Azərbaycan tarixi


Azərbaycan torpaqlarının Rusiya və Osmanlı imperiyalarına qatılması



Yüklə 0,62 Mb.
səhifə125/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   121   122   123   124   125   126   127   128   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycan torpaqlarının Rusiya və Osmanlı imperiyalarına qatılması. İstanbul müqaviləsindən sonra Osmanlı qoşunları Cənubi Qafqazı, o cümlədən Azərbaycan tor­paq­­larını tutmağa başladı. 1724-cü ilin yayında Osmanlı qoşunları Səlmas, Xoy, Mərəndi ələ keçirdi. Onlar həmin ilin avqustunda Təbrizi tutmağa cəhd etdilər, lakin Səfəvi qoşunları buna imkan vermədi. İrəvan, Naxçıvan, Ordubad, Qazax, Borçalı Osmanlı hakimiyyətini könüllü qəbul etdilər. 1725-ci ildə Osmanlı qoşunları əvvəlcə Təb­rizi və Gəncəni, sonra isə Ərdəbili tut­dular. 1726-cı ildə əfqanlarla bir neçə toqquşmadan sonra osmanlılar Həmə­danı və Kirmanşahı ələ keçirdilər. Əfqanların başçısı Əşrəf xan osmanlıların tutduqları torpaqları təsdiq etməyə məcbur oldu.
Azərbaycanda Osmanlı inzibati - idarə üsulu. Osmanlılar tut­duq­­ları ərazilərdə öz inzibati idarə sistemlərini yaratdılar. Azərbay­can ərazisi vilayət və bəylərbəyliklərə bölün­dü. Bəylər­bəyiklər sancaq­lardan, sancaqlar isə mahal və nahiyələrdən ibarət idi. Vilayətləri Sultan tərəfindən təyin edilmiş sərəsgər idarə edirdi. Sancağı bəylər, mahal və nahiyələri yerli feodallardan təyin olunan naiblər və kəndxudalar idarə edirdi. Kürdən şimal­dakı ərazilərdə Osmanlı qoşunu saxlanılmırdı. Buranı “paşa” titulu almış yerli hakimlər idarə edirdilər.
Xəzəryanı ərazilər Rusiyanın hakimiyyətində. Xəzəryanı böl­gə­ləri ələ keçirən Rusiya əvvəl burada komendant idarə üsulu tətbiq etsə də, sonra Səfəvi idarə üsulunu olduğu kimi saxladı. Xəzəryanı əra­zi­lər əyalətlərə, mahallara, nahiyələrə və kəndlərə bölündü. Mahalları dar­ğalar, nahiyələri yüzbaşılar, kəndləri isə kəndxudalar və kovxalar ida­rə edirdilər. Əyalətdə hərbi-siyasi hakimiyyət rus zabitlərinin əlində idi.
I Pyotr Bakı neftinə xüsusi maraq göstərir, Rusiya manufak­turalarını xam ipəklə təmin etmək üçün ipəkçiliyə, pambıqçılığa diqqət yetirirdi. Osmanlıların irəlilə­məsi Rusiyanı narahat edirdi və işğal etdiyi ərazilərdə möhkəmlənmək üçün hərbi-diplomatik tədbirləri güclən­dirirdi. I Yekaterina II Təhmasiblə münasibətləri qay­daya salmaq üçün knyaz V. Dol­qo­rukovu Gilana göndərdi. 1727-ci ildə sərhədlərin müəy­yən­ləşdirilməsi barədə razlıq əldə edildi. Cavad, Salyan, Şeşpara, Rus­tov, Quba və Təngə Rusiyaya verildi. Rusiya hakimiyyəti altında yaşa­maq istəməyən bu bölgənin ləzgi əhalisi Hacı Davudun da təsiri ilə Osmanlı dövlətinə verilən bölgələrə - Göyçaya, Ağdaşa, Qəbələyə, Şəki­yə köçdülər. Hacı Davud Osmanlının Rusiya ilə bu razılaşmasına qarşı çıxdığından 1728-ci ildə sultan tərəfindən həbs edilib Kiprə sür­gün olun­du. Rusiya Azərbaycanda möhkəm­lənmək üçün xristianlardan, o cümlə­dən ermə­nilərdən istifadə edirdi. 1724-cü ildə I Pyotrun verdiyi fər­manda rusların işğal etdiyi Azərbaycan ərazilərində erməni­lərin yerləş­dirilməsi tövsiyə edilirdi. Şirvan bölgəsində erməni­lərin kütləvi məskun­­laş­dırılmasına bu dövrdə başlanılmışdır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin