Azərbaycan şifahi xalq ədəbiyyatına


Панах- Али хан как проявление архетипа предка и мудрого старика в «Карабахнамэ»



Yüklə 1,03 Mb.
səhifə66/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   62   63   64   65   66   67   68   69   ...   92
Панах- Али хан как проявление архетипа предка и мудрого старика в «Карабахнамэ»

Резюме

«Карабахнамэ» – важные историко-литературные источники по исто­рии Карабаха. В этих текстах, написанные традиционном восточном лето­писном стиле, логика повествования подчинена фольклорному сознанию. Образ Панах-Али хана представлен как проявление архетипа предка и мудрого старика.



Ключевые слова: «Карабахнамэ», летопись, архетип, фольклорное сознание, образ предка
Ədəbiyyatşünasların, folklorşünasların bu baxımdan diqqətini daha çox çəkir. Qarabağnamələr yalnız maraqlı və gərəkli tarixi qaynaqlar deyil, həm də özünəməxsus ədəbi abidələrdir.

Qarabağnamələrin yaranmasının bir səbəbi də XVIII əsr etnik- mədəni çevrəsində əcdad mifinə olan güclü inamla bağlılığıdır. Qarabağnamələr tarixi salnamələr kimi türk etnosu üçün bir meyar, bir ideoloji istiqamət kimi çıxış edir və etnik toplumun tarixinə çevrilir. “Qarabağnamə”lər etno- sosial informasiya­nın, keçmiş tarixi hadisələr haqqında xatirələrin qoruyucusudur. Qarabağnamə mətnləri etnik düşüncənin tarixi imkanıdır və ya tarixi şansdır.

Qarabağnamələrdə XVIII əsr Azərbaycan tarixi üzrə gərəkli tarixi faktlar toplanmışdır. Müəlliflər geniş konkret faktlara əsaslanaraq Cavanşir tayfasının tarixini söyləyərkən, şübhəsiz ki, yalnız yaddaşına deyil, həm də bəzi yazılı mənbəyə istinad etmişlər.

Bəzi mətnlərdə hadisələrə emosional və tarixi şəxsiyyətlərə müəlliflərin münasibəti ifadə olunur ki, bu da əsərə bədii- estetik çalar və ekspressivlik verir.

Bu tarixi əsərlərdə realist elementlər və tarixi obyektivliklə yanaşı, folklor stixiyası da nəzərəçarpacaq yer alır. Konkret tarixlər göstərilir, çoxlu tarixi şəxslərin adları və coğrafi adlar çəkilir.

Qarabağnamələrin müqayisəli təhlili göstərir ki, bu mətnlərin təhkiyə strukturu müəyyən normalara və kanonlara tabedir.

Salnamə təhkiyəsinin polifonikliyi göz qabağındadır. Burada söz bütün mümkün registrlərdə çıxış edir: sakral və informativ söz, folklor sözü və şifahi nitq (dialoqlar və monoloqlar), rəvayətlər, şəhidlərin hekayəti və s. Bütün bu zən­ginliyin içində folklor sözü və salnamə sözü bir- birini üzvi şəkildə ta­mamlayır.

Qarabağnamələrdə Pənah xanın tarixinə mifoloji məna verilir. Gerçək olaylar, tarixi xatirə və rəvayətlər mif səviyyəsində salnaməyə daxil edilir, tarixi məkan tədricən öz sakrallığını qazanır.

Hər bir milli dövlətin dəyərlər sistemi milli tarixə və tarixi mətnlərə isti­nad etdikdə faydalı nəticələri olur. Bu baxımdan, tarixi salnamələr xalqın icti­mai-siyasi tarixində taleyüklü, mühüm və vacib hadisələri bədiiləşdirir və öz yad­daşına köçürərək hifz edir. Bu cəhətdən, folklorun tarixi aspektdən öyrə­nilməsi hər zaman aktual mövzudur.

Qarabağ tarixinə aid olan bu salnamə – Qarabağnamələr XIX əsr Azərbay­can tarixi diskursunun janrları olsalar da, süjet yaradıcılığı və xronotop təşkilin­də folklor substratı dayanır. Tarixi təcrübənin əsas qaynaqlarından biri folklor yaddaşıdır. S.Rzasoyun dediyi kimi , “folklor – xalqın yaddaşıdır: fərdi yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı... Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas olunur... Yaddaş “qalar-qopar” dünyada “gə­limli-gedimli” ritmlə öz yaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcud­luğunun fövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşa onun yaddaşına müncər olunur... Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir... Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir... Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxla­ma­sından birbaşa asılıdır..” (2,3)

“Qarabağnamə”lər öz dövrünün tarixi-bədii düşüncə kodunu gerçəkləş­dirməklə “tarix” janrında yazılmışdır. Tarixilik mifoloji düşüncənin əsas mahiy­yəti formalarından biridir. Müəlliflər üçün mifin varlığı əslində tarixi həqiqətin ifadəsidir. “Qarabağnamələr”in baş qəhrəmanı əfsanəvi Qarabağ xanı Pənahəli xandır.

Pənah xan mədəni qəhrəman funksiyasını yerinə yetirir. Mədəni qəhrəman əcdad arxetipinin formalarından biridir. Mədəni qəhrəman toplumun sabitliyini, rifahını və ritualını birləşdirən mifoloji personajdır. Mədəni qəhrəman öz varisləri üçün ədalətli qanunlar və ya mühüm sosial təsisatlar yaradır.

Pənah xan salnamələrdə epik ənənəyə uyğun olaraq əcdad arxetipinin təzahürü kimi çıxış edir, mədəni qəhrəmana xas olan bir sıra atributlar daşıyır və funksiyaları yerinə yetirir: qalalar tikir, kəndlər salır, Şüşanı bina edir, Qarabağ xanlığının dövlət sərhədlərini müəyyənləşdirir. Mirzə Camal belə yazır: “... Məşvərətdən sonra, Kəbirli mahalı içində Bayat qalasının əsası qoyuldu. Qısa bir zaman möhkəm hasar və xəndək düzəldildi, bazar, hamam, məscid tikildi, xan bütün ailəsini, qohumlarını və el böyüklərini əhl-əyalını oraya topladı. Ətrafda olan camaat hətta anın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər”.

Pənah Əli xan demiurqdir, yəni kosmos yaradandır. O, toplumun həyat gücünün təcəssümü və rifahının qarantıdır. Mirzə Camal yazır: “O Kür çayından gemiş Beyləqan çölünə arx çəkdirərək və ətrafında Köndələn çaydan Qaraçaya qədər kəndlər saldırıb camaatı yerləşdirdi və güzəranlarını müəyyən etdi. Əhali oralarda əkin yerləri, otlaqlar, bağlar salıb kəndlər bina etdilər.

Pənah xan Xorasan istiqamətində hərəkət edib uzaq Sərəxsdən gələn qarabağlıları onlar üçün qısa müddətdə yaşayış şəraiti yaradır”.

“Uca hümmət sahibi olan Pənah Əli bəy xanlara xidmət etməyi özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi. Şirqüvvət cava­nın bəxtinə yar olub, çox varlandı. Evləndi, əziz və bir oğlu oldu. O, yüksəklik mənası parlaq ulduzunun adını Əli qoydu. Onun aləmi işıqlandıran sarıbənizi ata- ananın ürəyini kəhrəba samanı çəkən kimi özənə cəlb edirdi. Buna görə də onu Sarıca Əli deyə çağırırdılar”.

Pənah Əli bəyin bütün həyatı və fəaliyyəti dastan qəhrəmanlarının yolunu xatırladır.

Qəhrəmanın sanki öz mübarizəsini adətən təkbaşına davam etdirir. Baş­lanğıcda qəhrəmanın tək olması, macəraları eposun süjet məntiqinə və fəlsəfə­sinə uyğun olur, dastanların təməl qaydalarından biri olan bir səhnədə ancaq iki şəxsin olması və digər bir təməl qanun olan əkslik təşkil etməsi qaçılmazdır. Yəni diqqət daima əsas qəhrəmanın üzərində olmalıdır.

Pənah Əli xan da epos qəhrəmanı kimi düşmənlərlə təkbaşına mübarizə apa­rır. O, başqa xanların ciddi müqaviməti, təhdidləri, düşmənçiliyi ilə Talış, Xəmsə və Giləbərd məliklərinin fitnə-fəsadı ilə üzləşir. Məsələn, Bayat qala­sında məğlubiyyət acısını unutmayan Şəki xanı Hacı Çələbi xan da hədələri ilə, təhdidləri azalmır. Ancaq o bütün düşmən qüvvələrlə çətin savaşlar keçirib onlara qalib gəlir.

Mirzə Adıgözəl bəy yazır: “(Pənah xan) İran, Rum (Türkiyə) padşahlarına və sair ölkələrin hökmdarlarına boyun əyməmiş, Qaradğ, Şəki, Şirvan, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy, Marağa, İrəvan və İraqla Azərbaycan hüdudlarında olan Qaplan kaya qədər hökmdar oldu. Bu vilayətlərin hakimlərini işdən götür­mək və yenisini təyin etmək də onun hökm və fərmanı ilə icra edilirdi” (1, 48). İbrahimxəlil xanın var-dövlətinin, cah-calalının İran padşahından qat- qat zəngin olamsı fikri səslənir ki, bu da folklor düşüncəsində mübaliğə arxetipidən gəlir.

Pənah xanın Şuşanı yurd kimi seçməsində yaratmaz və qoruyuculuq funk­siyası aşkar görünür. Bu, qəhrəmanın öz elini, toplumunu yenidən qurma və qo­ruma instiktindən irəli gəlir. Koroğlu da Çənlibeli bu məqsədlə seçir. Xora­sandan qaçıb Qarabağa gələn, burada bir xanlığın əsasını qoyan və düşmənlərlə savaşaraq onun varlığını qorumaq doğrudan da əfasanəvi bacarıq tələb edir. Mirzə Adıgözəl bəy Pənah xanda epik qəhrəmana xas olan bu qabiliyyətini və istedadını qeyd edir. Bu qayda ilə cəmiyyət quruldu və o, özü istedadını gös­tərdi. (2, 33)

Qarabağnamələrdə Qala (Şuşa qalası) epik məkan obrazı kimi təqdim edilir. Salnamə təfəkkürü epik mərkəzin seçimini “Epik məkan modelinin onur­ğasını, əlbəttə, epik vətən anlayışı təşkil edir. Epik vətən bir qayda olaraq, dünya modelinin şaquli və üfüqi planlarının kəsişdiyi orta nöqtədə yerləşir. Qəhrəman buradan dörd tərəfə və aşağı- yuxarı istiqamətlərdə hərəkət edərək fəaliyyətini gerçəkləşdirir. Epik vətən bütün parametrlər mifoloji dünya modelinin bir manifestasiyasıdır. Mifologiyada olduğu kimi, epik məkanın modelində də yer üzü ilin sakral mərkəz ətrafında konsentrik dairələr şəklində nizamlanır. Qəbi­ləyə, boya aid ərazi (“doğma vətən”) sakral səciyyə daşıyır (qutsaldır): bu ərazi “mistik enerjinin” yüksək səviyyədə olduğu xüsusi bir məkandır(bax: 1, 119- 120) Türk dastanlarında “Oğuz eli”, “Çənlibel”, “Kan Altay”, “Çideli Baysun” və s. epik vətən adları keçir.

Qarabağnamələrdə epik məkanın xüsusiyyətləri: B.N.Putilovun yazdığına görə, eposda məkanın təsvirinin əsas xüsusiyyətlərindən biri onun fraqmental olmasıdır. Bu da öz növbəsində təbii olaraq, ona fasiləsiz tətbiq olunan sitne­qa­tivlik qanununun nəticəsi kimi meydana çıxır. Məkan təsvirləri dekorativ xa­rakter daşıyıq, şərtidir, ekspressivdir, funksionaldır, yaradıcı subyektin simpa­tiya və antisimpatiyasından asılı olaraq dəyişə bilir. Eposda bir-birinə qarşı dayanan iki dünya ilə (“özünün” və “özgənin”) üzləşirik.

Eposda daimi epik fonda təşkil edən bəzi lokuslar vardır: davamlı obrazlar lokusu, işarələr lokusu eposun məkan spesifikasını müəyyən edən tiplər- lo­kuslar” (2, 18- 26)

Qarabağnamələrdə hadisələrin əsas baş verdiyi məkan Qarabağ xanlığı ilə bağlıdır. Buraya İran, Gürcüstan, Azərbaycanın digər xanlıqları (Şəki, quba, Gəncə) da qoşulur.

Amma Şuşa digər coğrafi adlardan, məkanlardan fərqli olaraq, hadisələrin simvolik mərkəzi, epik məkan vahidi kimi çıxış edir.

Şuşa Qarabağ xanlığının mərkəzi deyil, həm də baş qəhrəmanın adı ilə bağlı məkanın adıdır.

“Koroğlu”da Çənlibel də belə təsvir olunur. Dastanın birinci qolunda Rövşən atasına deyir: “Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidir”. M. H. Təhmasib eposun “Koroğlu” hekayəsi aslı variantına istinad edir: “Dağlar kibi yığdığı daşın yetişəcək miqdarda olduğunu görüncə binayə başlayıb qırq arşın yüksəklikdə bir qüllə yapdı. Binanın alt qatında dörd oda ev, üst qatı dörd tərəfi mazğallı bir qələ idi”. (4, 76)

Mirzə Adıgözəl bəyin əsərində də bu məkan quruculuğu aktı təsvir olunur: “Bundan sonra Pənah xan düşündü ki, mən təzə binə bir adamam. Cavanşir və otazını elatı yağı, xəmsə məliklər də mənə düşməndirlər. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdə kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə də Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarşı və hamamlar tikdi. Bu işlər 1165- ci ildə bitərək oranı özünə məskən etdi”. (2, 35)

“Koroğlu”nun A.Xodzko variantında deyilir: “Az bir müddət balaca Şam­lıbel kəndi 800 ailəli bir şəhərə çevrildi” (4, 151)

Şuşa üçün məkan seçimi Çənlibelin seçiminə bənzəyir: “ Şuşa dəniz səviyyəsindən 1800- 2000 metr yüksəklikdə olan və üç tərəfdən təbii müdafiəsi olan, müşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuş bir yerdə bərqərar olur”. Xanın (Pənah xanın) bir neçə səfər bilici və məlumatlı adam gəlib, qalanın yerini və ətrafını yoxladı. Qalanın içində iki- üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə duman gələn yerlərdə quyu qazdırıb, müəyyən etdilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür.

Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə nəfər öz yaxın adamı ilə buraya gəldi yerlə tanış olub, əzmlə qalanın əsasını qoydu. (2, 116)

Digər versiyaya görə mövcud siyasi durumun qeyri- sabitliyi ilə əlaqə­ləndirilir. Pənah xanın işgüzar, bacarıqlı adamları yığışıb ona məsləhət görürlər: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsıl­maz qala tikək ki, ona düşmən belə mühazirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir”. (2, 115)

Mirzə Adıgözəl bəy Şuşa qalasının işğalından sonra Pənahəli xanın daha da gücləndiyini, qüdrətli hökmdara çevrildiyini qeyd edir: “Meqri, Güney ma­hallarını Bergüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Tatev və Sisyan mahallarının Təbriz bəylərbəyisində aldı. Kolamların məzkəni olub, Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtərçay sahilindəki yerləri İrəvan hakimindən aldı. Gəncə hakimlərinə aid və Xudafərin körpüsündən Kü­rək çayına qədər olan yerləri də öz əlinə keçirdi” (2, 35- 36)

Mirzə Camal göstərir ki, Pənahəli xan Xaçın məlikliyinin düşmənçiliyinə, fitnə- fəsadlarına silah yolu ilə son qoyduqdan sonra Şahbulaq adı ilə məşhur olan Tərnəküt qalasının binasını qoydu. Xanın müşavirləri olan əyan- əşrəfin məsləhəti ilə Bayat qalası tərk olundu. Şahbulaqdakı bəyin çeşmə yanında qala tikildi. Onun ətrafında yüksək yerlər boyunca hündür qaladivarları hörüldü, bazar, çarşı, hamam və məscid tikildi. Hicri tarixi ilə 1165- ci il (1751- 1752- ci illər) elat camaatının bütün evlərinin, sənətkarların, xanın yaxın adamlarının və xidmətçilərinin (ailəsi) Şahbulaq qalasına köçürüldü”(2, 113)

Bu faktı Əhməd bəy Cavanşir də təsdiqləyir, Pənahəli xanın öz iqamət­gahını Bayat qalasından Şahbulağı qalasına köçürüldüyünü yazır.

Mirzə Adıgözəl yazır: “Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və ge­niş binalar saldırdı. Hünərli ustalar, sənət sahibi və işbilən memarlar barı, ha­sar, bürc və divar çəkdilər. O divarların hasarı, bəzi yerlərdə indi də durur” (2, 40)

Beləliklə, epik vətən obrazı salnamələrdə qəhrəman surətinə təsir etmişdir. Qarabağnamələrdə Şuşa Pənah xan obrazının tərkib hissəsidir.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin