Azərbaycan Respublikasında gömrük işinin təşkili

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.53 Mb.
səhifə3/7
tarix17.11.2018
ölçüsü0.53 Mb.
1   2   3   4   5   6   7

Mövzu 4:

Gömrük rejimləri və onların tətbiqi şərtləri.

Plan:

  1. Gömrük rejimi anlayışı.

  2. Gömrük rejimi gömrük qanunvericiliyinin əsas kateqoriyalarından biri kimi müəyyən etdiyi aspektlər.

  3. Gömrük tənzimlənməsi məqsədilə gömrük rejimlərinin növləri.

  4. Öz roluna və təsərrüft fəaliyyətinə görə gmrük rejimlərinin təsnifatı.

  5. Malların təyinatı və məqsədindən asılı olaraq iqtisadi gömrük rejimləri qrupları.

  6. Gömrük rejimləri və onların xarakteri.

1.Gömrük rejimi anlayışı.

Mal və nəqliyyat vasitələrinin gömrük sərhəddinən keçirilmsi bəyan olunan gömrük rejiminin tələblərinə uğun oalraq icra olunmalıdır.

Gömrük rejimi - anlayışı xarici iqtisadi əlaqələrin inkişafına dövlət təsirinin həyata keçirildiyi gömrük tənzimləməsi vasitəlrinin kompleks şəkildə tətbiqinə kömək göstərən xüsusi tədbirlər sistemi və metodlar məcmusudur. Daha doğrusu gömrük rejimi gömrük mqsədləri üçün gömrük sərhədindən küeçirilən mal və nəliyyata vasitələrinin statusumu müəyyən edən qaydaların məcmusudur.

2.Gömrük rejimi gömrük qanunvericiliyinin əsas kateqoriyalarından biri kimi müəyyən etdiyi aspektlər.

Gömrük rejimi gömrük qanunvericiliyinin əsas kateqoriyalarından biri kimi aşağıdakıları müəyyən edir:


  1. keçirilməsi məqsədindən asılı oalraq malların konkret yerdyişmsi qaydasını;

  2. Gömrük ərazisində və ondan kənarda malların yerləşdirilməsi və onlardan istifadənin mümkünlüyü şərtlərini;

  3. Gömrük qanunvriciliyinə görə mallardan isrifadə və onlar üzərində sərəncamverək səlahiyyəti olan şəxslərin (bnifisiarların) hüquq və vəzifəlri;

  4. Mal və nəqliyyat vasitələrinə və şəxslərin hüquqi statusuna tələblər.

3.Gömrük tənzimlənməsi məqsədilə gömrük rejimlərinin növləri.

GM-nin 25-ci naddəsinə görə gömrük rejimlərinin aşağıdakı nləri vardır:



  1. Sərbəst dövriyə üçün buraxılış;

  2. Təkrar idxal;

  3. Tranzit;

  4. Gömrük anbarı;

  5. Rüsumsuz ticarət mağazası;

  6. Gömrük ərazisində emal;

  7. Gömrük nəzarəti altında emal;

  8. Müvəqqəti idxal (ixrac);

  9. Sərbəst gömrük zanası;

  10. Sərbəst anbar;

  11. Gömrük ərazisindən kənatda emal;

  12. Ixrac;

  13. Təkrar ixrac;

  14. Məhv etmə;

  15. Dövlətin xeyrinə maldan imtina.

4.Öz roluna və təsərrüft fəaliyyətinə görə gmrük rejimlərinin təsnifatı.

Öz roluna və yerin görə, həmçinin ümumi təsaərüfat fəaliyyətin görə gömrük rejimlərini şərti olaraq iki qrupa bölmək olar.

Birinci qrupa tənzimləmə metodları və gömrük vasitələrinin tam həcimdə təbiq olunduğu ümumi xarakterli rejimlər aid olunur. İqtisadi baxımdan bu gömrük rejimləri nisbətən müstəqil və bitmiş kommersiya əməliyyatları kimi fəaliyyət göstərir (sərbəst dövriyə üçün buraxılış, ixrac, təkrar ixrac).

İkinci qrupa tənzimləmənin gömrük hüquq normalarından daha çevik istifadə olunması ilə fərqlənən və bir növ onların xarici iqtisadi fəalittəy iştirakçılarının tələblərinə uyğunlaşdırılmasının nəticsi kimi səviyyələnən gömrük rejimləri aiddir. Bunlara rüsumsuz ticarət ağazası, sərəbəst anbar, sərbəst gömrük zanası, gömrük anbarı və digər qalan rejimlər aiddir.

Gömrük rejimlərinin istifadəsinin hüquqi mexanizmi gömrük orqanlarına obyektyiv olaraq kifayyt qədər səlahiyyət verilməsaini nəzərdə tutur. Bu ilk növbədə öz əksini gömrük orqanı trəfindn konkret malın müəyyən olunmuş gömrük rejimi altına yerlşdirilməsi qərar verilımsində tapır. Yəni gömrük orqanı hər bir halda XİF dövlət tənzimlənməsinin ümumi konpensasiyası baxımından bu əməliyyatın mümkülüyü və məqsədəuyğunluğu nəzərə alınmaqla arzu olunana gömrük rejiminə icazə verilməsinə və ya icazə veriliməsindən imtina olunmasına qərar verir.

İqtisadi gömrük rejimləri, onların bnfisiarlarına qabaqcadan müəyyən olunuş gömrük rüsum və vergilərindən tam və ya qismən azad olunması və əvvəl ödənilmişlərin qaytarılması, iqtisadi siyasət tədbirlri tətbiq olunmaması kimi iqtisadi güzşt və üstünlüklər verilir.

5.Malların təyinatı və məqsədindən asılı olaraq iqtisadi gömrük rejimləri qrupları.

Malların təyinatı və məqsədindən asılı olaraq aşağıdakı iqtisadi gömrük rejimləri qrupları mövcuddur:



  • anbarlaşma rejimlri: (gömrük anbarı, sərbəts anbar) bu rejimlərdə mallar istifadə olunmadan (saxlanmanı təmin edən əməliyyatlardan – yenidən qablaşdırma, nvlərə ayırma və s.), başqa gömrük təyinatı alana qdər dəyişilməz halda salanılır;

  • emal rejimləri: (gmrük ərazisində emal, gömrük nəzarəti altında emal, gömrük ərazisindən kənarda emal). Bu rejimlərdə mallardan müəyyən olunmuş şərtlər və təlblr daxilində, o malların mövcud halının tam və ya qismən dəyişdirilməsi məqsədilə işlənilməsi və emal olunması üçün bzi əməliyyatlarda istifadə oluna bilər4

  • malların istifadəsini nəzərdə tutan rejimlər: (müvəqqəti idxal və ixrac). Bu rejimlrdə məhdud nomenklaturalı mallar öz təyinatı üzrə istifadə oluna bilr, bu zaman müvəqqəti aparılan və ya gətirilən malların istifsadə olunması onların işlnilməsini və emalını istisna edir və təbii itkilərdən başqa malların mövcud halının digər formalarda dəyişdirilməsinə gətirib çıxarmamalıdır.

6.Gömrük rejimləri və onların xarakteri.

Malların sərbəst dövriyyə üçün buraxılışı:

Az. R-nın gömçrük ərazisin gətirilən malların bu ərazidən aparılması haqqında öhdəlik göyürülmədən daimi olaraq ölkənin gömrük ərazisində qalmasından ibarət gömrük rejimidir.

Mövcud gömrük rüjimi iqtisadi siyasət tədbirləri gözlənilməklə gömrük rüsumlarının, vergilərinin və başqa ödənişlərin ödəniləməsini nəzərdə tutur.

Malların sərbəst dövriyyə üçün buraxılışından sonra. Onlar müəyyən mülkiyyət hüququ olan və yaxud olmayan şəxslərin sərəncamına keçir və mövcud qanunvericiliyə uyğun olaraq gömrük nəzarətindən çıxarılır və yaxud başqa gömrük nəzarətində yerləşdirilir.

Sərbəst dövrüyə üçün buraxılan gömrük rejiminə cəlb olunana mallara konkret əsasında xaricdən alınan və Az- a gətirilən mallar aid olunur.

XİF bağlı tərtib olunmuş bəzi sxmlərdə, Azərbaycanlı şəxslrə malların əvəzsiz verilməsi – humanitar və texniki yardımlar- malların sərbəst dövrüyə üçün buraxılması rejiminin müəyyən növ ödənişlərdən azad olunmasının öz yeri vardır. Bu cür mallar alan şəxslr gömrük ödənələri aparmırlar. Bu rejimin başqa bir xüsusiyyətinid gstərmək lazımdır. Az ərazisində sərbst dövriyyyə buraxılan mallar gömrük qanunvriciliyinə uyğun olaraq Az malı statusunu alır. Odur ki, bu malların başqa gömrük rejimi altında yerlışdirilməsi zamanı, bu bu gömrük rjiminə uyğun olaraq bütün iqtisadi siyasət tədbirələr və gömrük ödənişləri tətbiq olunur.

Malların təkrar idxalı – ixrac gömrük rejiminə uyğun olara Az R-nın gömrük ərazisindən aparılmış Az mallarının qanunla müəyyən olumuş müddətdə gömrük rüsumları və yergilri alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirlri tətbiq olunmadan geriyə gtirilmsindən ibarət gömrük rejimidir.

Təkrar idxal gömrük rejimi altında yerləşdirilmək üçün mallar:

-təbii aşınma nəticsində dəyişikliklərdən, normal şəraitd daşınma və saxlanc itkiləri və həmçinin Az qanunvericiliyi ilə müəyyən olinana digər hallar istisna olunmaqla aparıldığı vəziyytdə almalıdır;

-aparıldığı andan 10 il müddətinə Az R-sının gömrük ərazisinə qaytarılmalıdır.

Mallar aparıldığı andan 3 il ərzində təkrar idxal olunduqda gömrük orqanı ödənilmiş gömrük rüsum və vergilərin məbləğini qautarmalıdır.

Malların tranziti – malların gömrük nəzarəti altında Az R-nın 2 gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergiləri alınmadan və mallara iqtisadi siyast tədbirlri tətbiq olunmada keçirilməsindən ibarət gömrük rejimidir.

Malların tranziti Az R-nın gömrük orqanlarının icazəsi il həyata keçirilir. Müvafiq icara gskimiyyəti orqanının xarici dövlətlər və onların ittifaqlarının Az şəxslərinin mənafsinə toxunana ayrı-seçkilik və ya başqa aksiyalarına qarşı cavb tərkibi kimi malların tranzitə mhdudiyətlər müəyyən olunmasını istisna edirlir. Gömrük işi haqqında qanunvericiliyə riayt olunmasını təmin etmək mümkün olmadıqda hmin malların tranziti Az gömrük orqanları gömrük ödənişlərinin ödənilməsinin təmin olunması və ya ödənilməli olan məbləğin depoait verilmsi şərtilə icazə verilir.

Qəza və qarşısıalınmaz qüvvənin təsiri altında mallar təyinat gömrük orqanına çatmamış boşaldıla bilr. Bu hallarda yük daşıyıcısı aəağıdakılara əməl etmlidir:

-Malların mühafizsini tmin etməli və onların hər hansı şəkildə istifadə olunmasının qarşısını alan bütün tdbirləri görməlidir;

-İşin mahiyyəti və nqliyyat vasitələrinin olduğu yer barədə Az R-nın gömrük orqanına dərhal məlumat vermlidir;

-Malların Az-nın ən yaxın gömrük orqanına daşınmasının tmin etməli və ya gömrük orqanını vəzifli şəxslərinə malların olduğuyer gəlməsi üçün tədbirlər görməlidir. Bu əməliyyatlarla bağlı xərclər gmrük orqanı tərəfindən ödənilmir.



Gmrük anbarı - gtiriln malların saxlanc dövründə rüsum, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq olunmadan onların gömrük nəzarəti altında saxlancından, ixrac gömrük rejiminə uyğun olaraq aparılması nəzərdə tutulan malların isə nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlancından ibarət gömrük rejimidir. İstənilən mallar gmrük anbarı rejimi altında yerləşdirilə bilər. Az R-na gətirilməsi və aparılması qadağan olunmuş mallar, həmçinin siyasi gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyynləşdirilmiş mallar istisna olunmaqla. Başqa mallara ziya vura bilən və ya xüsusi saxlanma şraiti tələb edən mallar xüsusi təhciz olunmuş anbarlarda saxlanılır.

Gömrük anbarı xüsusi olaraq ayrılmış və təhciz olunmuş binadan və ya başqa yerlərdən istifadə olunmaqla mallarına saxlanılması təmin olunur. Gömrük anbarı istəniln şəxslər tərəfindən istifadə oluna bilən açıq və qapalı tipli ola bilər. Açıq tili gömrük anbarının məqsədəuyğun olmaması barədə kifayət qədər əsas olduqda qapalı tipli gömrük anbarının təsis ouna bilər.

Gömrük anbarının sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir:


  • gömrük anbarında saxlanılan malların gömrak nəzarətindən kənar götürülməsinə yol verməməlidir;

  • gömrük nəzarətinin həyata keçirilməsini çətinlşdirməmli;

  • gömrük anbarının təsis olunması verilmiş lisenziyanin şərtlərinə əməl etməli, gmrük nəzarəti və rəsmilşdirilməsinin icra olunması üçün gmrük orqanlarının tələblrini yerin yetirməlidir;

  • Anbarda saxlanılan malların dəqiq uşotunu aparmalı.

Malları gömrük anbarı rejimində 3 il saxlanılabilər.

Rüsumsuz ticarət mağazası – malların gömrük rüsumalrı, vergiləri alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq olunmadan Az-nın gömrük ərazisində, gömrük orqanları tərəfinsn müəyən olunan başqa yerlərdə həmin malların gömrük nəzarəti altında saxlanılmasından ibarət gömrük rejimidir.

Rüsumsuz ticarət mağazası dəniz limanlarında, hava limanlarında, bbeynəlxalq hava sərnişini xidmti üçün aşıq olan ərazilərdə, Az R-nın keçid məntəqələrində və s yerlərdə yaradıla bilər.

Rüsumsuz ticarət mağazası Az şəxsləri tərəfindən gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya alındıqdan sonra təsis oluna bilər. Lisenziya 3 il müddtinə müəyyən olunur.

Malların emalı rejimi – Az R-nın gömrük qanunvericiliyində malların 3 emalı rejimi nzərdə tutulur:

-gömrük ərazisində;

-gömrük nəzarəti altında;

-gömrük ərazisindən kənarda.

a)Gömrük ərazisində malların emalı – ixrac gömrük rejimin uyğun olaraq emal məhsullarının Az –nın gömrük ərazisinin hüdudlarından kənara aparılması şərtilə, iqtisadi siyast tədbirlri tətbiq olunmadan v idxal rüsumları, vergiləri qaytarılmaqla xarici malların respublikanın gömrük ərazisində müəyyən olunmuş qaaydada emal olunmasıdan ibarət gömrük rejimidir. Malların emalı üzrə əməliyyatlar aşağıdakılardır:

-malların emalı və təkrar emalı;

-bərpa olunma və qaydayasalınma da daxil olmaqla malların təmiri4

-emal məhsullarının istehsalına xidmət edən və ya istehsalı asanlaşdıran bəzi malların tamail və ya qismət istifadə olunması.

b)Gömrük nəzarəti altında malların emalı – Az R-nın gömrük ərazisind xarici malların gömrük rüsmları və vergiləri alınmadan həmçinin, mallara iqisadi siyasət tədbirləri tətbiq olunmada müəyyən olumuş qaydada gömrük nəzarəti altında istifad olunana və sonradan emal mhsullarının sərbəst dövriy üçün buraxılışı və ya başqa gömrük rejimi altında yerləşdirilmsindən ibarət gömrük rejimidir.

c)Gömrük ərazisindən kənarda emal – Az mallarına iqtisadi siyasət tədbirləri tətbiq etmədən ixrac edib onlardan respublikanın ərazisindən kənarda emal üçün istifadə olunmaslndan və sonra emal mhsullarının tamimilə və ya qismən gömrük rüsumlarından azad etməklə və onlara iqtisadi siyasət tədvirləri tətbiq etmədən mhsulların gömrük ərazisində sərbəstydövriy üçün buraxılmasından ibarət gömrük rejimidir.

Gömrük ərazisindən kənarda malların emalının ixracı bir sıra məhdudiyyətlərlə həyata keçirilir. Gömrük ərazisindən kənarda emal o zaman icazə verilir ki, emal üçün idxal olunan mallar nəzərdə tutulmuş miqdarda daha çox yığılmış olsun. Əksər hallarda gömrük ərazisindən kənarda bir sıra malların xüsusil: kəsici məmulatlara, ağac məmulatlarına, pivə, ərzaq məhsullarına, natural və suni dəri məmulatlarına və lisenziya verilmir.

Gömrük ərazisindən kənarda malların emalı gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya və gmrük orqanının müəyyənləşdirdiyi müddətə icra olunmalıdır. Gömrük ərazisindən kənarda emal olunan məhsulların məcburi hasilat miqdarını müyyənləşdirmək qaydalarını gömrük işini aparan icra hakimiyyti orqanı müəyyənləşdirir.

Malların gömrük ərazisindn kənarda v gmrük ərazisində emalı istehsal kooperasiyasının inkişafına yol aşmaqla daxili bazara daha çox emal məhsullarının daxil olması və məhsulun keyfisyətini yüksəlməsainə əlverişli şərait yarada bilər.

Gömrük ərazisindən kənarda gömrük rejimi altında emaldan istifadənin iqtisadi əsası odur ki,xarici malların emalı üzrə əməliyyatların aparılmasını bu formada ölkə daxilində aparmaq mümkün deyil.



Malların müvqqəti idxalı və ixracı – Az-nın gömrük ərazisində və ya ondan kənarda gömrük rüsumalarından, vergilərindən tamail və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq olunmadan malların istifadə olunmasından ibarət gömrük rejimidir.

Malların müvəqqəti idxalı (ixracı) müddətləri gömrük orqanları tərəfindən müəyyən olunur, bir qayda olaraq bu cür idxalin (ixracın) məqsədləri və şərtləri nəzərə alınmaqla 2 il-dən artıq olmamalıdır.

Az R-sı DGK gömrük rejimi altında yerləşdirilən və müvəqqəti idxala buraxılmadan malların kateqoriyaları üzrə siyahırı müəyyənləşdirilir. Bunlara aiddir:

-istifadə oluana matrallar və nümunələr;

-yeyinti məhsulları içkilər (alkaqollu içkilər daxil olmaqla), tütün məmulatları;

-ixrac üçün nəzərdə tutulmuş kvotalaşdırılmış mallar;

-sənaye tullantıları.

Gömrük rüsumlarından və vergilrdən tam azad olunma muddəti bir ildən çox olmayaraq müəyyənləşdirilir. Maları gmrük rüsumalarından qisməa azad olunduqda malların sərbəst dövriyyə üçün buraxılışı və ya ixrac rejiminə uyğun aparılması zamanı ödənilmli olan məbləğın hr ay 3%-i ödənilmlidir.



Sərbəst gömrük zonası, sərbəst anbar – xarici mallardan gömrük rüsum və vergiləri alınmadan, həmçinin göstərilən mallara iqtisadi siyasət tədbirlri tətbiq olunmada onların müvafiq ərazi srhədlərində və binalarda yerlşdiriməsi və istifadə olunmasından, Az mallarının isə müəyyən olunan ixrac gömrük rejiminə uyğun olaraq malların aparılmasının tətbiq olunan şərtlərlə yerlşdirilmısi və istifadə olunmasından ibarət gömrük rjimidir.

Sərbəst gömrük zonası Az R-nın qanunvericiliyi ilə mü.yy.n olunmuş qaydada yaradılır.

Sərbəst gömrük zonasının faliyyəti Az R-nın qanunvericilik aktlarının tləblərinə uyğun olmadıqda muvafi icra hakimiyyəti orqanı sərbəst gömrük zonası yaradılması barədə qərarı ləğv etmık hüququna malikdir.

Sərbəst anbar Az gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya aldıqdan sonra təsis olunabilər.

Sərbəst gömrük zonaları və Sərbəst anbarlsarda malların pərakndə satışı istisna olunmaqla, mallarla istehsal və kommersiya əməliyyatlarına icazə verilir.

Sərbəst anbarın təsis olunması üçün nzərdə tutulan bina və ya başqa yer gömrük nəzarətini təmin etmək məqsədilə lazım olan qaydada qurulmalı, zəruri olduqda onlar iki bağlayıcı qurğu ilə təhciz olunmalı və həmin qurğulardan biri Az R-nın gömrük orqanının srəncamında olmalıdır.

Sərbəst anbar sahibi yalnız Az vətndaşları ola bilr. Sərbəst anbar sahibləri: anbarda olan malların gömrük nəzartindən kənarda götürülməsinə imkan vermməli; Sərbəst anbar təsis olunması üçün lisenziyanın şərtlərinə əməl etmli, gömrük nəzarətinn və gömrük rəsmiləşdirilməsinin icra olunması üçün gömrük orqanlarının vəzafəli şəxslərinin anbara daxil olması üçün şərait yaratmalı və s. Xarici malların və Az mallarının sərbəst gömrük zonalarına gətrilmsi və ya onların sərbəst gömrük zonalarında yerləşdirilməsi zamanı gömrük rüsum və vergiləri alınmır və mallara iqtisadi siyasət tədbirləri tətbiq olunmur. Mallar sərbəst gömrük zonaları ərazisində və sərbəst anbarlardan Az-nın gmrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya mallar sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlardan Az-nın hüdudlarından knara topdan satış aydasında aparılarkən malın mənşyindn asılı olmayaraq gömrük rüsumları və vergiləri tutulur, iqtisadi siyasət tədbirlri tətbiq olunur.

Hazırda BMT-nın sənədlrində 30.000 –dən çox sərbəst zona qeydə salınmışdır.

Beynəlxalq hüquqi təcrübdə 1973-cü ildə çağırılımış VIII beynəlxalq KİTO konvensiyasının müəyyən etdiyi qtnamədə işlənmiş və hüquqi status almış qaydalarda istifadə olunur.

Malların ixracı – malların Az R-nın gömrük ərazisindn bu əraziyə qaytarılmaq haqqlnda öhdəlik götürülmədən aparılmasından ibrət gömrük rejimidir. Malların ixracı, ixrac gömrük rüsumları və vergilərinə. Başqa gömrük ödənişlərinə əməl olunması, iqtisadi siyasət tədbirlərinə riayət olunmasıdır.

Az R-nın vergi qanunvericiliyinə uyğun olaraq ixrac mallar vergidən azad oluna və ya ödənilən vergi məbləği qaytarıla bilər.

Təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınmaq və ya saxlanc itkiləri istisna olunmaqla, ixrac gömrük rejimi ilə buraxılan mallar Az-nın gömrük ərazisindən kənara çıxarılıarkən gömrük bəyənnaməsinin qəbul olunduğu andakı vəziyyətdə olmalıdır.

Malların ixrac əməliyyatları aparılarkən aşağıdakı amillərə xüsusi diqqət yetirilməlidir:

-xarici şəxslərlə bağlanmış müqavilə;

-istehsalçı ilə ixracatçı arasında bağlanılmış müqavilə (istehsalçı ixzrac etmədikdə);

-ixrac qiymətinin əsaslandırma arayışı;

-Az Rının başqa ölkələrdən gətirilən malları haqqında sənədlər;

Hazırda respublika ixracatında xüsusi əhəmiyyət kəsb edən nə onun iqtisadiyyatinin əsasını təşkil edən malların siyahısı verilir. Bunlar aşağıdakılardır:

Malın adı

XİFƏN kodu

1.neft və neft məhsulları

2709-2711,2713-2715

2.erlektrik enerjisi

271600 000

3.qara metallar

7201-7229,7301-7316

4.əlvan metallar

7401-7419,7601-7614

5.pambıq mahlıcı

5201-5203

Maların təkrar ixracı – xarici malalrın Az R-nın GM-nə və gömrük işi üzrə başqa qanunvricilik aktlarına uyğun olaraq idxal gömrük rüsumları, vergiləri alınmadan və ya qaytarılmaqla , həmçinin iqtisadi siyasət tədbirləri tətbiq olunmada ölkənin gömrük ərazisindən ixrac olunmasından ibrət gömrük rejimidir.

Malların Az-nın gömrük ərazisinə gətirilərkən bilavasitə və yalnız təkrar ixrac üçün gətirildiyi gömrük orqanına bəyan olunduqda onlardan idxal gömrük rüsumalrı, vergiləri alınmır, iqtisadi siyasət tədbirləri tətbiq olunmur, bu cür malların faktiki aparılması gömrük bəyənnaməsində qəbul olunduğu gündən 6 aydan gec olmayaraq həyata keçirilməlidir.

Təkrar ixrac oluana mallar aparılarkən, onlar üçün ödənilmiş idxal gömrük rüsumları və vergiləri aşğıdakı şərtlərlə qaytarılır:

-təbii aşınma nəticəsində dəyişikliklər və normal şəraitdə daşınma və ya saxlanc itkisi istisna olunmaqla təkrar ixrac olunan malları idxal olunduu andakı vəziyyətdə olmalıdır;

-malların təkrar ixracı idxal anından başlayaraq iki müddətində icraolunduqda;

-təkrar ixrac oluana mallar gəlir əldə etmək məqsədilə istifadə olunmamışdırsa.Az R-nın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan hallar istisna olunmaqla təkrar ixrac olunan mallar aparılarkən aparma üçün qüvvədə olan ixrac gmrük rüsumları, vergiləri alınmır, iqtisadi siyasət ətdbirləri tətbiq olunmur.



Malların məhv edilməsi – xarici smalların gmrük rüsumalrı, vergiləri alınmadan, həmçinin mallara iqtisadi siyasət tədbirləri tətbiq olunmadan onların gömrük nzarəti altında istifadə üçün yararsız hala gətirilməsin də daxil olmaqla məhv olunmasından ibarət gömrük rejimidir.Az R-nın qanunvericiliyi ilə müəyyən olumuş müstəsna hallarda təkrar idxal olunan mallara və digər Az mallarına da bu tətbiq oluna bilər. Ətraf mühitə ciddi ziyan dəyəcəyi halda gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi başqa hallarda malların məhvinə icazə verilmir.

Malların məhv olunması və ya tullantıların zərərsizləşdirilməsi dövlət nəzarəti altında və onların sahibinin və sahibi hesabına aparılır.



Dövlətin xeyrinə maldan imtina – gömrük rüsumları, vergiləri alinmadan, həmçinin, mallara iqtisadi siyasət tədbirləri tətbiq olunmadan şəxsin maldan imtina etməsindən ibarət gömrük rejimidir. Dövlətin xeyrinə maldan imtina edilməsinə qanunvericiliklə müəyyən olunan qaydada gömrük orqanlarının icazəsi ilə yol verilir. Imtina olunmuş malların dövltin sərəncamına keçirliməsi dövlət üçün hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.

Avtonəqliyyat vasitələrinə baxış – texniki cəhətdən baxış əməliyyat olmaqla xüsusi peşə hazırlıq tələb edir. Həmçinin bu baxış nəqliyyat vasitələrinin konstruksiya xüsusiyyətlərinə yaxından bələd olan inisturimentlərl, texniki mexanizimlərlə peşakarlıqla hərəkət etmə bacarığı tələb edir.

Avtonmobil nəqliyyatına baxış həmişə olduğu kimi bilavasitə rejim zonalarının avtimabil keçidlrində baxış bokuslarında və baxış üçün düzldilmiş tam təchiz olunmuş xüsusi çalaları qaldırıcı kranı olan yerlrdə aparılır.

Mallar, əl yükləri və baqajla rsmiləşdirilərkən ona aşağıdakı hallarda nəzrət oluna bilər:

-bilavasitə nəqliyyat vasitlri aşkar olunduqda;

-yüklə yaxud boşaltdqdan sonra peronda, olduqda, gömrük zalında, avtomobil keçidlrində.

Gətirilən avtomobilin gömrük rəsmiləşdirilməsi (yügül yaxud yük) onun gələcək istismarı, yaxud gömrük ərazisində satışı təşkil etməyinm öz xüsusiyyətləri vardır.

Hazırki şəraitdə avtomobilə, həmçinin nəqliyyat vasitəsi kimi baxılır, onu avtomobilə keçirə sürücüsü və onunla birlikəd gedənlər, başqa şəxslər sərnişin, onların əl yükləri baqajları isə mal hesab olunur.

Malların (avtomobil) və yaxud şəxsin gömrük sərhədindən keçirilməsi üçün hər hansı bir güzəşt verilməsinə baxmayaraq onların gömrük nəzarəti altında çatdərəlması vacib sayılır və bu prosedura hər hansı bir şəraitdə tətbiq olunur.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə