Ləman VAQİFQIZI (SÜLEYMANOVA)
AMEA Folklor İnstitutu
“Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi,
fil.ü.f.d., dos.
AZSAYLI XALQLAR ARASINDA DAMBIR İFAÇILIĞI
VƏ HAYLA YARADICILIĞI
(Zaqatala-Balakən rayonlarından topladığımız
folklor materialları əsasında)
Özət
Tənbur hal-hazırda Azərbaycanın yalnız Zaqatala-Balakən bölgəsində öz varlığını qoruyub saxlaya bilmişdir. Azərbaycan türkləri üçün xarakterik olan tənbur ifaçılığı və hayla yaradıcılığı azsaylı xalqlar arasında da geniş yayılmışdır. Bölgədə yaşayan hər bir xalqın tənburçuluq sənətinin inkişafında və yaşadılmasında özünəməxsus çəkisi vardır. Məqalədə azsaylı xalqlar arasından çıxmış ayrı-ayrı dambırçılardan və onların yaradıcılıqlarından bəhs olunmuşdur.
Açar sözlər: dambır, hayla, loğat, avar, ingiloy
Dostları ilə paylaş: |