Azərbaycan Respublikasında gömrük işinin təşkili


Mövzu 5: Gömrük Yük Bəyənnaməsinn tətbiqi



Yüklə 0,53 Mb.
səhifə4/7
tarix17.11.2018
ölçüsü0,53 Mb.
#84151
1   2   3   4   5   6   7

Mövzu 5:

Gömrük Yük Bəyənnaməsinn tətbiqi.

Plan:

  1. Malların və nəqliyyat vasitələrnin sənədləşdirilməsində GYB-nin əsas sənəd kimi istifadə olunması.

  2. GYB əsas bölmələrinin xarakteristikası.

  3. GYB tətbiqi ilə gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün vacib olan sənədlər.

  4. GYB-nin təbiqində gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin aparılması ardıcıllığı.

1.Malların və nəqliyyat vasitələrnin sənədləşdirilməsində GYB-nin əsas sənəd kimi istifadə olunması.

Az R-nın gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar, nəqliyyat vasitələri respublikanın gömrük orqanlarına bəyan olunur. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi və s.) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında dəqiq məlumat verilməsi yolu ilə həyata keçirilir. Bəyənnamə formasını və qaydalarını, həmçinin, gömrük məqsədləri üçün lazım olan məlumatların siyahısını gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. Malları, onların gömrük rəşmilədirilməsini həyata keçirən gömrük orqanı bəyan edir.

Dəniz və çay gəmilərinin respublikanın , yaxud ölkənin ərazisində yola düşdükləri su və ya hava limanında bəyan olunur.

Qeyd olunduğu kimi YGB-nin müxtəlif formalarından istifadə olunur.

Şifahi bəyənnamə sərnişinlərin baqajlarının və əl yüklərinn gömrük rəsmiləşdirilməsi zamanı tətbiq oluna bilər. Bəyənnamənin bu formasına sərnişinlərin beynəlxalq hava limanında “yaşıl koridordan” keçməsi misal ola bilər.

Təcrübədə müxtəlif formada gömrük bəyənnaməs fəaliyyət göstərir. Məsələn, fiziki şəxsin əşyalarının gömrük rəsmiləşdirilməsi, poçt göndərişlərinin gömrük rəsmiləşdirilməsi.

Ticarət dövriyəsində bəyənnamənin yazılı forması və məlumatların elektron ötürülməsi yolu ilə də bəyənnaməsi tətbiq olunur.

Malların bəyənnaməsində istifadə oluana əsas sənəd YGB-dir.

YGB – malların respublikanın gömrük ərazisindən keçirilməsi, onların gömrük rejimi altında yerləşdirilməsi, gömrük rejiminin dəyişdirilməsi zamanı Az. R-sı DGK tərəfindən müəyyən olunmuş rəsmi sənəddir.

YGB bölmə və qrafaların dodurulması malların gömrük rejimində yerləşdirilməsinə uyğun olaraq aparılır. Bundan əlavə müxtəliv kateqoriyalı mallar üçün bir gömrük rjimi səviyyəsində YGB balnklarının özünəməxsus dodurulma qaydası mövuddur: humanitar yardımların rəsmiləşdirilməsi; gömrük orqanlarından uzaq yrlərdə olan mallar və s.

YGB-nin doldurulmasına görə görmük orqanlarının tələbi lazımi qədər möhkəmdir. YGB qarışıq yazılı, əzilmiş, çirklənmiş formada yox, təmiz və aydın olmalıdır. Düzlişlər səhv məlumatın üstündən xətt çəmək və onun üzərində əl vasitəsi və ya makina yazısı ilə aparılmalıdır.

YGB balnkalrın Az dilində, makina və ya komputer vasitəsilə doldurulmalıdır.YGB şunurlanmış vərəqdən ibarət olub, GB1 formasında (əsss vərəq) və malların partiyası bir bir neçə maldan ibarət olduğu halda GB2 formaslnda (əlavə vərəq) istifadə olunur. Əsas vərəq YGB bir adda olan mallar haqqında məlumat üçün istifadı olunur. hər bir əlavə vərəq əlavə 3 adda malları bəyanetməyə imkan yaradır.

Ygb blankların Gb1 formasında özündə 54 rəqəm və 4 ( A, B, C, D) hərfi qrafalarını əks olunur. YGB vərəqləri aşağıdakı kimi bölüşdürülür:



  • YGB-nin birinci nüsxəsi gömrük orqanında və xüsusi arxivdə saxlanılır;

  • YGB-nin ikinci nüsxəsi gömrük orqanının statistika şöbəsində qalır;

  • YGB-nin üçüncü nüsxısi deklaranta qaytarılır;

  • YGB-nin dördünçü nüsxəsi:

  1. mallarına ixracı zamanı yola salanla birlikdgmrük məntəqəsindən sərhəddə buraxılmaq üçün göndrilir;

  2. malların ixracı zamanı gömrük rsmilşdirilmsi aparmaq üçün gömrük orqanlarının gömrük dəyəri şöbəsind qalır.



2.GYB əsas bölmələrinin xarakteristikası.

YGB-ni bir çox informasiya blokuna ayırmaq və ya bölməlrə ayırmaq olar:



  1. gömdərişin ümumi xaraktristikası (qrafa 1,3-6) – bu blok görmük rjimi barədə anlayış verir: malların yerləşdirilmsi; malların miqdarı və s.

  2. mövcud xarici ticarət bağlaşmasında gömrük rəsmiləşdirilməsinin iştirakçısı olan xarici şəxs (qrafa 2, 8, 9, 14). Burada söhbət malların alıcısından, kontraktı saxlayan və ya kontrakt əsasında fəaliyyt göstərən şəxsdn gdir;

  3. coğrafi blok ( qrafa 11, 15-17) – ticarə aparan ölkənin kodunu əks etdirir. Az R-na ixrac oluana mallar və onların kodu. Bu blokda YGB-nin 34-cü qrafasında aparılır.

  4. Nəqliyat bloku (qrafa 12, 20, 22-24, 28) – idxal və ixrac əməliyyaqtlarının dəyərini qiymətləndirir, göndəriş şərtlərini əks etdirirrrr, göndəriş yerinə alıcı və satıcının mallara hüququ, vuyuta gəlirlərinin daxilolma müddəti, valyuta kursu, maliyyə tənzimlənməsin cavabdehlik, bağlanışın xaraktrisrikası. Bu bloka həmçinin deklarantın bank rekvizitini əks etdirən A qrafasıda aid olnunur.

s) partiyada olan hər bir malın xarakteristikası – 34-46 qrafalarda GB1 və GB2 blankları da daxil olmaqla vrilri. Bu qrafalarda göstərilir: malların adı; onun qablaşdırılması; bağlanma; malların KNXİF üzrə 9 nişanlı kodu; əgər mallar kiloqramla ölşülmürsə əlavə vahidin ölçü kodu və s.

YGB-nin 44 qrafası xüsusinın əhəmiyyəti vadır. Bu qrafada hər bir malın gmrük rəsmiləşdirilməsi üçün vacib olan sənədlərin siyahısına dair məlumatlar saxlanılır. Bunlara aiddir: lisenziyanın nömrəsi; yük nəqlyyat vərəqəsi (qaimə); alqı-satqı müqaviləsi və s. Qalan qrafalar göstərişlərə xidmət göstərir: sərhəd məntəqəsinə köçürülmə (qrafası 29); gömrük orqanıarının qeydiyyatı ( 7, 43, C, D) və s.



3.GYB tətbiqi ilə gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün vacib olan sənədlər.

Deklaranta verilən YGB gömrük orqanlarının numayəndəsinin müşaiəti və gömrük rəsmiləşdirilməsinin ərazisinə əsasən dodurulması üçün aşağıdakı sədənləri qəbulu vacibdir:



  1. YGB-ni öz adına keçirmək üçün deklarantın səlahiyyətlərini müyyənləşdirəm sənəd;

  2. Malların faktiki yerdyişməsini təsdiqləyən nqliyyat sənədləri;

  3. Normativ aktlarda nəzərdə tutulduğu şəraitdə aşağıdakı gömrük sənədləri vacib sayılır:

-gömrük dəyərinin byənnaməsi;

-malların çatdırılmasına nəzarət sənədləri.

4) Səlahiyyətli bank tərəfindn müəyyən olunmuş qaydaya uyğun bağlaşma pasportunun surti;

5) YGB-nin 44 qrafasına uyğun olaraq sənədlrə dair məlumat;

6) gömrük ödənişlərinin ödənilmsini təsdiqləyən sənədlər yaxud gömrük ödənişlərinin ödənilməsi;

7) YGB-nin maqnit gəzdiricisind surti.

Əgər idxal olunan mallar gömrük rejimi alında srbəst dövriyəyə buraxılmaq və yaxud təkrar idxal, gömrük anbarında saxlanmaq üçün nəzərdə tutulmuşsa , onda dklarant malların vəziyyətini xarakterizə edən bütün sənədlər bardə YGB-də dəqiq məlumat göstərməlidir:


  • əsas gömrük rəsmilədirilməsini keçirən gömrük orqanının adı;

  • deklarantın adı və ünvanı, həmçinin gmrük rəsmiləşdirilməsi aparan şəxsin ( deklarant brokeri olduğu şəraitdə) familiyası,adı,atasının adı və ixtisas atestatının nömrəsi;

  • gömrük yük demklarasiyasınınn istifadə olunmaqla deklarant tərəfindən malların qablaşdırılmasına dair yük yürlərinin miqdarı;

  • qablaşdırılmış mallar (bağlanmış yük yerlrinə dair mlumala birlikdə qabalşdırılmış malların yerləşdirildiyi yer barədə də dəqiq məlumat göstəriməlidir)

Ərizə deklarant tərəfindən yazılmalı və təşkilatın rəhbəri tərəfindən təsdiq olunmaqla möhürlənməlidir.

Təqdim olunan sənədlər deklarant tərəfindən xüsusi ardıcıllıqla YGB təklif olunana formada hazırlanır və təqdim olunur. Sənədlər 2 nüsxədə tərtib olunur. Öz növbəsində gömrük oranları deklarantdan informasiyaların yoxlanılması ilə əlaqədar YGB məzmunu və tqdim olunana başqa sənədlər bardə əlavə məlumatlar istəmək hüququna malikdir.

4.GYB-nin təbiqində gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin aparılması ardıcıllığı.

Malların əsas gömrük rəsmiləşdirilməsi Az R-sı yük deklarasiyası tərəfindən müəyyən olunan qayda və aşağıdakı mərhələlər daxil olunmaqla icra olunur:



I mərhələr – gömrük bəyənaməsinin qeydiyyata alıması və uçotudur. Bu mərhələr gömrük bəyənnaməsinin qəbulu üçün bütün şərtlərin nəzərə alınması əlavə əməliyyatların icra olunması üçün qaydaların gözlənlməsini əhatə edir.

YGB-d gmrük rəsmiləşdirilməsi üçün vacib olan sənədlərin, YGB elektron surtinin qəbulu aparılır. YGB 7 qrafasında uyuğun olaraq nmrəlrin göstörilməsi, YGB jurnalında qeydiyyatı həyata kçirir.



II mərhələ - gömrük nəzarəti, XİF uyğun olaraq maların kodlarının müəyyənləşdiriməsinin düzgünlüyünə nəzarət və malların mənşə ölksinin, həmçinin tarifsiz tənzimləmə tədbirlərinin gözlənilməsi. Bu mərhəldə icra olunur:

  • YGB ərazisinə əsasən KNXİF malların təsnifatına dair məlumatların tamlığına, düzgünlüyünə nzarət;

  • KNXİF müvafiq olaraq malların kodlarının düzgünüyüünün müəyyən olunmasına nəzarət;

  • Malların təqdim olunana miqdarına dair rəqəmlərin yoxlanılması;

  • KNXİF müvafiq olaraq malların sənədlərinin təqdim olunana təsnifatna dair məlumatların yoxlanılması;

  • Tarifsiz tənzimləmə tədbirlərirnin gzlnilməsi müvafiq olaraq tqdim olunana sənədlərin və məlumatların yoxlanılması;

  • KNXİF bağlı malların mənşəyinə dair məlumatların statsistika şöbəsinə təqdim olunması;

  • Mallara münasibətdə qrarların qəbulu.

III mərhələ - valyuta nəzarəti v gömrük dəyərinə nəzarət.

Bu mərhəldə icra olunur:



  • valyuta nəzarəti ilə bağlı bütün sənədlərin yoxlanılması;

  • fəaliyytdə olan valyuta qanunvriciliyinn tələbrin əsasən və gmrük rəsmiləşdirlşəsinin aparılması məqsədi ilə xarici ticarət müqaviləsinin yoxlanılması;

  • seçilmiş metoda uyğun malların gömrük dəyərinin müəyyənləşdirilməsi və onu təsdiq edən sənədlərin düzgünlüyünün yoxlanılması;

  • gömrük dəyərinə və gömrük ödəmələrinə düzlişlər olunması;

  • müəyyən olunmuş qaydada sənədlrin və məlumatların ixtisaslaşmış gömrük orqanı bölmələrinə verilməsi və mallara münasibətdə həmin bölmnin qərarlarına əsasən qərarların qəbulu.

IV mərhələ - gömrük ödəmələrinə nəzarət. Bu mrhələdə yoxlama aparılır:

  • gömrük dənişlərini, hər hansı bir gömrük ödənişi borclarını nağd ödəməyə cavabdeh olan şəxs. Mallar bütün borclar tamamilə ödənildikdən sonra buraxıla bilər;

  • YGB veriln vaxtı. YGB verilmə vaxtının pozulmasına görə penya hesablamaları aparılır və onun ödənulm vaxtı uzadıla bilər;

  • ərizdə göstərilən tarif və vrgi güzəştlərinin, gömrük ödənişlərini hesablamaqla və ödənilməsinin xüsusi qaydalara əsaslandırılmasının yoxlanılmasını və təqdim olunmasını və gömrük orqanlarının nəzarət və uçot bölməsi tərəfindən aparılır. Təqdim olunana tarif və vergi güzəştləri, yaxi\ud gömrük ödənişlərinin ödənilməsi xüsusi qaydası müvaviq gömrük orqanının bölmələri tərəfsidən təsdiq olunduqdan sonra icra olunur;

  • ödəniş vərəqələrinin dodurulması və gömrük ödənişlərinin ödənilmsainin düzgünlüyü;

  • gömrük oranlarının hesabina daxil olan faktiki pul vəsaitləri.

Pul vəsaitlərinin daxil olmadığı şəraitdə deklarasiya faktiki pul vəsaitlərinin gömrük orqanlarının hesablna daxil olanadək bu mərhələdə qalır.

V mərhlə - baxış və buraxılış. Bu mərhələyə aid olunur:

- Gömrük rəsmiləşdirilməsinin və nəzarətinin əvvəlki mərhələdə hərəktinin yoxlanıması;

- mallara və nəqliyyat vasitələrinə baxış məqsədilə qərarların qəbulu;

- malların və nəqliyyat vasitələrinin buraxılışına v yaxud onun buraxılmasının qeyri-mümükünlüyü barədə gömrük rəsmiləşdirilməsinin başa çatdırlıması.

Buraxılış barədə qərarı gömrük rəsmiləşdirilməsi və nəzarəti üzrə vəzifəli şəxs verir. Öz səlahiyyətləri daxlilində “ buraxılışa icazə verilir” ştampından istifadə edrək malların və nəqliyyat vasitələrinin bəyənnaməsi sənədlərini təsdiq edir.

Az R-nın DGK-nin normativ aktlarında nəzərdə tutulduğu qaydada buraxılış baxışdan sonra və ya baxışsız icra oluna bilər. Əgər müəyyən mərhələlrdə səhv buraxılıbsa və bu səhv malların buraxılışını qeyri-mümkün edirsə buraxılış dayandırılır. Bundan sonra bəyənnamə buraxılış və baxış mərhələsinə verilir. Bu cür şraitdı Az R-nın GM-nin müvafiq tədbirlri görülür.

Buraxılış qadağan olunması qərarı gömrük rəsmiləşdirilməsi və nəzarəti üzrə rəis və ya onu əvəz edən şəxs tərəfindən aparılır. YGB və nəqliyyat sənədlrində “buraxılış qadağan olunur” ştampı vurulru, ştamp və nömrə vəzifəli şəxsin şəxsi nömrəli möhrü ilə təsdiq olunur. bundan sonra sənədlər xüsusi arxivə verilir və YGB üçüncü nüsxəsi deklaranta qaytarılrı. Mallar müvəqqəti saxlanc anbarında saxlanılır. Dklarant müvəqqəti saxlanc vaxtı çatanadək malları başqa gömrük rejiminə keçirmək hüququna malikdir. Malların daşınması zamanı deklarant mallarla öz istədiyi kimi hərəkət edə bilər (əgər gömrük qaydalarının pozulmayibsa).

Mövzu 6.


A.R –nın gömrük sərhəddindən fiziki şəxslər tərəfindən keçirilən mallara gömrük nəzarəti.

Plan :


  1. Fiziki şəxslər tərəfindən keçirilən malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydaları.

  2. Fiziki şəxslərin keçirdikləri mallara və nəqliyyat vasitələrinə gömrük baxışı.

  3. Gömrük güzəştlərindən istifadə edən xarici ölkələrin şəxslərinin sərhəddən keçirdikləri malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti.

1. Qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq bütün fiziki şəxslər bərabər əsaslarla malların idxalı və ixracını həyata keçirmək hüququna malikdir.

Fiziki şəxslər istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları güzəştli qaydada keçirə bilərlər.

Fiziki şəxslər üçün güzəştlər , barəsində iqtisadi siyasət tədbirləri tətbiq edilən şəxslər çıxılmaqla gömrük rüsumlarından , vergidən tamamilə və yaxud qismən azad edilənləri özündə birləşdirir. Müxtəlif qateqoriya mallar üçün dəyər və miqdar məhdudiyyətləri qoyula bilər. Məsələn , müəyyən edilmiş dəyər və miqdar kvotunu keçdikdə mallar gömrük ödəmələrinə cəlb edilir.

Sadələşdirilmiş qaydada fiziki şəxslər tərəfindən keçirilən malların və nəqliyyat vasitlərinin gömrük rəsmiləşdirilməsi ancaq gömrük reliminin siyahısına düşdüyü şəraitdə “sərbəst dövrüyyə üçün buraxılış”, “ixrac”, “müvəqqəti ixrac(idxal)” tətbiq olnur.

Fiziki şəxslər tərəfindən keçirilən malların gömrük rəsmiləşdirilməsi ödənişlərinin hesablanması və alınmasının sadələşdirlmiş qaydası , onun gömrük rəsmiləşdirilməsinə və nəzarətə təqdim edildiyi andan aparılır.

Malların gömrük rəsmiləşdirilməsi və nəzarətə götürülməsi elan edildikdə sadələşdirilmiş deklarasiya forması qəbul edilir : yaxılı formada xüsusi deklarasiya blankı, şifahi formada, başqa formalarda, məsələn, sərnişinlərin “qırmızı” , “yaşıl” karidordan keçməsi və s.

Gömrük ödənişlərinin alınmasının sadələşdirilməsi özünü vahid gömrük ödəniş dərəcəsində, yaxud ümumiləşdirilmiş gömrük ödənişlərinin hesablanmasında və gömrük rəsmiləşdirilməsinin aparılmasında əks etdirir.

Vahid gömrük ödəniş dərəcəsi müəyyən faiz iki ölçü vahidi , konkret mallardan və yaxud ödəniş üçün nəzərdə tutulmuş mallardan gömrük dəyərinin cəmləşdirilmiş formada Azərbaycan, yaxud xarici valyuta ilə ödənilməsində özünü əks etdirir. Məsələn, avtomobillərdə belə vahid mühərriklərin, həmçinin vahid ölçüsü , mallar üçün vahid çəkidə keçirilən əl yükləri, baqaj və s. hessab oluna bilər.

Vahid ödəniş dərəcəsi malların saxlanmasına görə gömrük yığımları , həmçinin malların gömrük rəsmiləşdirilməsini , bununla bağlı gömrük orqanlarının müəyyən etdikləri yeri və vaxtı əsasən özündə birləşdirir. Əvvəllərdə qeyd edildiyi kimi sadələşdirilmiş , güzəştli metodlar bir qayda olaraq , istehsal kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara aid edilir. Malların təyinayı ümumi qaydada qəbul olunmuş beynəlxalq norma və təcrübəyə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyənləşdirilir. Odur ki, keçirilən malların xarakteri , miqdarı, malların tez – tez keçirilməsi və gediş gəliçin bütün cəhətləri nəzərə alınır.

Kommersiya məqsədləri üçün istifadə olunan mallar gömrük yük bəyannaməsi tətbiq edilməklə rəsmiləşdirilir.

Sadələşdirilmiş formada yazılı bəyanamədə gömrük bəyannaməsini doldurarkən əl yükləri də daxil edilməklə mütləq baqal qoyulan yüklərin miqdarı, onlarda aparılan predmetlər valyuta və yaxud qiymətli əşyalar gömrük nəzarəti üçün dəqiq göstərilməlidir.

Gömrük rəsmiləşdirilməsinin gedişi zamanı gösrərilən məlumatların düzgünlüyünə nəzarət edilir. Gömrük nəzarəti və rəsmiləşdirilməsi bitdikdən sonra gömrük bəyannaməsi gömrük işçiləri tərəfindən təsdiq edilir. Təsdiq edilmiş gömrük bəyannaməsi , gömrük rəsmiləşdirilməsinin qutarmasına daair qeydiyyat aparmaqla sərnişinə qaytarılır. Bu sənəd malların , valyutanın , başqa qiymətli əşyaların müqavimətsiz gömrük sərhəddində keçirilməsinə xidmət edir.

Gömrük bəyannaməsi itirildikdə bərpa olunmur, sərhəddən keçməli olan şəxs, gömrük sərhəddində malların , valyutanın və difər qiymətli əşyaların maneəsiz keçirilməsi hüququndan (idxal – ixrac) məhrum olur və bu gömrük sərhəddində xüsusi qayda tənzimlənir.

Gömrük sərhəddini keçən fiziki şəxslərin gömrük rəsmiləşdirilməsinə daxildir : yazılı gömrük bəyannaməsində təyinatı göstərilməklə onlara məxsus əşyalar, gömrük ödəmələri alınan xüsusi qaydada tənzimlənən idxal – ixrac malları , başqa baqajlatrda keçirilən mallar.

Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən bütün mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə aid edilir. Nəzarət forması müxtəlif ola bilər. Bu zaman bəyannamədə verilən məlumatların düzgünlüyü yoxlanılır.

2.Gömrük qanunvericiliyinə uyğun olaraq gömrük baxışı gömrük nəzarətinin bir forması hesab edilir .

Gömrük baxışı nəğd vəsait , yaxud nəqliyyat vasitələri olmadıqda , əl yükləri və baqajın , həmçinin göstərilməyən , yaxud gömrük nəzarətindən gizlədilən fiziki şəxsin bədənində, başqa örtülü yerlərində olan predmetlərin yoxlanılmasını özündə əls etdirir.

Adamların paltarlarında və bədənində aparılan yoxlamaya fərdi yoxlama deyilir və bu gömrük nəzarətinin müstəsna forması hesab olunur.

Tətbiq olunan bütün növ texniki vasitələr insanların həyatı və sağlamlığı üçün təhlükəsiz olması, mallara və nəqliyyat vasitlərinə ziyan vurmamasıdır. Baxışın təşkili və aparılması zamanı gömrük orqanının vəzifəli şəxsi şəxsiyyətin konstitusiya hüququnu gözləməlidir.

Şəxsi yoxlama gömrük orqanı rəisinin qərarına əsasən xüsusi əsaslandırılmış şərairdə aparılır .

Əl yüklərinin və baqajlarını gömrük yoxlaması aşağıdakı qaydada aparılır :



  • Baqajın və əl yüklərinin hər bir gizli yerləri , həmçinin düzəldilmiş və xüsusi tikilmiş yerlər, örtüklər ;

  • Xüsusi əşya gizlədilməsi mümükün olan yerlər ;

  • Bağlanmış ayrı –ayrı yerlər ;

  • Gömrük nəzarətinin texniki vasitləri ilə gizli olmayan bəzi yerlər ;

Nəqliyyat vasitlərinin gömrük yoxlaması aşağıdakı qaydada aparıla bilər :

  • Hissələrin sökülməsi və konstruksiya qurğularının elementlərinin açılması ;

  • Konstruksiya qurğularının tam sökülməsi və demontaj edilməsi ;

  • Sökülmədən və demontaj edilmədən.

Nəzərə almaq lazımdır ki, gömrük yoxlaması təkcə gömrük nəzarətinin yaxud texnoloji əməliyyatların aparılması forması kimi deyil, həm də ondan irəli gələn prosessual hərəkətləri əhatə edir. Sahibkar əl yüklərinin, baqajın və nqliyyat vasitələrinin yoxlanmasında iştirak etmək hüququna malikdir.

Hər hansı bir şəraitdən asılı olmayaraq onu bu hüquqdan heç kim məhrum edə bilməz. Lakin əl yüklərinin və baqajın , yaxud nəqliyyat vasitlərinin yoxlanmasını təxirə salmaq mümkün olmadıqda , proses sahibkarın iştirakı istisna edilməklə aparılır. Məsələn, əldə olan məlumata əsasən yükdə partlayəşa səbəb olan təhlükəli elementlər, yaxud silah, başqa partlayıcı, zəhərləyici maddələr olduqda və başqa yüklər üçün təhlükələr doğurduqda , bu proses həyata keçirilir. Belə yoxlamalar aparılarkən şahid qismində müxtəlif kateqoriyalı adamlar dəvət oluna bilər. Yoxlamanın nəticəsi aktlaşdırıldıqda şahid qismində iştirakçının imzası da aktda öz əksini tapır.



3.Azərbaycanın gömrük ərazisindən keçirilən əşyaların gömrük rəsmiləşdirilməsi məsələsinə dair qərarlar qəbul edilərkən bir çox təcrübəli gömrük işçiləri bu sahədə böyük staja , təcrübəyə malik olmalarına baxmayaraq xarici səfirliklərin nümayəndələrinə, konsulluqlara , beynəlxalq təşkilatlara və onların vəzifəli şəxslərinə , həmçinin Azərbaycanda olan xarici hüquqi şəxslərə münasibətdə vəziyyəti düzgün qiymətləndirə bilmirlər. Nəticədə düzgün olmayan qərarlar qəbul edilə bilər ki, bu da beynəlxalq münasibətlərdə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ona görə də düzgün qərarlar qəbul etmək üçün gömrük işçisi ilk növbədə xarici səfirliklərin , xüsusi missiya ilə Azərbaycana gələnlərin , xarici konsulluq idarələrinin , beynəlxalq təşkilatların və onların nümayəndələrinin beynəlxalq –hüquqi tənzimləmə fəaliyyəti barədə müəyyən anlayışa malik olmalıdır.

Osur ki, dərslikdə mövqeyindən yanaşmaqla xarici nümayəndələrin , iş adamlarının , onların texniki xidmət işçilərinin , xarici hüquqi şəxslərin malik olduğu malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti məsələlərinə də yer verilmişdir. Ilk növbədə yuxarida göstərilən kateqoriya şəxslərə gömrük güzəştlərinin verilməsi qaydaları üzərində dayanaq.

Xzarici nümayəndəliklərə verilən gömrük güzəştlərinin normativ –hüquqi əsasları beynəlxalq müqavilələrə və beynəlxalq hüquqi qaydalara söykənir. Bununla yanaşı xarici şəxslər üçün müəyyən edilmiş bir sıra qanunaltı güzəştlər də var.

A,R – nın beynəlxalq qanunvericiliyinin normativ hüquqi qaydalarına uyğun olaraq xarici nümayəndəliklərin başçılarına və onların ailə üzvlərinə aşağıdakı gömrük güzəştləri verilir :



  • Xarici nümayəndəliyin başçısı və ya onun ailə üzvlərinə göndərilən baqajda şəxsi istifadə üçün nəzərdə tutulmayan predmetin olmasına dair ciddi əsas istisna edilməklə bütün növ gömrük yoxlamalarından azad edilir;

  • Saxlanca görə ödəmələr , gömrük rəsmiləşdirilməsinin gömrük ərazisindən başqa yerdə və başqa vaxtda aparılmasına görə ödəmələr, gömrük orqanlarının bu qəbildə olan başqa xidmətləri istisna edilməklə bütün növ gömrük yoxlamalarında azad edilirlər.

Privilegiya və immunitet güzəştləri xarici nümayəndəliklərə, diplomatik heyətə və onların ailə üzvlərinə şamil edilir. Əgər onlar :

  • Gəldiyi ölkənin vətəndaşı deyilsə ;

  • Bilavasitə priveleqiya və immunitet daşıyıcıları sərhəddi keçərkən gəldiyi ölkədə həmin şəxslə birlikdə yaşayırsa.

Diplomatik poçtu müşayiət edən şəxsə diplomatik kuryer deyilir. Diplomatik kuryer daimi status ala bilər və yaxud bir göndərişə təyin edilə bilər. Xarici diplomatik və konsulluq kuryerləri gömrük baxışından və gömrük ödənişlərindən qarşılıqlı olaraq azadetmə əsasında şəxsi istifadə üçün olan malları gətirə və apara bilər. Saxlanca görə ödənilən və gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənara və ya iş vaxtından kənar vaxtda gömrük rəsmiləşdirilməsi və buna bənzər xidmətlərə göstərilməsinə görə ödəniçlər istisna olunur.

Beynəlxalq hökümətlərarası təşkilatlar , onların nəzdində xarici dövlət nümayəndəliklərinin şəxsi heyəti və ailə üzvləri üçün gömrük güzəçtləri Azərbaycanın beynəlxalq müqavilələri ilə müəyyən edilir.

A.R –nın gömrük qanunvericiliyinin uyğun olaraq xarici nümayəndəliklərinin , diplomatik heyətin şəxsi yükləri maneəsiz buraxılır. Lakin uzunmüddıtli istifadə üçün nəzərdə tutulmuş əşyalar istidna edilir.

Belə əşyaların miqdarı barədə xarici nümayəndələr, diplomatlar gömrük orqanlarına əvvəlcədən müvafiq qaydada məlumat verməlidirlər. Xarici nümayəndəliklərin istifadə etdiyi xüsusi əşyalarına münasibətdə də eyniqaydada istifadə olunur. Lakin, buna qanunvericilikdə xüsusi formada yazılı gömrük yük deklarasiyası tələb olunur.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin