Azərbaycan şifahi xalq ədəbiyyatına


Çevrilmə motivi cəmiyyətin həyatı ilə birbaşa bağlı olan təqvim mif­ləri və ayinlərində də geniş istifadə olunur



Yüklə 1,74 Mb.
səhifə96/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   92   93   94   95   96   97   98   99   ...   110
Çevrilmə motivi cəmiyyətin həyatı ilə birbaşa bağlı olan təqvim mif­ləri və ayinlərində də geniş istifadə olunur:

“İl təhvil olanda ağaşdar başdarın əyip yerə dəyir. Bı vaxdı nə niyyət elə­sən, yerinə yetəcəh. Bir gəlin bını görür, tez isdiyir desin ki, dirəyim qızıl olsun, kırıxıp deyir ki, ərim qızıl olsun.

Sonra qayıdıp evə ki, əri çönüp olup qızıl heykəl. Ağlıyır, baş-gözünü döyür, ancax əli hara yetişəcəh ki?! Arvad bir təhər bir il dolanır, əmə kasıpçılıx ucunnan ərinin çeçələ barmağın qırıp xəşdiyir.

O biri il axır çərşənbədə arvad genə görür ki, ağaşdar başdarın yerə vırdı. Tez deyir ki, ərim adam olsun.

Sora qəyidir evə ki, əri adam olup, ancax çeçelə barmağı yoxdu” (2, 59).

Təqvim mifindəki bu çevrilmə hadisəsi ilin dəyişməsi ərəfəsində keçirilən keçid mərasimləri ilə bağlıdır. Çevrilmə burada insanın etdiyi arzu-diləklə real­laşır, insan qızıla dönür. Bu tip çevrilmələrin baş verməsində zaman (il təhvil olanda, çərşənbə günü, ağaclar başını aşağı əyəndə və s.) və məkan (çay kəna­rında axını dayananda, Araz çayının sahilində) mühüm rol oynayır. Nümunədə kai­natdakı dövriliyin təqvimdə ifadəsi və bu yolda cəmiyyət həyatının tənzim­lən­məsi, onların həyatında bu hadisələrin mühüm rol oynadığı xüsusi qeyd olunur.




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin