Azərbaycan Respublikasında gömrük işinin təşkili


Gömrük orqanlarında ilkin əməliyyatların təyin edilməsi tətbiqi qaydaları



Yüklə 0,53 Mb.
səhifə2/7
tarix17.11.2018
ölçüsü0,53 Mb.
#84151
1   2   3   4   5   6   7

3. Gömrük orqanlarında ilkin əməliyyatların təyin edilməsi tətbiqi qaydaları.

Müəyyən edilmiş qaydaya uyğun və səraitdən aslı olaraq mallarin və nəqliyyat vastələrinin gömrük sərhəddindən keçirilməsi gömrük rəsmiləşdirilməsi prosesinin iki fərqli cəhəti mövcuddur:ilkin əməliyyatların aparılması və əsaslı gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi.

İlkin əməliyyatların əsaslı gömrük rəsmiləşdirilməsinin laparılması əsaslaşdirılır və tezləşdirilir.Əsaslı gömrük rəsmiləşdirilməsi mallarin və nəqliyyat vastələrinin deklarasiya prosesində müvafiq gömrük rejimində yerləşdirilməsini özündə əks etdirir.Bununlla əlaqəda gömrük nəzarətinin həyata keçirilməsi parosesində gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatlar anlayışına onun məzmunu və qaydalarına təyinatına diqqət yetirək.

Gömrük işinin təşkilində mallarin və nəqliyyat vastələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər olan əməliyyatlara ilkin əməliyyatlar deyilir.

İlkin əməliyyatlar mallarin və nəqliyyat vastələrinin və onların müəyyən gömrük rejimi altında terləşdirilməsinin əsaslaşdırılmasına və tezləşdirilməsinə xidmət edir.

İlkin əməliyyatlar zamanı gömrük orqanları Arərbaycan Respublikasına gömrükətirilməsi və aparılması qadağan olunmus mallar və nəqliyyat vastələrinin gömrükətirilməsinə və aparılmasına yol vermirlər

İlkin əməliyyatlar əsas gömrük rəsmiləşdirilməsində başlamasına hazırlıq kimi olduqca rəsmiləşdirilməngarəngdir və əsas gömrük rəsmiləşdirilməsi üçün çox vacibdir.

Onların ən tipik forması aşağıdakılardır:



  • Sahihiblkarlıq fəaliyyəti ilə məşğul olan subyeklt kimi məsul şəxsin qeydiyyatdan keçməsi və gömrük orqanlarına təqdim etmək üçün müvafiq sənətlərin verilməsi

  • Xarici iqtisadi fəaliyyət iştirakçılarının lisnziya və başqa dövlət orqanlarından icazə sənətlərinin alınması:pasport,gömrük vergiləri vermək barədə təsdiq edici sənət,gömrük nəzarətindən keçirilən malların dşınmasında istifadə olunan nəqliyyat vastələrinin (konteynerin) yararlliı olmasını təsdiq edən sənəd,malların yararlılığına dair malların sertifkatı,gömrük məqsədləri üçün başqa sənətlər

  • Gömrük sərhəddindən keçən və yaxud malların nəqliyyat vastələrini gömrük sərhəddindən çıxarmaq barədə gömrük orqanlarının məlumatı

  • Göndərişə dair müqavilənin bağlanması,daşınma,bəyannamə və nəqliyyat ekspertizası

  • Malların yoxlanması məqsədilə prob və nümunələrin götürülməsi

  • Gömrük orqanlarına müvəqqəti və qısa bəyannamənin təqdim edilməsi

  • Malların saxlanc müvəqqəti anbarına verilməsi

Qeyd edildiyi kimi ilkin gömrük rəsmiləşdirilməsi mallarin və nəqliyyat vastələrinin gömrük sərhəddindən buraxılmasının sürətləndirilməsinə istiqamətləndirilməklə yanaşı hım də qadağan edilən malların nəqliyyat vastələrinin idxal və ixracının qarşısının alınmasına imkan verir

  1. İdxal və ixracınqadağan edilməsi və məhdudlaşdırılması.

Beynəlxalq və Arərbaycan Respublikasının təcrübəsinə uyğun olaraq fiziki və hüquqi şəxslər qanunçuluqda müəyyən edilmiş qayda istisna olmaqla mallarin və nəqliyyat vastələrinin idxal və ixracınıdan məhrum edilə bilməzlər.Ayrı-ayrı mallarin və nəqliyyat vastələri fəaliyyətində olan şəxslər tərəfindən idxal və ixracinın məhdudlaşdırılması və qadağan edillməsi həmçinin müəyyən qurup şəxslərlə mallarin və nəqliyyat vastələrinin idxal və ixracinin məhdudlaşdırılması və qadağan edilməsi ümumdövlət tədbirləri hesab olunur.Məhdudiyyət və qadağa ayrı-ayrı ölkəkələrədə tətbiq edilə bilər. Arərbaycan Respublikasınin milli maraqlarına həmçinin beynəlxalq müqavilələrə əsasən qanunçuluğa uyğun olaraq intelektual fəaliyyətinin nəticəsi kimi mallarin və nəqliyyat vastələrinin nəticəsi kimi mallarin və nəqliyyat vastələrinin idxal və ixracına qadağa qoyula bilər.

Qadağan edilən mallara aşağıdakəlar aid edilir:



  1. Bütün növ hərbi məqsədli silahlı və onların ehtiyyat hissələri

  2. narkotik psixotrop maddələr, həmçinin çəkmə məmulatıkimi opium həşiş

  3. İntelektuall fəaliyyətin nəticəsinə (çap olumuş məhsullar,kino şəkil,audio və video matreallar,maqnitli informasiya daşıyıcıları),dövlət quruluşunun dağıdılmasına iştiqamətləndirən tədbirlərə ərazi bütövlüyünün pozulması hallarına dövlətin müstəqilliyinə solsial,milli və dini zəmində qarşıdurmanınqızışdırılmasına, eyni zamanda parnoqrafik məzmunlu martealllar

  4. Arərbaycan Respublikasının ərazisində saxlamaq, yaxud yandırmaq məqsədilə gömrükətirilməsi nəzərdə tutulan təhlükəli tullantılar

  5. dağıdıcı maddələr və onların məhsulları

Arərbaycan Respublikasında aparılması qadağan olunan mallara aiddir:

  1. Hərbi məqsədli bütün növ silahlar, onların ehtiyyat hissələri və hərbi yülklər

  2. Narkotik və psixotrop maddələr

  3. Qiymətli kağızlar (müəyyən həcmdə)

  4. İncəsənət əsərləri və tarixi əşyalar,incəsənət tarixi,elmi mədəni əhəmiyyəti kəsb edən intelektual fəaliyyəin başqa nəticələri

  5. Arərbaycanın marağına həmçinin vətəndaşların hüquqlarına ziyan vura bilən matreallar,məlumatlar

  6. Nəsli kəsilməkdə olan və qanun vericilikdə qadağan edilmiş heyvanlar onların dəriləri və buna uyğunbaşqa əşyalar.Lakin a və b maddələr üzrə malların ixracı və a b d və f maddələr üzrə malların idxalı Arərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş formada həyata keçirilə bilər.

Mallarin və nəqliyyat vastələrinin idxal və ixracının məhdudlaşdirilmasında gömrükəldikdə isə bu dövlətin iqtisadi siyasətinə uyğun olaraq aparılır və bunlara aşağıdakəlar aiddir

    1. Arərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi

    2. Arərbaycan Respublikasının iqdisadi əsaslarının və suverenliyinin qorunması

    3. Daxili istehlak bazarının qorunması

    4. xarici dövlətin onların mütəfiqlərinin ölkənin milli maraqllarına onun qüdrətinin zəiflədilməsinə yönəldilmiş əks hərəkətlər

    5. Xarici iqtisadi fəaliyyətinin miqyasının azldlilmasına

    6. Başqa nibətən vacib məsələlərə məhdudlaşmalər qanunvericilik və beynəlxalq müqavilələrə müvafiq olaran müəyyənləşdirilir

Bu cür məhdudiyyətlər dünya təcrübəsində geniş yayılmış məhsulların sertifikatlaşdırılması sisteminə və aşağıdakı naliyyətlərənail olmaq məqsədlərinə yönəldilir:

  1. Azərbaycanın vahid mal bazarında müəssisələrinin fəaliyyəti həmçinin onların beynəlxalq iqtisadi elmi texniki əməkdaşlıqdavə dünya ticarətində iştirakı üçün şərait yaratmaq.

  2. istehlakçılarla qarşılıqlı əlaqədə olmaqlatələbata müvafiq məhsuların seçilməsi

  3. istehlakçiları məhsuliyyətsiz istehlakçılardan,satıcılardan qorumaq

  4. Ətraf mühitdən məhsulların təhlükəsizliyinin qorunması,adamların həyatına ,sağlamlığına və əmlakına nəzarət

  5. Təsdiq olunmuş keyfiyyət göstəricisinə əsasən məhsulların hazırlanması



  1. Mallara və nəqliyyat vastələrinə Gömrük nəzarətinin nümunəvi sxeminin təşkili

Gömrük nəzarətinin təşkilinin birinci dərəcəli məsələsi gömrük şəbəəkəsinin və onun struktur bölməsinin təkminləşdirilməsi xarici iqtisadi əlaqə iştirakçıları ilə əlbir fəaliyyət göstərmək xarici iqtisadi fəaliyyətin nisbətən intensiv aparılması yerlərdə malların gömrük sərhəddindən keçirilməsində və onun fiziki şəxslərinin sayının müəyyən edilməsində vaxta qənaət etməkdir.

Gömrük nəzarətinin nümunəvi sxeminin təskili gömrük orqanları sisteminin xidməti fəaliyyəti zamanı müəssə və təşklatlar arasinda gömrük sərhəddindən mallarin və nəqliyyat vastələrinin və şəxslərin keçirilməsində mövcud olan münasibətləri əks etdirir.Beləki malların ixracı və şəxslərin gedişi aşağıdakı tədbirləri özündə əks etdirir



    1. Mallarin və nəqliyyat vastələrinin gömrük sərhəddindən keçirilməsi zamanı gömrük orqanlarına təcili teleqram məhsullarının çatdırılması

    2. Mallarin nəqliyyat vastələrinin və müvafiq şəxslərin sənədləlrin gömrük orqanlarına təqdim edilməsi

    3. Mallarin nəqliyyat vastələrinin və onların sənədlərinin rəsmiləşdirilmək üçün gömrük nəzarətinə götürülməsi

    4. Gömrük təyinatı üzrə mallarin nəqliyyat vastələrinin vəonların sənədlərinin gömrük rəsmiləşdirilməsinə verilməsi

    5. Gömrük təyinatı üzrə gömrükətirilən mallarin nəqliyyat vastələrinin və onların sənətlərinin nəzarət üçün çatdırılması

    6. Gömrük təyinatı üzrə gətirilən mallarin və nəqliyyat vastələrinin gömrük nəzarətinə götürülməsi

    7. Mallarin və nəqliyyat vastələrinin sənədlərinin gömrük təyinatı üzrə göndərilməsinə dair gömrük teleqrafının verilməsi

    8. Malların anbarlarda müvəqqəti saxlanc üçün yürləşdirilməsi

    9. Gömrük orqanlarının gömrük bəyannaməsini qəbul etməsi

    10. Gömrük orqanlarının gömrük bəyannaməsinin qəbull etdikdən sonra malarda gömrük nəzarəti rəsmiləşdirilməsinin aparılması

    11. Gömrük rəsmiləşdirilməsinin başa catdırılması və onun nəticələrinə görə müvafq qərarların qəbulu

Verilən sxem gömrük nəzarətinin təşilinin təşkilinin ancaq keyfiyyətcəvacib istiqamətlərinə baxmağa imkan verir.Öz növbəsində hər bir istiqamət özündə daha çox əməliyyatları müvafiq reqlamentləşdirici normativ sənətləri birləşdirir.

Gömrük nəzarətinin təşkilinə dair nümunəvi sxemin əsas istiqamətlərinin təşkillləşdirilməsi aşağıdakəları özündə birləşdirir:



  1. Gömrük nəzarətinin təşkili mexanizminin təkminləşdirillməsi

  2. Mallarin və nəqliyyat vastələrinəbaxış müddətinin azaldılması və keyfiyyətinin yüksəldilməsi

  3. Gömrük ödənişlərinin ödənilmə müddətinin qisaldılması

  4. Gömrük proseduralarınin sənədlərinin rəsmiləşdirilməsmiləşdirilməsinin təkminləşdirilməsi

  5. Ölkənin ümumi təhlükəsizliyinə və iqdisadiyyata vurulan ziyana görə əhalinin xəbərdar edilməsi

  6. Malların və şəxslərin kateqoriyalarından asili olaraq onların gömrük sərhəddindənkeçirilməsinə ldair dəqiq texnalogiyanın hazırlanması və ona nəzarətin habelə keçirilməsində xərclərin aşağısalınması

  7. Gömrük rəsmiləşdirilməsi yerinə tam həcmdə malların çatdirlmasının təmin edilməsi

  8. Gömrük xidmətinin başqa hüquq orqanları ilə birgə hərəkətinədair əsas istiqamətlərin işlənməsi və habelə keçirilməsitədbirlərinin təkminləşdirilməsi

  9. Mallarin və nəqliyyat vastələri gömrük sərhəddindən qeyri-qanuni keçirilməsinə qarşı nəzarətin təkminləşdirilməsi

  10. Malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin təmin edən birgə hazirlanmış texnalogiyanın köməyi ilə nəqliyyat təşkilatları ilə qarşılıqlı münasibətlərin yaxşılaşdirılması və nəqliyyat xərclərinin aşağı salınması

Yuxarıda qeyd olunanlardan göründüyü kimi təkcə gömrük orqanlarının təşkilatı quruluşunun təkminləşdirilməsi nəticəsində bütünlüklə və eləcədə gömrük nəzarətinin təşkilində yülksək nəticəyə nail oluna bilər.

Mövzu 3

Gömrük nəzarətinin prinsipləri və formaları

Plan:

  1. Gömrük nəzarəti formaları

  2. Gömrük nəzarəti formalarının seçilməsi

  3. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə



    1. Gömrük nəzarətinin formaları.

Gömrük qanunvericiliyində gömrük nəzarətinin aparılmasının aşağıdakı formaları əsas hesab edilir:



  • Gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanması;

  • Gömrük yoxlanması (malların və nəqliyyat vasitələrinin yoxlanılması, gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlama);

  • Malların və nəqliyyat vasitələrinin uçotu;

  • Fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;

  • Uçot və hesabat sisteminin yoxlanılması;

  • Müvəqqəti saxlanc anbarlarının, gömrük anbarlarının, sərbəst

anbarların, sərbəst gömrük zonalarının, rüsumsuz ticarət mağazalarının və gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin ola biləcəyi digər yerlərin ərazi və binaların yoxlanması, həmçinin icrasına nəzarət respublikanın gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi digər yerlərə baxış keçirilməsi nəzərdə tutulan yerlər.

Bununla yanaşı gömrük işinə dair rspublikanın digər qanunvericilik aktlarında nəzərdə tutulan və ona zidd olmayan digər formalar da aid edilir.

Gömrük nəzarətinin bir neçə formasına nəzər salaq.

Gömrük məqsədləri üçün lazımi sənədlərin, məlumatların yoxlanılması, sənədlərin öyrənilməsi, onların rəsmiləşdirilməsinin müəyyən edilmiş norma və qaydalara müvafiq olaraq doldurulamsını nəzərdə tutur. Gömrük nəzarətinin bu formasını onun başqa formaları ilə: baxış, yoxlama, uçot və s. əvəz etmək olar. Lakin ayrı-ayrı hallarda gömrük nəzarəti ancaq sənədərin yoxlanılması ilə başa çata bilər. Gömrük məqsədləri üçün sənədlər öz təyinatına görə aşağıdakı qruplara bölmək olar:



  • Nəqliyyat;

  • Ticarət;

  • Gömrük və s. .

Nəqliyyat sənədlərinə aiddir:

  • qaimə;

  • ötürücü cədvəl;

  • baqajların qəbzi və s. .

Ticarət sənədlərinə daxildir:

  • Müqavilə;

  • Uçot;

  • Faktura;

  • Qablaşdırma listi və s. .

Gömrük sənədlərinə gömrük orqanlarının verdiyi, yaxud onların iştirakı ilə rəsmiləşdirilən sənədlər aid edilir. Məsələn, gömrük anbarının açılmasına dair lisenziya, müvəqqəti saxlanc anbarı, rüsumsuz ticarət mağazası, gömrük rəsmiləşdirilməsini aparan mütəxəssislərə verilən dərəcə attestatı, nəzarətə çatdırılma sənədləri, gömrük dəyərinin əsasnaməsi, yük gömrük bəyannaməsi, gömrük nəzarətinə gətirilmək üçün nəqliyyat vasitələrinin buraxılmasına dair vəsiqə və s.

Sair sənədlərə təsisedici şəxsin xarici xarici iqtisadi fəaliyyətin həyata keçirilməsini hüquqi cəhətdən təsdiq edən müxtəlif dövlət orqanlarının sənədləri aid edilir. Məsələn, baytarlıq və fitosanitariya nəzarətinin həyata keçirilməsinə müxtəlif orqanların icazəsi, mədəniyyət nazirliyinin icazəsi və s.

Gömrük nəzarətinin baxılan formasına misal kimi malları və nəqliyyat vasitələrini gömrük sərhəddindən keçirən şəxsin, gömrük brokerinin, yaxud, fəaliyyət göstərən başqa şəxsin, nəzarətin aparılması həvalə edilən gömrük orqanlarının maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılması xidmət edə bilər. Odur ki, gömrük orqanlarının vəzifəli şəxsi hər hansı bir sənədi (bank sənədləri də daxil etməklə) və xarici iqtisadi fəaliyyətlə bağlı informasiyanın gömrük işinə aid olan sənədləri tələb edə bilər.

Gömrük baxışı (mallara və nəqliyyat vasitələrinə baxış, fərdi baxış) faktiiki nəzarəti özündə əks etdirir.



Gömrük baxışı – idarəedici heyətin fəaliyyəti kimi malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin qanuniliyini müəyyənləşdirmək məqsədi daşıyır vəə özündə aşağıdakıları birləşdirir:

  • mallara dair məlumatları yoxlamaq, bununla əlaqədar dövlət orqanlarının icazə sənədlərini yoxlamaq;

  • idxal və ixrac üçün qadağan edilmiş malların qarşısını almaq;

  • örtülü aparılan malların, həmçinin sənədsiz keçirilən malları aşkar etmək;

  • başqa məqsədlər üçün nəzərdə tutulan malların xarakterisitikasını müəyyənləşdirmək.

BAXIŞ:

  • taranın açılması və malların adlarına əsasən yoxlanması;

  • malların miqdarının hesablanması;

  • vacib olduğu şəraitdə malların keyfiyyətcə qiymətləndirilməsi;

  • bütün yerlərin yoxlanılması, konstruktiv xüsusiyyətlər nəzərə alınmaqla malların gizlədilməsi mümkün olan yerləri, nəqliyat vasitələrinin saxlanc yerlərini yoxlamaq yolu ilə həyata keçirilir.

Yuxarıda göstərilən məqsədə nail olmaq younda gömrük nəzarətində texniki vasitələrin tətbiqindən geniş istifadə olunur:

  • hesabatda olan yük yerlərinin miqdarına baxmaq, onlarsız seçmə yolu ilə gizli yerləri və bağlı yük yerlərini açmaq;

  • hesabatda yük yerlərindəki predmetlərin miqdarına ( seçmə formasında və ya bütünlükdə ) baxmaq;

  • nəzərdə tutulmuş qaydada müvafiq malların xarakterindən asılı olaraq prob və nümunələr götürməklə baxışın keçirilməsi;

  • gizli yerlərdə aşkar edilmiş mallara, qaçaqmalçılıq yolu ilə keçirilmiş əşyalara baxış.

Gömrük qanunvericilyinə uyğun olaraq gömrük baxışı üçün nəzərdə tutulan malların siyahısı müəyyən edilmişdir. Onlara aşağıdakı mallar aiddir:

  1. aksiz vergisinə cəlb olunan, yaxud aksiz xarakterli malların sənədinin yazılan hissəsi;

  2. gömrük rüsumlarına cəlb olunmaq üçün nəzərdə tutulanlar;

  3. tarifsiz tənzimlənməyə cəlb olunanlar;

  4. adlarına görə göstərilən maddələrə yaxın olanlar.

Mallara və nəqliyyat vasitələrinə baxış gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin ayrı-ayrı mərhələlərinin özündə əks etdirir. Hansı ki, onun nəticəsində gömrük baxışına dair akt tərtib edilir. Gömrük baxışının belə formalarını nəzərdən keçirərkən fərdi şəxslərə tətbiq olunan şəxsi yoxlamanın ayrıldıqda aparılması xüsusi maraq doğurur.

Gömrük nəzarətinin müstəsna forması olan şəxsi yoxlama gömrük sərhədindən keçən və ya gömrük nəzarəti formasında fiziki şəxsin icrasına nəzarət, gömrük qanunvericiliyə uyğun olaraq beynəlxalq müqavilələrin pozulmasının obyekti olan malları üstündə gizlətməsi haqında kifayət qədər əsas olduqda, gömrük orqanı rəisi və ya onu əvəz edən şəxsin qərarı ilə aparılır. Şəxsi yoxlama başlamazdan əvvəl gömrük orqanının vəzifəli şəxsi yoxlama aparılması haqqında qərarını fiziki şəxsə bildirməli, gizlətdiyi malları və əşyaları könüllü olaraq verməyi təklif etməlidir. Şəxsin yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə gömrük orqanlarının vəzifəli şəxsi tərəfindən aparılmalıdır.

MALLARINVƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN UÇOTU.

Gömrük nəzarətinin bu forması gömrük orqanlarına gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin, gömrük anbarlarında, müvəqqəti saxlanc anbarlarında gömrük daşıyıcısının apardığı malların və s. Statistika və uçot işlərinin aparılmasını həyata keçirir. Uçot malların və nəqliyyat vasitələrinin informasiyasına dair müxtəlif jurnal və kitablara aparılan qeydiyyatlar əsasında yerinə yetirilir. Buna sərhəddən keçirilən malların informasiyasını özndə əks etdirən Dövlət Gömrük Baxışı ( DGB ) qeydiyyat jurnalı, Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin uçotu jurnalı və s. aid edilir.

FİZİKİ VƏ VƏZİFƏLİ ŞƏXSLƏRİN ŞİFAHİ SORĞUSU.

Gömrük nəzarətinin bu forması gömrük sərhədindən keçən vətəndaşların əşyalarına nəzarəti həyata keçirir. Gömrük orqanının əməkdaşları şifahi soröu ilə qadağan olunmuş malların, valyutanın vətəndaşlar tərəfindən idxal və ixracına nəzarət edir, onların miqdarının müəyyənləşirir və bbuna qarşı qanunvericilikdə nəzərdə tutulmuş forma və qaydalardan istifadə edilir.

UÇOT VƏ HESABAT İŞLƏRİNİN YOXLANILMASI.

Gömrük nəzarətinin bu formasına gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında saxlanılan malların uçotunun vəziyyətinə nəzarət misal ola bilər.

Gömrük orqanı anbarlarda saxlanılan malların və nəqliyyat vasitələrinin inventarlaşdırılmasını aparır. Bununla əlaqədar müvəqqəti saxlanc anbarlarına ( MSA ), ərazi və binalar rüsumsuz ticarət mağazasına, azad anbarlara, azad gömrük zonalarına, malların və nəqliyyat vasitələrinin ola biləcəyi başqa yerlərə baxış keçirilir, gömrük nəzarəti altında və nəzarət üçün tutulan mallar müəyyənləşdirilir, uçot və hesabatı dəqiqləşdirilir.

Gömrük orqanları gömrük nəzarət altında olan malların və nəqliyyat vasitələrinin, həmçinin gömrük ödənişləri ödənilməmiş və ya bu sahədə gömrük güzəştləri verilmiş malların istənilən vaxt inventarlaşdırılmasını aparmaq hüququna malikdir.

Gömrük qanunvericiliyinə müvafiq olaraq, gömrük nəzarəti başqa formada, məsələn, müşahidə, müayinə etmək, təhlil və s. yolla aparıla bilər.

GÖMRÜK NƏZARƏTİNİN ƏSAS FORMASI – malların və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılması, mallara və nəqliyyat vasitələrinə gömrük baxışı, malların və nəqliyyat vasitələrinin gömrük müayinəsi hesab olunur.



2.GÖMRÜK NƏZARƏTİNİN FORMALARININ SEÇİLMƏSİ.

Gömrük orqanları gömrük nəzarətinin aparılmasında onun elə formalarından istifadə edirlər ki, həmin nəzarət forması mövcud gömrük qanunvericiliyinin tələblərinə uyğun gəlməklə onu lazımi səviyyədə təmin etsin. Gömrük nəzarəti formalarının seçilməli və təminatlı olması onun təşkilinin əsas prinsipi hesab olunur. Məsələn, Vyana konvensiyasına uyğun olaraq diplomatik münasibətlərlə əlaqədar Azərbaycan Respublikasında olan xarici ölkə diplomatlarının başçıları, həmçinin onlara bərabər tutulan şəxslər, əgər həmin şəxs xidməti işlə əlaqədar sərhədi keçirsə, şəxsi yoxlama da daxil edilməklə, bütün növ gömrük yoxlamasından azad edilir. Belə bir şəraitdə ancaq sənədlərin yoxlanılması nəzarət forması həyata keçirilir.

Gömrük nəzarəti formalarının seçilməsi əksər hallarda gömrük sərhədindən keçirilən malların xarakterindən və dəyərindən onun yerləşdirilməsi üçü tətbiq olunan gömrük rejimi növündən asılıdır. Belə ki, Az. Res-nın gömrük ərazisində gətirilən və azad dövriyyəyə buraxılmaq üçün nəzərdə tutulan, gömrük rejimi altında gömrük anbarlarında yerləşdirilən mallar gömrük orqanlarına təqdim edilməli və həmin mallarda gömrük rəsmiləşdirilməsi aparılmalıdır. Ona görə də eyinləşdirilmiş baxışdan sonra hər növ adlar üzrə mallarda 50%-dən az olmayaraq yoxllama keçirilir. Əgər bütün hallarda təqdim olunan mallar:


  • malların siyahısı və ya kodu, həmçinin istehsal olunduğu ölkə və ya gömrük sənədləri fərqlənirsə;

  • idxal (ixrac) olunan malların bir partiyasının tərkibində də gömrük ödəmələrinin səviyyəsi yüksək olan ( əgər mallar üçün nəzərdə tutulan gömrük rüsumlarının, vergilərin məbləği gömrük dəyərinin 15%-ni keçərsə ) və aşağı səviyyədə gömrük ödəmələri (əgər mallar üçün nəzərdə tutulan gömrük rüsumları, vergilər gömrük dəyərinin 15%-dən yuxarı deyilsə ) olduqda həyata keçirilir.

Eyni zamanda gətirilən mallar gömrük rüsumlarına və vergilərə cəlb olunmursa, onda belə mallara ancaq eyniləşdirilmiş baxış keçirilir.

Gömrük orqanlarında ölkədə silahların, onların ehtiyyat hissələrinin, narkotik və psixotrop maddələrin, çap olunmuş məhsulların, kino lentlərinin, şəkil audio və video materialların faşizm təbliğatının, sosial, millətlərarası və dini zəmində ədavətin qızışdırılması yönlü materialların aparılması, və ölkəyə gətirilməsinə nəzarətə xüsusi əhəmiyyət verilir. Bu məsələnin həlli yolunda gömrük orqanları mütəmadi olaraq 100%li yoxlama aparılır, hava gəmilərinə və onlarla gələn sərnişinlərə, onların əl yüklərinə və baqajlarına baxış keçirilir. Lakin faktiki olaraq bütün hava gəmilərini və onların sərnişinlərini 100 % yoxlamaq mümkün deyil. Ona görə də bu qəbildən olan yoxlamalar seçmə xarakter daşıyır.



3.Gömrük nəzarətinin müəyyən formalarından azadetmə.

Gömrük qanunvericiliyində gömrük nəzarətinin təkcə gömrük baxışı formalarından azadetməyə baxılır. Bununla əlaqədar gömrük nəzarətindən azad edilən müəyyən şəxslərin, malların və nəqliyyat vasitələrinin siyahısı tərtib olunur.

Gömrük nəzarətinin müəyyən formalarından azadetmə bilavasitə Gömük məcəlləsinin 185-ci maddəsi ilə müəyyən olunur. Gömrük yoxlamasına aid edilmir:


  • Az. Res-sı Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajı;

  • Özdeputat və xidməti vəzifəsinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Az. Res-sının Milli Məclisinin deputatlarının, Nazirlər Kabineti üzvlərinin şəxsi baqajları;

  • Öz yolunu davam edən xarici gəmilərin hərbi və hərbi nəqliyyat, hava gəmiləri, eləcə də onların texnikası;

  • Az. Res-sının dövlətlərarası müqavilələrinə uyğun olaraq gömrük nəzarətinin müəyyən formalarından azadetmə, bu müqavilələr təsdiq edildikdən sonra həyata keçirilir.

Diplomatik poçtun rəsmiləçdirilməsi buna misal ola bilər. Gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanlarının vəzifəli şəxsləri beynəlxalq konvensiya qaydalarına uyğun olaraq diplomatik poçta göndərişlərinə xaricdən baxış keçirir və siyahı tərtib edir.

Bununla yanaşı gömrük yoxlamasından azadetməyə dövlətin həyati maraqlarına cavab verən Azərbaycan Respublikası Gömrük Komitəsinin vəzifəli çəxsləri də aid edilir.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin