ki, rəqabət mübarizəsində ABŞ korporasiyalarının müvəffəqiyyətsizliyə uğramasının səbəblərindən biri keyfiyyət amilini lazımi qədər qiymətləndirməməkdir. Amerika və Qərbi Avropa şirkətlərinin rəhbərləri firmanın idarə edilməsinə mənfəət kriteriyasına əsaslanaraq yanaşırdılar.
Keyfiyyət sahəsində ABŞ təcrübəsini təhlil edərək onun aşağıdakı xarakterik xüsusiyyətlərini qeyd etmək olar:
• riyazi statistika metodlarından istifadə etməklə məhsulun hazırlanma keyfiyyətinə ciddi nəzarət;
• keyfiyyət göstəricilərinə və istehsal həcminə görə planlaşdırma prosesinə diqqət və planların icrasına inzibati nəzarət;
• bütünlükdə firmanın idarə edilməsinin təkmilləşdirilməsi.
ABŞ-da məhsulun keyfiyyətin daim yüksəldilməsinə istiqamətlənən tədbirlərin həyata keçirilməsi Yaponiya və ABŞ arasında istehsal olunan analoji məhsulların keyfiyyət səviyyəsi üzrə fərqlərin aradan qaldırılmasında özünü göstərdi. Bu da öz növbəsində vahid, qlobal bazara çevrilən dünya bazarında rəqabəti daha da qüvvətləndirdi.
Dostları ilə paylaş: |