Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə61/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   57   58   59   60   61   62   63   64   ...   128
(Dadaşov Məhəmməd Muxtar oğlu, Qamışlı kəndi).

Ovçuluqla bağlı bu cür yasağa “Zəngəzur” folklor antologiyasında rast gəlmək olar.

Ovçu, ovun atmasın,

Ətin tərəziyə qoyub satmasın.

Ovçu, sənin isbin-kisbin partlasın,

Bu dağda bir maral yaman ağladı (2, 23).

Hər iki nümunədə ovçunun ova güllə atmamaq və onun ətinin tərəziyə qo­yub çəkməmək, hətta satmamaq kimi yasaqlardan bəhs edilir. Eyni zamanda, son bənddə də dağda vurulan marala görə ovçuya qarğış edilir. Birinci variantda daha qabarıq şəkildə –“balan artmasın” deyilirsə, digər nümunədə bir az yumşaq –“isbin-kisbin partlasın” söylənilir.

Ovçuluqda xalqdan gələn və xalq tərəfindən qoyulan qanun-qaydalar var idi ki, hər bir ovçu bu qayda-qanunlara mütləq əməl edərdi. Əgər etməsə, o, hə­qiqi ovçu adını ala bilməzdi. Buna aid Kəlbəcər sakinlərinin söylədiyi nü­mu­nə­ləri də göstərə bilərik:

“Ovçu ova təmiz, pak getməli idi.”

“Ov əti ilə heç vaxt içki içməzdi. Yoxsa, ov haramlanardı.”

“Ov ətindən mütləq pay verilməli idi.”

“Ovçu vurduğu ovun baş-ayağını özünə götürməli idi.”

“Ovçu ovda heç vaxt tüfəng dəyişməzdi.”

“Balalı heyvana heç vaxt güllə atmaz idilər.”

Qaraqoyunlu folklor antologiyasında da ovçuluqla bağlı nümunələrə rast gələ bilərik: “Ova gedərkən qabağınıza tülkü çıxardısa, ovunuz uğurlu, dov­şan çıxardısa, uğursuz olardı (7, 20). Tüfəngin üstündən adlamaq pisdir, belə olanda geri qayıtmaq lazımdır” (7, 27).

Folklorumuza ovsun nəğmələri kimi daxil olan ovçuluqla bağlı nəğmələr də vardır. Daha qədim dövrlərə aid olan ovçu nəğmələri həmin peşə ilə bağlı ya­ra­nıb, nidalı, çağırışlı sözlərlə şifahi poeziyamıza daxil olmuşdur. Ovçu nəğ­mə­lə­ri bir sıra hallarda tuluqda, tütəkdə, fitdə çalınan havalarla müşayiət olun­muş­dur:

Ova gedən,

Ovun tuş.

Ovun olsun

Maral, quş...(8, 81).

Topladığımız nümunələr içərisində “Ovçu Pirim”lə də bağlı üç mətn var­dır. Lakin mətnlərin ümumi strukturu və məzmun xətti demək olar ki, folkloru­muzda mövcud olan “Ovçu Pirim” mətni ilə tam eynilik təşkil edir. Bunun üçün təkrarçılıq olmasın deyə ondan yazmağı lazım bilmədik.

Ovçuluqla bağlı folklorumuzda atalar sözləri də xüsusi yer tutur. Bun­lar­dan nümunə kimi “Ovçuya dağı nişan verdilər, “ovu nişan verməzlər”, “Ovçu ovda, yolçu yolda gərək”, “Ovçu neçə ala bilsə, ayı da o qədər yol bilər”, Ovu bərəsindən vurarlar”. və s.” göstərmək olar (1, 121). Hər bir atalar sözü ov­çu­luqla bağlı olub, ona aid bəzi məlumatları özündə saxlayır.

Bəzi qədim inanclar və mərasimlər zaman keçdikcə öz əhəmiyyətini itir­məyə başlayır. Yalnız yaddaşlarda yaşayan bu adət-ənənələr indiki dövrümüzdə xalqımızın dünyabaxışını, etiqadını, məişət tərzini, təbiətə, cəmiyyətə mü­na­si­bə­tinin öyrənilməsində mühüm elmi əhəmiyyətə malikdir.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin