Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə234/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   230   231   232   233   234   235   236   237   ...   269
Azərbaycan tarixi mühazirə

Dinc əməyə keçid. Azərbaycan müharibə zonasında olmasa da, onun xalq təsər­rüfatı 1941-1945-ci illərdə böyük ziyan çəkmişdi. Təkcə bunu göstərmək kifayətdir ki, 1941-ci ildə 22,5 mln. ton olan neft isteh­salı 1945-ci ildə 11 mln. tona enmişdi. Lakin müharibədən sonrakı ilk beşillikdə (1946-1950) xalq təsərrüfatının bərpası və inkişafı sahəsində xeyli böyük işlər görüldü. Müharibədən sonrakı 10 il ərzində 108 yeni iri sənaye müəssisəsi tikildi, məhsul istehsalı isə 1948-ci ildə müharibədən əvvəlki səviyyəyə çat­dırıldı. Neft sənayesində yeni texnika və texnologiya tətbiq edildi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft-mədən estakadası quruldu. 1949-cu il noyabrın 7-də Neft daşlarında ilk dəniz neft quyusu fontan vurdu. 1955-ci ildə Azərbaycanda 5 min metr dərinliyi olan ən dərin neft quyusu qazıldı. Lakin bu ildən başlayaraq mərkəzin Azərbaycan neftinə marağı azalmışdı, çünki Uralda və Sibirdə zəngin neft yataqları kəşf edilmişdi.
Yeni sənaye mərkəzləri və sahələri. 1946-1950-ci iliərdə Azərbaycanda bir sıra sənaye mərkəzləri yaradılmışdı. Sumqayıt şəhəri 1946-1950-ci illərdə sənaye mərkəzinə çevrildi. Burada Kimya zavodu (1945), Boru prakatı zavodu (1946-1952), Sintetik kauçuk zavodu (1952) və Alüminium zavodu kimi nəhəng müəssisələr tikildi. Mingə­çevir su-elektrik stansiyasının tikinti­sində ittifaqın 300 müəssisəsi iştirak edirdi. 1945-ci ildə tikintisinə başlanılan Mingəçevir SES Cənubi Qafqazda ən böyük su-elektrik stansiyası idi. 1948-1954-cü illərdə yaranan yeni sənaye mərkəzlərindən biri Daşkəsən idi. Burada Daşkəsən filizsaflaşdırma kombinatı yaradıldı.
1945-1955-ci illərdə Bakıda və digər şəhərlərdə yeni müəssisələr yaradıldı. Bakıda Asbest-şifer zavodu (1948), Qaradağ sement zavodu (1951), Yeni neftayırma zavodu (1953), Abşeronda «Şimal» Dövlət rayon elektrik stansiyası (1954), Mingəçevirdə kabel (1958) zavodu və s. işə salındı.
Müharibədən sonra kənd təsərrüfatınm əsas sahələri inkişaf etdirildi. 1958-ci ildə maşın - traktor stansiyaları (MTS-lər) ləğv edildi, onların texnikası kolxozlara verildi. Kənd təsərrüfatı sahəsində bir sıra islahatlar keçirilsə də, onlardan ciddi səmərə hasil olmadı.
1947-ci ildə kartoçka sistemi ləğv edildi. Əhalinin alıcılıq qabliy­yəti aşağı olduğuna görə qiymətlər bir neçə il dalbadal aşağı salındı. Əvvəllər olduğu kimi İkinci Dünya müharibəsindən sonra da Sovet Azərbaycanında partiya və dövlət aparatının ali və orta dairələrinin işçilərinə «paket» adlanan əlavə pul verilirdi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin