Azərbaycan şifahi xalq ədəbiyyatına


Oyun epik obraz səviyyəsində kor obrazı ilə



Yüklə 1,03 Mb.
səhifə18/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   14   15   16   17   18   19   20   21   ...   92
1. Oyun epik obraz səviyyəsində kor obrazı ilə,

2. Motiv səviyyəsində qaranlıqdan (sudan, çaydan, yarğandan, mağa­radan, meşədən) keçidlə,

3. Süjet səviyyəsində xaosa səfərlə öz ifadəsini tapr.

Oyun və kor obrazı. Gülüş həyatın rəmzi olduğu kimi, korluq da ölümün işarəsidir (8).

Bir çox folklor mətnlərində korluq ölümün işarəsi kimi görünür. Rus sehirli nağıllarında Baba Yaqanın evində olmaq elə ölümlə təmas kimi anlaşılır və qəhrəman bu zaman “gözünə nəsə düşdüyünü” hiss edir və gözlərini yumaq üçün su istəyir (6,119;7,105;8,303;9, 75).

Görməyən diri elə ölü kimidir, ölü kordur. Bəzi slavyan etnoqrafik ma­teriallarına əsasən ölü sanki korluqdan qaçır. Əgər bununla sağ olanlar məşğul olursa onlar ölüm zamanı şam yandırırlar. Valideynlərin məzarlarını süpürürlər. Bu elə onların gözlərini təmizləmək anlamına gəlir (9,75). Ölünü ağ kəfəndə dəfn etməkdə də bir işıq mənası var.

“Kor loğman təhlükəli sayılır, kor cadugər təhlükəli hesab olunur. Korla qarşılaşmaq pis əlamət sayılır. Qara pişiyin yolu keçməsi də, çox ehtimal ki, qaranlıq dünyaya gedən yolu simvolizə etməkdədir. Homerin poemalarında kor­ları aldatma motivinə rast gəlinir. Odisey və yoldaşları Polifemi aldadıb qoyun cildində ondan qaçırlar.Rene Jirara görə burada zorakılıq və qurban məsələsi vardır və insan qurbanı heyvanla dəyişdirilir. Bu aldatma və ya oyundan qəhrə­manın gələcək həyatı asılı olur. Bu anlamda Polifem süjeti gözbağlıca oyunun geniş təsviri kimi oxuna bilir” (10). Polifemin təkközlülüyü onu lap başlan­ğıc­dan ölüm dünyasının mifoloji personajları (Proppa görə, o cümlədən, Baba Yaqa) ilə doğmalaşdırır (11). Yunan mifologiyasında Forkisin üç qızını xatırla­maq olar. Bunlar Enno, Pefredo və Dinodur, doğuluşdan qarıdırlar və üçünün bir gözü var (12, 133-141). Alman-skandinav təkgözlü tanrısı ölüm döyüşçülərinin öncülü Odin, kelt demonik düşmən “parıldayan” Luqa tanrısı və təkgözlü Balor (13, 227). Rus folklorunda Baba yaqadan başqa şər və bədbəxtliyi təcəssüm et­dirən Lixo, təkgüzlü və ya tam kor əcaib, yekəpər adamyeyən bu tipli perso­najlara aiddir (14, 340). Homerə görə Zevs insanlara xeyir və şəri “görmədən” pay­layır (15, 571). Tipoloji səviyyədə bu nümunələri daha da genişləndirmək olar.

Nizami Gəncəvinin “Yeddi gözəl” əsərində çin qızının söylədiyi “Xeyir və Şərin nağılı”nda Şər Xeyirin gözlərini kor edir. Bu cəmiyyətdə xeyirin öldü­rülməsi kimi ictimai məna ifadə edir. Amma cəmiyyət xeyiri kor qalmağa qoy­mur, onu müalicə edib yenidən cəmiyyətə qaytarırlar. Bu eyni zamanda cəmiy­yətdəki mənəvi bir institutun – xeyirin (və ya xeyirxahlığın) ölüb-dirilməsi deməkdir. “Hər bir oyun, onun uşaqlar və gənclər arasında oynanmasından asılı olmayaraq oyun süjetinin qaydaları ilə şərtlənməsi baxımından prinsipal şəkildə “ciddidir”. İohan Xöyzinqa qeyd edir ki, oyun sferası daxilində məişət dün­ya­sının qanunları və adətləri işləmir (2, 23).


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin