Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


ABŞ-da keyfiyyətin idarə edilməsinin sertifikatlaşdırma təminatı



Yüklə 317,57 Kb.
səhifə9/13
tarix10.01.2022
ölçüsü317,57 Kb.
#108325
1   ...   5   6   7   8   9   10   11   12   13
5. ABŞ-da keyfiyyətin idarə edilməsinin sertifikatlaşdırma təminatı
Məhsulların və xidmətlərin sertifikatlaşdırılması könüllü və məcburi ola bilər. İnsanların sağlamlığı, həyatı, əmlakı və ekoloji təmizlik üçün təhlükəsizlik göstəriciləri üzrə məhsullar məcburi sertifikatlaşhdırmadan keçməlidir. Məhsulların (xidmətlərin, poseslərin) nomativ sənədlərində əhalinin sağlamlığı, həyatı və ətraf mühit üçün təhlükəsizltiyinə dair tələblər olmadıqda, lakin məhsulun istifadəsi və daşınması zamanı təhlükə ehtimalı olduqda göstərilən tələbləri daxil etmək məqsədi ilə sənəd yenidən baxılmalıdır.

Məcburi sertifikatlaşcdırma sınaqları müvafiq sertifikatlaşdırma sistemində akkreditləşdirilmiş sınaq laboratoriyalarında (mərkəzlərində) müvafiq normativ sənədlərlə müəyyn olunmuş metodikalarla aparılır, onlar olmadıqda isə sertifikatlaşdırma üzrə orqanların müəyyən etdiyi metodlarla aparılmalıdır.

Könüllü sertifikatlaşdırma o obyektlər üçün aparılır ki, onlar ölkənin qanunverici aktlarına uyğun olaraq məcburi sertifikatlaşdırmaya məruz qalmır. Sertifikatlaşdırma sistemlərinin bütün modifikasiyalarının təhlili göstərir ki, sivil bazar şəraitində daxili və xarici bazarlarda məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi üçün daha səmərəli və məqsədəuyğun o modifikasiyalardır ki, onlar keyfiyyət sistemlərinin (KS) sertifikatlaşdırılmasını tələb edir. Bu nəticə aşağıdakılarla şərtlənir:

- müqavilə bağlayan istehlakçı çox zaman istehsalçıdan keyfiyyət sisteminə sertifikat tələb edir;

- keyfiyyət sisteminə sertifikatın olması məhsulun rəqabət qabiliyyətini artırır;

- çox zaman istehsalçı tərəfindən qəbul edilən və ya beynəlxalq şərtlərə görə tələb edilən sistemin modifikasiyası KS-nin sertifikatlaşdırılmasını nəzərdə tutur;

- məhsulun sertifikatlaşdırılması üzrə orqan Kİ sisteminin sertifikatlaşdırılmasını tələb edərək məhsula əvvəl verilmiş sertifikat haqqında qərarın doğruluğunun təsdiqinin zəruriliyi barəsində əsaslandırılmış iradlara malik olur;

- istehlakçıda quraşdırılan mürəkkəb məmulat texniki səbəblərə görə istehsalçıda sınaqdan keçirilə bilməz, deməli sertifikatlaşdırıla bilməz. Ona görə də KS-nin sertifikatlaşdırılması zəruri olur.

Eyni zamanda həm məhsulun, həm də KS-nin sertifikatlaşdırılmasını nəzərdə tutan modifikasiyalardan istifadə sertifikatlaşdırmanın üstünlüklərini qüvvətləndirir.

ABŞ-da müxtəlif növ məhsulların təhlükəsizliyi üzrə bir çox qanunlar vardır. Bu qanunlar uyğunluq sertifikatlaşdırılmasının hüquqi əsasını təşkil edirlər. Ən geniş təsir diapazonuna istehlak mallarının təhlükəsizliyi haqqında Qanun malikdir.

Bu qanunlara görə dövlət standartları şamil edilən bütün məhsullar, həmçinin dövlət tərəfindən daxili və xarici bazarlardan alınan məhsullar məcburi sertifikatlaşdırmadan keçməlidirlər. Məcburi sertifikatlaşdırmaya dövlət orqanları tərəfindən nəzarət edilir. Könüllü sertifikatlaşdırma məhsulun istehlakçılarının və ya istehsalçılarının ərizələri əsasında təklif olunan və ya normativ sənədlərə uyğunluğa aparılır.

Ölkədə Federal hökumət tərəfindən təsdiq edilən üç əsas kateqoriyalı sertifikatlaşdırma proqramları fəaliyyət göstərir. Onlar aşağıdakılardır:

Birinci kateqoriya – malların və xidmətlərin təhlükəsizliyə sertifikatlaşdırılması. Bütün bu proqramlar məcburi xarakter daşıyır;

İkinci kateqoriya – məhsul nümunələrinin və istehsalatın yoxlanması üzrə proqramlar. Onlar ucdantutma nəzarəti əvəz edirlər;

Üçüncü kateqoriya – məhsul ticarətə daxil olana qədər istehsalın keyfiyyətinin və şəraitinin qiymətləndirilməsi proqramları.

Bu proqramlar Oxşar məhsulların sertifikatlaşdırma sisteminə uyğundur. Birinci kateqoriyalı proqramlar üzrə bir qayda olaraq avtomobillərin, konteynerlərin (o cümlədən kənd təsərrüfatı məhsulları üçün), gəmilərin, magistral boru kəmərlərinin və s. kimi məhsulların məcburi sertifikatlaşdırılması aparılır. İkincici və üçüncü kateqoriyalı proqramları məcburi və könüllü sertifikatlaşdırma üçün istifadə edirlər.

Ərzaq mallarının və dərmanların təhlükəsizliyi üzrə Idarəetmə proqramları ancaq insan üçün yox, həm də heyvanlar üçün olan məhsulları əhatə edir və onların sınaqları ancaq ziyansızlığa deyil, həmçinin effektli təsiretməyə aparılır.

İkincici kateqoriya proqramlarına uyğun olaraq elə məhsullar sertifikatlaşdırılır ki, onlar dövlət idarələrində istehlak olunurlar (Müdafiə departamenti, Ticarət departamenti, Kənd elektrikləşdirmə idarəsi və s.). Əgər məhsullar hökumət orqanları tərəfindən dövlət hesabına alınırsa, onlar məcburi sertifikatlaşdırmadan keçirilirlər.

Üçüncü kateqoriya proqramlar əsasən könüllüdür. Lakin burada bir neçə məhsullar müstəsnalıq təşkil edir (məsələn, yumurta, tütün və s.). Bu məhsulların sertifikatlaşdırılması tələb olunur. Ən çox proqramlar Kənd təsərrüfatı departamenti və Ticarət departamenti tərəfindən işlənib hazırlanmışdır. Sertifikatlaşdırmanın nəticələrinə görə yeyinti məhsullarını «Seçmə» (Choice) və «Növ A» (Trade A) bölürlər.

Hökumət tərəfindən təsdiq olunmuş proqramlardan başqa, ABŞ-da şəxsi sektorda təşkil olunan sertifikatlaşdırma proqramları da vardır. Onların xidmətlərindən ancaq ABŞ-ın firmaları deyil, həmçinin bu ölkəyə kənardan mal gətirənlər də istifadə edirlər.

Sertifikatlaşdırmanın normativ bazası standartlardır. Onlar aşağıdakı təşkilatlar tərəfindən işlənib hazırlanırlar:

 materialların sınağı üzrə Amerika cəmiyyəti (ASTM) – istehlak mallarının geniş diapazonu üçün;

 elektrik avadanlıqları istehsalçılarının milli assosiasiyası (NEMA) - elektrotexniki mallar və elektrik avadanlıqları üçün;

 geniş istehlak mallarının təhlükəsizliyi üzrə komissiya (CPSC) – geniş istehlak malları üçün;

 ətraf mühitin mühafizəsi üzrə Federal agentlik (EPA) – müxtəlif istehsalatların, daxili yanma mühərriklərinin, yerüstü, su və hava nəqliyyatının və s. sertifikatlaşdırılması üçün;

 standartlaşdırma üzrə hökumət orqanı – Milli standartlar və texnologiyalar institutu. Bu institut məcburi standartları işləyib hazırlayır.

Ölkədə sertifikatlaşdırmaya ümumi rəhbərliyi Sertifikatlaşdırma komitəsi həyata keçirir. Bu Komitə NIST-in tərkibində fəaliyyət göstərir, standartlaşdırma üzrə işləri koordinasiya edir və ABŞ-ı ISO, BEK və digər beynəlxalq təşkilatlarda təmsil edir. Sertifikatlaşdırma komitəsinin funksiyalarına sertifikatlaşdırma üzrə proqramların, sertifikatlaşdırmanın aparılma qaydalarının bəyənilməsi və qeydiyyatı, sertifikatlaşdırma üzrə orqanların səlahiyyətliliyinin yoxlanması (lazımi avadanlıqların olması, işçi personalın peşə hazırlığının səviyyəsi və s.) daxildir.

Sertifikatlaşdırma işlərində 2000-dən çox sınaq laboratoriyaları iştirak edir. Onlara ümummilli əhəmiyyətli iri laboratoriyalar, elmi-tədqiqat institutlarının və sığorta kompaniyalarının laboratoriyaları və institutların və universitetlərin müstəqil laboratoriyaları daxildir. Ən tanınmış ümummilli laboratoriyalardan Elektrik avadanlıqları istehsalçılarının milli assosiasiyasının, Qaz üzrə Amerika assosiasiyasının, Yanğından mühafizə üzrə milli assosiasiyanın, Yeyinti məhsullarının və dərmanların təhlükəsizliyi üzrə idarənin laboratoriyalarını göstərmək olar.

ABŞ-da sınaq laboratoriyalarının vahid akkreditləşdirmə sistemi yoxdur. Burada bu cür sistemlərin sayı 100-ə qədərdir. Onlardan ən nüfuzluları Laboratoriyaların akkreditləşdirilməsi üzrə Amerika assosiasiya sistemi (AALA) və Laboratoriyaların milli könüllü akkreditləşdirmə proqramı (NULAP) hesab olunur. AALA o laboratoriyaları akkreditləşdirir ki, onlar optika və fotometriyanı sınayır, akustik, titrəmə, bioloji, kimyəvi, istilik, mexaniki, elektriki sınaq növlərini aparırlar. Akkreditləşdirmə kriterləri kimi ISO/BEK rəhbərliyinin müddəaları istifadə edilir. Təşkilatın büdcəsi şəxsi adamların üzvlük haqları, təşkilatların – üzvlərin üzvlük haqları və sifarişçilərin sınaq üçün ödədikləri vəsaitlərin hesabına formalaşır. NULAP Ticarət nazirliyinin təşəbbüsü ilə yaradılmışdır. Bu nazirlik təşkilatın büdcəsinin formalaşmasına kömək edir, büdcəyə həmçinin akkreditləşdirmə üçün verilən üzvlük haqqı daxil olur. Bu sistemdə laboartoriyaların akkreditləşdirilməsi aparılır. Bu laboratoriyalar toxuculuq mallarının, şüşənin, sementin, elmi tədqiqatlar üçün alətlərin sınaqlarını aparırlar.

Ət və ət məhsullarının analizi ilə məşğul olan laboratoriyaların akkreditləşdirilməsi Kənd təsərrüfatı departamentinin Yeyinti məhsulları xidmətinin əlində cəmləşmişdir. Departament isə bu fəailiyyəti maliyyələşdirir.

Materialların sınaqları üzrə Amerika cəmiyyətinin direktorlar şurası, ölkədə akkreditləşdirmənin vəziyyətini öyrənərək, vahid milli akkreditləşdirmə sisteminin yaradılması qərarına gəldi. Bu işdə ASTM-in 15 texniki komitələri iştirak etdilər. Onlar Avstraliya sınaq xidmətlərinin milli assosiasiyasının akkreditləşdirmə sistemini (NATA) əsas götürdülər. NATA – səhmdar cəmiyyətidir. O, 50% hökumət tərəfindən maliyyələşdirilir və qalan büdcə isə akkreditləşdirilmiş laboratoriyaların hesabına doldurulur. Assosiasiyanın başında Şura durur. Şuranın tərkibinə federal hökumətin və ştatların şökumət nümayəndələri, həmçinin sənayenin, həmkarlar təşkilatlarının və Standartlaşdırma üzrə assosiasiyanın nümayəndələri daxil edilir. Şura məsləhət komitələri yaradır. Bu komitələr konkret laboratoriyalar üçün tövsiyələr işləyib hazırlayır. Avstraliyada akkreditləşdirmə attestatı qeyri-məhdud müddətə verilir, laboratoriyanın əməkdaşları isə hər iki ildən bir attestasiyadan keçirlər. Yeyinti malları üzrə laboratoriyalar hər altı aydan bir yenidən attestasiya olunurlar. NATA və Avstraliya hökuməti arasında qarşılıqlı anlaşılma haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma görə NATA öz işini beynəlxalq standartlara uyğun aparmalıdır.


Yüklə 317,57 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin