Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,12 Mb.
səhifə53/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   49   50   51   52   53   54   55   56   ...   105
Anonim bir vücudnamədən:

Ana rahmine düşmüş bir köpüktür

Kırk günden sonra damarlar dizilir

Parmaklar eller ayaklar seçilir

Dokuz ay on üç günde meydana gelir

(Atun, 2002: 222)

Aşıq Saleh:

Atadan gəldim anaya,

Bir qətrə qana döndüm.

Yatdım ana bətnində,

Beş ayında cana döndüm.
Sanadılar ayım, günüm,

Qərar tapdı sür-sümüyüm,

Sərasər insana döndüm,

Zülmətdən dünyaya döndüm.

(Pirsultanlı, 2006: 106-108)

Tilim xan:

Yetməzdim dünyanın ixtilatınə,

Heç qadir deyildim zahir, batinə,

Atadan gəldim mən ana bətnınə,

Mülhəq oldum əvvəl qanə yetişdim.



Ta qırx gün olunca bir cəsəd oldum,

Aralandım qandan nik-o bəd oldum,

Sər-o pa-və bədən sahib yəd oldum,

İntizar- zindəganə yetişdim.



Rəng tökdü bir mələk ustuvar oldum,

Cismim təkamula çatdı, var oldum,

Üç yüz altmış altı piy, damar oldum,

Dörd yüz qırx dörd ustuxanə yetişdim.



Nəqş bənd eylədi bu cansiz təni,

Biysəmən gövhəri qıldı səməni,

Gecə gündüz pərvəriş etdi məni,

Dörd ay on gün geçdi,canə yetişdim.



Nəqş bənd eylədi yetirdi canə,

Göbəyimdən çəkdim bəs ab-o danə,

Bənzətdi bir parça əti insanə,

Qəd-o qamət şövkət, şanə yetişdim9.

Bu klassik örnəklərdə də təsvir edildiyi kimi, hər gün bir əzası formalaşan, mis­qal-misqal böyüyən körpənin sevincinin həddi-hüdudu yoxdur: “2 noyabr: Hər gün bir az daha böyüyürəm. Qollarım və qılçalarım da formalaşmağa baş­la­dı. Hələ bir böyüsün qollarım, bax necə qucaqlayacağam səni, anam. Bu ayaq­larım da tamam formalaşsın, birlikdə çiçəkli bağçamızda gəzərik. Bəlkə, bir­likdə məktəbə gedərik. 12 noyabr: Ah bəli, bunlar, bunlar nə qədər sevimli və ki­çik şeylər. Aman Allahım, barmaqlarım da çıxmağa başladı. Bunlarla çiçək yı­ğa­cağam, anamın əlini tutacağam, qələm tutacağam. Bəlkə də gözəl bir şeir ya­za­cağam. Anam, oradasanmı? Əllərimi əllərinin arasına qoymaq üçün səbir­siz­lə­nirəm”. Klassik vücudnamələrdə ana bətnində rüşeymin inkişafının təs­vi­rin­dən sonra bu dünyaya gəlişi və həyat yolu illər üzrə təsvir edilir. Bu modern ör­nək­də isə bu cür təsvir yoxdur. Çünki üç aylığında olarkən bətindən xaric edilən kö­rpə qaranlıq məkanından bu işıqlı dünyaya göz açmaq fürsətini tapa bilmir. Vü­cudnamənin sonluğu da çox kədərli notlarla bitir, ana bətnində ikən məhv edilən qızın fəryadları dilə gətirilir: “24 dekabr: Qulaqlarım daha yaxşı eşidir ar­tıq. Anam, sənin ürəyinin səsini eşidirəm. Mənim ürəyimin döyüntüsünü də sən eşidə bilirsənmi? Hətta səsini belə tanıya bilirəm. Səsin nə qədər şirin, heç eşit­mədiyim bir şeydi bu, gözəl və sağlam bir qız olacağam. Qollarında ya­ta­ca­ğam, üzünə baxacağam, o şirin səsini dinləyəcəyəm. Mənim üçün layla da söy­lə­yə­cəksənmi, ana? Sən də mənin üçün darıxırsan mütləq, Məni qoxlayacaqsan.. Çox sevəcəksən, elə deyilmi?28 dekabr: Ana burada qəribə nəsə olur.Həkim bacı niyə qəmli baxır belə... Sən ağrı çəkən kimisən. Ürək səslərin dəyişdi... Sus­dun. Mənimlə niyə danışmırsan, ana? Ana, Ana, Anam, üzümdə soyuq bir şey hiss edirəm. Ana, üzümü parçalayırlar... Ana bir şey et, Ana, qolumu çəkirlər, ana, canım ağrıyır, ana... Ana, ayaqlarımı parçalayır bu şey, ana... Məni sənə bağ­layan damarı qopardılar ana, Ana ürəyimi parçalayırlar, Anam, Anam, Ana, Ann, An.............” Beləliklə, klassik vücudnamələrdə Əzrayıl əgər ömrün ən ahıl vaxt­larında çəngəlini salıb insanın canını alırdısa, modern örnəkdə ağ geyimli hə­kimlər bu rolu daşıyırlar.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin