Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,03 Mb.
səhifə91/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   84   85   86   87   88   89   90   91   92
Açar sözlər: 60-70-ci illər nəsri, tənqid, obrazlar sistemi, yaradıcılıq.
Ədəbi növlərin hər bir janrında yeniləşməni və inkişafı görən tənqid həmişə vaxtında münasibətini bildirib. Ədəbiyyatımızın hər mərhələsinin elmi dərki özünü tənqidi məqalə, monoqrafiya və dissertasiyalar şəklində göstərib və göstərməkdədir. Ədəbi tənqid ədəbiyyatşünaslığın ən ağır və diqqətli sahəsidir, ədəbiyyatın arxasınca gəlir və onu müsbət keyfiyyət dəyişikliyinə doğru istiqamətləndirir.

Dos. Təranə Rəhimli uzun illər ədəbi tənqidlə iç-içə olub. İlk dissertasiyası ədəbi tənqidlə bağlıdır, bu fənn uzun müddət onun tədris yükündə olub. Odur ki, növbəti monoqrafisını ədəbi tənqiddən işləməsi gözlənilən idi. Monoqrafiya giriş, 4 fəsil və nəticədən ibarətdir. Hər fəslin məzmunu mövzusunu tam əhatə edir. 60-70-ci illər nəsrinin mərhələ xüsusiyyətləri, tarixilik və müasirlik kate­qoriyalarının nəzəri dərki elmi dəlillərlə əsaslandırılmış, yaradıcılıq problemləri tipoloji baxımdan təhlilə cəlb edilmişdir. Həmin dövr nəsrində əks olunan çağdaş sosial gerçəkliklərə ədəbi tənqidin münasibəti müəllif tərəfindən sistemli şəkildə elmi təhlilə cəlb olunmuş, bu mövzularla bağlı mülahizələri ümumiləş­dirərək əldə etdiyi elmi qənaətləri punktlarla səciyyələndirmişdir. Tipoloji təsniflər, üslub axtarışları ilə bağlı yeni fikirlər irəli sürülmüş, bədii qəhrəman, metod, dil və üslub kimi yaradıcılıq məsələləri alimin elmi yaradıcılıq süzgə­cindən keçirilərək dəyərləndirilmişdir. Müəllif bu qənaətdədir ki, 60-70-ci illər nəsrinə aid araşdırmalar aparılsa da, sistemli şəkildə olmamışdır. Monoqrafiyada bu cəhət diqqət məkəzində saxlanılmış, 60-70-ci illər nəsri haqqındakı nəzəri fikirlər ardıcıl olaraq izlənilmişdir. Həmin dövr nəsrinin sənətkarlıq xüsusiyyət­ləri, üslub təmayülləri, bədii dil məsələsi kompleks halında reallaşdırılmışdır. Nəsrin sənətkarlıq problemi çərçivəsində süjet və kompozisiya məsələlərinə tənqidin münasibətini tədqiqata cəlb edən T.Rəhimli bədii nəsrin janr növlərinin ədəbi tənqiddə təsnifi məsələsinə də diqqət çəkməyi bacarmışdır.

XX əsrin 60-cı illərində yaranan nəsrdən söhbət düşəndə həmin dövrdə yeni fikirlərin, yeni meyllərin formalaşması, ədəbiyyatda “yumşalma”, milli koloritin əvəllki dövrə nisbətən bir qədər artması, ədəbi-estetik fikrin uğurlu ədəbi nümunələri vaxtında “üzə çıxartması” kimi detaıllar yada düşür.

T.Rəhimli 60-70-ci illərdəki ədəbi yeniliyə tənqidin reaksiyasını həm həmin dövrdə yazılan tənqidi yazıları, həm də sonrakı dövrlərdə formalaşan ədəbi-tənqidi fikri izləməklə ümumiləşdirmələr aparmış, daha çox diqqəti çəkən qənaətləri, müzakirələri, dövrə aid dövlət qərarlarındakı qarşıya qoyulan tələbləri və vəzifələri müasir tənqidin baxışaçısından qiymətləndirmişdir. Nəsrin tənqid tərəfindən bütöv şəkildə qiymətləndirilməsi alimin nəzərindən qaçmamış, odur ki, monoqrafiyasında bu cəhəti əsas tutaraq sistemli elmi araşdırma apar­mışdır. Hər zaman kəsiyinin öz ədəbi yüksəlişi olur. 60-70-ci illərdə nəsrin inkişafına xidmət edən bir ədəbiyyat “ordusu” var idi. Nəsrin mərhələ xüsusiy­yətlərini nəzəri baxışlar sistemində göz önünə gətirən müəllif bu dövrdə təh­kiyənin yığcamlığını, şəxsiyyət amilinin keyfiyyətcə yüksəlməsini şərtləndirən səciyyəvi xüsusiyyətləri, həyatın problemlərinin daha dolğun şəkildə əks olunma imkanlarını çağdaş milli ədəbiyyatımızın nailiyyətləri fonunda araşdırmış, fun­damental bir monoqrafiya ərsəyə gətirmişdir.

Zamanından asılı olmayaraq tənqid diqqət çəkən yeni yaraıcılıq key­fiy­yətlərini izləyir və ədəbi prosesin estetik səviyyəsinin zənginləşməsi üçün düz­gün qənaətlər ortaya qoyur. Keyfiyyət dəyişiminə ictimai-siyasi münasibətlər də öz təsirini göstərir. Dövrün mərhələ xüsusiyyətlərini araşdırarkən ictimai-sosial amilləri görməməzlikdən gəlmək olmaz. Araşdırmada bütün məziyyətlər-zid­diyyətlər, qüsurlar və keyfiyyət yüksəlişi də tənqidin yaratdığı təəsürat əsasında və müəliifinşəxsi nöqteyi-nəzərindən izlənilmişdir. Yeni nəslin yaradıcılıq axtarışları, zövq və düşüncə bədii ənənələrə söykənsə də, özünəməxsusluğu ilə seçilir. İlkin bədii nümunələrdə olmasa da, sonralar həyatın hər sahəsi yara­dı­cılığa inteqrasiya etdi, tənqid üçün hərtərəfli, analitik təhlil etməyə şərait yaran­dı. Bu yunansları diqqətdən qaçırmayan T.Rəhimli konseptual şəkildə məntiqi qənaətlər irəli sürmüş, sosial həqiqətlərin bədii təsdiqini təcrübəli qələm sahibi kimi dəyərləndirməyi bacarmışdır. Diqqəti bütöv şəkildə nəsrin yaradıcılıq problemlərinə yönəldən T.Rəhimli özünü təsdiqləmiş tənqidçi alimlərin fikirlə­rindən gətirdiyi sitatlarla düzgün mövqedə olduğu qənaətinin formalaşmasına nail olmuşdur.

60-70-ci illərdə tarixi mövzular ədəbiyyatın bədii dərk süzgəcindən ke­çərək özünü qəbul etdirən güclü ədəbi nümunələrlə diqqəti çəkdi. İ.Şıxlının “Dəli Kür”, İsa Muğannanın “Məhşər” və s. romanlarda bir növ Sovet rejiminin ədəbiyyat qarşısında qoyduğu tələblərə əməl etməmək, biganə yanaşmaq kimi bir yazıçı mövqeyi var. T.Rəhimli bu standartların qırıldığı nöqtələri tənqidi yanaşmalarla düzgün dəyərləndirmiş, dövrün ədəbi spesifikasını dürüst şəkildə təhlil etməyə çalışmışdır.

Mehdi Hüseynin yüksək qiymət verdiyi “Dəli Kür”ün Cahandar ağası zaman-zaman ikili qiymətləndirilmələrin mancanğında qalmışdı. M.Hüseyn bu obrazı “uğurlu bədii tapıntı” kimi qiymətləndirir, bəzi tənqidçilər isə onda “qə­zəb oyadan hərəkətlər”in çox olduğunu qeyd edirdi. T.Rəhimli tipoloji təhlillər aparır, axırda öz fikirlərini “tənqid ədəbiyyatıımızın monumentel surətləri sıra­sında özünəməxsus yeri olan Cahandar ağaya rəğbətini çox gec və çətin izhar etdi” şəklində yekunlaşdırır.

Müəllifin İlyas Əfəndiyev yaradıcılığının bədii strukturuna nəzər yetirən ədəbi tənqidin fikirlərini sistemləşdirməsi maraqlı məqamlardandır. Xüsusən “Sarıköynəklə Valehin nağılı” romanının bədii quruluşunun qiymətləndirilməsi, əsərdə fikir və hisslərin təsvirinə verilən müsbət rəylər, romanın təkplanlı təh­kiyə formasında yazılması, lirik-emosional təsirinin üstünlük təşkil etməsi, ya­zıçının dastan deyim tərzinə müraciəti və s. məsələlərə müəllif tərəfindən elmi münasibət bildirilir. Tənqidçi lirik-romantik üslubun yazçıya normal imkan yaratması fikrini təsdiqləyir. Bu fikir müəllifin bədii yaradıcılıqla məşğul olma­sının təsiri kimi də qiymətləndirilə bilər. Çünki üslub rəngarəngliyini yaradıcılıq üçün faydalı yol hesab edir.

Monoqrafiyada dövrün nəsrində çox diqqət çəkən psixoloji təsvirlə, psixo­logizmin yeni çalarları ilə bağlı təhlillər mövcuddur. Qəhrəmanın özü, düşün­cələri, hadisələrlə əlaqəli düşüncələr və təsir dairəsi tənqidin gözü ilə analiz edilmiş, obyektiv səbəblər araşdırılmışdır. Xüsusən İ.Hüseynovun nəsr əsərlə­rinin qəhrəmanlarının mənəvi dünyası hadisələrin inkişafı prosesində izlənilərək münasibət bildirilir. T.Rəhimlinin müxtəlif yazıçıların əsərlərindəki lirik-psixoloji məqamlarla bağlı fikirləri də maraqlıdır. Əsərdə 60-70- ci illər nəsrinin obrazlar sisteminin rəng simvolları ilə sintez şəklində inkişafının izlənməsi, rənglərin qəhrəmanın xarakteri, baş verən hadisələrin yeri, obrazların arzu və istəkləri ilə əlaqələndirilməsi, simvollardan yerli-yerində istifadə olunması və s. məsələlər də diqqətlə izlənilmiş və yazıçının üslub imkanları kimi səciyyələn­dirilmişdir. T.Rəhimli göstərmişdir ki, həmin dövr nəzəri təhlillərin mərkəzində simvoldan uğurlu istifadə diqqət çəkən yunanslardandır. Monoqrafiyada 60-70-ci illər nəsirinin dili, dil-üslub xüsusiyyətləri barədə yazılan tənqidi yazılar və tənqidçilərin fikirləri ciddi elmi örnəklər kimi qəbul edilir və dəyərləndirilir. Həyatdakı yeniliklər, insana münasibət və onun bədii ədəbiyyata yansıması, prob­lemin müxtəlif növ və janrlarda bədii təcəssümü, sənət nailiyyətləri, sosial-siyasi ziddiyyətlərin tənqidə təsiri, məhdudlaşdırmalar, uğurlar və s. barədə tən­qid və ədəbiyyatşünaslığın fikirləriT. Rəhimli qələmi ilə tamamilə yeni baxışa­çısından tənqid süzgəcindən keçirilmişdir. Eyni zamanda insan mənəviyyatıını önə çəkən müasir ədəbi-tənqidi fikir dəstəklənmiş və vacib missiya hesab edilmişdir. Müasir insan, dünya insanı obrazının Azərbaycan nəsrinin proble­minə çevrilməsi, Azərbaycan ədəbi-tənqidinin dünya ədəbi-nəzəri fikri ilə uzlaş­ması və s. müəllif tərəfindən arzu olunan reallıqlardandır.

Monoqrafiyada 60-70-ci illər nəsri üçün aktual olan bu tənqidin süzgə­cindən keçən bütün yaradıcılıq problemlərinə münasibət bildirilmişdir.

Tənqid tarixinin təkmilləşməsində dissertasiyanın faydası var. Dissertasiya mövcud təcrübi tənqidi materiallar əsasında işləndiyi üçün 60-70-ci illərin ədəb-mədəni gerçəkliyini özündə tam şəkildə əks etdirmişdir


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin