Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,03 Mb.
səhifə32/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   28   29   30   31   32   33   34   35   ...   92
5. Dörd qapı və on məqam: Əhməd Yəsəvi “Fəqrnamə”də təsəvvüfün əsasını dörd qapı (şəriət, təriqət, mərifət, həqiqət) və hər qapının on məqamı ilə əlaqədə izah edir. Dörd qapıdan və on məqamdan keçən dərviş seyri-sülukdə kamillik mərtəbələrini keçməyə çalışır.

“Fəqrnamə”də verilən vücudnamənin ikinci bəndi məhz bu məzmundadır:


Yaşım ilerledi, ömrüm tükendi, göğe uçtum,

Bağrım taştı, aklım şaştı, yere düştüm,

Şeytanî nefis güruhuyla (arzularıyla) çok vuruştum,

Sabır ve rıza makamlarını aştım, dostlar (6, s. 50).
Dərvişliyin ilk şərtlərindən biri öz nəfsi üzərində qələbə çalmaq, sabir olmaqdır. Mənzumənin davamında Yəsəvi dərviş kimi öz nəfsini yenərək, fəqr məqamını qazana bildiyini deyir:
Dokuzumda toz gibi savruldum, tükenmedim,

On yaşımda sağ yanıma dolanmadım,

On birimde kendi nefsimi zabtettim,

Fakr ve rıza makamlarını geçtim, dostlar (6, s. 50).
Fakîrlik mertebesi yüce bir makamdır, herkesin kolayca eline geçmez” (6, s. 50), – söyləyən Yəsəvi dərvişliyin mərtəbələrini sürətlə keçir. Dastan ənənəsində baş qəhrəman erkən yaşlarında böyük hünərlər göstərdiyi kimi, Yəsəvi də dərviş olaraq sürətlə kamillik məqamlarını adlayır. Dərya simvolu Yəsəvi yaradıcılığında mərifət pilləsi ilə əlaqədə verilir. Növbəti bənddə o, mərifət pilləsinə daxil olduğunu bəyan edir:
On üçümde dalgıç olup deryaya daldım,

Mârifetin cevherini sırdan derdim,

Mumunu görüp pervane gibi kendimi vurdum,

Kendimden geçip aklım gitti, şaştım, dostlar (6, s. 51).
Təsəvvüfi ədəbiyyatda qeyd edildiyinə görə, “dərya” kamil insanın seman­tik paralelidir. On üç yaşında ən sonuncu mərhələyə - mərifət qapısına yetişən dərviş onun səciyyəvi əlamətlərini də verir. Çünki təsəvvüfi ədəbiyyatda qeyd edildiyi kimi, mərifət qapısı ağılla deyil, sirlə bağlıdır. “Herkesin normal gün­delik kurallara uyarak yaşadığı islâm'a şeriat; dinde biraz takva cihetine ağırlık verenlerin yaşadığı ve ulaştığı inceliğe tarikat; takva ve verada titizlikle varılan sonuca, hakikat; ve nihayet bu yaşamanın, mânâ açısından kişide ifade ettiği bilgi planındaki sonuca ma'rifet denir ki, meydana gelişi, yaşamakla sıkı sıkıya irtibatlıdır”. (5, s.172)

Şeirdə vəhdət dənizinin sirlərini bilən aşiqin digər iki təsəvvüfi metaforanı – şampərvanə simvolunu da məhz mərifət qapısında yada salması boşuna deyildir. Çünki ilahi eşq yolunda bu qapını açan və günü-gündən yanaşaraq, öz varlığını əridən, Allahla bütünləşən və birləşən aşiq eynilə yanan şamın ətra­fında dolanaraq sonda onunla birlikdə yanan pərvanə kimidir.



Vücudnamənin sonunda Əhməd Yəsəvi yenə də dörd qapını yada salır və bir dərvişin sülukunda kamilləşməsi üçün vacib olan bütün mərhələlərdən keç­diyini bildirir:
Şeriatın bostanında dolaşıp durdum,

Tarikatın gülzarında gezinip durdum,

Hakikatin pazarında uçup durdum,

Mârifetin eşiğini açtım, dostlar (6, s. 51).


  1. Torpaq: Torpaq təsəvvüfdə dərvişin təvazökarlığını bildirən bir mə­cazdır. Həmin şəxs “xaksar” simvolu ilə adlandırılır. “Allah'a vuslat için sülûka giren, ölmeden önce ölen, gönlünde dünyaya yer vermeyen tekke sakinleri, hankahta bulunanlar ve dervişlere haksâr adı verilir”. (5, 99) Yəsəvi on dörd yaşında xaksar bir dərviş olduğunu bildirir:


On dördümde toprak gibi hakîrlik çektim (hakîr görüldüm)

Hû Hû diyip gözyaşımla geceleri (birbirine) kattım,

Bin altınlık kıymetini bire sattım,

Ondan sonra kanat çırpıp uçtum, dostlar. (6, s. 51)
Nəticə: Böyük mütəsəvvüf Əhməd Yəsəvinin yaratdığı bu arxetip qəliblər insanın yaradılışını, vəhdət dünyasında seyrini ifadə edir. Həm “Divani-hik­mət”də, həm də “Fəqrnamə”də verilən vücudnamə mətnləri müəllifin müxtəlif yaş­larının təsəvvüfi məzmun səciyyəsi ilə verilir.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin