Azərbaycan tarixi


Azərbaycan əhalisinin Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqlarından kütləvi deportasiyası (1948-1953-cü illər)



Yüklə 0,62 Mb.
səhifə235/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   231   232   233   234   235   236   237   238   ...   269
Azərbaycan tarixi mühazirə

21.2. Azərbaycan əhalisinin Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqlarından kütləvi deportasiyası (1948-1953-cü illər).

Türkmənçay müqaviləsindən sonra Qarabağın dağlıq ərazisinin bir hissəsinə köçü­rülən ermənilər vaxtaşırı bu ərazinin Ermənistana veril­məsi iddiası ilə çıxış etmişlər. Hələ XX əsrin 40-cı illərinin ortalarında A.Mikoyanın başçılığı ilə gizli «Qarabağ komitəsi» yaradılmışdı. 1945-ci ilin payızında, mühari­bədən dərhal sonra Ermənistan KP MK-nın katibi A.Harutyunov ÜİK(b)P MK-nın müzakirəsinə DQMV-nin Ermə­nistana verilməsi barədə təklif-layihə təqdim etdi, xüsusi vurğu ilə bildirdi ki, Dağlıq Qarabağın əhalisinin əksəriyyəti ermənilərdən ibarət olduğu üçün həmin ərazi Ermənistana verilməlidir. ÜİK(b)P katibliyi isə Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırovun rəyini öyrənmək üçün ona müraciət etdi. Ermənilərin dəlillərini alt-üst edən M.C.Bağırov bildirdi ki, əgər əhali çoxluğuna görə Dağlıq Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, onda Şuşa rayonu istisna olunmaqla, DQMV-nin ərazisi Ermənistana verilə bilər. Ancaq bu şərtlə ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Ermənistanın Zəngəzur bölgəsi bütöv­lükdə Azərbay­cana qaytarılsın, habelə vaxtilə Gürcüstana verilən Borçalı və Dağıstana verilən Dərbənd və Məhərrəmkənd rayonları da Azərbaycana geri qaytarılsın. Məsə­lənin mürəkkəbləşəcəyindən qorxan SSRİ rəhbərliyi hələlik bu məsələni bağladı.


İstəklərinə nail ola bilməyən erməni lobbisi Moskvada başqa hiylələrə əl atdı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti «Ermə­nistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar qəbul etdi. 1948-ci il 10 mart tarixli daha bir qərarda isə bu işi həyata keçirmək üçün tədbirlər planı müəyyən olundu. 1948-1953-cü illərdə 150 min azərbaycanlının öz doğma torpaqlarından - Qərbi Azər­baycandakı (Ermənistan SSR-dəki) tarixi-etnik ərazilərindən kütləvi surətdə deportasiya (əhalinin zorla kütləvi surətdə öz yaşadığı ərazidən köçürül­məsi) edildı. Azərbaycanlıların evlərində xaricdən gətirilmiş ermənilər yerləş­dirildi. Beləliklə, Sovet imperiyası çarizmin müstəm­ləkəçilik siyasətini Stalin və Mikoyanın əli ilə davam etdirərək, Qərbi Azərbaycan ərazisində yaradılmış Ermənistan SSR-də azərbay­canlıların sayını azaltdı, Azərbaycanda isə ermənilərin sayını çoxaltmaq üçün üstüörtülü tədbirlər həyata keçirdi. Azərbaycanın yeni yaradılan sənaye mərkəzlərinə (Sumqayıt, Əli Bayramlı, Mingəçevir, Daşkəsən və s. çoxlu erməni ailəsi köçürüldü, Dağlıq Qarabağda və Gəncədə erməni lobbisi gücləndi.
Azərbaycanlıların öz vətənlərindən deportasiyası Stalin öldükdən sonra dayandırıldı. 1980-ci illərin sonunda azərbaycanlılar Ermənistan ərazisindən sonuncu nəfərinə qədər zorla qovuldular. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı və deportasiya azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirildi



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin